Seçilmiş əsərləri X
53
***
Neçə sözümdən yıxıldım,
Dözdüm, dözümdən yıxıldım.
Yüz yol özümdən yıxıldım,
Bir yol qaldıran olmadı.
Məni elə bu yaşda da
Ömür-gün döydü, daşladı.
Hər şey təzədən başladı,
Əndəza, filan olmadı.
2016
Firuzə Məmmədli
54
***
Qocalığın pir yolu var,
Kar yolu var, kor yolu var.
Cənnət sevdasına düşən,
Cənnətin də gor yolu var.
2018
Seçilmiş əsərləri X
55
***
Deyən gözümdən düşüb
Söz daha, şeir daha.
Nə yazıram, söz mənə
Ağzını əyir daha.
Vara, yoxa şahidəm,
Söz hücrəmdə zahidəm.
Qələmim ilahidən
Aman diləyir daha.
2018
Firuzə Məmmədli
56
***
Başım yamanca qarışdı,
Öz-özümdən qaçdım elə.
Bir fikrin sirrin açınca
Min birinə daşdım elə.
Dərd mənlə şahmat oynadı,
Fil diz çökdü, at oynadı.
Canımda bir çat oynadı,
Sağa-sola çaşdım elə.
Mən adda hədəfə döndüm,
İnciyə, sədəfə döndüm.
Düyünə, kələfə döndüm,
Özümə dolaşdım elə.
2018
Seçilmiş əsərləri X
57
***
Getdin, pir dedikləri də
Sənə bir kömək etmədi.
Molla mısmırığın tökdü,
Ocaq, pir kömək etmədi.
Bir eldən, soydan enmişdin,
Mağardan, toydan enmişdin.
Bir parça göydən enmişdin,
Qayıt, yer kömək etmədi.
Gör baxtını açdı kimlər,
Sərhəddini aşdı kimlər.
Kəndirini eşdi kimlər,
Kimlər gör kömək etmədi.
2018
|