Peşələrarası qabiliyyətlər və əlaqələrin qurulması treninqi keçirildi və treninqdə 50-dək erməni, Azərbaycanlı, kürd, kist, rus və çeçen gənclər iştirak etdilər. Həmçinin, Kvareli Ədliyyə Tədrisi Mərkəzində 50-dək gənc layihələrin idarə edilməsi və menecment treninqini keçdi; “Maneəsiz gənclər” layihəsi çərçivəsində etnik azlıq nümayəndəsi olan 120 gəncə fərdi inkişaf treninqləri və seminarları keçirildi.
Gürcüstanın Avrointeqrasiya prosesi haqqında məlumat vermək məqsədilə etnik azlıqların gənc nümayəndələri üçün “Birgə Avropa seçiminə” proqramı çərçivəsində də Axlkalaki, Ninodzminda, Adigena, Aspindza və Borcomi bələdiyyələrində informasiya görüşləri və seminar-diskussiyalar keçirildi.Proqram etnik azlıqların 500 gənc nümayəndəsini əhatə etdi.