Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri



Yüklə 80,73 Kb.
səhifə47/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   43   44   45   46   47   48   49   50   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

İşarələrin təsnifatı

Texniki İstismar Qaydalarına müvafiq olaraq dəmiryol işçiləri işarələrin tələbini yerinə yetirmək üçün bütün vasitələrdən istifadə etməyə borcludurlar. Dəmiryol nəqliyyatında işarə sözünü işarə qurğusu və onun göstəricisi kimi başa düşürlər. Işarəvermə dəmir yolunda görünənlərə və səslənənlərə bölünürlər. Görünən işıq işarələrinin səs işarələrindən üstün cəhəti ondan ibarətdir ki, uzaq məsafədən görünür. Görünən işarələrə svetaforlar (işıqfor), bayraqcıqlar, fənərlər, lövhə və disklər aiddir. Belə işarələr TİQ-ə, İşarəvermə və rabitə təlimatına uyğun yerləşdiriir. Görünən işarələr işarəverici cihazın tipindən asılı olaraq daimilərə (svetaforlar, dəmir yolunun təyin olunmuş yerlərində qurulur, lokomotiv svetoforları), köçürülənlərə (lövhələr, bayraqcıqlar, dirəkdən asılmış fənərlər), qatar işarələrinə (bayraqcıqlar, disklər). Qatar işarələrinə şəffaf ağ, qırmızı və sarı işığı olan əl fənəri, qırmızı və sarı bayraqcıq və qırmızı disk aiddir. Belə işarələr qatarın əvvəlini və sonunu bildirir. Sayına, rənginə görə qatarın hansı yolla hərəkət etdiyini təyin etmək olar. Əl işarəsi bildirmək üçün qırmızı və sarı bayraqcıqdan, qırmızı, sarı, yaşıl, şəffaf ağ rəngli işığı olan əl fənərindən, bir tərəfi ağ, o biri tərəfi isə qırmızı rəngli diskdən istifadə edirlər. Əl işarələrinin köməkliyi ilə lokomotiv maşinistlərinə qatarı saxlamaq, yola düşmək, təyin olunmuş sürətlə hərəkəti davam etdirmək və ya sürəti azaltmaq işarəsi bildirilir.

Səsli işarələr səslərin sayı ilə təyin olunur. Səsli işarələrə lokomotivin, motor-vaqonlu qatarın (drezinin) fiti, zənglər, əl fiti, sirenalar və s. aiddir. İşarə nişanları daimi, xəbərdaredici və müvəqqəti növlərə bölünürlər. Müvəqqəti nişanlar təmir tikinti işləri yerinə yetirilən zaman və sahədə qar təmizləmə işləri aparılarkən qurulur.Səsli işarələr işıqlanma ilə təmin olunmur və elə qurulur ki, qatarın projektoru onu işıqlandıra bilsin.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin