Gürcüstan Hökumətİ


Avropa İttifaqı və Gürcüstan arasında assosiasiya haqqında saziş



Yüklə 165,5 Kb.
səhifə22/22
tarix28.12.2021
ölçüsü165,5 Kb.
#16386
1   ...   14   15   16   17   18   19   20   21   22
Avropa İttifaqı və Gürcüstan arasında assosiasiya haqqında saziş.

Dövlət Naziri Aparatı Avropa və Avro-Atlantik strukturlarına inteqrasiya məsələlərində, Barışıq və Vətəndaş bərabərliyi məsələlərində etnik azlıqlar üçün Gürcüstanın Avrointeqrasiyası haqqında informasiya kompaniyasını həyata keçirir. 2014-cü il ərzində etnik azlıqların dillərində (erməni, Azərbaycan, abxaz, osetin) informasiya materialları hazırlandı və paylandı. Tbilisi İv.Cavaxişvili adına Dövlət Universitetində qeyri-gürcüdilli tələbələrlə görüş keçirildi. Onlar Gürcüstanın Avropaya İnteqrasiyası prosesi ilə bağlı məlumatlandırıldılar. Dövlət Naziri Aparatı “4+1” proqramının benefisiar tələbələri üçün “Avrointeqrasiya və mən” mövzusunda esse müsabiqəsi elan etdi. Müsabiqə Gürcüstanın Avropa seçiminə münasibətdə gənclərin fikirlərinin və mülahizələrinin önə çıxarılmasını nəzərə tuturdu. Müsabiqə komissiyası üç ən yaxşı işin müəllifini elan etdi. Qaliblər mükafatlandırıldılar, ən yaxşı məqalələr isə “Vrastan” və “Gürcüstan” qəzetlərində çap olundu.

Həmçinin Kvemo Kartlinin, Kaxetinin və Samsxe-Cavaxetinin media nümayəndələri ilə də Gürcüstanın Avropaya inteqrasiyası haqqında informasiya xarakterli görüşlər keçirilmişdir.

Hesabat ili ərzində Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Nazir Aparatının əməkdaşları mövcud vəziyyəti və əhalinin problemlərini öyrənmək məqsədilə təyinatla Kaxeti regionu Pankisi dərəsində və Dedoplisdzğaro bələdiyyəsi Çoeti kəndində olmuşlar.

İdarələrarası Komissiya üzvləri həmçinin müxtəlif ölkələrin təcrübələrini öyrənmək məqsədilə beynəlxalq tədbirlərdə iştirak etdilər. 2014-cü ilin sentyabrında Avropa İttifaqının proqramı olan TAIEX-in dəstəyi ilə Cənubi Tirolda mübadilə görüşləri keçirildi. Görüş çərçivəsində informasiyanın əlçatanlığı nöqteyi-nəzərdən təhsil, dövlət dilinin tədrisi və eləcə də etnik azlıqlar haqqında təcrübələr mübadilə etdirildi və paylaşıldı.

Dövlət Naziri Aparatı və Dövlət İdarələrarası Komissiyanın Gürcüstanın Xalq Müdafiəçisi Aparatı yanında mövcud Milli Azlıqlar Şurası ilə məhsuldar əməkdaşlığı və tez-tez təşkil olunan tematik görüşlər də xüsusilə qeyd edilməlidir. Hesabat dövründə Gürcüstan Naziri Aparatı həmçinin mülki sektorla, beynəlxalq təşkilatlarla, ölkədə akkreditə olunmuş diplomatik korpusla, yerli və beynəlxalq ekspertlərlə də sıx əməkdaşlıq edirdi.

Fəaliyyət Planının impelementasiyası prosesində Dövlət Naziri Aparatı yerli əhali, özünüidarələr və qeyri-hökumət təşkilatları ilədaimi əlaqə qurmuş, müntəzəm olaraq vətəndaşlardan məlumat almış, Aparata daxil olmuş təkliflərə və müraciətlərə cavab verilmişdi.

Kvemo Kartlidə Dövlət nazirinin nümayəndəsi regionda aparatın fəaliyyətini koordinasiya edirdi.

Hesabat ili ərzində, Barışıq və Vətəndaş bərabərliyi məsələlərində Dövlət Naziri Aparatı Gürcüstanda yaşayan etnik və dini azlıqları –həm əhalini, həm də diplomatik korpusu dövri olaraq, onların milli və dini bayramları münasibətilə təbrik etmişdir.



1 Gürcüstan hökumətinin 2013-cü il 24 dekabr 362 saylı qərarı əsasında Reinteqrasiya Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatının adı dəyişdirilmiş və Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı adlandırılmışdır. Dəyişiklik 2014-cü il yanvar ayının 1-dən qüvvəyə minmişdir.


Yüklə 165,5 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin