Gürcüstan Hökumətİ



Yüklə 165,5 Kb.
səhifə6/22
tarix28.12.2021
ölçüsü165,5 Kb.
#16386
1   2   3   4   5   6   7   8   9   ...   22
Şagirdi

2625

Müəllim:




  • Gürcü dili

220

  • Başqa fənn

264

Cəmi:

484

İcma nümayəndəsi

436


Mübadilə və qardaşlaşma layihələri

2014-cü ildə “Gürcü dilini, ikinci dil kimi öyrədək” layihəsinin iştirakçılarının 65%-i (5% -2011-ci ildə) )mübadilə proqramlarını planlaşdırdı və həyata keçirdi. Erməni və Azərbaycan məktəbləri müxtəlif regionların gürcü məktəbləri ilə qardaşlaşdı.

Təlimçi-müəllimlər Gürcüstanın müxtəlif şəhərlərindən (Tbilisi, Qurcaani, Qori, Qardabani, Saqareco, Zestafoni, Xaşuri, Çakvi və s.) partnyor məktəblər axtarıb tapdılar və bir-birinə qonaq getmə və bir həftə ərzində orada yaşamaq, dərslərdə iştirak, birgə konsert və tamaşa təşkili, müxtəlif xörəklərlə tanışlıq, gürcü Pravoslav, erməni Apostol kilsələrinin, məscidlərin və digər mədəni abidələrin ziyarət edilməsi kimi tədbirlərini təşkil etdilər.

Gələcək uğurlar naminə gürcü dili”

Müəllimlərin Peşəkar İnkişafı Mərkəzinin “Gələcək uğurlar naminə gürcü dili” proqramının məqsədlərinə nail olmaq üçün 2014-cü ildə iki əsas istiqamət ayrıldı: müəllimlərin qeyri-gürcüdilli məktəblərə göndərilməsi və tədris resurslarının yaradılması.

Proqram çərçivəsində, 2014-cü il ərzində qeyri-gürcüdilli məktəblərinə yardımçı pedaqoqların göndərilməsi iki mərhələdə həyata keçirildi:



  1. 2013-cü ilin sonunda müsabiqə nəticəsində 23 iştirakçı seçildi və 2014-cü ilin yanvarında onlara peşəkar bacarıqlar və gürcü dilinin tədrisinin müasir metodları üzrə intensiv təlimlər keçirildi. Hazırlıq keçdikdən sonra seçilmiş pedaqoqlar Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxeti regionlarının qeyri-gürcüdilli məktəblərinə paylandılar.

  2. 2014-cü ilin iyununda proqram çərçivəsində müsabiqə elan edildi və müsabiqə çərçivəsində 81 iştirakçı seçildi, buradan:

  • 53 – Gürcü dili üzrə yardımçı pedaqoq;

  • 17 – Tarix üzrə pedaqoq;

  • 11 – coğrafiya pedaqoqu.

Regionlara göndərilməzdən qabaq bütün iştirakçılara aşağıdakı modullar üzrə treninqlər keçirildi:

  • Sinifin idarə olunmasının peşəkar qabiliyyətləri;

  • Gürcü dilinin ikinci dil kimi tədrisi metodologiyası, dilin və fənnin inteqrasiyalı şəkildə tədrisi;

  • İnklüziv təhsil.

2014-cü ilin dekabr ayı üçün olan vəziyyətə görə, proqramda 210 nəfər pedaqoq cəlb olunmuşdur. Regionda proqram iştirakçılarının başlıca məşğuliyyətini aşağıdakılar təşkil edir:

  • Müvafiq fənnin yerli pedaqoqun yardımı ilə dərsin planlaşdırılması və həyata keçirilməsi;

  • Dərsdənkənar aktivliklərin həyata keçirilməsi;

  • Gürcü dili və tarixi, coğrafiya dərnəyi və klubların yaradılması;

  • Evsahibliyi edən ailəyə gürcü dilinin öyrədilməsi.


Yüklə 165,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin