Gürcüstan Hökumətİ


İnfrastrukturun reabilitasiyası



Yüklə 165,5 Kb.
səhifə16/22
tarix28.12.2021
ölçüsü165,5 Kb.
#16386
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
İnfrastrukturun reabilitasiyası

Hesabat dövründə, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirili aşağıdakı işləri həyata keçirdi:



  • Milli azlıqların kompakt məskunlaşdığı regionların inkişaf etdirilməsinin fəaliyyət planları işlənib hazırlandı;

  • İnfrastrukturun reabilitasiyasının investisiya layihələrinin işlənib hazırlandı və onların həyata keçirilməsi dəstəkləndi;

  • Kəndlərin dəstəklənməsi proqramı və onun həyata keçirilməsi monitorinqinin davam etdirildi;

  • Transsərhəd əməkdaşlığın inkişafının dəstəklənməsi davam etdirildi.

Həyata keçirilmiş layihələr (regional inkişaf fondu):

  • Kvemo Kartli – 14 789 000 lari dəyərində 81 investisiya layihəsi;

  • Samsxe-Cavaxeti – 12 657 987 lari dəyərində 34 layihə;

  • Kaxeti ( Laqodexi və Axmeta bələdiyyələri) – 4 379 000 lari dəyərində 13 layihə.

Gürcüstan Avtomobil Yolları Departamentinin göstəricilərinə görə, yolların tikilməsi üzrə aşağıdakı işlər görüldü:

  • Kvemo Kartli –17 936 000 lari dəyərində 10 layihə;

  • Samsxe-Cavaxeti– 12 736 300 lari dəyərində 4 layihə;

  • Kaxeti (Axmeta, Laqodexi) – 5 016 000 lari dəyərində 4 layihə.

Su təchizatı şirkətinin layihələrinin miqdarı və dəyəri təşkil edir:

  • Samsxe-Cavaxeti– 10 730 737 lari dəyərində 2 layihə;

  • Kvemo-Kartli - 3 290 451 lari dəyərində 3 layihə;

2014-cü ildə ölkə miqyasında Kəndlərin dəstəklənməsi proqramının həyata keçirilməsi davam etdirildi. Proqramın maliyyə büdcəsi, hansı ki, 50 mln. lari təşkil edirdi, kəndlərdə prioritet sosial-iqtisadi ehtiyacların qarşılanmasına, xüsusilə də yerli infrastruktur obyektlərinə, onların abadlaşdırılmasına, eləcə də kənd təsərrüfatı sahəsinə sərf olundu. Konkret kəndə nəzərən, məbləğdən məqsədyönlü şəkildə istifadə kənd iclası, kütləvi müzakirələr və sorğular vasitəsilə müəyyənləşdirildi. Proqram əhalinin aktiv iştirakını nəzərdə tutur.

Xırda fermer təsərrüffatları və assosiasiyalarının yaradılması və inkişaf etdirilməsi məqsədilə, hesabat dövründə regional inkişaf agentlikləri intensiv surətdə yerli, o cümlədən etnik azlıqların nümayəndələri olan təsərrüfatçılarlarla tematik görüşlər, treninqlər və seminarlar təşkil edirdilər.





  1. Yüklə 165,5 Kb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin