Gürcüstan Hökumətİ


Sosial və regional inteqrasiya



Yüklə 165,5 Kb.
səhifə15/22
tarix28.12.2021
ölçüsü165,5 Kb.
#16386
1   ...   11   12   13   14   15   16   17   18   ...   22
Sosial və regional inteqrasiya

Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi hesabat dövründə səhiyyə və sosial müdafiə üzrə dövlət proqramları barəsində milli azlıqlar arasında informasiya kompaniyası planlaşdırdı və həyata keçirdi. Bu proqramlara daxil idi: Kənd həkimi proqramı, Hepatit C proqramı, Ana və uşaq sağlamlığı, Sosial sığorta, Təcili tibbi yardım, Sosial müdafiə.
İnformasiya kompaniyası

2014-cü il ərzində həyata keçirilmiş proqramlardan prioritet istiqamətlər müəyyənləşdirildi və qeyri-gürcüdilli əhalinin məlumatlandırılması məqsədilə müvafiq proqramlar işlənib hazırlandı. Müxtəlif mövzularda informasiya bülletenləri və posterləri hazırlandı və çap olundu, Resept İnstitutunun bərpası ilə bağlı yeniliklər barəsində gürcü, Azərbaycan və erməni dillərində (gürcü dilində 300 000, erməni dilində 5000 , Azərbaycan dilində 5000 dənə) bukletlər işlənib hazırlandı və paylandı.









Heyvanların kəskin infeksion xəstəlikləri –qarayara və brüsselyozun privensiyası məsələləri ilə bağlı informasiya bukletləri hazırlandı: “Qarayara haqqında nələri bilməliyik” (gürcü dilində 9000, Azərbaycan dilində 7000, erməni dilində 4000 dənə), “Brüsselyoz haqqında nələri bilməliyik” (gürcü dilində 10000, Azərbaycan dilində 15 000, erməni dilində 500 dənə) . Qeyd edilmiş materiallar ölkənin Azərbaycanlı və erməni vətəndaşlarının kompakt yaşadıqları regionların tibb müəssisələrinə və sakinlərinə paylanıldı. Həmçinin hədəf qrupları ilə informasiya xarakterli görüşlər də təşkil edildi. Tərcümə olunmuş materiallar bukletlərin gürcü dilindəki versiyası ilə birlikdə Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin veb-səhifəsində (www.moh.gov.ge) yerləşdirildi, çap olunmuş materiallar isə nazirliyin vətəndaş qəbulu otağının girişindən asıldı.

2014-cü ildə Gürcüstanın müxtəlif regionlarında, 82 yeni ambulatoriyanın tikilməsi və təchiz olunması proqramı başa çatdırıldı (o cümlədən, Kvemo Kartlidə 6 ambulatoriya (Marneuli, Bolnisi, Dmanisi, Tetridzğaro, Zalqa, Qardabani) və Samsxe-Cavaxetidə 6 ambulatoriya (Axalsixe, Adigeni, Ninodzminda), Azərbaycanlı və erməni əhali ilə məskunlaşmış rayonlarda cəmi 12 yeni ambulatoriya).




Yüklə 165,5 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin