Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov


Şagird: 1.1.  Dinlədiyi fikri anladığını nümayiş



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə8/391
tarix30.12.2021
ölçüsü3,37 Mb.
#22836
1   ...   4   5   6   7   8   9   10   11   ...   391
Şagird:
1.1.  Dinlədiyi fikri anladığını nümayiş
etdirir.
1.1.1. Sual verməklə dinlədiyi fikrin ma -
hiyyətini aydınlaşdırır.
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
(Ana dili kurikulumu, səh.9)
Çap üçün deyil


Mətnin dinlənilməsinin səmərəli təşkili üçün tətbiq edilən qaydalar:
Mətn üçün uşaqların yaşına və maraq dairəsinə uyğun mövzu seçilməlidir.
Şagird bilməlidir ki, şifahi nitq bitdikdən sonra o, nitqi dinlədiyini sübut
etməlidir.
Nitqə başlamazdan əvvəl çalışmaq lazımdır ki, şagirdlər öz yerlərində rahat
otursunlar, partaların üstündə və ümumiyyətlə, sinifdə onların diqqətini
yayındıracaq heç bir şey olmasın.
Natiq (şagird və ya müəllim) elə yerdə dayanmalıdır ki, bütün uşaqlar onu
görsün. Uşaqlara tapşırmaq lazımdır ki, gözləri natiqdə olsun, onun jestlərini
və sifət hərəkətlərini (mimikasını) izləsinlər. 
Mətn aramla və intonasiya ilə oxunmalı, tez-tez fasilə edilməlidir. Natiqin səsi
sinfin hər bir guşəsində eşidilməldir.
Mətn həcmcə böyük olarsa, o, bitkin hissələrə bölünməli və mərhələlərlə
oxunmalıdır. Hər bir hissənin səsləndirilməsi 5 dəqiqədən çox çəkməməlidir.
Hər bir hissə səsləndirildikdən sonra müəllim oxumağı  dayandırıb uşaqlara
düşündürücü suallar verməlidir. Bu suallar həm də uşaqların diqqətini mətn
üzərində cəmləməli, onları mətnin davamına daha diqqətlə qulaq asmağa
stimullaşdırmalıdır.
Müəllim mətndə səslənən hər hansı bir sözün uşaqlar üçün tanış olmadığını
ehtimal edərsə, fasilə verməli və yeni sözün mənasını kontekstdən çıxış
edərək uşaqlarla birlikdə açıqlamalıdır.  
Dinləmə dərslərində uşaqları daim sual verməyə və fikir bildirməyə sövq etmək
lazımdır. Onlar yalnız öyrənmək üçün deyil, anladıqlarını nümayiş etdirmək üçün də
bir-birinə suallar verə bilərlər. Verilən suallar şagirdlərin dinləmə bacarıqlarını
qiymətləndirmək üçün meyar rolunu oynaya bilər.  
Dinlənilən mətnlə bağlı fikir yürütmək dərs prosesində dinləmə və danışma
bacarıqlarını sintez etməyə imkan verir. Bunun üçün isə uşaqlar danışmağa həvəsli
olmalıdırlar. Başqa sözlə, dinləmə materialı onlar üçün çox maraqlı olmalıdır.
Dərslik müəllifləri təlimin müəyyən mərhələlərində şagirdin dinləmə üzrə başqa
bacarıqlarını da hədəf seçir və qiymətləndirmə zamanı bu bacarıqları meyar kimi
götürürlər. Bunlar aşağıdakılardır:
Dinlədiyi mətn parçasını öz sözləri ilə təkrar edir.
Dinlədiyi şeirin məzmununu nəsrlə ifadə edir.
Dinlədiyi mətnə çəkilmiş şəkillərin süjetə uyğun ardıcıllığını müəyyən edir.
Dinlədiyi mətnlə illüstrasiya arasındakı uyğunsuzluğu müəyyən edir.
Dinlədiyi ifadə mətnlərini qurulmuş plana əsasən öz sözləri ilə yazır.
n
n
n
n
n
n
n
n
n
n
n
n
9

Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   391




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin