Gürcüstan Hökumətİ



Yüklə 165,5 Kb.
səhifə4/22
tarix28.12.2021
ölçüsü165,5 Kb.
#16386
1   2   3   4   5   6   7   8   9   ...   22
Bilinqvikstik təhsil
Gürcüstan Təhsil və Elm Nazirliyinin Milli Tədris Layihələri Departamenti 2014-cü ilin dekabrında qeyri-gürcüdilli məktəblərdə 7-ci sinif təsviri incəsənət və biologiya fənləri üzrə ikidilli dərslərin keçirilməsi üçün resursların ilkin versiyasının işlənib hazırlanmasını başa çatdırdı. Məzmun cəhətdən bu resurslar Milli Tədris Planının standartlarına və nəşr hüququ almış dərsliklərə, metodoloji cəhətdən isə ikidilli tədrisin (dil və fənnin inteqrasiyalı tədrisi) müasir texnologiyalarına söykənir. Bu nöqteyi-nəzərdən, bu , yeni tip, innovativ təhsil resursudur.

Gürcü dilini ikinci dil kimi öyrədək”

“Gürcü dilini ikinci dil kimi öyrədək” proqramı gürcü dilinin tədrisinin dəstəklənməsi və gürcü dili müəllimlərinin peşəkar inkişaf etdirilməsi məqsədini daşıyır və Axalkalaki, Ninodzminda, Bolnisi, Dmanisi, Qardabanidə, Marneuli və Saqareco bələdiyyələrinin qeyri-gürcüdilli məktəblərində həyata keçirilir.
Yeni seçilmiş təlimçi-müəllimlər “ Gürcü dilinin, ikinci dil kimi tədrisi metodikasında” (50 saat), “Etnik və dini tolerantlıqda” (5 saat), eləcə də Azərbaycan və ya erməni dillərini öyrədən sürətli kurslar (50 saat) keçirlər və yalnız bundan sonra Samsxe-Cavaxetinin, Kvemo Kartlinin və Kaxetinin etnik azlıqlarla məskunlaşmış kəndlərinə paylanılırlar. Bu müəllimlər saat hesabına görə məvacibdən başqa, dövlət proqramı ilə 1000 lari məbləğində maaş da alırlar.
2014-cü ilin iyun ayında yeni kadrların (gürcü dili müəllimlərinin) seçilməsi üçün müsabiqə elan edildi. 2011-2014-cü illərdə yalnız sertifikasiyalı müəllimlər seçilmiş və Samsxe-Cavaxeti və Kvemo Kartlinin qeyri-gürcüdilli məktəblərinə təyin olunmuşlar. 2014-cü ildə gürcü dili üzrə əlavə olaraq 15 sertifikasiyalı müəllim daha seçildi. Halhazırda, proqram üzrə 88 təlimçi-müəllim işlə təmin olunub.


Yüklə 165,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin