Erkən uşaqlıq dövrünün səciyyəvi cəhətləri nələrdir? Fikrinizi nümunələrlə izah edin.
Psixi inkişaf nəzəriyyəsinin banisi kimdir? Onun daha hansı elmi əsərlərini tanıyırsınız?
Freydə görə, insan hansı yaş mərhələlərini qət edir? Yaş mərhələlərinin psixoloq üçün nə kimi əhəmiyyəti vardır.
Psixo‐sosial inkişafla bağlı ən geniş və əhatəli nəzəriyyə kimə məxsusdur?
Eriksona görə, hansı yaş dövründə uşaq ətrafı araşdırmağa, dildən istifadəyə, bilik və sosial bacarıqlarını inkişaf etdirməyə başlayır? Yaxın qohumlarınızın uşaqları üzərində araşdırma apararaq, bu biliklərinizi təcrübə edin.
Maslovun tələbatlar iyerarxiyasında insanın psixoloji tələbatlarını ardıcıllıqla sayın.
Ədəbiyyat
Muhammed Bozdağ “Sevgi Zekası” YAKAMOZ yayıncılık, 1. Baskı, Istanbul, 2007
A.İbrahimov, H.Xəlilov, “Sağlam övlad, düzgün tərbiyə, təmiz nitq”, Misri, Bakı ‐ 2004
Ramiz Əliyev “Psixologiya”, Nurlan nəş. Bakı ‐ 2008
N. İsmailov, F. İsmailov “Tibbi psixologiya və psixoterapiya”, Maarif nəş. Bakı ‐ 2002
“Eğitim psikologisi” Pegem A nəş. Ankara – 2007
Ə.S. Bayramov, Ə. Ə. Əlizadə “Psixologiya”, Maarif nəş.– 1989, Çinar‐çap – 2006
Fikrət Hacıyev “Yaş Fiziologiyası və Məktəb Gigiyenası”, Maarif nəş
K. Koffka, “Zihni İnkişafın Esasları”, Tərcümə edən: Suat Tavlan,
Hüsnütabiat nəş. İstanbul ‐ 1959
28 downloaded from KitabYurdu.orgdownloaded from KitabYurdu.az
II FéSİL Xarakter vƏ xasiyyƏt
2.1. Xarakter
Sosial Psixologiyada öyrənilən məsələlərdən biri də uşaq və yeniyetmələrin xarakter və xasiyyətlərinin dərindən öyrənilməsidir. Xarakter insan psixikasında yaranan fərdi fəaliyyət və davranış xüsusiyyətlərinin məcmusudur. Hər bir insan özünəməxsus psixikaya və təkrarolunmaz xarakterə malikdir. Psixikada fərdi fəaliyyət və davranış xüsusiyyətlərinin formalaşması şəxsin doğulduğu elə ilk gündən başlayır. Bu formalaşma yaşamaq mərhələləri üzrə insanın fizioloji inkişafının və sosiallaşmasının bütün proseslərini əhatə edir.
Beləliklə də, xarakterik fəaliyyət və davranış xüsusiyyətlərinin formalaşması psixikada mərhələli fəaliyyət proseslərinin təsiri altında baş verir. Bu özünəməxsus fərdi formalaşma xüsusiyyətlərinə psixikanın ümumipsixoloji, bioloji və sosial proseslər sistemi daxildir. Məsələn, psixikanın zehni aktivliyi həmin şəxsin xarakterində müəyyən fərqləndirici sosialpsixoloji xüsusiyyətlər yaradır. Əksinə, psixikası çox olan fiziki fəaliyyət aktivliyinə meyilli olan insanların xarakterində isə digər fərqli xüsusiyyətlər formalaşır və sairə. Bu formalaşma prosesləri təbii proseslərdir. Çünki “insan”, “psixika” və “xarakter” məfhumları özünəməxsus təkrarolunmaz xüsusiyyətlər sistemidir.
Xarakterin yaranıb tam təkmilləşməsi psixikada zehni, fiziki və sosial fəaliyyət xüsusiyyətlərinin artıq formalaşması deməkdir. Çünki xarakter bizim fəaliyyət və davranışlarımızın təhrikedici subyektiv motivlərini təşkil edir. Ona görə də insanlar cəmiyyət daxilində öz xarakterlərinə uyğun fəaliyyət göstərir və yaşayırlar.
Psixikada xarakterin yaş mərhələləri üzrə formalaşması açıq şəkildə hiss olunur. Onun üçün də hər yaş mərhələsinin öz xarakterik xüsusiyyətləri olur. Psixika təkmilləşdikcə, inkişaf etdikcə xarakter də ümumiləşir, bütövləşir.2229 Xarakter sözü şəxsiyyət sözü ilə sinonimdir. Xarakter insan xüsusiyyətlərinin cəmi olub, insanın fiziki və zehni fəaliyyətlərinə cəmiyyətin verdiyi dəyərdir. Xarakter, içində yaşadığı cəmiyyətin mentalitetinə və əxlaq qanunlarına görə yaranır və qiymətləndirilir. Tərbiyəli insan dedikdə, yaxşı, gözəl, doğrunu yerinə yetirən, insanları sevən kimi başa düşülür. Bunların əksini özündə əks etdirən insan isə xaraktersiz hesab olunur. Bu məsələnin təlim psixologiyasında əhəmiyyəti ondan ibarətdir ki, bunlar uşaq və yeniyetmələrin ailə, məktəb və cəmiyyət içində hərəkət və davranışlarını formalaşdırır. Belə ki, uşaq və yeniyetmələr böyüklərlə münasibətdə olarkən onların davranışlarından təsirlənib özlərini böyüklər kimi göstərməyə çalışırlar. Bu hal və davranışları öz övladlarında müşahidə edən valideynlər, belə bir halın övladlarında vərdiş halına keçməməsi üçün psixoloji təzyiq göstərməmək şərti ilə tədricən qarşısını almağa çalışmalıdırlar. İnsan psixologiyasında və onun şəxsiyyətinin inkişafında əsas məsələlərdən biri də xarakterdir. Xarakteri tədqiq etmək cəhdləri hələ qədim zamanlardan olmuşdur. Xarakterin təsnifatı üzrə ilk cəhd Platona məxsusdur. O, etik prinsiplər əsasında xarakterin tipologiyasını yaratmışdır. Qədim yunan ədəbiyyatında Afina cəmiyyətində yayılmış xarakter tipologiyasını Teofrast təsvir etmişdir. Xarakterin tədqiqində zahiri görünüşlə onun müəyyən şəxsiyyət tipinə məxsusluğu arasında bağlılıq haqqında elm, yəni fizionomika əhəmiyyətli dərəcədə öz təsirini göstərmişdir. XIX əsrin birinci yarısında xarakter haqqında elmi fikirlər yaranmağa başladı. Frenologiyanın yaradıcısı Qall insan xarakterinin təşəkkül tapdığı 27 elementar psixi xüsusiyyəti sadalayır. Onların arasında artıb‐törəmə instinkti, övlada məhəbbət, bağlılıq, dostluq, dağıdıcı instinkt, mübarizə və özünümüdafiəyə meyilliliyi qeyd etmək olar.23 Xarakter nədir? Xarakter irsidirmi, yoxsa sonradan yaranan haldır? Xarakterin hansı xüsusiyyətləri vardır? Xarakter dəyişə bilərmi? Şəxsiyyətin inkişafında xarakterin rolu böyükdür. Xarakter insanda irsidir. İrsi xüsusiyyətlərə malikdir. Lakin sonradan qazanılma xüsusiyyətləri də özündə cəmləşdirə bilir. Xarakterin idarə olunan və idarə olunmayan tipləri vardır. İdarə olunan tipə malik olan uşaqlara istiqamət verdikdə, onlar daima özlərini maarifləndirməklə bilik toplayaraq, qarşılarına çıxan çətinliklərin öhdəsindən gəlməyə çalışırlar.