Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə12/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   8   9   10   11   12   13   14   15   ...   321
 
 
YAZ DÜġÜNCƏLƏRĠ 
 
Ay dünənki buludlar
Harda gecələmişdiz? 
Yaşıl akasiyalar 
Ulduzlara göz idi. 
Uca çinarların da 
Zirvəsi sizsiz idi. 
Süd gölüydü çöl-bayır, 
Böcəklər yuxuluydu. 
Ay çimirdi dənizdə, 
Dünya yaz qoxuluydu. 
Qızılgül ləçəyində 
Uyuyurdu bir böcək. 
Bülbüllər yatammırdı, 
Qumrular – bağrıçərək... 
Ay dünənki buludlar, 
Leysan cəngi buludlar
Əlçim-əlçim buludlar, 
Çəngə-çəngə buludlar, 
Harda gecələmişdiz?.. 
2011 


Seçilmiş əsərləri X 
99 
ƏLVĠDA 
 
Keçə bilmədiyim a yaz sevdası, 
Ömrümün, günümün bəyaz sevdası, 
Dərin əzabların dayaz sevdası, 
Əlvida! 
Sənə qovuşmağa əlim çatmadı, 
Ucaltdım səsimi, naləm çatmadı. 
Dərdini yazmağa qələm çatmadı, 
Əlvida! 
Ürəyim içində – yerin boş daha, 
Durmuşam, qamətim qəmə tuş daha. 
Sənə ad da tapdım; «qara daş» daha. 
Əlvida! 
Məni xatırlama, mən yoxam artıq, 
Nisgilim, əzabım, möhnətim artıb. 
Qayıtdım bu yoldan, bir addım atıb, 
Əlvida! 
Dərdin gözlərimə çöküb, nə yaxşı! 
Əlini üzümə çəkib, nə yaxşı! 
Elə çiynimdədir yükün, nə yaxşı! 
Əlvida! 
Tale də... 
Bir qara dəftərdi, yazıb, 
Mənə müjdə kimi göndərdi, yazıb. 
Bəs kimə oxuyum bu dərdi yazıb?! 
Əlvida! 


Firuzə Məmmədli 
100 
Yaşa, a qəmində boğulan ömür
Ölüb, dönə-dönə doğulan ömür. 
Sən, a boğazıma yığılan ömür, 
Əlvida! 
Əlvida! 
Əlvida! 
2004 


Seçilmiş əsərləri X 
101 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin