Gürcüstan Hökumətİ


Media və informasiyanın əlçatanlığı



Yüklə 165,5 Kb.
səhifə11/22
tarix28.12.2021
ölçüsü165,5 Kb.
#16386
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
Media və informasiyanın əlçatanlığı

İctimai Yayım

Hesabat dövründə, İctimai Yayım Fəaliyyət planı əsasında müəyyənləşdirilmiş tədbirlərin həyata keçirilməsinə davam etdi. İctimai Yayımın 2-ci kanalı vasitəsilə gündəlik rejimdə, canlı efirdə azlıqların 5 dilində (abxaz, osetin, erməni, Azərbaycan, rus) “Milli xəbər” yayımlanırdı.

2014-cü ilin oktyabrından hər gün, şənbə və bazar günləri xaric, 23:00 –da 2-ci kanalın efirində rusdilli televiziya verilişi –“İndiki zaman” yayımlanır və verilişə 2-ci kanalın milli azlıqların dillərində Yayım qrupu kuratorluq edir. İnformasiya-analitik veriliş olan “İndiki zaman” («Настоящее время») Azad Avropa və Amerikanın Səsi radiolarının birgə layihəsini təşkil edir, hansı ki, Gürcüstanda, Estoniyada, Latviyada, Litvada, Moldovyada və Ukraynada fəaliyyət göstərən ictimai və özəl yayımlarla əməkdaşlığı həyata keçirir. Qeyd edilmiş veriliş tərəfsizlik prinsipinə əsaslanır və auditoriyaya dünyada gedən siyasi proseslərlə bağlı maraqlı analizlər təklif edir.

2014-cü il noyabrın 16-da Beynəlxalq Tolerantlıq günündə, Xalq Müdafiəçisi Aparatı, Milli Azlıq Şurasının qərarı ilə , 2-ci kanalın “Moambe” verilişi ilin “Tolerantlığın dəstəkçisi ” adı ilə təltif edildi.

Radio yayım

2014-cü ildə milli azlıqların dillərində yayım həmçinin “Pirveli radio”nun da efirində davam etdirildi. Hal-hazırda İctimai yayımın radio efirində milli azlıqların dillərində “Moambenin” yeni kollajının audio versiyası yayımlanır. İnformasiya buraxılışı abxaz, osetin,Azərbaycan, erməni və rus dillərində yayımlanır, həmçinin həftədə bir dəfə gürcü dilində proqram da əlavə olunur.



Çveni ezo” tok-şousu

Tok-Şou “Çveni ezo” 2013-cü ilin oktyabr ayının birindən formatını dəyişdi və 2014-cü ildə həftədə 4 dəfə -Gürcüstanda yaşayan müxtəlif etnik, dini qruplar haqqında mükəmməl filmlər silsiləsi şəklində gedirdi. Yaradıcı qrup həmçinin Gürcüstanda yaşayan duxoborlar, Azərbaycanlılar və başqa etnik və ya dini azlıqların ənənələrini və bayramlarını əks etdirən filmlər də hazırladılar. Dünya üzrə məşhur kinorejissor Serqo Paracanov, başqa məşhur qeyri-gürcü mənşəli məşhur insanlar haqqında verilişlər hazırlandı. İl ərzində “Çveni ezo” –nun 40 verilişi efirə çıxdı.

İctimai yayım tərəfindən azlıqlar üçün ayrılmış vaxt


Yüklə 165,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin