Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ


Şəxsiyyət qazanmağa qarşı şəxsiyyət qarışıqlığı (12–20 yaş)



Yüklə 1,4 Mb.
səhifə21/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   17   18   19   20   21   22   23   24   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Şəxsiyyət qazanmağa qarşı şəxsiyyət qarışıqlığı (12–20 yaş): Yeniyetməlik dövrü uşaqlıqdan yeniyetməliyə doğru keçid dövrü kimi qəbul edilir. “Mən kiməm?” sualının suveren olduğu bu dövrdə insan orqanizmində həm də bəzi fizioloji və bioloji dəyişikliklər baş verir. Bu dövrdə yeniyetmə ana‐atasından daha çox, həmyaşıdlarından təsirlənir. 12 ‐ 20 yaş arası mərhələnin ən təhlükəli dövrü 14 – 16 yaş arasında baş verən orta yeniyetməlik dövrüdür. Orta yeniyetməlik dövründə yeniyetmə özünü hər bir şeyin mərkəzi kimi görür və nəticədə başqalarının düşüncələrini anlamaqda çətinlik çəkir. Son yeniyetməlik dövrünə doğru bu xüsusiyyətin müsbət nəticəyə doğru irəliləməsi ümid edilir.
Bu dövrdəki qarışıqlıqların həll olunmasıyla yanaşı, gəncin şəxsiyyəti formalaşır, özünə uyğun peşə seçir və bu peşəyə hazırlaşır. Nəticə olaraq, yeniyetməlik dövrü, cinsə uyğun sosial rolların inkişafı, özünəməxsus bəzi dəyərlərin yaradılması, ictimaiyyətdəki rolunu müəyyən etməklə inkişaf etdirilməsi kimi qərarların həyata keçirilməsi üçün lazım olan illərdir. Bu və ya bu kimi hədəflərə nail olmamaq isə şəxsiyyət qarışıqlığı olaraq adlandırılır19.
Yaxınlığa qarşı yalnızlıq (20–40 yaş): Gənc yeniyetməlik dövrü olaraq adlandırılan bu dövrdə dostluq əlaqələri böyük əhəmiyyət daşımağa başlayır. Özünəinam hissi isə sosial münasibətlərin səviyyəsindən və xüsusiyyətindən asılıdır. Qarşı cinslə münasibətlərdə artıq evlilik düşüncələri formalaşmağa başlayır.
Bu dövrdə ən təhlükəli inkişaf, gəncdə olan ayrıseçkilik və ya yalnızlıq duyğusunun inkişafıdır. Əgər gənc ətrafındakı insanlarla və qarşı cinsdən sevdiyi biriylə yaxın dostluq, əlaqə yarada bilmirsə, o, həmişə yalnız qala bilər. Adətən, tam formalaşmamış, sağlam olmayan şəxsiyyətə sahib gənclər məsuliyyət daşımaqdan qorxduqları üçün bölüşməyi və yaxın münasibətlər qurmağı bacarmırlar. Bu mənada yaxın dostluqda, sevgidə özündən əmin olmayan kəslər hər cür əlaqədən qaçmağa çalışacaq, ya da bu əlaqələri səthi olaraq davam etdirəcəklər20.
Məhsuldarlığa qarşı durğunluq (40–65 yaş): Erikson məhsuldarlıq anlayışı ilə, xüsusilə, yeni nəsillərin inkişafıyla maraqlanma və onlara rəhbərlik etməyi nəzərə çatdırır. Yəni insan cəmiyyətə yararlı işlər görə bildiyi, yeni nəsillərə rəhbərlik edə bildiyi müddətdə məhsuldar sayılır.
Öyrətmək və qəyyumluğu üstələmək ən geniş yayılmış məhsuldarlıq və diqqətgöstərmə formasıdır. Onu da deməliyik ki, bölüşməyi bilməyən və başqalarını düşünməyən biri məhsuldarlıq duyğusundan məhrumdur.
Bu dövrdə problemlər sağlam bir şəkildə həll olunmayıbsa, yaşadıqlarından peşmanlıq duyan, davamlı şikayət edən, ölümlə ciddi şəkildə maraqlanan bir şəxs qarşımızda canlanır19.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin