Gürcüstan Hökumətİ



Yüklə 165,5 Kb.
səhifə3/22
tarix28.12.2021
ölçüsü165,5 Kb.
#16386
1   2   3   4   5   6   7   8   9   ...   22
Təhsil və Dövlət dili

Gürcüstan Təhsil və Elm Nazirliyi və onun səlahiyyəti altında olan ümumi hüquq üzrə hüquqi şəxslər hesabat dövründə müxtəlif proqramlar və layihələrin həyata keçirilməsinə davam etdilər.
Dil üzrə təhsil –keyfiyyətli təhsil
Gürcüstan Təhsil və Elm Nazirliyinin Milli Təhsil Layihələri Departamenti “Dil üzrə təhsil –keyfiyyətli təhsil” adlı altproqram tərtib etdi ki, bunun da əsas məqsədi dil üzrə təhsil səviyyəsinin yüksəldilməsi üçün həm gürcü, həm də qeyri-gürcü məktəblərində əlverişli şəraitin yaradılmasından ibarətdir.

Milli azlıqların dil təhsilinin yaşxılaşdırılması üçün bu proqram çərçivəsində növbəti tədbirlər keçirildi:



  • Həm çoxsaylı, həm də azsaylı azlıqların dillərinin tədrisi məsələsində fokus qrupları təşkil olundu (bu qruplara daxil idilər: etnik azlıqlara məxsus şagirdlərin valideynləri, Ana dili müəllimləri, qeyri-hökumət təşkilatları nümayəndələri).Təcrübənin tematikasını Ana dilinin öyrənilməsi və tədrisi məsələləri təşkil edirdi, məqsəd isə Ana dili, dövlət və xarici dillərin öyrənilməsi və tədrisi ilə bağlı məsələlərdə maraq qruplarının fikirlərinin önə çıxarılması və Ana dilinin öyrənilməsi-tədrisi modellərinin işlənib hazırlanması zamanı bu mövqeyi nəzərə almaqdan ibarətdir.

  • Azlıqların dil təhsilinin yaxşılaşdırılması üçün dilin öyrənilməsi və tədrisi konsepsiyasının hazırlanması və Ana dili ilə bağlı Milli Tədris Planına daxil edilmiş dəyişikliklərin yekun paketini ərsəyə gətirmək məqsədilə Məsləhət Şurası yaradıldı. Bu paket qərar qəbuledən subyektlərə təqdim olundu.

Ana dilinin öyrənilməsi-tədrisi ilə bağlı növbəti dəyişikliklərin edilməsinə qərar verildi:



  • Qeyri-gürcüdilli ümumtəhsil müəssisələri üçün etnik azlıqların Ana dili (Azərbaycan, erməni və rus) standartlarının və müvafiq proqramların işlənib hazırlanması. Bu dillərdə milli standartların və proqramların təklif edilməsi Ana dilinin keyfiyyətli öyrənilməsi-tədrisini əlverişli edən müxtəlif xidmətləri aktivləşdirir, bura daxildir: azlıqların Ana dili dərsliklərinin hazırlanması və nəşr hüququ (qrif) verilməsi, etnik azlıqların Ana dili müəllimlərinin hazırlığı üçün universitet proqramlarının hazırlanması, bu fənlər üzrə müəllimlərin peşəkarlıq standartının yaradılması, fəaliyyət göstərən müəllimlərin peşəkar inkişafını dəstəkləyən treninq-təhsil proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi, sertifikasiya mexanizminin işə salınması və s.

  • Gürcüdilli ümumtəhsil müəssisələri üçün azsaylı etnik azlıqların Ana dili standartı və fənn proqramlarının işlənib hazırlanması. Bu dillər sırasına daxildir: çeçen-kist, assur, kurmanci, avar, udin, osetin, yunan dilləri.



Yüklə 165,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin