26
BAKIXANOV QARDAŞLARI
Xalqımızın elə oğulları var ki, onların tərcümeyi-halı, keçdiyi şərəfli yol təkcə özlərinə və
öz nəslinə məxsus deyil.
Belə oğulların, belə nəsillərin şərəfli əməli xalqın tarixinə dönüb, sətir-sətir, addım-addım
öyrənilməyə layiqdir.
Bakıxanovlar nəsli deyəndə biz ilk anda Abbasqulu ağa Bakıxanovu xatırlayırıq. Onun
ədəbiyyatda, tarixdə, fəlsəfədə, maarif sahəsində və nəhayət,
rus ordusunda hərbi xadim kimi,
xalqımıza göstərdiyi əvəzsiz xidmətlərini ehtiramla yad edirik. Abbasqulu ağa Bakıxanov barədə
tədqiqatçılarımız az-çox öz sözlərini deyiblər. Şübhəsiz ki, çox adama, geniş oxucu kütləsinə
hələ də yaxşı məlum deyil ki, Bakıxanovlar nəslindən ötən əsrdə on yeddi nəfər hərbçi olub.
Cəfərqulu ağa Bakıxanov, Həsən ağa Bakıxanov, Abdulla ağa Bakıxanov isə general kimi
yüksək rütbəyə layiq görülüblər. Hətta Cəfərqulu ağa general-leytenant rütbəsinə qədər yüksəlib.
Ötən əsrin iyirminci illərində hərbi xidmətə başlayan Cəfərqulu ağa 1799-cu ildə Bakının
Əmircan kəndində anadan olub. Hərbi təhsilini əvvəl Dərbənddə, sonra isə Peterburqda alıb.
Kiçik zabit rütbəsi ilə hərbi məktəbi bitirən Cəfərqulu ağa Müşkür mahalının
naibi təyin
olunur. 1824-cü ildə Qafqaz canişini general Aleksey Petroviç Yermolov ştabs-kapitan
C.Bakıxanovun qüsursuz hərbi xidmətlərini nəzərə alaraq, komendantlıq dövründə alınıb
dövlətin ixtiyarına keçirilmiş dədə-baba torpaqlarını Cəfərqulu ayağa qaytarmış və Hacı Ərəb
kəndini ona bağışlamışdır.
Cəfərqulu ağa Bakıxanov ilk döyüş sınağını 1826-28-ci illərdə Rusiya ilə İran arasında
olan müharibədə keçmişdir. Quba süvari dəstəsinin komandiri kapitan Cəfərqulu ağa Salyanı,
Zərdabı və Kür çayı sahilini İran basqınçılarından təmizləmişdir. Şamxor və Gəncə yaxınlığında
gedən odlu döyüşlərdə C.Bakıxanov süvarisi şah qvardiyasından bir dəstəni əsir almışdı. Həmin
günlərdə komandan İvan Paskeviçə göndərilən raportda yazılırdı: “Azərbaycan döyüşçüləri
misilsiz qəhrəmanlıq göstərir və həmişə də ön sıralarda getməyə icazə verilməsini tələb edirlər”.
Fərəhləndirici haldır ki, bu döyüşlərdə əlli səkkiz azərbaycanlı döyüşçünün qəhrəmanlığı
orden və medallara layiq görülmüşdür.
Müharibədən bir il sonra, 1829-cu il fevralın 8-də imperatorun sərəncamı ilə döyüşlərdə
göstərdiyi qəhrəmanlığa görə mayor Cəfərqulu ağa Bakıxanov üçüncü dərəcəli bantlı “Müqəddəs
Anna” ordeni ilə təltif olunur.
Podpolkovnik Cəfərqulu ağa Bakıxanov uzun illər Dağıstan hərbi
dairəsində qulluq
etmişdir. O, dairənin komandanı general M.Z.Arqutinski ilə yaxın dost olmuşdur. General
M.Arqutinski öz qeydlərində Cəfərqulu ağaya, onun qardaşı şair Abbasqulu ağaya səmimi
münasibət bəslədiyini və dəfələrlə Qubada onların evində qonaq qaldığını iftixarla yazır.
Abbasqulu ağa Bakıxanov isə “Gülüstani-İrəmin” yazılması səbəbi barədə” adlı şerində general
Arqutinskini hörmətlə yad edir:
Bir möhtərəm cənab üçün, ələ alıb qələmi,
Çox həvəslə yazmışam bu Gülüstani-İrəmi.
Qalsın bəlkə bu dünyada məndən ona yadigar,
Hər baxanda fərəh versin qəlbinə bu xoş bahar.
Bunda
keçmiş məliklərdən, ruzigardan xəbər var,
Bu kitabda çox hikmətli və qiymətli gövhər var.
Yarandısa xahişilə Moisey Zaxariçin,
Yazılmalı oldu, lakin bu əsərim xalq üçün.
27
1829-cu ildə Cəfərqulu ağa Bakıxanov Həzrə kəndinin çox da varlı olmayan bəyi
Xanbutayın qızı Çimnaz xanımla ailə qurur. Kiçik qardaşının xeyir işinə sevinən Abbasqulu ağa
Bakıxanov Tiflisdən arvadı Səkinə xanıma yazırdı:
“Əzizim, mehribanım!
... Qardaşım Cəfərqulunun xeyir işi barədə bərk sevindim. Mən canla-başla bu işə
razıyam. İstəyir xan, bəy, ya da başqa bir kəsin qızı olsun.
Könlü necə istəyir, elə də etsin. Siz də
bu barədə əlinizdən gələni edin. Pulum olsaydı belə bir xeyir iş üçün göndərərdim. Ancaq
yoxumdur. Öz şallarından birini onun gəlininə bağışla. Artıq nə yazım. Siz qardaşımdan,
qardaşım da sizdən muğayat olun. Bir-birinizə mehribanlıq eləyin. Analarımıza, qardaşlarımıza
salam-dua yetirin. Bacım Xeyransa xanıma xüsusi salamım var. Günləriniz arzunuzca olsun.
Abbasqulu”.
1853-cü ildə Krım müharibəsi başlananda Cəfərqulu ağa Bakıxakov polkovnik kimi
döyüşürdü. Onun bu müharibədəki igidliyi dördüncü dərəcəli “Müqəddəs Georgi Ordeni”nə
layiq görülüb. Azərbaycanlılardan ibarət süvari dəstəsinin komandiri olan Cəfərqulu xana
general-mayor rütbəsi verildi.
Arxiv sənədlərində göstərilir ki, 1856-cı ildə II Aleksandrın
tac qoyma mərasiminə
tanınmış yerli feodallardan ibarət nümayəndələr göndərilmişdi. Nümayəndə heyətinin tərkibində
Dərbəndin ali təbəqəsindən general-mayor Cəfərqulu ağa Bakıxanov, Darkin mahalından mayor
Nurbahənd Hadi, Samur mahalından poruçik Qazi Əhməd Hacı oğlu, Qazıqumıq xanlığından
kornet Həsən xan, Qaytaqdan poruçik Atambəy İbahoğlu, Tabasarandan podporuçik İsmayılbəy
Mirzə Hadıoğlu vardı.
Nümayəndə heyətinin başçısı general-mayor Cəfərqulu ağa Bakıxanov olmuşdur.
XIX əsrin altmışıncı illərində Cəfərqulu ağa Quba qəzasında torpaq sahibkarlarından biri
idi. General Cəfərqulu ağa Bakıxanov özünün şəxsi torpaqlarından əlavə 1855-ci ildə dövlətdən
on beş il müddətinə yüz əlli desyatin torpaq icarəyə götürmüşdü.
1863-cü ildə Cəfərqulu ağa Bakıxanov ordu heyətindəki nümunəvi xidmətinə görə
general-leytenant rütbəsinə layiq görülmüşdür.
Axtarışlarımız zamanı hələlik
müəyyən edə bilmişik ki, ilk azərbaycanlı general-
leytenantımız Cəfərqulu ağa Bakıxanovdur. Bu, keçmiş rus ordusunda ən ali rütbələrdən biridir.
Müasir ordu ilə müqayisə etdikdə general-polkovnik rütbəsinə bərabərdir. Bir faktı da
xatırlatmaq yerinə düşərdi ki, Zaqafqaziya Rusiya ilə birləşəndə Qarabağ hakimi İbrahimxəlil
xana və Cəfərqulu xan Şəkinskiyə də general-leytenant (1806-cı ildə) rütbəsi verilmişdi. Hərbi
nizamnaməyə görə adlarını çəkdiyimiz hər iki general-leytenantdan Cəfərqulu ağa Bakıxanovun
üstünlüyü ondadır ki, o, nizami orduda uzun illər xidmət etdikdən sonra əla və qüsursuz
xidmətinə görə bu rütbəyə layiq görülmüşdür. Qarabağ hakimi İbrahimxəlil xanı və Şəki hakimi
Cəfərqulu xanı isə çarizm öz tərəfinə çəkmək məqsədilə general-leytenant rütbəsi ilə təltif
etmişdi. Bu faktı qeyd etməklə nə İbrahimxəlil xanın, nə də Cəfərqulu xanın
xidmətlərini
azaltmaq fikrində deyilik. Lakin döyüşən orduda general-leytenant kimi ali rütbəyə layiq
görülmək böyük şərəfdir. Bu isə hər zabitə qismət olmur.
General-leytenant Cəfərqulu ağa 1867-ci ilin sentyabr ayında Qubada vəfat etmişdir.
Moskvadakı Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin 191 nömrəli Yefremov fondunda
həmin ildə “Vostok” qəzetindən köçürülmüş bir vərəq saxlanılır. Vərəqdə oxuyuruq:
“Vostok” qəzetinin yazdığına görə keçən ay Qubada general-leytenant Cəfərqulu xan
Bakıxanov vəfat etmişdir. O, sonuncu Bakı xanı Hüseynqulu xanın nəslindəndir. Hüseynqulu
xanın nökəri 1806-cı ildə Sisianovu öldürmüşdür. Bakıxanovun cənazəsi Qubadan Bakıya Şıx
vadisində dəfn olunmağa gətirilmişdir. Xanın dəfn mərasimi onun mənsəb və rütbəsinə layiq
hərbi şərəflə təşkil olunmuşdur. Qubernator və onun şəxsi heyəti vidalaşmaq üçün Şamaxı
yoluna gəlmişdilər.
Mərasim hərbi matəm musiqisi və qaladan atılan yaylım atəşi ilə müşayiət olunmuşdur.
Matəm dəstəsinin
önündə bəziləri barabanlarla, bəziləri isə bayraq və müxtəlif ordenlərlə
irəliləyirdilər. Onların ardınça mollaların müşayiəti ilə tabutda mərhumun cənazəsi aparılırdı.
28
Cənazənin yanınca qurşağa kimi çılpaq, sinələrinə və başlarına yumruqla döyən azərbaycanlılar
gedirdilər.
Mərhum xanla təntənəli vidalaşma Bayıl burnuna qədər davam etdi. Döyüşçülər orada
dayandılar. Axırıncı hörmət əlaməti olaraq tüfənglərdən üç dəfə yaylım atəşi açdılar. Sonra xanın
ordenləri onu məzara qədər müşayiət edəcək azərbaycanlılara verildi”.
Dostları ilə paylaş: