Qaraçıların qeydə alınması
Gürcüstan Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi “İnnovasiyalar və İslahatlar Mərkəzi” QHT ilə qarşılıqlı əməkdaşlıq əsasında qaraçıların qeydiyyata alınması prosesini davam etdirdi. 2014-cü ilin statistik göstəriciləri aşağıdakı kimidir:
İcraat kateqoriyası
|
Ümumi cəm
|
İcraat başa çatdı
|
İcraat prosesdədir
|
Vətəndaşlığın müəyyənləşdirilməsi
|
13
|
13
|
0
|
Vətəndaşlığı olmayan şəxs statusu
|
12
|
12
|
0
|
Doğulma faktı
|
36
|
36
|
0
|
Ümumi cəm
|
61
|
61
|
0
|
İnsan alverinə qarşı mübarizə məsələləri ilə bağlı etnik azlıqların maarifləndirilməsi
2014-cü il ərzində Gürcüstan Ədliyyə Nazirliyi İnsan Alverinə (trefikinqə) qarşı İdarələrarası Koordinasiya Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı və “Miqrasiya Mərkəzi” QHT-sinin sıx əməkdaşlığı ilə insan alveri, qeyri-qanuni miqrasiyanın təhlükələri və onlardan müdafiə olunma vasitələri haqqında etnik azlıqların məskunlaşdığı regionlarda məlumat xarakterli görüşlər keçirildi.
Marneulidə, Borcomidə, Axalsixedə, Axalkalakidə, Ninodzmindada, Qardabanidə, Zalqa və Sarticalada bu qəbildən olan doqquz məlumat xarakterli görüşlər keçirildi. Ümumi cəmdə 268 etnik azlıq nümayəndəsi görüşlərdə iştirak etmişdir.
Hesabat dövründə Daxili İşlər Nazirliyi Akademiyası etnik azlıqların bərabərliyinin müdafiəsi siyasətini aktiv surətdə həyata keçirirdi. Bu nöqteyi-nəzərdən aşağıdakı tədbirlər təşkil olundu:
-
Akademiyada mövcud proqramlarda dəyişikliklər edildi və “Diskriminasiyanın bütün növlərinin aradan qaldırılması haqqında” və “Fərdi göstəricilər” adlı tədris kursları əlavə olundu ki, bu çərçivədə də Gürcüstan Daxili İşlər Nazirliyinin cari və gələcək əməkdaşları hazırlandılar ;
-
Akademiyanın Polis tənzimlənməsi hüququnun magistr proqramına “Diskriminasiyanın bütün formalarının yolverilməzliyi” və bütün növ diskriminasiyaya qarşı mübarizədə polisin xüsusi rolu kimi məsələlərin tədrisi də əlavə olundu;
-
Tədris prosesində insanlar arasında bərabərliyin pozulması və irqi diskriminasiyaya, diskriminasiyanın yolverilməzliyi məsələlərinin tədrisinə xüsusi diqqət ayrıldı. Məhəllə inspektorlarının, eləcə də patrul və sərhəd polislərinin hazırlanması və ixtisaslaşdırılması üzrə xüsusi təhsil proqramları “Multietnik cəmiyyətdə polis” adlı tədris kursunda öz əksini tapdı.
2014-cü ilin iyulunda Daxili İşlər Nazirliyi və Xalq Müdafiəçisi Aparatı arasında imzalanmış memorandum çərçivəsində, Akademiyanın dinləyiciləri üçün seminarlar keçirildi. Seminar məhdud imkanlara malik şəxslərin hüquqlarının müdafiəsi məsələlərinə həsr olundu.
Etnik azlıqların məskunlaşdığı (Samsxe-Cavaxeti, Kvemo Kartli, Kaxeti regionların)diyar-administrasiyaları tərəfindən görülmüş işlər
Hesabat dövründə Samsxe-Cavaxeti Diyar-Administrasiyasında və regionun bələdiyyələrində etnik azlıq nümayəndələrinin müraciətlərinin cavablandırılması prosesi qanunla təsbit edilmiş prosedurlara riayət etməklə baş verirdi.
Azlıq nümayəndələrinə Ana dilində və ya onların başa düşdüyü dildə müvafiq şifahi izahatlar verilirdi.
2014-cü ildə Samsxe-Cavaxeti qubernator administrasiyasına müxtəlif ehtiyaclar üzrə etnik azlıqların 57-i nümayəndəsi ərizə ilə müraciət etmişdir. Müraciətlər əsasən sosial dəstək alma istəyi ilə bağlı idi.
Hesabat dövründə Samsxe-Cavaxetinin sosial-iqtisadi inkişaf strategiyasının fəaliyyət planının işlənib hazırlanması aktiv surətdə gedirdi. Bu məqsədlə beş işçi qrupu yaradıldı, hansının ki, fəaliyyətinə həmçinin etnik azlıq nümayəndələri də qatıldılar.
Kvemo Kartli regionunun Dmanisi, Tetridzğaro, Qardabani və Zalqa bələdiyyələrində yerli hakimiyyət nümayəndələri mütəmadi şəkildə əhalini qanunvericilikdəki yeniliklər, xüsusilə də yeni anti-diskriminasiya tənzimləmələri ilə tanış etmək məqsədilə informasiya xarakterli görüşlər keçirirdi.
-
Dostları ilə paylaş: |