Firuzə Məmmədli
90
***
Bir ümidin yollarında
Ömrümün izi göynəyir.
Dualara diz çökməkdən
Səbrimin dizi göynəyir.
2018
Seçilmiş əsərləri X
91
***
Mehrim-məhəbbətim olub,
İndi yetmək çətin olub.
Elə cəmiyyətin olub,
Elə məndən qaçıb fələk.
Nə var imiş, nə yox imiş,
Acgözləri yoluq imiş.
Yeyənləri nə çox imiş, -
Yenə süfrə açıb fələk.
Kimə-sığal, kimə-təpik,
Kimə-boğma, kimə – çəpik.
Yığdığından bircə qəpik
Keçməyəni seçib fələk.
2018
Firuzə Məmmədli
92
***
Şeirdən üz döndərmişəm,
O mənə heç nə vermədi.
Nə aldısa, məndən aldı,
Çəkdi dişinə, vermədi.
Atdı, tutdu, asdı, kəsdi,
Bir deyən olmadı, bəsdi.
Yadların üstündə əsdi,
Mənə öz xoşuna vermədi.
Bəlkə gənclik həvəsiydi,
Var-dövlətdən... dəvəsiydi.
Nə verdisə, əvəz idi,
Müftə bir xışma vermədi.
2018
Seçilmiş əsərləri X
93
SONUNCU
Sonuncu şerimi də
Yazmadım, cırıb atdım.
Şerin də taleyi var, -
Sonuncu görüb atdım.
Ayağımın altından
Sonuncu yeri atdım,
Nə yerdəyəm, nə göydə,
Hardayam, deyəmmərəm...
Sizdən necə gizləyim;
Yazıram, bəyənmirəm...
2017
Firuzə Məmmədli
94
SÖZDƏDĠR
Diləklərim dərd-sərimə əsirdi,
Duyğuların günü-ayı qısırdı.
Dünənlərim, bugünlərim qüsurdu,
Kölgəlidir sabahımın gözləri.
Yazım, pozum... Nə faydası... Nə fərqi!..
İşim-gücüm vaxt gözündə hədərdi.
İtiyimdən qazansaydım, nə dərdim!
Bilirəm ki, məni uğur gözləmir.
Yazmıramsa, yazmadığım pozulmaz,
Hara baxsam, gün-dirilik – dözülməz.
Allah, əlim ətəyindən üzülməz,
Mənim baxtım sən göndərən sözdədir.
2016
|