İdman və Gənclər Nazirliyinin təşəbbüsü və informasiya internet portalı olan www.teach.ge ilə sıx əməkdaşlığı nəticəsində gürcü dilinin pulsuz elektron tədrisi layihəsi həyata keçirildi. Gürcü dilinin öyrənilməsi prosesini sadələşdirmək məqsədilə veb-səhifədə Gürcüstanda yaşayan etnik azlıqlar üçün xüsusi tədris modulu yerləşdirildi. Həmçinin rus-gürcü və Azərbaycan-gürcü tədrisi üzrə onlayn-dərsləri yükləndi. Veb-səhifədən qeydiyyatdan keçmiş hər bir kəs bu imkanlardan pulsuz şəkildə yararlana bilər.