Psixo‐sosial inkişafla bağlı ən geniş və əhatəli nəzəriyyə Erik Erikson tərəfindən ortaya qoyulmuşdur. Eriksonun bu nəzəriyyəsi, əslində, Freydin düşüncələrinə istinad edir. Lakin Erikson insanın inkişafında ictimaiyyətin və mədəniyyətin rolunu əsas götürməklə Freyddən fərqlənir. Freyd, nəzəriyyəsini daha çox fizioloji və deterministik istiqamətdə dərinləşdirmişdir. Nəticədə Eriksonun nəzəriyyəsi psixo‐sosial,
Freydin nəzəriyyəsi isə psixocinsi olaraq öyrənilir.1314
1.2.1. Eriksonun inkişaf mƏrhƏlƏlƏrinin qarşılaşdırılması
Yaş
İnkişaf mərhələləri
0 ‐ 1 yaş
İnam və inamsızlıq
2 ‐ 3 yaş
Avtonomluq və utanc
3 ‐ 6 yaş
Təşəbbüskarlıq və günahkarlıq
6 ‐ 12 yaş
Çalışqanlıq və özünə inamsızlıq
12 ‐ 20 yaş
Şəxsiyyət və şəxsiyyət qarışıqlığı
20 – 40 yaş
Yaxınlıq və yalnızlıq
40 – 65 yaş
Məhsuldar və durğunluq
65 yaş və yuxarı
Bütünlük və Ümidsizlik
Erikson insan inkişafını səkkiz dövrə bölür və hər bir dövrdə insanın yerinə yetirilməsi labüd olan bir psixo‐sosial vəzifəsi olduğunu bildirir. Əgər bu vəzifə uğurla yerinə yetirilərsə, insana müsbət xüsusiyyət qazandırar və inkişafında sürətli irəliləməyə təsir edər. Əksinə, vəzifə uğurla yerinə yetirilməzsə, insan nəticədə qazandığı mənfi xüsusiyyətdən zərər görər. Bu bölünmüş dövrlərdə insanın vəzifəsi – bir dövrdən digər dövrə keçdikcə gözəl şəxsiyyət kimi formalaşmaqdır. Eriksonun nəzəriyyəsi, eyni zamanda “həyat boyu” (life ‐ span) nəzəriyyəsi olaraq da qiymətlən‐
dirilir12.