Gürcüstan Hökumətİ


Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı tərəfindən görülmüş işlər



Yüklə 165,5 Kb.
səhifə21/22
tarix28.12.2021
ölçüsü165,5 Kb.
#16386
1   ...   14   15   16   17   18   19   20   21   22
Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı tərəfindən görülmüş işlər

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiya və 2014-cü il fəaliyyət planının həyata keçirilməsi prosesində aktiv surətdə iştirak etmişdir. Hesabat dövründə Dövlət Naziri Aparatı İdarələrarası Komissiyanın fəaliyyətinə rəhbərlik etmiş, xüsusilə də komissiyanın geniş iclaslarını, həmçinin Təhsil və dövlət dili, Media və informasiyanın əlçatanlığı istiqamətlərində tematik işçi qruplarının görüşlərini keçirmiş, görüşlərdə təkliflər və tövsiyələr hazırlanmışdır. Tematik işçi qrupları formatında fəaliyyət qeyri-hökumət təşkilatlarının, ekspertlərin və qeyd olunmuş məsələlər üzrə işləyən bütün aktorların müxtəlif məsələlərin müzakirəsində iştirakına imkan yaradır. Dövlət Naziri Aparatı, İdarələrarası Komissiya ilə birgə 2013-cü ilin fəaliyyət planı üzrə hesabatı və 2014-cü il fəaliyyət planını hazırladı və təqdim etdi.

Dövlət Naziri Aparatı Müstəqil ekspertlər qrupu ilə birgə Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2009-2014-cü illər Fəaliyyət Planının yerinə yetirilməsinin qiymətləndirilməsi üzrə sənəd hazırladı. Yeni strategiya və fəaliyyət planında qiymətləndirmə zamanı aşkarlanan bütün müsbət nəticələr öz əksini tapmış, boşluqlar və çatışmazlıqlar isə nəzərə alınmışdır. Qiymətləndirmə sənədi İdarələrarası Komissiyaya, Milli Azlıqlar Şurasına, ekspertlərə, beynəlxalq təşkilatlara və diplomatik korpusa təqdim edildi. Həmçinin regionlarda (Axalkalaki, Marneuli, Dmanisi ) sənəd ətrafında qeyri-hökumət təşkilatları, icma liderləri, özünüidarə nümayəndələri və sakinlərin iştirakı ilə müzakirələr keçirildi. Qiymətləndirmə sənədi ingilis və rus dillərinə tərcümə edildi, elektron versiyası Dövlət Naziri Aparatının veb-səhifəsində yerləşdirildi, sənədlə bağlı həmçinin nəşr hazırlandı.

Hesabat dövründə konsepsiyanın Təhsil istiqamətində Kvemo Kartlidə yaşayan gənclərlə silsilə görüşlər keçirildi və onlar “4+1” proqramı barəsində məlumatlandırıldılar. Həmçinin Marneulidə, Dmanisidə, Qardabanidə, Axalkalaki və Tbilisidə qeyri-gürcüdilli məktəblərin və gürcü dili evlərinin pedaqoq-müəllimləri və şagirdləri ilə, o cümlədən valideynlər və qeyri-hökumət təşkilatları nümayəndələri ilə də görüşlər keçirildi.

2014-cü ilin iyununda Dövlət Naziri Aparatının təşkilatçılığı ilə, həmçinin Milli İmtahan Mərkəzi ilə birgə Marneulidə abituriyentlər üçün sınaq imtahanları keçirildi, burada Kartlidə yaşayan 250 gənc iştirak etdiş

Konsepsiyanın bütün istiqamətləri üzrə əsas hədəf qruplarından hesab olunan oetnik azlıqların gənc nümayəndələrinə hesabat dövründə xüsusi diqqət ayrıldı.


  • Gənclər müxtəlif növ mədəni-maarif tıdbirlər və ekskursiyalarda iştirak etmişlər. 2014-cü ildə 50-dək azərbaycanlı tələbə Kaxetinin tarixi abidələrinə baş çəkmiş, Kvemo Kartlinin 20-dək şagirdi Gürcüstan Milli Muzeyinə qonaq olmuş, Pankisi dərəsinin şagirdləri Tbilisinin etnik muzeyini ziyarət etmiş, qeyd olunmuş dövr ərzində həmçinin Qaracala və Duisi kəndində ədəbi-tarixi-maarifləndirici tədbirlər keçirildi;

  • Müxtəlif idarələrin nümayəndələri ilə məlumat xarakterli görüşlərin keçirilməsi gənclər tərəfindən böyük maraqla qarşılanır. Onlara müxtəlif dövlət strukturlarının fəaliyyəti ilə tanış olmaq, birbaşa qərar qəbuledən şəxslərin aktual məsələlərlə bağlı mövqeyini öyrənmək və öz fikirləri ilə onları tanış etmək imkanı verilir. Dövlət Naziri Aparatının təşkilatçılığı ilə 2013-2014-cü illərdə Kvemo Kartli və Samsxe-Cavaxeti gəncləri İdman və Gənclərlə İş üzrə Nazirlikdə, Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinin Müəllimlər evində, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatında, MTŞ Akademiyasında olmuşlar;

  • Hesabat dövründə Dövlət Naziri Aparatının təşkilatçılığı və iştirakı ilə Tbilisinin və regionların ali təhsil ocaqlarının tələbələri üçün mühazirə-seminarlar təşkil olundu. Samsxe-Cavaxetinin Dövlət Universitetində, Axalsixe Universitetində, Tbilisinin İvane Cavaxişvili adına Dövlət Universitetində də mühazirə-seminarlar və diskussiyalar keçirildi. Rəngarənglik və tolerantlıq, Gürcüstanda milli azlıqların hüquqları, vətəndaş inteqrasiyası istiqamətində dövlətin həyata keçirdiyi siyasət və s. mühazirə mövzularını təşkil edirdi.



1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin