Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə7/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   2   3   4   5   6   7   8   9   10   ...   51
 
GENERAL FƏRƏC BƏY AĞAYEV 
 
1958-ci ildə  Şamaxıdakı dördsinifli ali ibtidai məktəbdə yüz qırx dörd nəfər buraxılış 
imtahanı verirdi. Onlardan otuz iki nəfəri azərbaycanlı idi. Burada zadəgan, ruhani, rəiyyət 
silkinə məxsus uşaqlar təhsil alırdılar. İmtahan verənlər arasında uzun illər çar ordusunda xidmət 
edən praporşik Səlim bəyin oğlu Həsən bəy Məlikov da vardı. Buraxılış imtahanlarını qeyri-adi 
bir müvəffəqiyyətlə verən Həsən bəy fitri istedadı ilə hamını heyran qoydu. İmtahanda iştirak 
edən Qafqaz təhsil dairəsinin müdiri baron Aleksandr Pavloviç Nikolai, Həsən bəy Məlikovun 
padşahlıq hesabına birinci dərəcəli Tiflis gimnaziyasına qəbul olunmasına məmnuniyyətlə razılıq 
verdi. 
Lakin məktəbin direktoru üzrxahlıq edib: 
- Aleksandr Pavloviç, - dedi, - cəsarət edib haqqında hüzurunuza tərif dolu tələbnamələr 
yazdığım şagird Həsən bəy Məlikov, bax budur. Özünüz onun biliyinin şahidi oldunuz. 
                                                 
5
 
Akselrod. Göstərilən oçerk

 


 
18
- Yadımdadır, səhv etmirəmsə bir ildə iki dəfə yazmışdınız. - Baron Nikolai ani olaraq 
fikrə gedib, - cənab direktor, - dedi, - bu cılız müsəlman balası sizin yazdığınız təriflərə  də 
layiqdir. Əlbəttə, bu müvəffəqiyyətin qazanılmasında sizin müəllimlərin böyük əməyi var. Mən 
onun Tiflis gimnaziyasında oxumasına bütün qəlbimlə sevinərdim. O həqiqətən istedadlı uşaqdır. 
Məktəb müdiri ona və  məktəbinə deyilən tərifdən xoşhal olub, barona hörmətlə  təzim 
etdi. 
 - Möhtərəm Aleksandr Pavloviç, ancaq bir çətinliyimiz var. 
Nədi o çətinlik, nədən ibarətdir? 
       -  İnişil bu uşağın atası Səlim bəy vəfat etdi. İndi ailənin başçısı onun böyük qardaşıdır. O da 
iki ayağını bir başmağa   dirəyib deyir ki, qardaşım Həsən bəyin Tiflisə    oxumağa getməsinə 
razı deyiləm. 
- Niyə? 
- Deyir ki, uşağı gözümdən uzağa qoya bilmərəm.  Hələ çox balacadır. 
- Olarmı o cənabla özüm söhbət edəm? Bəlkə, yola gətirdik. 
- Olar, amma bir məsələni sizə açım... 
Baron şəhadət barmağını dik tutub zarafatla: 
- Dayan, dayan, yəqin sünnidir, tərs damarı var. Sən də ondan qorxursan, - deyib başını 
bulaya-bulaya: - ay müsəlmanlar, ay müsəlmanlar...  
- Yox, Aleksandr Pavloviç, sünni olmağına sünni deyil, qorxuram, tərs damarı tutar, daha 
da acığa düşər, belə istedadlı, uşaq əlimizdən çıxar. Mən bir fənd işlətmişəm. Deyim, qulaq asın. 
Həsən bəyin atasının dayısı general-leytenant Fərəc bəy Ağayev Tiflisdə yaşayır. Yəqin ki, siz də 
onu tanıyırsınız. Generalın imzası ilə bir xahişnamə hazırlamışam. Guya o, bizim məktəb 
müdiriyyətindən təvəqqe edir ki, Həsən bəyi Tiflis gimnaziyasına oxumağa göndərək... 
- Qardaşı yenə də razılaşmır? 
- Biz hələ generalın məktubu barədə  Həsən bəyin böyük qardaşına bir söz deməmişik. 
İstərdik ki, məktub barədə ona siz deyəsiniz. 
  
- Niyə məhz mən... 
- Ona görə ki, siz Qafqaz təhsil dairəsinin hamisisiniz. 
Zaqafqaziya Baş  İdarəsi Sovetinin üzvüsünüz, həm də      həqiqi mülki  müşavirsiniz.  Sizin - 
baron Aleksandr  Pavloviç   Nikolainin sözü daha inandırıcı olar. 
- General-leytenant Fərəc bəy Ağayev həzrətlərini  mən  də yaxşı tanıyıram. Deyirsən, 
cəsarət edib onun adından danışaq? Mənə belə gəlir ki, bir müsəlman ziyalısının artması üçün 
işlətdiyimiz fəndə görə cənab general bizi bağışlar. Amma    onu da deyim ki, bu fənd heç də bəd 
deyil. Çox məharətlə   tapılıb. Uşağı xilas etməyin başqa yolu yoxdur. General tərəfdən arxayın 
olun, razılıq mənim boynuma. Bu barədə Tiflisə qayıdan kimi onun özünə də məlumat verərəm. 
Baron Aleksandr Pavloviç Nikolai Tiflisə qayıdanda Şamaxı məktəb müdirinin işlətdiyi 
“fənd” haqqında generala məlumat verdi. General bığaltı gülümsündü və  məmnuniyyətlə 
qohumu Həsən bəy Məlikovu himayəsinə keçirərək, Birinci dərəcəli Tiflis gimnaziyasına qəbul 
olunmasına kömək etdi. 
Bəs, general-leytenant Fərəc bəy Ağayev kimdir? Necə olub ki, tədqiqatçılarımız onun 
üstündən sükutla   keçiblər?    Həsən bəy Zərdabi kimi görkəmli maarifpərvəri bizə   bəxş   edən   
bu xeyirxah adamın ömür yolu həyatın hansı sınaqlarından çıxıb?  
General-leytenant Fərəc bəy Ağayevin haqqında biz ilkin məlumata “Kavkaz” qəzetinin 
səkkiz dekabr min səkkiz  yüz doxsan birinci il tarixli nömrəsində  və “Kavkazski kalendar”    
illik məcmuəsinin 1873-1874-cü illərdəki nömrələrində rast gəldik. Birinci mənbədə haqqında 
geniş  məlumatla “Fərəc bəy” kimi təqdim olunan eloğlumuz, ikincidə Qafqaz Əlahiddə   
Ordusunun generalları  sırasında “Nikolay Nikolayeviç Ağayev” adlandırılır. Ona görə ki, bu 
yaraşıqlı, igid qafqazlı zabitini 1844-cü ildə imperator    birinci    Nikolay   və onun    arvadı   
Mariya Aleksandrovna xaç suyuna çəkib oğulluğa qəbul etmişdilər. 
Uzun müddət Peterburqda xidmət edən padşahın sevimlisi Fərəc bəy Ağayevə Qafqaza 
qayıtdıqdan sonra yaxın qohumları belə yaxşı münasibət bəsləməmişlər. Hətta Həsən bəy 
Zərdabi məktublarından birində yazır ki, atam el arasında xəcalət çəkirdi ki, dayısı rus adını 


 
19
qəbul edib. Ona görə  də ondan üz döndərib küsmüşdü. Get-gəlimiz belə yox idi. Ömrünün 
sonlarında Tiflisdə yaşayan generala hamı “rus Ağayev” deyərmiş. Şübhəsiz ki, sonralar səhvini 
başa düşən general vəsiyyət etmişdir ki, nekroloqunda ad-familiyası  Fərəc bəy Ağayev kimi 
göstərilsin. Onun bu vəsiyyətinə əməl olunur. 
General-leytenant Fərəc bəy Ağayev füsunkar Qarabağın  Şuşa  şəhərində 1811-ci ildə 
adlı-sanlı bəy ailəsində dünyaya gəlib. İlk hərbi təhsilini Tiflis kadet korpusunda aldıqdan sonra 
1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlayıb. 
Xidmətinin yeddinci ilində  ən yaxşı qvardiya rotmistri Fərəc bəy eskadron komandiri kimi 
Peterburqa göndərilir. Peterburqda o, birinci Nikolayın xüsusi qvardiya kazak polkunda 
leybqvardiya komandiri vəzifəsinə  təyin olunur. Elə burda da o, imperatorun və onun arvadı 
Mariya Aleksandrovnanın sevimlisi olur. 
Fərəc bəy Ağayev özünün qeyri-adi hərbi qabiliyyəti və igidliyi sayəsində xidmətinin on 
ili  ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə  qədər Peterburqda, xüsusi qvardiya 
kazak polkunda qüsursuz xidmət edən polkovnik F.Ağayev həmin ili Əlahiddə Qafqaz 
Ordusunun sərəncamına göndərilir. 
1853-cü ildə Krım müharibəsi başlananda polkovnik Fərəc bəy Ağayev Qarabağın 
azərbaycanlı igidlərindən ibarət süvari alayı  təşkil edib, özü də onun komandiri olur. Müxtəlif 
arxiv sənədləri, komandanlığa göndərilən raport və  məktublar göstərir ki, Fərəc bəyin 
şuşalılardan ibarət süvari polku Kürəkdərə uğrunda gedən döyüşlərdə altmış minlik korpusa qarşı 
dönməz bir iradə ilə vuruşmuşdur. 1854-cü ildə osetinlərdən təşkil olunmuş milis alayı da Fərəc 
bəyin alayına təhkim edilir. Süvari qoşun dəstəsinin komandiri kimi yüksək vəzifə daşıyan 
eloğlumuz hərbi xidmətinə  və qoşun başçısı kimi göstərdiyi qəhrəmanlığa görə üstündə 
“Cəsurluğa görə” yazılmış  qızıl xəncərlə, çoxlu hərbi ordenlərlə, həmçinin imperator tacı ilə 
bəzədilmiş birinci dərəcəli “Müqəddəs Anna” ordeni və ikinci dəfə birinci dərəcəli “Müqəddəs 
Anna” (qılıncla birgə) ordenləri ilə təltif olunmuşdur. 
1853-56-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayev general-mayor kimi 
fəxri rütbəyə layiq görülür. 
Müharibə yenicə başlayanda Fərəc bəy Ağayevin başçılığı ilə Qarabağ Azərbaycan süvari 
dəstəsinin təşkili haqqında Peterburqa məlumat göndərən qraf Vorontsov qeyd edirdi ki
polkovnik Fərəc bəyin sayəsində könüllü dəstələr tezliklə  yığıldı. Döyüşçülər yürüşə  məşhur 
Qarabağ kəhərlərində və layiqincə silahlanmış halda başladılar. 
Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə general-
leytenant rütbəsində istefaya çıxmışdır. Ömrünün sonuna kimi Tiflis Xeyriyyə  cəmiyyətində 
çalışan general-leytenant Fərəc bəy Ağayev min səkkiz yüz doxsan birinci il noyabrın iyirmi 
altısında səksən yaşında Tiflisdə vəfat etmişdir. 
  
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin