806) Normada qanın pH-ı nə qədərdir?
A) 7,0 – 7,35
B) 7,35 - 7,45
C) 6,85 – 7,0
D) 7,85- 9,0
E) 7,45 – 7,80
Ədəbiyyat: Н.Р.Бочков «Клиническая генетика», 1997 г.
807) pH simvolu nəyi göstərir?
A) Sadalananların heç birini
B) H+/OH- nisbətini
C) H+ qatılığını
D) OH- qatılığını
E) H+ mənfi onluq loqarifmini
Ədəbiyyat: Н.Р.Бочков «Клиническая генетика», 1997 г.
808) İrsi hipotireozun kütləvi aşkar olunmasında istifadə olunan əsas üsullar hansılardır?
A) Xromatoqrafik üsullar
B) İmmunferment analizi; radioummun analizi
C) Sadalananların hamısı
D) Enzimodiaqnostika
E) İzoelektrofokuslanma
Ədəbiyyat: Н.Р.Бочков «Клиническая генетика», 1997 г.
809) İmmunferment analizi hansının kütləvi aşkar olunmasında əsas üsuldur?
A) Fenilketonuriyanın
B) Orqanik asiduriyanın
C) Qalaktozemiyanın
D) İrsi hipoteriozun
E) Sadalananların hamısının
Ədəbiyyat: Н.Р.Бочков «Клиническая генетика», 1997 г.
810) Yumurtalıqlarında cüzi disfunksiya olan qadında cinsi xromatinin müayinəsi aparılmışdır və 8% təşkil etmişdir. Barr cisimli hüceyrələr aşkar edilmişdir. Həkimin taktikası hansı olacaqdır?
A) Şereşevski-Terner sindromunun kliniki diaqnozunu qoymaq
B) Xəstəni kariotip müayinəsinə göndərmək
C) Sadalananların heç biri
D) Cinsi xromatin müayinəsini təkrar etmək
E) Sadalananların hamısı
Ədəbiyyat: Н.Р.Бочков «Клиническая генетика», 1997 г.
811) Mama-həkimin anamnezində hansı qeydləri olan qadınlara xromosom analizi təyin edilir?
A) Xromosom sindromlu uşaqları olana
B) Hamiləliyin birinci 3 aylığında öz-özünə baş verən abortları olana
C) Çox sayda irsi inkişaf qüsurlu uşaqları olana
D) Sadalananların hamısı
E) Anamnezdə ölü doğulma və vaxtsız uşaq ölümü olana
Ədəbiyyat: Н.Р.Бочков «Клиническая генетика», 1997 г.
812) Xarici genitalları anomal inkişaf etmiş uşağın cinsi xromatininin müayinəsinin aparılması nə zaman tövsiyə olunur?
A) Anadan olmasından 2 gün sonra
B) Anadan olandan 1 ay tez olmayaraq
C) Anadan olmasından 3 gün sonra
D) Anadan olmasından 10 gün sonra
E) Anadan olmasından 5 gün sonra
Ədəbiyyat: Н.Р.Бочков «Клиническая генетика», 1997 г.
813) Cavan qadında 5 dəfə öz-özünə baş verən abort olmuşdur. Bunun səbəbini aydınlaşdırmaq üçün hansı müayinələr aparılmalıdır?
A) Kişinin Y-cinsi xromatininin müayinəsi
B) Qadının cinsi xromatininin müayinəsi
C) Kişinin X-cinsi xromatininin müayinəsi
D) Sadalananların hamısı
E) Qadının və kişinin kariotipi
Ədəbiyyat: Н.Р.Бочков «Клиническая генетика», 1997 г.
Dostları ilə paylaş: |