Qeyri-gürcüdilli şagirdlərin gürcü dili tədrisi materialları təmin edilməsi
2011-2014-cü illərdə “Gələcək uğurlar naminə gürcü dili” proqramı çərçivəsində ibtidai, baza və orta pillələrdə I-XII səviyyələr üzrə qeyri-gürcüdilli şagirdlər üçün gürcü dili dərslikləri hazırlandı. Müəlliflər qrupu yaradıldı və onlar da öz növbəsində müasir standartlara uyğun dərsliklər hazırladılar. Prosesə həmçinin redaktorlar, dizayner-mürəttiblər və rəssamlar da qoşuldu. Dərslik komplekti şagirdin dərsliyi, şagirdin dəftəri, müəllimin dərsliyi və audio diskdən ibarətdir.
2014-cü ildə proqram çərçivəsində yaradılmış I-XII səviyyələr üzrə gürcü dili dərslikləri qeyri-gürcüdilli məktəblərə məhz onların istəkləri əsasında təhvil verildi.
Dostları ilə paylaş: |