Frank dövləti


Karolinq dövlətində feodal münasibətlərinin əsasının qoyulması



Yüklə 28,65 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü28,65 Kb.
#39633
1   2   3   4   5
Frank dövləti

Karolinq dövlətində feodal münasibətlərinin əsasının qoyulması


Böyük Karlın dövründə erkən feodal dövləti olan – Frank imperiyası yüksəlişini yaşayırdı. İldə iki dəfə kralın sarayında ən nüfüzlü torpaq sahibkarları müşavirəyə yığışırdı. Onların məsləhəti ilə kral ən müxtəlif məsələlərlə bağlı qərarlar – kapitulyarilər verirdi.

Yerli idarəçilik orqanlarına nəzarət «dövlət qasidləri» vasitəsilə həyata keçirilirdi. May ayında hərbi baxış keçirilirdi və bu, kral benefisiarilərini yığıncağı idi. Böyük Karl yeni hərbi islahat həyata keçirir. İndii orduda 3-4 torpaq payı (mans) olan, nisbətən varlı knədlilər xidmət edə bilərdi. Qalan yoxeul kəndlilər qrup halında birləşərək ümumi sayda bir silahlanmış döyüşçü verməli idilər. Beləliklə, nəinki asılı, hətta azad kəndli də azad xidmətdən uzaqlaşdırılırdı və hərbi xidmət feodalların imtiyazına çevrilirdi.

Lakin imperiyanın zahiri mərkəzləşməsinin arxasında onun daxili zəifliyi dururdu. İşğallar yolu ilə yaranmış bu dövlət etnik tərkibinə görə çox mürəkkəb idi. Franklardan və onlara tabe Qalliya almanlarından (burqund, akvitan və s.) başqa, Böyük Karlın imperiyasının tərkibinə saks, friz, bavar, alaman, turinq, lanqbard, baks, avar və kelt tayfaları daxil idi.

İmperiyanın ayrı – ayrı torpaqları bir – birinə zəif əlaqədə idi və hərbi, inzibati məcburiyyət qaydaları olmadan, işğalçılara tabe olmaq istəmirdi. Ona görə də Böyük Karl hər dəfə bu və ya digər dərəcədə təhlükə yarananda özü həmin əraziyə gedirdi. Zaman keçdikcə ayrı – ayrı tayfaları tabeçilikdə saxlamaq çətinləşirdi.

Zahirən mərkəzləşmiş, daxilən isə qeyri – sabit siyasi qurum olan bu imperiya forması Avropaya erkən feodal dövlətləri üçün səciyyəvi idi (X əsrdə Ottonlar imperiyası, Moraviya dövləti və s.).

Kəndlilərin müflisləşməsi və asılılığına düşməsinə təkan verən amillərdən biri də iri torpaq sahibkarlarının əlində siyasi hakimiyyəti cəmlənməsi oldu. Bu prosesə mane ola bilməyən krallar xüsusi aktlarla onu rəsmiləşdirməli oldular. Bu cür hallar hələ Merovinqlərin dövründə baş verir, lakin Karolinq dövründə geniş miqyas alır. Onun mahiyyəti belədir ki, xüsusi kral fərmanları ilə vəzifəli şəxslərə – qraflara, yüzbaşılara və onların köməkçilərinə bu və ya digər maqnatın ərazisinə daxil olmağa icazə verilmirdi. Bu torpaqlarda məhkəmə, inzibati, polis funksiyalarını maqnatlar özləri yetirirdilər. Bu cür akta immunitet deyilirdi (lat. İmmunitas – toxunulmazlıq).

İri sahibkarın immunitet hüquqlarına adətən bunlar daxil idi: öz torpağında məhkəmə hakimiyyəti; əvvəllər kralın xeyrinə gedən məhkəmə rüsumları və almaq hüququ; öz immunitet dairəsində yaradılan hərbi dəstəyə başçılıq etmək.

Məhkəmə – inzibati səlahiyyətlərə malik olan immunist yeni torpaq ələ keçirməkdə, kəndlilərin asılılığını artırmaqda öz hüquqlarından istifadə edirdi. Karolinq dövründə immunitet hüquqları torpağa və insanlara da şamil edilirdi. Eyni zamanda immunitet feodalların mərkəzi hakimiyyətdən azadlığını da gücləndirirdi.

Feodalların siyasi müstəqilliyinin artmasına vassal münasibətlərinin inkişafı da öz təsirini göstərirdi. İlk əvvəllər iri torpaq sahibkarları ilə şəxsi müqavilə münasibətlərinə girən azad adamlar vassal sifətində çıxış edirdilər. Karolinq dövründə vassal asılılığına girən şəxsə benefisi verilir. Vassal öz senyoruna sədaqətlə xidmət etməyi öhdəsinə götürürdü, senyor isə vassalı qorumağı. Böyük sayda vassalı olan iri torpaq sahibkarı siyasi nüfuz və hərbi qüdrət əldə edirdi və kral idarəsindən müstəqil olurdu. 847-ci ildə Böyük Karlın nəvəsi Daz Karl özünün Mersel kapitulyarisində qeyd edirdi ki, «hər bir azad adam özünə senyor seçməlidir». Beləliklə, vassallıq ictimai əlaqənin ən əsas qanuni forması olurdu. Vassallığın inkişafı feodal təbəqəsi içərisində iyeyrarxik strukturun formalahmasına gətirib çıxarır. Bu da öz növbəsində mərkəzi hakimiyyəti zəiflədir və feodalların şəxsi hakimiyyətini gücləndirir.

İmperiyada müvəqqəti mərkəzləşmə pərdəsi altında yerli idarəçiliyin feodallaşması baş verirdi: kralın vəzifəli məmuru olan qraf tədricən öz dairəsinin senyoruna çevrilir, qraflığın azad əhalisi isə onun vassallarına və asılılı kəndlilərə çevrilir. 877-ci il Kyersi kapitulyarisi rəsmi olaraq qraf vəzifəsinin irsiliyini tanıyır.

Karolinqlərin hakimiyyəti altında müxtəlif tayfa və xalqların müvəqqəti birləşməsi iqtisadi, sosial-hüquqi, etnik və mədəni vəzdəti olmadığı üçün o vaxtadək saxlanırdı ki, frak feodalları kral hakimiyyətində maraqlı idilər. IX əsrin ortalarına doğru imperiyada feodal quruluşunun əsasları təşəkkül tapır və yeni iri torpaq sahibkarlarının mərkəzi hakimiyyətə münasibəti də dəyişir.

İri feodallar demək olar ki, tam sərbəst olurlar; xırda və orta feodallar isə onların vassalları kimi maqnatla sıx bağlı idilər, nəinki krala. Kəndli hərəkatlarının yatırılması da artıq yerli səciyyə alır.

Böyük Karlın oğlu və varisi Mömin Lüdovik (814-840) artıq 817-ci ildə imperiyanı oğlulları arasında bölüşdürür və özü ali hakimiyyəti saxlayır. Bundan sonra feodal çəkişmələri daha da güclənir. Nəhayət, 843-cü ildə Lüdovikin oğulları Verdendə yığışaraq imperiyanın yenidən bölüşdürülməsi haqqında saziş bağlayırlar.


Yüklə 28,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin