GƏNCƏ- 2017 MÜNDƏRİcat mövzu I genetikanin predmeti


MÖVZU 3 QEYRİ-CINSİ ÇOXALMANIN SİTOLOJİ ƏSASLARI MITOZ



Yüklə 5,7 Mb.
səhifə3/25
tarix05.01.2020
ölçüsü5,7 Mb.
#30054
1   2   3   4   5   6   7   8   9   ...   25
Tm9Ymry2oV (3)


MÖVZU 3

QEYRİ-CINSİ ÇOXALMANIN SİTOLOJİ ƏSASLARI MITOZ

Mövzunun planı:

1.Qeyri cinsi çoxalmanın mahiyyəti

2.Mitoz-cinsiyyətsiz çoxalma

3.Mitoz bölünmənin mərhələləri

4.Mitoz- təbii seçmədə möhkəmlənmiş bir mexanizmdir


Ədəbiyyat


  1. Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002.

  2. Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003.

  3. Qurbanov F. H., İbrahimov A.Q., Seleksiya və toxumçuluq (laborotor-praktikum). Bakı 2012

  4. Axundova E. M. Ekoloji genetika. Bakı, 2006.

  5. İsmayılov A. S. və b. Genetikadan praktikum. Bakı, 1986.

  6. Turabov T. Genetika. Gəncə, 1997.

  7. Seyidəliyev N. Y. Genetika. Dərs vəsaiti, Gəncə, 2005.

  8. Seyidəliyev N.Y. Genetika, seleksiya və toxumçuluq. Dərs vəsaiti, Bakı,

  9. Супотницкий М. В. Словарь генетических терминов. — М: Вузовская книга, 2013. — 508 с. — (Словари. Справочники). — ISBN 5-9502-0201-5.

  10.  Инге-Вечтомов С.Г. Генетика с основами селекции: учебник для студентов высших учебных заведений / С. Г. Инге-Вечтомов. — СПб.: Изд-во Н-Л, 2010. — С. 597-658. — 720 с. — ISBN 978-5-94869-105-3


Mühazirəçi: professor. A.e.e.d., Nizami Seyidəliyev


  1. Qeyri-cinsi çoxalmanın sitoloji əsasları . Mitoz

Orqanizmlərin qeyri-cinsi və yaxud vegetativ çoxalmasının əsasında hüceyrənin bölünməsi kimi unikal proses durur. Hüceyrənin bölünməsi orqanizmlərin çoxalmasında əsas dövr sayılır. Bu proses iki əsas mərhələdən: nüvənin bölünməsi - kariokinez və sitoplazmanın bölünməsi - sitokinezdon ibarətdir. Hüceyrə öz həyat tsiklində altı bir-birinin ardınca gedən fazadan ibarətdir: interfaza, profaza, prometafaza, metafaza, anafaza və telofaza. Bütün bu dövrlər bir mitotik tsikli təşkil edir.

İnterfaza (lat. inter - arada, yunan. phasis - peyda olma)-hüceyrənin iki bölünmə mərhələsi arasında gedən dövrdür. Bu dövrü ədəbiyyatda nüvənin sükunət dövrü də adlandırırlar. Lakin bu termin həmin dövrün məzmununu əks etdirmir və tarixi bir ad kimi qalır. Əslində isə interfazada hüceyrənin nüvəsində çox böyük dəyişmələr baş verir ki, bunların sayəsində hüceyrə bölünməyə başlayır. Hüceyrə tsiklinin müddətinin 90%-i interfazanın payına düşür. İnterfazada nüvənin hüceyrədə bölünməyə hazırlığı gedir ki, bu da üç mərhələyə ayrılır (şəkil 1). Bu zaman nüvədə xromosomlar nazik tellərdən ibarət torlu struktur kimi görünür.



Mitoz

DNT

sintezi


Şəkil 1. Mitotik tsikl. İnterfaza:

G1-presintetik faza; S-DNT sintezi fazası; G2- postsintetik faza.

2.Mitoz-cinsiyyətsiz çoxalma

1) Gı - mərhələ (presintetik mərhələ) - ən uzun çəkən mərhələdir, 10 saatdan bir neçə günə qədər davam edir. Nüvədə xromosomun, DNT-nin və zülal komponent-lərinin əmələ gəlməsi üçün material toplanır və mRNT, fermentlərin və hüceyrənin digər maddələrinın sintezi gedir. Deməli, Gı -DNT molekulunun sintezinə hazırlıq mərhələsidir.

2) S mərhələdə DNT molekulunun sintezi gedir və nüvədə DNT molekulu iki də-fə çoxalır. Bu mərhələ 6-10 saat çəkir və bundan başqa RNT-nin və zülalın sintezi da-vam edir.



3) G2-mərhələ (postsintetik mərhələ) - RNT-nin və zülalların (xüsusən nüvə) sin-tezi və gələcək mitozun getməsi üçün lazım olan enerji materialının toplanması gedir. Bu mərhələ 3-4 saat ərzində başa çatır. DNT-nin sintezindən sonra xromosomların ikiləşməsi baş verir.

Xromosomların bəziləri tez, digəri nisbətən gec ikiləşir, ikiləşmə hətta xromo-somların daxilində eyni vaxtda getmir. Bəzi sahələr tez, digərləri isə gec ikiləşir.

İnterfaza mərhələsi başa çatdıqdan sonra mitoz başlayır.

3.Mitoz bölünmənin mərhələləri

Mitotik bölünmə beş bir-birinin ardınca gedən mərhələdən ibarətdir (şəkil 2).






İnterfaza


Profaza



Prometafaza



Metafazaa



Anafaza



Telofaza

Şəkil 2. Heyvan hüceyrəsində mitozun sxemi.

Profaza. Mitozun başlanğıcı olan profazada nüvənin içərisindəki torvari quruluş tədricən xromatin telinə çevrilərək sarınmış yumağa bənzəyir. Sonra həmin xromatin telləri xromosomlara çevrilir. Əvvəlcə xromosomlar maksimum dartılmış halda olur, bu zaman xromomerlər aydın görünür. Sonralar xromosomlar yığılır və xromomerlər bir-birinə yaxınlaşır. Hər bir xromosom qoşalaşmış, lakin sentromer hissəsi ilə birləş-miş halda görünür. Hər bir ikiləşmiş xromosomu təşkil edən bu tellər xromatid adla-nır. Sentrosom iki yerə bölünür və bacı sentriollar profazanın sonunda hüceyrənin qütblərinə doğru hərəkət edir. Sentriolların arasında bu zaman axromatin adlanan iy tellər əmələ gəlir. Profaza mərhələsinin başa çatmasında həlledici əlamət nüvəciklərin yox olması, nüvənin qılafının həll olması və nüvənin plazmasının (karioplazma) sitoplazma ilə qarışması və miksoplazmanın əmələ gəlməsidir.

Prometafaza - xromosomların ekvatorial lövhə tərəfə hərəkəti ilə xarakterizə olunur. Bu hərəkət və xromosomların ekvator lövhəsində yerləşməsi metakinez adı almışdır.

Metafaza. Xromosomların ekvatorial lövhədə iy tellərinə qarşı perpendikulyar şə-kildə yerləşməsi metafaza mərhələsi adlanır. Bu zaman xromosomların sayı və forması aydın görünür. Hər bir xromosomun sentromeri bir xətt üzrə ekvatorial və ya metafaza lövhəsində yerləşir. Sentriollar arasında əmələ gəlmiş iy telləri hər bir xromosomun sentromer adlanan hissəsinə birləşmiş olur. Metafaza başqa mərhələlərə nisbətən çox qısa müddət ərzində başa çatır.

Anafaza. Bu zaman sentromerlər bölünür və xromatidlər iki tam müstəqil bacı xromosomlara çevrilir. Sentromerin iki yerə bölünməsi bütün xromosomlarda eyni vaxtda baş verir. Sentromerlərin bölünməsi anafaza mərhələsinin başlanğıcıdır. Ekvatorda ikiləşmiş xromosomlar, sentromerlərin bölünməsi qurtaran kimi, sürətlə hüceyrənin qütblərinə çəkilir. Qız xromosomların qütblərə doğru hərəkətini iy telləri idarə edir, əks halda onlar sitoplazmada nizamsız səpələnmiş qalardı. İy tellərinin qı-salması nəticəsində xromosomun ikiləşmiş sayının yarısı sentromerləri irəlidə olmaqla hüceyrənin bir qütbünə, digər yarısı isə o biri qütbünə doğru çəkilir. Bu proses sanki «əmr altında» sürətlə və nizamla gedir. Xromosomlar qütblərə çəkildikdən sonra onların sayı valideyn hüceyrəsindəki xromosomların sayına bərabər olur. Nüvənin hü-ceyrədə məhz bu yolla bölünməsi nəticəsində gələcək nəsil hüceyrələrində xromo-somların sayı sabit qalır. Hər hansı səbəbdən xromosomlar normal sürətdə qütblərə çəkilə bilmədikdə qız hüceyrələrdə xromosom sayının miqdarı pozulur və bunun nəticə-sində bir sıra anormallıq baş verir.

Telofaza. Xromosomların qütblərə çəkilməsi ilə telofaza başlanır. Bu mərhələdə sanki proses əksinə davam edir. Xromosomlar uzanır və onlarda dispirallaşma başla-nır. Hər hüceyrədə nüvə qılafı əmələ gəlir və sonra ana hüceyrəsində olduğu kimi hə-min sayda nüvəciklər bərpa olunur. Yuxarıda qeyd olunan mərhələlər hüceyrənin mitoz bölünməsində kariokinezə aiddir.

Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin