233) Xromosom dəstinin anomaliyası hansı sindromda aşkar olunur?
A) Qarışıq qonadaların disgeniziyasında
B) Tam testikulyar feminizasiyada
C) Natamam maskulinizasiyada
D) Natamam testikulyar feminizasiyada
E) Qonadaların təmiz disgeneziyasında
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика»,1997 г.
234) Adreno-genital sindromun irsiyyət tipi hansıdır?
A) X-ilişikli dominant
B) Autosom resessiv
C) Autosom-dominant
D) Xromosom sistemində anomaliya
E) X-ilişikli resessiv
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика»,1997 г.
235) Testikulyar feminizasiyanın irsiyyət tipi hansıdır?
A) X-ilişikli dominant
B) İrsiyyət tipi təyin olunmayıb
C) Autosom-dominant
D) Autosom-resessiv irsiyyət tipi
E) X-ilişikli resessiv
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика»,1997 г.
236) Oğlanlarda adrenogenital sindromun sadə viril forması üçün manifestasiya daha çox hansı yaşda xarakterdir?
A) Birinci onillikdə
B) Çağa dövründə
C) Həddi-bulluq dövründə
D) Yetkin yaşda
E) Südəmər dövrdə
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика»,1997 г.
237) 5 yaşlı uşaq genitalların düzgün olmayan quruluşu ilə anadan olmuşdur.Müalicə aparılmayıb. 4-5 yaşında qasıqda tüklənmə, səsin kobudlaşması baş vermişdir. 5 yaşında sümük yaşı 8-9 yaşa müvafiq gəlmişdir. Kariotip 46,XX. Ehtimal edilən diaqnoz hansıdır?
A) Natamam maskulinizasiya sindromu
B) Marfan sindromu
C) Hormon hasiledən şiş
D) Adrenogenital sindrom
E) Sadalananların heç biri
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика»,1997 г.
238) 15 yaşında psixikası normal qız sol tərəfli qasıq yırtığına görə cərrahi əməliyyat olmuşdur.Süd vəziləri yaşa uyğun inkişaf etmişdir,qasıqda tüklənmə var, menstruasiya yoxdur.Əməliyyat zamanı yırtıq kəsiyində çox qorxulu əlamətli yumurtacıq aşkar olunmuşdur. Ehtimal olunan diaqnoz hansıdır?
A) Qonadaların qarışıq disgeneziyası sindromu
B) Adrogenital sindrom
C) Testikulyar feminizasiya sindromu
D) Natamam maskulinizasiya sindromu
E) Qonadaların təmiz disgeneziyası sindromu
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика»,1997 г.
239) 18 yaşında psixikası normal qızda ikincili cinsiyyət əlamətləri yoxdur. Xarici cinsiyyət orqanları düzgün inkişaf etmişdir. Kiçik çanağın USM zamanı dartılmış şəkildə uşaqlığın, borunun və qonadaların hipoplaziyası aşkar olunmuşdur.Kariotipi 46,XY .Daha çox ehtimal olunan diaqnoz hansıdır?
A) Testikulyar feminizasiya sindromu (tam)
B) Adrenogenital sindrom
C) Terner sindromu
D) Testikulyar feminizasiya sindromu (natamam)
E) Qonadaların təmiz disgeneziyası sindromu
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика»,1997 г.
Dostları ilə paylaş: |