GÜney azərbaycan



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix29.11.2016
ölçüsü2,8 Kb.
#462
1   ...   4   5   6   7   8   9   10   11   12

Prof.dr. Cəfər QĠYASĠ 
AMEA-nın müxbir üzvü 
 
XUDAFƏRĠN – HƏSRƏT KÖRPÜSÜ 
 
Ġki  min  ildən  artıq  Azərbaycanı  dünyanın  ölkələri,  qitələri  ilə  birləĢdirən 
karvan  yolları  Araz  çayı  yatağında  –  Xudafərin  dərəsində  bir-birinə  qovuĢub. 

93 
 
Gözəl  təbiətli  bu  dərədə  atılmıĢ  körpülər  təkcə  Arzın  iki  sahilini  –  Qaradağı 
Qarabağa  birləĢdirmirdi,  eləcə  də  Doğunu  Batıya,  Güneyi  Quzeyə,  Asiyanı 
Avropaya  calayırdı.  Böyük  Ġpək  Yolunun  bir  qolu  da  bu  körpülərin  üstündən 
keçirmiĢ. Ġki əsrə yaxındır ki, bu dərə əlçatmaz, ayaqdəyməz yer olub. O çağdan – 
Araz Vətənin ortasında sərhəd çayına çevriləndən hər iki sahil bir-birini bir bayatı 
ilə haraylayır: 
Əzizim bu yan dağlar,  
Al qana boyan dağlar. 
Bu yan zülmətxanadır, 
Necədir o yan dağlar?! 
Mürəkkəb relyefli  yer quruluĢu,  ərazisində  çayların sıx  Ģəbəkəsinin olması 
səbəbindən  Azərbaycanda  körpütikmə  ənənəsi  çox  qədim  dövrlərə  gedir. 
Ölkədaxili yollar üstündə olan maneələrin azaldılması, eləcə də ərazisindən keçən 
iri  beynəlxalq  ticarət  marĢrutlarında  hərəkət  rahatlığının  təmin  edilməsi  üçün 
zaman-zaman  kiçik  körpülərlə  yanaĢı,  çoxlu  monumental  körpülər  də  tikilmiĢdir. 
Mülki  memarlığın  bu  zəngin  irsinin  yerli  və  regional  əhəmiyyətinə,  eləcə  də 
yüksək  bədii-texniki  göstəricilərinə  görə  ən  məĢhur  abidələri  iki  Xudafərin 
körpüsüdür.  Ġkiyə  parçalanmıĢ  Azərbaycanın  ortasında  XIX  əsrdən  baĢlayaraq 
sərhəd  çayına  çevrilmiĢ  Araz  üzərində  yerləĢməsi  bu  körpüləri  xalq  düĢüncəsində 
vətənin ərazi bütövlüyünün simvolu statusuna yüksəltmiĢdir. 
1213  və  1220-ci  illərdə  Azərbaycanda  olmuĢ  məĢhur  ərəb  səyyahı  və 
coğrafiyaçısı  Yaqut  Həməvi  Arazı  “möcüzəli  çay”  adlandıraraq  eĢitdiklərini: 
“Deyirlər Araz boyunca min Ģəhər olub” Ģəklində ifadə etmiĢdi. ġəhərlərin sayı bu 
deyimdə  xeyli  ĢiĢirdilsə  də  Arazın  hər  iki  sahilində  ən  qədim  dövrlərdən  sıx 
yurdsalma  Ģəbəkəsinin  olduğu  Ģübhəsizdir.  Y.Həməvi  öz  əsərində  baĢqa  bir  ərəb 
müəllifinə istinad edərək yazmıĢdır: “Araz çayının çıxdığı Balasaqan çölündə beĢ 
min  tərk  edilmiĢ  kənd  var  ki,  dağıntılardan  salamat  qalmıĢ  divar    və  tikililəri  bu 
günəcən  də  qalmaqdadır.  Deyirlər  ki,  bu  kəndlər  ulu  Allahın  Quranda  xatırladığı 
Araz hakimlərinə mənsub olub”. Hər iki sahilində belə sıx yaĢayıĢ məskənləri olan 
çayın  üzərindən  çoxlu  körpülər  atılması  təbii  zərurət  idi.  Tarixi  mənbələrdə  də 
ölkəni  qərbdən  Ģərqə  kəsib  keçən  bu  daxili  çayın  üzərində  körpülər  tikilməsi 
haqqında müəyyən məlumatlar qalmıĢdır. 
Araz  çayı  üzərində  çoxlu  körpülər  salınsa  da,  onlardan  ən  iĢləyi  və  ən 
məĢhuru  Xudafərin  körpüləri  idi.  Bu,  onların  tikildiyi  ərazinin  əlveriĢli  coğrafi 
mövqeyi, eləcə də qədim körpü tikintisi üçün yüksək təbii imkanlarının olması ilə 
əlaqədardır.  Bir-birinə  yaxın  on  beĢ  və  on  bir  aĢırımlı  iki  monumental  körpünün 
olması  Xudafərin  dərəsinin  Araz  çayı  üzərində  kommunikasiya  baxımından  əsas 
keçid  olduğunu  sübut  edir.  Transkontinental  yollar  üstündə  yerləĢən  Xudafərin 
keçidi  yüz  illərcə  ölkədaxili  və  ölkəarası  əlaqələrdə  mühüm  rol  oynamıĢdır. 

94 
 
Xudafərin  körpüləri  Azərbaycan  ərazisində  Böyük  Ġpək  yolunun  əsas 
qovĢaqlarından biri olaraq böyük beynəlxalq nüfuz qazanmıĢdı. Müxtəlif dövrlərdə 
ayrı-ayrı  tayfaların  və  qüvvələrin  yerdəyiĢməsini  -    miqrasiyasını,  böyük  ticarət 
karvanlarını  istiqamətləndirən  Xudafərin  körpüləri  Azərbaycan  ellərinin  baĢ  köç 
yolunun – hər il cənubdan Arana və Qarabağa gedən güclü mövsüm axınlarının da 
mərkəzi  qovĢağı  olmuĢdur.  Tarixi  qaynaqlarda  Xudafərin  körpülərinin  böyük 
hərbi-strateji  əhəmiyyət  daĢıdığı  qeyd  olunub.  Tarixi  hadisələr  isə  bu  körpülərin 
böyük  qoĢun  birləĢmələrinin  qısa  bir  zamanda  Araz  çayını  keçməsi  üçün  çox 
əlveriĢli olduqlarını göstərməkdədir.  
Ġlk  öncə  mühəndis  qurğusu  olan  körpünün  dayanıqlığı  və  uzunömürlüyü 
keçmiĢdə onun üçün seçilən yerdən birbaĢa asılı olmuĢdur. Belə ki, qədim dövr və 
orta  əsrlərdə  körpü  dayaqları  üçün  çay  yatağında  təbii  özüllərin  –  qayalıqların 
olması  mühüm  tələb  sayılırdı.  Sal  qayalar  üzərində  tikilmiĢ  dalğaqıranlar  və  tağ 
dayaqları  üstündən  böyük  insan  kütləsi  və  ağır  karvanlar  keçən  körpünün 
möhkəmlik  qarantı  idi.  Təbii  və  möhkəm  qayaların  çay  yatağında  çox  olması 
səbəbindən  Xudafərin  dərəsi  qədim  körpütikmə  tələbləri  baxımından  çox  əlveriĢli 
yer  olmuĢdur.  Araz  üzərində  tikilmiĢ  çoxsaylı  körpülərdən  yalnız  Xudafərin 
körpülərinin salamat qalmasında bu təbii amil həlledici rol oynamıĢdır. 
Azərbaycanın  qədim  memarlıq  abidələrinin  çoxu  kimi  Xudafərin  körpüləri 
haqqında  da  tarixi  mənbələrdə  məlumatlar  son  dərəcə  azdır.  Üstlərində  inĢaat 
abidələri  qalmadığından  onların  dəqiq  tikilmə  tarixini  aydınlaĢdırmaq  mümkün 
deyil.  Xudafərin  körpüləri  dəyərli  tarix-memarlıq  abidəsi  olaraq  keçən  əsrdən 
tədqiqatçıları  özünə cəlb etmiĢ və onların çoxu  hər iki  körpünün özüllərinin antik 
dövrdə  qoyulduğunu  ehtimal  edir.  Bu  məĢhur  çay  üzərində  hələ  eradan  əvvəl  VI 
əsrdə - Urartu dövründə körpü tikildiyini irəli sürənlər də var.  
Xudafərin  körpüsü  haqqında  hələlik  ən  qədim  məlumat  tarixçi  və 
coğrafiyaçı  Həmdullah  Qəzviniyə  məxsusdur.  O,  XIV  əsrdə  bu  haqda  belə 
yazmıĢdır: “Zəngiyan yaxınlığında Araz çayı üzərində Xuda-Afərin körpüsü vardır 
ki,  onu  hicri  15-ci  ildə  (miladi  636)  Məhəmməd  peyğəmbərin  (ə.s.) 
silahdaĢlarından biri olmuĢ Bəkr ibn Abdullah tikdirmiĢdir”. Bu məlumatda tarixi 
yanlıĢlığa  yol  verilmiĢdir.  Belə  ki,  sərkərdə  Bukayr  ibn  Abdullah  xəlifə  Ömərin 
əmri  ilə  643-644-cü  illərdə  ərəb  ordusunun  Azərbaycana  hərbi  yürüĢünü  təĢkil 
etmiĢdir.  XIX  əsr  tarixçisi  A.Bakıxanov  da  “Gülüstani-Ġrəm”  əsərində  hicri  22 
(miladi 644)-ci il hadisələrindən bəhs edərkən mənbə göstərmədən bildirmiĢdir ki, 
“Muğan  vilayətlərini  iĢğal  edən  zaman  Bukayr  ibn  Abdullah  Araz  üzərində 
Xudafərin  körpüsünü  tikdirdi”.  AraĢdırıcılar  (Ə.Salamzadə,  K.Məmmədzadə)  bu 
tarixi  məlumatlara  əsaslanaraq  VII  əsrdə  ərəblərin  Xudafərin  dərəsində  ordunun 
sürətli keçiĢini təmin etmək üçün müvəqqəti körpü quraĢdırdıqlarını, ya da mövcud 
uçuq körpünü təmir etdiklərini güman edirlər.  

95 
 
XVII əsrin Osmanlı-türk alimi MünəccimbaĢıya görə, Azərbaycan ġəddadi 
hökmdarı  I  Fəzl  1027-ci  ildə  Araz  çayı  üzərində  böyük  və  möhkəm  bir  körpü 
tikdirmiĢdir. MünəccimbaĢının “əsəri əzim” (böyük əsər) adlandırdığı bu körpünü 
tarixçi  V.Minorski  on  beĢ  aĢırımlı  Xudafərin  körpüsü  hesab  edir.  Ancaq  Səlcuq 
tarixçisi Səfrəddin Əli ən-Hüseyni Sultan Alp Arslanın 1068-ci il Tiflis yürüĢündən 
qayıdarkən ordusu ilə  Araz çayından “gəmisiz və  matrossuz” keçərək sağ sahildə 
olan  Laryanis  (indiki  Xudafərin  dərəsindən  cənub  tərəfdə  olan  Larcan)  kəndinə 
gəldiyini  bildirsə  də,  Xudafərində  əsaslı  körpünün  olduğu  haqda  məlumat 
verməmiĢdir.  Bütün  bu  məlumatlara  və  memarlıq-konstruktiv  xüsusiyyətlərinə 
əsaslanaraq  həm  Avropa,  həm  də  Azərbaycan  alimləri  on  beĢ  aĢırımlı  Xudafərin 
körpüsünün  XII  əsrdə  Azərbaycan  Atabəylərinin  ən  qüdrətli  çağında  indiki 
görkəmini aldığı fikrini irəli sürmüĢlər.  
Böyük  Xudafərin  körpüsünün  dayaqları  çay  yatağında  sıralanan  təbii 
qayalar  üstündə  tikildiyindən  onun  tağ  aĢırımları  müxtəlif  ölçülüdür.  AĢırımları 
qayaların təbii yer quruluĢuna uyğun atıldığı üçün körpünün planı düzxətli olmayıb 
bir qədər əyintilidir. Uzunluğu 200 metrə yaxın olan körpünün eni 4,5 metr, ən iri 
tağ  aĢırımı  10  metrdən  çox,  çay  səthindən  ən  böyük  hündürlüyü  təqribən  10 
metrdir.  Körpünün  üst  səthi  yanlara  doğru  yüngül  eniĢli  olduğundan  onun  həcmi 
mövcud relyeflə tam uyarlıqdadır.  
Böyük  körpüdə  dalğaqıranlar  yaxĢı  yonulmuĢ  daĢlardan  hörülmüĢdür. 
MüĢahidələr  göstərir  ki,  körpünün  15  aĢırımının  bütün  tağları  müsəlman  dövrü 
memarlığı  üçün  səciyyəvi  olan  sivri  formadadır  və  tağların  arxivoltları  da  ilk 
dövrdə  daĢdan  yığılmıĢdı.  Körpünün  qalan  bütün  kütləsi  isə  yonulmamıĢ  çay 
daĢından tikilmiĢdir. Üst keçid hissəsində körpü məhəccərləri biĢmiĢ kərpicdəndir. 
Tikinti  materiallarının  faktura  və  rəng uyarlığı böyük Xudafərin  körpüsünə  aydın 
və tektonik quruluĢ və özümlü bədii görkəm vermiĢdir. 
OnbeĢaĢırımlı körpü bu gün də iĢlək durumdadır. Ancaq dəfələrlə dağıntıya 
uğrayıb  təhrif  edilmiĢ  bu  qədim  abidənin  üzərində  sonrakı  dövrlərin  təmir  və 
yenidən qurma iĢlərinin izləri qabarıq görünməkdədir. Bu körpü, görünür, son dəfə 
Qacarlar dövründə - Azərbaycanın Ģimal hissəsində xanlıqların yaranması zamanı 
çox ciddi dağıntıya məruz qalmıĢdır. Tarixçi A.Bakıxanovun yazdığına görə “Ağa 
Məhəmməd  Ģah  Qacar  1795-ci  ildə  Qarabağı  fəth  etmək  istəyəndə  qarabağlı 
Ġbrahim  xanın  uçurtduğu  Xudafərin  körpüsünün  tikintisini  bərpa  etdi”.  Ġran 
tarixçisi  Z.Mənsuri  də  təsdiq  edir  ki,  Qarabağ  xanı  Ġbrahim  Xəlil  CavanĢir 
gözlənilən hücum zamanı Ağa Məhəmməd Ģah Qacarın ordusunun qarĢısını almaq 
məqsədilə  böyük  Xudafərin  körpüsünü  dağıtmıĢdır.  Müəllif  bu  hadisəylə  bağlı 
bunları da bildirmiĢdir: “ġah Xudafərin körpüsü yaxınlığında Zövrəqli (?) bir yeni 
körpünün tikilməsini və eyni zamanda dağıdılmıĢ körpünün təmir olunmasını əmr 
etdi.  CavanĢirin  adamları  körpünün  dayaqlarını  dağıda  bilmədiklərindən  yalnız 

96 
 
tağlarını  uçurtmuĢdular.  ġah  həmin  körpülərin  yenidən  ən  keyfiyyətli  tikinti 
materialları  ilə  inĢa  edilməsi  barədə  göstəriĢ  verdi”.  Xudafərin  körpüləri  1797-ci 
ildə - Ağa Məhəmməd Ģahın Qafqaza ikinci hərbi yürüĢündən öncə də dağıdılmıĢdı. 
OnbeĢaĢırımlı Xudafərin körpüsünün bu günkü vəziyyəti tarixçilərin məlumatlarını 
təsdiq  edir.  Belə  ki,  körpünün  yenidən  qurulan  tağlarında  arxivoltların  uçurulmuĢ 
üst hissələri biĢmiĢ kərpicdən yığılmıĢdır. Tağlararası hissələrdə də həmin dövrün 
təmir  iĢləri  kərpicdən  aparılmıĢdır  və  bu  yenidənqurma  iĢləri  körpünün  qədim 
hissələrindən aydın seçilir. 
Böyük  Xudafərin  körpüsündən  750  metr  qərbdə  yerləĢən  onbiraĢırımlı 
körpü  bütünlüklə  daĢdan  ucaldılmıĢ  və  yaxĢı  yonulmuĢ  əhəng    daĢları  ilə 
üzlənmiĢdir. AraĢdırıcılar (Ə.Salamzadə, K.Məmmədzadə və b.) bu körpünün XIII 
yüzilin sonlarında – Elxanilərin hakimiyyəti illərində antik körpü qalıqları üzərində 
yenidən tikildiyi fikrini irəli sürmüĢlər. Ancaq Elxani dövrü tarixçisi XIV əsrin 40-
cı  illərinəcən  baĢ  vermiĢ  mühüm  hadisələri  təsvir  etmiĢ  Həmdullah  Qəzvini 
Xudafərin  körpüsünün  VII  əsrdə  inĢa  edildiyini  vurğuladığı  halda,  Xudafərin 
keçidində  elxanilərin  hər  hansı  baĢqa  bir  körpü  tikdirmələri  haqqında  məlumat 
verməmiĢdir. 
Üç orta tağ aĢırımı salamat qalmıĢ onbiraĢırımlı körpünün bütün yan tağları 
dağıldığından el arasında onu “Sınıq körpü” də adlandırırlar. Onun uzunluğu 130 
metrə  yaxın, eni 6  metr, çay  səthindən  hündürlüyü 12  metrdir. Salamat qalmıĢ  üç 
tağ  aĢırımlarından  yalnız  orta  tağda  sivrilik  hiss  olunur.  Yan  tağların  forması 
yarımdairəyə  yaxındır.  Güclü  sahil  dayaqları,  uçuq  tağların  sudan  çıxan  əsasları 
ilkin halında bu körpünün antik abidələr kimi çox möhtəĢəm olduğuna Ģahidlik edir. 
OnbiraĢırımlı körpü də iki sahil arasında gediĢ-gəliĢin qarĢısını almaq məqsədi ilə 
uçurulmuĢ,  ancaq  böyük  körpü  kimi  bərpa  edilməmiĢdir.  AĢırımların  sayının  və 
uzunluğunun  az  olmasına  baxmayaraq  tikinti  materialı  və  memarlıq  biçimlərinə 
görə  Sınıq  körpü  antik  abidələr  kimi  uçuq  halında  da  daha  monumental  təsir 
bağıĢlayır.  1974-cü  ilin  tədqiqat  iĢləri  zamanı  hörgüsündə  oyma  naxıĢlı  dairəvi 
xonçanın  aĢkar  edilməsi  körpünün  bədii  tərtibatına  da  xüsusi  diqqət  ayrıldığının  
göstəricisidir.  
Hər  iki  körpünün  konstruktiv  sistemi  tikildikləri  dövr  üçün  ənənəvidir  – 
aĢırımların  əyrixətli  tağbəndləri  ağır  həcmli  dalğaqıran  və  möhkəm  dayaqlar 
üzərində  ucaldılıb.  Olduqca  etibarlı  olan  bu  sistem  nəticəsində  körpülər  yüzillər 
boyu  onların  üstündən  keçən  böyük  insan  kütlələrinin  və  süvari  dəstələrinin 
yaratdığı arasıkəsilməz titrəmələrə dözə bilmiĢdir. 
Dayanıqlı  konstruktiv-mühəndis  həlli  ilə  yanaĢı  Xudafərin  körpülərinin 
kifayət qədər təsirli bədii-estetik ifadəliliyi də vardır. Memarların böyük ustalığı bu 
utilitar  qurğuları  monumental  memarlıq  əsərinə  çevirə  bilmiĢdir.  Xudafərin 
körpülərinin  tarixi  missiyası  uzun  müddət  regionda  yalnız  mühüm  ticarət, 

97 
 
miqrasiya  və  köç  yollarının  böyük  qovĢağı  olmaqla  məhdudlaĢmamıĢdır.  Bu  iki 
körpü  müxtəlif  mədəniyyətlərin  qarĢılıqlı  zənginləĢməsi  və  inteqrasiyası 
prosesində, elmi nailiyyətlər və informasiyaların yayılmasında da xeyirxah xidmət 
göstərmiĢdir.  Arazın  enli  Xudafərin  vadisini  kəsib  keçən  bu  körpülər  güclü 
funksional  –  bədii  qovĢaq  kimi  hər  iki  sahildə  olan  mədəni  dəyərləri  -    müxtəlif 
tipli  memarlıq,  tarix  və  etnoqrafiya  abidələrini  öz  ətrafında  birləĢdirmiĢdir. 
Yüzillər boyu  müxtəlif insan  tələbləri və  istəklərinin qovuĢma  yeri olduqlarından 
Xudafərin körpüləri Ģifahi və yazılı ədəbiyyatda da əzizlənərək müqəddəsləĢmiĢdir. 
Dövlətlər  arası  sərhəd  rejimi  və  müasir  texniki  imkanlar  üstünü  ot  basmıĢ  bu 
körpülərin  əsas  funksional  missiyasının  kommunikativliyini  aradan  aparsa  da, 
onların  tarixi-mədəni  dəyərini  azaltmamıĢdır.  Əksinə,  Xudafərin  körpüləri  tarixin 
heç bir dönəmində indiki kimi milli simvola çevrilməmiĢdir. 
Milli  simvol  olmaqla  yanaĢı,  Xudafərin  körpüləri  gözəl  dağlıq  landĢaftlı 
təbiətə  üzvi  daxil  olduğundan  bu  gün  də  insanın  ətraf  mühitlə  qarĢılıqlı 
münasibətlərinin  uğurlu  örnəklərindən  sayılmağa  layiqdir.  Ümumdünya 
əhəmiyyətli  tarixi  hadisələrə  və  proseslərə  bağlılığına,  füsunkar  təbiətlə  sıx 
birliyinə,  yüksək  mühəndis-memarlıq  həllinə  və  s.  görə  Xudafərin  körpüləri 
universal  dəyərli  abidələrdir.  Ancaq  təəssüflər  olsun  ki,  bütün  bu  keyfiyyətləri 
nəzərə  almadığından  Xudafərin  körpüləri  illər  boyu  lazımınca  qorunmamıĢ  və 
onların taleyi bu gün daha çox təhlükə altındadır. 
Xudafərin  körpüləri  üçün  böyük  təhlükə  1990-cı  ildə  yaranmıĢdı  SSRĠ 
“Hidrolayihə” layihə-axtarıĢ və elmi tədqiqat Birliyində Ġranla bağlanmıĢ müqavilə 
əsasında 1975-ci ildən baĢlayaraq Xudafərin dərəsində tikilməsi nəzərdə tutulan iki 
su qovĢağının  “Xudafərin” və “Qız qalası” adları ilə layihələri hazırlanmıĢdı və bu 
layihələrin gerçəkləĢməsinə 1990-cı ildə baĢlanılmalı idi (layihələrin hər iki sahildə 
təməlatma  mərasimi  də  keçirilmiĢdi).  Bu  layihələrin  gerçəkləĢdirilməsi  təkcə 
Xudafərin  körpüsünün  deyil,  onların  ətrafında  geniĢ  ərazidə  yerləĢən  qədim 
kəndlərlə yanaĢı, çoxlu tarix və memarlıq abidələrinin həmiĢəlik məhv olub aradan 
getməsi  ilə  nəticələnə  bilərdi.  O  zaman  respublikanın  geniĢ  ictimaiyyətində  bu 
məsələ böyük etiraz dalğası yaratdı. Ancaq Qarabağ məsələsinin ortaya atılması və 
onunla bağlı rus-erməni hərbi birləĢmələrinin Azərbaycan ərazilərinin, o cümlədən 
Xudafərin  körpülərinin  də  yerləĢdiyi  Cəbrayıl  rayonunu  iĢğal  etməsi  bu  layihəni 
unutdurdu.  Ġndi  Azərbaycanın  yüzlərlə  abidələri  kimi,  Xudafərin  körpüləri  də 
düĢmən əsirliyindədir və erməni mədəniyyət terroru ilə üz-üzədir. ĠĢğal zonasında 
olmasına  baxmayaraq  Ġran  hökuməti  böyük  mədəni  irsin  məhv  edilməsinə 
hesablanmıĢ  bu  layihənin  tikintisini  2000-ci  ildə  Azərbaycan  rəhbərliyi  qarĢısına 
qaldırmıĢdı və respublikanın eks-prezidenti H.Əliyev çox sərt Ģəkildə bu etikadan 
uzaq təklifi rədd etmiĢdi. 

98 
 
Müdriklərin  fikrincə,  “insanın  ucaltdığı  və  tikdiklərinin  hamısı  içərisində 
körpülərdən  yaxĢısı  və  dəyərlisi  yoxdur  –  onlar  evlərdən  önəmli,  məbədlərdən 
müqəddəsdir,  çünki,  onlar  daha  ümumidir”.  Bu  baxımdan  Xudafərin  körpüləri 
indiki  tarixi  durumda  Azərbaycan  xalqının  ən  müqəddəs  abidələridir.  Bu  ulu 
tapınaqların bəĢəri dəyərlərin düĢmənlərinin əlində girovda saxlanması təhlükəlidir 
və təhqirdir. 
Xudafərin  körpüsünün  üstündən  1068-ci  ildə  böyük  Səlcuq  sultanı  Alp 
Arslan qələbə yürüĢü ilə, XVl əsrdə isə AĢıq Qurbani əsir kimi keçib: 
Qolubağlı keçdim Xudafərindən. 
Üzüm gülməz, heç açılmaz, ah mənim! 
Nə  yazıqlar  olsun  ki,  bu  gün  də  Xudafərin  adı  gələndə  o  taylı,  bu  taylı 
Azərbaycan türkünün də üzü gülmür. 
 
Ədəbiyyat və mədəniyyət 
Azad NƏBĠYEV 
AMEA-nın müxbir üzvü 
 
TƏBRĠZ AġIQ MƏKTƏBĠ 
 
Azərbaycan  xalqının  erkən  orta  əsrlərdən  yaradıb  inkiĢaf  etdirdiyi  aĢıq 
sənətinin  tarixi  yüksəliĢində  özünəməxsus  yeri  və  çəkisi  olan  yaradıcılıq 
qaynaqlarından  biri  də  Güneyin  geniĢ  coğrafi  ərazisini  əhatə  edən  Təbriz  və 
Təbrizətrafı regiondur. XIV əsrin sonu, XV əsrin əvvəllərindən baĢlayaraq burada 
mövcud aĢıq ənənələri qüvvətlənməyə, ozan sənəti zəminində yaranıb formalaĢan 
aĢıq  Ģerinin  yüksəliĢi  özünü  göstərməyə  baĢlamıĢdır.  Bir  tərəfdən  Anadolu  və 
ġirvan  məktəblərinin  təsiri,  digər  tərəfdən  Təbrizin  Azərbaycanın  mədəni 
mərkəzlərindən  biri  kimi  çiçəklənməsi,  burada  Ģifahi  və  yazılı  ədəbiyyatın 
inkiĢafına hələ orta əsrlərdən xeyli əvvəl münbit zəmin yaratmıĢdı. Digər tərəfdən 
Təbriz  aĢıq  məktəbi  həm  də  zəngin  tarixi-ədəbi  əsaslara  söykənirdi.  XII-XIII 
əsrlərin  ozan-aĢıq  rekonstruksiyası,  aĢıq  sənətinin  qam-Ģaman,  təkkə-dərviĢ 
ənənələrindən  uzaqlaĢıb  yeni  istiqamətə  yönəlməsi  sayəsindəki  tərəqqini  bu 
regiondakı  ədəbi  qaynaqlar  rəğbətlə  qarĢılamaqla  yanaĢı,  çox  çəkmədən  həmin 
tərəqqinin aparıcılarına çevrilmiĢdilər.  
XV  əsrin  ikinci  yarısından  Təbrizdə  formalaĢmaqda  olan  aĢıq  ənənələri 
özlərinə  məxsus  yeni  yaradıcılıq  üslublarını  yaratmağa  baĢladı.  Burada  aĢıq 
yaradıcılığı  forma,  məzmun,  ifa  üslubu  və  tərzi,  poetik  dəyərlər  baxımından  yeni 
mərhələyə  yüksəldi.  Ən  baĢlıca  tərəqqi  aĢıq  yaradıcılığının  canlı  xalq  dilinə 
yaxınlaĢması,  ərəb-fars  tərkibindən,  osmanlı  türkcəsinin  müxtəlif  dialekt  və 
Ģivələrindən  təmizlənməsi,  xalq  danıĢıq  dilinin  aĢıq  Ģerində  üstün  mövqeyə 

99 
 
keçməsiylə bağlı idi. Canlı Azərbaycan dili Ģifahi poeziyada  əks olunmaqla digər 
ölçü  və  qəlibləri  də  aĢıq  repertuarına  daxil  olunmağa  baĢladı.  Həmin  mərhələdə 
Təbrizdə  yayılan  aĢıq  yaradıcılığında  bir  sıra  ənənəvi  xüsusiyyətlər  nəzərə 
çarpmaqdadır.  Birincisi,  aĢıq  sənəti  peĢəkar  ifaçılığın  modern  formasını  qəbul 
etməklə  islami  dəyərlərin  Anadolu  məktəbinə  məxsus  ifa  tərzini  bərqərar  etdi. 
Burada  daha  köklü  dayaqlara  malik  dərviĢçiliyin  məzmun  dəyərlərindən 
bəhrələnməklə  onun  ifaçılıq  üslub  və  formalarından  sürətlə  uzaqlaĢdılar.  Ġkincisi, 
ozan  ənənələrini  davam  etdirən  aĢıq  institutu  qam-samançılıq  üzərində  öz 
nüfuzedici  mövqeyini  bərpa  etdi.  Bu  isə  Təbriz  aĢıq  məktəbinin  ilk  mühüm 
nailiyyəti oldu. AĢıq institutunun geniĢ ölçülərinin qəbul edilib formalaĢması, orta 
əsrlərin  baĢlanğıcında  milli  düĢüncənin  aparıcı  mövqeyə  çıxması,  ən  nəhayət  hər 
cür  Ģamançılıq  təsirindən,  dərviĢçiliyin  nüfuz  dairəsindən  çıxıb  sırf  azərbaycançı 
poetik təfəkkürü ifadə edən yaradıcılıq institutu kimi bərqərar olmasını Ģərtləndirdi. 
Bu, həmin dövrün onlarla sənətkarının Təbriz aĢıq məktəbi üçün hazırladığı erkən 
ədəbi zəmin idi. Bu gün adları və soyadları bizə gəlib çatmamıĢ həmin sənətkarlar 
Təbriz  aĢıq  Ģerini  forma,  məzmun  və  sənətkarlıq  baxımından  yeni  mərhələyə 
yüksəltmiĢ,  Anadolu  və  ġirvanda  ozanın  aĢığa  çevrilməsindən  sonra  aĢıq 
yaradıcılığının  sürətli  inkiĢafına  təkan  vermiĢdir.  Həmin  zəminə  əsaslanan  AĢıq 
Qurbani  özünəqədərki  ədəbi-poetik  ənənələr  zəminində  XVI  əsrdə  Təbriz  aĢıq 
məktəbinin əsasını qoymuĢdur. 
Bu məktəbə qədərki yaradıcılıq qaynaqları üçün səciyyəvi olan bir cəhətə də 
diqqət yetirmək gərəkdir. Həmin dövr M.H.Təhmasibin yazdığı kimi, bir sıra islam 
təriqətlərinin  müxtəlif  səbəblərlə  bağlı  öz  kökündən  qopub  islamı  parçalamaq  və 
onun  qolu  hesab  etdikləri  Ģiəlik  ətrafında  birləĢməsi  dövrü  idi  (M.H.Təhmasib. 
Azərbaycan xalq dastanları (orta  əsrlər), Bakı, 1972, s.272). Bu isə Ģəriət-təriqət-
həqiqət  kimi  sufi  dünyagörüĢünə  məxsus  mərhələləri  keçib  allahın  dərgahına 
qovuĢmaq  həqiqəti  ilə  bağlıydı.  Təbriz  aĢıq  ənənələrinin  ilk  öncə  bu  düĢüncəni 
qəbul  etməsi,  az  sonra  isə  ona  qovuĢub  bu  etik  düĢüncəni  milli  əxlaqi  dəyər 
səviyyəsinə  yüksəltməsinin  iki  böyük  nəticəsi  oldu.  Birincisi,  Təbriz  aĢıq  sənəti 
onu  asimilliyasiya  edə  biləcək  bütün  dəyərlərdən  əsaslı  Ģəkildə  ayrılıb  peĢəkar 
ifaçılıq  yolunu  formalaĢdırdı.  Ġkincisi  isə  yayıldığı  geniĢ  ərazini  öz  nüfuz 
dairəsində  saxlaya  bilən  qüdrətli  Təbriz  aĢıq  məktəbini  yaratdı.  O,  XVI  əsrdən 
baĢlayaraq  orta  əsr  Azərbaycan  mənəvi-əxlaqi,  etik-estetik  dəyərlərinin  üç 
istiqamətdə  yüksəliĢini  təmin  etdi.    Birinci,  Təbriz  aĢıq  məktəbində  ozan 
yaradıcılıq qaynaqları zəminində güclü aĢıq musiqisi sinkretizmi yarandı. Anadolu 
və  ġirvan  musiqisinin  bir  sıra  əlamət,  xüsusiyyət  və  ifa  tərzlərindən  istifadə 
edilməklə aĢıq musiqisi yeni mərhələyə yüksəldi. Ġkincisi, zəngin xalq Ģeri Ģəkilləri 
əsasında  özünəməxsus  poetik  dəyərlərə  malik  aĢıq  poeziyası  yarandı.  XVI  əsrdə 
Qurbaninin yaradıcılığı ilə zəngin ədəbi məktəb səviyyəsinə yüksəldi. Təbriz aĢıq 

100 
 
məktəbinin  tarixi,  ədəbi-poetik  yüksəliĢi  mərhələsində  Ģəriət-təriqət-həqiqət 
görüĢlərini  dünyəvi  dəyərlər  əvəz  etməyə,  bəĢəri  ideallar  aĢıq  Ģeirinə  gəlməyə, 
həqiqətin  kamil  əxlaqi  dəyər  kimi  vəsf  olunması  və  bütün  bunların  zəminində  isə 
Azərbaycan  mədəniyyəti,  sənəti  və  ədəbiyyatında  intibahın  baĢlanmasına  mühüm 
təsir  etdi.  Üçüncüsü,  bu  məktəb  eyni  zamanda  ġirvan  məktəbində  nəzərə  çarpan 
milli  dastan  yaradıcılığını  repertuara  gətirdi,  qısa  tarixi  müddətdə  onu  yeni 
mərhələyə  yüksəldə  bildi.  ġirvan  məktəbindən  fərqli  olaraq  Təbriz  aĢıqları 
dastanları, nağılları repertuara daxil edib onları yenidən iĢləmək yolu deyil, birbaĢa 
sevgi  macəralarını  dastanlaĢdırmaq  ənənəsini  seçdi.  Bu  yaradıcılıq  prosesində 
epik-lirik  üslubun  çarpazlaĢması  yolu  ilə  ġirvan  aĢıqlarından  müəyyən  ölçülərlə 
fərqlənən yeni dastan tipini formalaĢdıra bildi. 
Təbriz  aĢıq  məktəbi  qısa  tarixi  müddətdə  həm  forma  və  məzmun,  həm  də 
sənətkarlıq baxımından mühüm irəliləyiĢ yoluna çıxdı. Xalq arasında geniĢ yayıldı, 
müxtəlif  dövrlərdə  özünün  ustad  sənətkarlarını  yetirdi.  Bir  sıra  hallarda  ayrı-ayrı 
bölgələrdə  yayılmıĢ  klassik  ənənələri  –  qəzəl  və  qəsidə  yaradıcılığını  üstələdi. 
F.Köprülüzadənin  yazdığı  kimi,  “Saray  və  üləma  mühafilində  Ġran  müqəllidi 
Ģairlərin  qəzəl  və  qəsidələri,  məhəlli  qüvvələri  ilə  dərbəyi  dairələrində  aĢıqların 
dastan  və  qoĢmalarında  üstün  hesab  edilir  və  daha  çox  oxunulurdu” 
(F.Köprülüzadə.  Milli  Tətəbbölər  məcmuəsi,  İstanbul,  1913,  1c.,  №  1-9,  s.6). 
Xalqın  ağız  ədəbiyyatına  bu  marağı  isə  onun  zəhmətkeĢ  insanlar  içərisində  geniĢ 
yayılmasının  baĢlıca  səbəblərindən  idi.  Bu  isə  aĢıq  yaradıcılığının  öz  təbiəti  və 
xüsusiyyəti, həyat həqiqətlərini daha aydın və real lövhələrlə əks etdirmə ənənələri 
ilə  bağlı  idi.  Elə  həmin  zərurət  aĢıq  ənənələrinin  geniĢ  coğrafi  ərazilərdə  sürətlə 
yayılmasının baĢlıca səbəblərindən idi ki, Təbriz aĢıq Ģeri üçün də bu, səciyyəvi bir 
xüsusiyyət oldu. Təbriz məktəbi onun baĢlıca ifaçılq və yaradıcılıq ənənələrini əsas 
götürməklə  müxtəlif  mühitlərə  ayrıldı.  Hər  bir  mühit  mənsub  olduğu  aĢıq 
məktəbinin  bir  sıra  baĢlıca  yaradıcılıq  və  ifaçılıq  xüsusiyyətlərini  qoruyub 
saxlamaqla  özünəməxus  fərdi  özəlliklərini  yaradıb  yaĢatdığı  regionun  adı  altında 
Ģöhrətləndi. Onları təxmini olaraq  aĢağıdakı kimi qruplaĢdırmaq olar: 
Qaradağ  aĢıq  mühiti;  Urmiya  aĢıq  mühiti;  Zəncan  aĢıq  mühiti;  Həmədan 
aĢıq mühiti; Savə aĢıq mühiti; Xorasan aĢıq mühiti; Sərab aĢıq mühiti; QaĢqay aĢıq 
mühiti (M.Qasımlı. Aşıq sənəti, Bakı, 1996, 164). 
Məlum təsnifatlardan kiçik fərqlərlə seçilən bu aĢıq mühitləri əslində Təbriz 
aĢıq  Ģeiri  ənənələrinin  geniĢ  bir  ərazidə  yayılıb  özünəməxsusluqlarla  zəngin 
olduğunu bir daha  nümayiĢ etdirir. M.Ġbrahimovun yazdığı kimi,  “AĢıq poeziyası 
yaradıcılıq  metodu və  üslubu cəhətdən  ən az öyrənilmiĢ sənətdir. Bu sahədə  olan 
boĢluğu  doldurmaq  və  aĢıq  poeziyasının  realist  yaradıcılıq  xüsusiyyətlərini 
meydana çıxarmaq, inkiĢafına təkan vermək üçün onun haqqında çoxdan yaranmıĢ 
bəzi  birtərəfli  təsəvvürlərdən  uzaqlaĢmaq  lazımdır”  (M.İbrahimov.  Aşıq 

101 
 
poeziyasında  realizm,  Bakı,  1966,  s.5).  Təbriz  aĢıq  məktəbinin  müxtəlif 
mühitlərinin  yaranması ilk növbədə  milli  mədəni  həyatda  mühüm  hadisə, sonrakı 
tərəqqi  və  yüksəliĢin  ilkin  zəmini  idi.  Bu  məktəblərin  hər  birinin  ayrıca,  müstəqil 
Ģəkildə öyrənilməsinə böyük ehtiyac vardır. AĢıq məktəbləri və  mühitləri hələ  ki, 
nə  qədər  sıradan  çıxmamıĢdır,  ilk  növbədə  onları  toplayıb  üzə  çıxarmaq  və  heç 
olmasa ilkin tədqiqatlara cəlb etmək gərəkdir. 
Güney  Azərbaycanda  Təbriz  məktəbi  ətrafında  yaranan  aĢıq  mühitlərində 
peĢəkar  ifaçılıq  və  improvizatorçuluq  formalaĢmıĢdır.  Onları  Təbriz  məktəbinə 
məxsus  vahid  ifaçılıq  üslubları  birləĢdirir.  Eyni  zamanda  aĢıq  mühitləri  bir-
birindən repertuar, ifaçılıq və dastan yaradıcılığı baxımından da fərqlənir. Məsələn, 
Təbriz aĢıq məktəbi “Koroğlu” və avtobioqrafik dastanların, eləcə də lirik ifaçılıq 
üslubunun  zənginliyi  ilə  əlamətdardırsa,  Urmiya  mühitində  aĢıq  Ģeri  Ģəkillərinin 
nümayiĢi, Sərab və Qaradağ mühitində isə repertuarda klassik dastanlar  - “Əsli və 
Kərəm”, “AĢıq Qərib”, “ġah Ġsmayıl” və nağıl  motivləri zəminində  yaranan tacir-
zadəgan  həyatından  bəhs  edən  nümunələr  üstünlük  təĢkil  edir.  Mühitlər  arasında 
fərqlər  geniĢ  olduğu  kimi,  ümumiliklər  də  əhatəlidir.  Bu  aĢıq  məktəbi  mühit 
çevrəsi  etibarı  ilə  məktəblərin  ən  böyüyü  olduğu  kimi,  mənəvi-əxlaqi  və  estetik 
dəyərləri  əks  etdirmək  baxımından  da  mükəmməli,  əhatəlisidir.  O,  nə  ayrıca 
müstəqil  məktəb,  yaxud  aĢıq  mühitləri  məcmuu  kimi,  nə  də  yarandığı  və  inkiĢaf 
etdiyi  dövrlər  -  yüzilliklər  üzrə  kifayət  qədər  aradırılmıĢdır.  Bu  məktəbə  məxsus 
poetik-üslubi  dəyərlər,  saz  havaları,  dastançılıq  ənənələri,  xüsusilə  məktəbin 
iyirminci yüzillikdəki eniĢ və yüksəliĢləri, ayrı-ayrı ustad sənətkarların yaradıcılıq 
xüsusiyyətləri kifayət qədər araĢdırılmamıĢdır. Bunun baĢlıca səbəblərindən biri də 
Güney Azərbaycanda hələ XIX əsrin 30-cu illərindən baĢlayaraq fars Ģovinizminin 
Azərbaycan dili, folkloru və digər mədəni dəyərləri üzərinə qadağalar qoyması ilə 
bağlıdır. AĢıq yaradıcılığı bu mühitlərdə hələ ki, ağızda yaĢama mərhələsini keçirir.  
Bu  ərazidə  hələ  Azərbaycan  folklorunun  tək-tək  hallar  istisna  edilərsə,  kütləvi 
Ģəkildə yazıya alınıb nəĢri iĢinə baĢlanmamıĢdır. Ağız ədəbiyyatı həmin mühitlərdə 
öz  bakirə  gözəlliyini  qoruyub  saxlamaqdadır.  Milli  dili  və  mədəniyyəti  yaĢadan, 
onu  fars  Ģovinizminin  hər  cür  asimilyasiyasından  qoruyan  ağız  ədəbiyyatı  eyni 
zamanda  azərbaycançılıq  adət-ənənə  və  etik  düĢüncəsini  qorumaq  funksiyalarını 
həyata keçirir. Xüsusilə son yüzilliklərdə toplanan və nəĢr edilən materialların son 
dərəcə  az olması bu məktəbin müxtəlif mühitləri barədə təbii ki, geniĢ müĢahidələr 
aparmaq  imkanını  məhdudlaĢdırır.  Çünki  Təbriz  məktəbinin,  onun  ayrı-ayrı 
mühitlərinin  materiallarını  yazıya  alıb  çap  etmədən,  dialekt  xüsusiyyətlərini 
müəyyənləĢdirmədən,  yaradıcılıq  nümunələri  üzərində  müqayisəli  araĢdırmalar 
aparmadan mühüm elmi nəticələrə gəlmək mümkün deyildir. 
Təbriz  aĢıq  məktəbi  və  mühitlərində,  xüsusilə  Ġran  aĢıqları  adlandırılan 
ifaçıların repertuarında Ġran musiqisinin güclü, nüfuzedici təsiri fəaliyyətdədir. Bu, 

102 
 
bir  sıra  mühitlərdə  saz  havalarının  tarixi  ənənələrinin  pozulmasına  və  təhrifinə 
gətirib  çıxarmıĢdır.  Bu  gün  özlərini  “Ġran  aĢıqları”  adlandıran  bir  sıra  ifaçılar  və 
xüsusilə hakim zümrə tərəfindən dəstəklənən və bütün Ġran ərazisində aĢıq musiqisi 
və yaradıcılığı kimi təbliğ olunan ifaçılıq üslubu aĢıq sənətini öz erkən köklərindən 
və  qaynaqlarından  uzaqlaĢdırmaq,  onu  farslaĢdırmaq  məqsədinə  xidmət  edir. 
Bununla  yanaĢı  azərbaycanlıların  geniĢ  yayıldığı  və  yaĢadıqları  ərazilərdə  aĢıq 
sənəti  özünəməxsus  Ģəkildə  inkiĢaf  edib  yüksəlməkdədir.  O,  geniĢ  bir  ərazidə 
xalqın  zəngin  mənəvi  dəyərlərinin  yayılmasına  kömək  edir,  orada  yaĢayanları 
birləĢdirir.  Uzaq  düĢən  ellər  arasına  körpü  salır.  Təbriz  aĢıq  məktəbinin  ayrı-ayrı 
mühitləri  ilə  ġirvan,  Anadolu  aĢıq  ənənələrində  bir  çox  eynilik,  oxĢarlıq  və 
uyğunluqları qoruyub saxlayır. Məsələn,  Zəncanda  yayılan saz ifaçılığı ilə ġirvan 
aĢıq ansamblı arasındakı oxĢarlıqlar bir-birini tamamlayır. “Zəncan aĢıq mühitinin 
ifaçılığı  saz,  balaban  və  qaval  üçlüyü  üzərində  qurulmuĢdur”  (M.Qasımlı. 
Göstərilən  əsəri,  s.233)  ki,  bu  da  ġirvan  aĢıq  ansamblı  ilə  eyni  kökdən 
bəhrələnməkdən  baĢqa  bir  Ģey  deyildir.  Eyni  hal  Təbriz,  Qarabağ,  Urmiya 
mühitləri  üçün  də  ənənəvidir.  QaĢqay  aĢıq  mühitində  isə  fərdi  saz  ifaçılığı  ilə 
Göyçə  və  Gəncəbasardakı  fərdi  ifaçılıq  aĢıqların  repertuarında  oxĢar  Ģəkildə  yer 
tutur. Yaxud aĢıq repertuarı Ģeir Ģəkillərindən istifadə imkanlarına görə bir-birindən 
fərqləndiyi  kimi,  eyni  ifa  üslubu  –  təcnis,  deyiĢmə  söyləmək,  yaxud  gözəlləmə 
ifaçılığı məharətinə görə bir-birinə yaxınlıqlarını da nəzərə çarpdırır.  
ġirvan saz və söz ənənələri bu gün Təbriz məktəbi, onun ayrı-ayrı mühitləri 
üçün  bir  çox  ənənəvi  –  tipoloji  uyğunluqlarla  əlamətdardır.  Bu  isə  çox  geniĢ 
Ģəkildə  müxtəlif  aĢıq  mühitlərində  özünü  göstərməkdədir.  Tarixən  fərdi  saz 
ifaçılığı  ilə  əlamətdar  Təbriz  aĢıq  musiqisi  bu  gün  ġirvan  ifaçılığı  ənənələrinə 
uyğun  mövqeyə  keçmiĢdir.  Hər  bir  aĢıq  mühiti  ötən  zaman  hüdudunda  müstəqil 
ifaçılıq  ənənələri  və  üslubları  yaratmıĢdır.  Onların  ən  baĢlıca  yaradıcılıq  meyl  və 
istiqamətləri isə Təbriz məktəbinin tarixi yaradıcılıq qaynaqlarına əsaslanır. 
Müxtəlif  aĢıq  mühitləri  arasında  fərqli  ənənə,  ifa,  improvizə  uyğunluqları 
isə onların baĢlanğıcını götürdüyü Təbriz aĢıq məktəbi nəhri ilə əlaqədardır.  
XV  əsrin  ikinci  yarısından  yeni  yüksəliĢ  mərhələsinə  qədəm  qoyan  Təbriz 
aĢıq  məktəbinin  XVI  əsrə  qədərki  ənənələri,  yaradıcılıq  xüsusiyyətləri, 
Ģəxsiyyətləri  barədə  bizə  kifayət  qədər  məlumat  gəlib  çatmamıĢdır.  Məlum  olan 
odur ki, Anadolu-ġirvan aĢıq ənənələri, ayrı-ayrı ifaçı sənətkarların qoĢub düzdüyü 
saz  və  söz  dəyərləri  Təbrizdə  də  geniĢ  yayılmıĢdı.  Yunis  Əmrə,  Molla  Qasım 
ənənələri  Azərbaycanın  bu  bölgəsində  də  aĢıq  Ģeirinin  bəhrələndiyi,  onu  forma, 
məzmun və Ģəkli xüsusiyyət etibarı ilə irəliyə aparan istiqamətlərdən idi. XIII-XIV 
əsrlərdə  Anadolu  aĢıq  məktəbində  baĢ  verən  proseslər,  xüsusilə  ozan  ənənələrini 
davam  etdirmək  yolu  ilə  yüksələn  tarixi  inkiĢaf  Təbriz  ifaçılıq  mühiti  tərəfindən 
əslində hazır model kimi qəbul edilmiĢdi. AĢıq Qurbaninin yaradıcılığı göstərir ki, 

103 
 
XVI  əsrə  qədər Təbrizdə  həm  peĢəkar  ifaçılıq,  həm  dastançılıq,  həm  də  aĢıq  Ģeiri 
Ģəkillərindən, onun geniĢ yayılmıĢ gəraylı, qoĢma, təcnis və divanı, müxəmməs və 
s.  formalarından  istifadə  üstün  idi.  AĢıq  Qurbaniyə  məhz  buna  görə  Təbriz 
məktəbinin  ilk  nümayəndəsi,  yaxud  yaradıcısı  kimi  baxmaq  təbii  ki,  mümkün 
deyildir. Qurbani  yaradıcılığı  göstərir ki,  ona  qədər Təbrizdə  aĢıq Ģeri  ən azı  yüz 
ildən  artıq  bir  dövr  ərzində  təkamül  mərhələsi  keçmiĢdir.  Bu,  təkcə  Qurbani 
Ģeirinin  poetik  dəyərlərində,  məzmun  zənginliyində  deyil,  eyni  zamanda  əhatə 
etdiyi  mənəvi-əxlaqi,  etik-estetik  və  kulturoloji  durum  çevrəsində  özünü  göstərir. 
Qurbani  estetik  düĢüncəsi  Təbriz  aĢıq  məktəbi  üçün  təkcə  XVI  əsrə  məxsus 
dəyərlər  deyil,  daha  əvvəlki  yüzilliklərdə  yaranıb  formalaĢan  milli-mənəvi  və 
əxlaqi görüĢləri əhatə edir.  
Təbriz  aĢıq  Ģerinin  Qurbaniyə  qədərki  dövrü,  törəniĢ  və  formalaĢma 
mərhələləri barədə bu gün konkret faktlarla danıĢmaq mümkün olmasa da, Qurbani 
öz  yaradıcılığı  ilə  təkcə  Təbriz  aĢıq  sənətində  deyil,  ümumazərbaycan 
mədəniyyətində  milli  intibahın  ilkin  zəminini  hazırlayan  sənətkar  kimi  çox 
dəyərlidir.  Qurbani  özü  bir  məktəbdir.  Onun  Ģəxsində  Təbriz  aĢıq  yaradıcılığı 
forma,  məzmun,  ifadə  tərzi,  ana  dilinin  poetik  imkanlarından  istifadə  məharəti 
sayəsində yeni mərhələyə yüksəldi, məktəb dərəcəsinə qalxa bildi.  
Qurbaninin Ģəxsində Təbriz aĢıq məktəbi Azərbaycan mədəniyyəti tarixində 
aĢağıdakı cahanĢümül funksiyaları həyata keçirildi: Azərbaycan ümumxalq danıĢıq 
dilini  yüz  illərlə  nizamı  pozula  bilməyən  bir  mərhələyə  yüksəltdi  və  bununla 
Azərbaycan  canlı  danıĢıq  dilini  qəti  Ģəkildə  formalaĢdırma  mərhələsinə  çatdırdı; 
xalq  danıĢıq  dilini  ağır  ləhcəçilik  və  bir  sıra  baĢqa  təsirlərdən  təmizlədi;  AĢıq 
yaradıcılığı  barədə  yanlıĢ  mülahizə,  görüĢ  və  baxıĢları  dağıtdı,  onu  məzmun  və 
sənətkarlıq baxımından yeni mərhələyə yüksəltdi; AĢıq yaradıcılığının təkkə-dərviĢ 
və saman ənənələrindən qəti Ģəkildə ayrılıb ozan ənənələri istiqamətində çoxĢaxəli 
– sinkretik sənət kimi formalaĢmasını istiqamətləndirdi. 
Təbriz  aĢıq  məktəbinin  XVI  əsrdə  yaranması  və  inkiĢafı  bütövlükdə 
Qurbaninin adı ilə bağlı olub, bu məktəbin tarixi yüksəliĢini təmin etdi. Təbriz aĢıq 
məktəbinin  XVI  əsrdə  yaĢayan  və  bizə  gəlib  çatan  ilk  nümayəndəsi  AĢıq 
Qurbanidir  (1483-1553).  Qurbani  ġah  Ġsmayıl  Xətainin  müasiri  olmuĢ, 
yaradıcılığının  əsas  dövrü  onun  hakimiyyəti  illərinə  düĢmüĢdür.  Ümumilikdə  isə 
Qurbaninin  yaradıcılığı  aĢıq  Ģerinin  yüksəliĢi  üçün  bir  neçə  cəhətdən  əhəmiyyətli 
mərhələdir.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin