Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə13/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   9   10   11   12   13   14   15   16   ...   321
 
 
QISQANCLIQ 
 
Həsrət məni yaxaladı, yaxın gəl, 
Çalxaladı güman, şübhə, ar məni. 
Kimə baxıb? –
Gözlərinə baxım, gəl, 
Bu duyğudan, bu əzabdan dər məni. 
Əllərindən görüşümü yudunmu? 
Daradınmı sığalımı saçından? 
Yuxuların haçan çəkdi adımı? –
Görüşəndə, ya sözündən qaçanda? 
Suallarım baş apardı deyəsən, 
Mən də belə bir dəliyəm, bağışla. 
Gözlərimi yaş apardı, deyəsən, 
Deyən bir az gülməliyəm, bağışla. 
Yox e... sənin gözlərində – yad baxış, 
Ürəyində gəzsəm, kimi taparam? 
Sözlərindən mənə təzə ad baxır, 
Kimdir axı məndə tufan qoparan? 
Ay gözümün görüşündə məst olan, 
Səni e... Allah sevgisi tək qazandım. 
Məndən uzaq, sən Allah, az gəz, dolan, 
Qoyma günüm ilə dönüb, uzansın. 
Sən olmuşam duyğuların selində, 
Sına məni, qoru məni, duy məni. 
Ürəyinin bircə çınqı yerində 
Bir hücrə tap, qapısında qoy məni. 
2004 


Firuzə Məmmədli 
102 

 
AYILA BĠLƏRƏM DƏRD ÖLÜMÜNDƏN 
 
Hər səhər yuxudan qalxıram halsız, 
Günəşin üzündə pərdə görürəm. 
İnkiri-minkiri sorğu-sualsız 
Durub gözlədiyi yerdə görürəm. 
Aldığı zərbədən ömür qan qusur, 
Rahatlıq bir sıxma duz qəhətində. 
Məni bir şərə-şur qovğadan qusur 
Fikir qəhəti də, söz qəhəti də. 
Gözümü silirəm, gözəllik hanı? –
Məni gülən görə, rənglər ağlayır. 
Odur, bir ahıllıq – dişində canı, 
Gedir, yerişində yolu ağrıyır. 
Xəyanət darına çəkilib dünya, 
Dostlar, tanışlar da... Üzü ağ olsun. 
Sən, ey zirvələrdən tökülü dünya, 
İşin ucaları alçatmaq olsun. 
Sənin puçluğunda, yalanlığında 
Beş günlük, on günlük ümid payım var. 
Ömrü başa vurdum qaranlığında, 
Bağışla, boynumda haqq-sayın var. 
Qəlbimə girmişdin bir yuxu yolla, 
Səni gözlərimdən sıxıram daha. 
Əlimdən nə gəlir, mən də bu yolla 
Boynumda borcundan çıxıram daha. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin