Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə25/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   21   22   23   24   25   26   27   28   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə, onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcud şəraitə uyğunlaşır.
Tənha tip həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.
K. Junq tərəfindən irəli sürülmüş ekstravert və introvert tipli xarakterlərin təsnifatı geniş yayılmışdır. Ekstravertlərə coşğunluq, təşəbbüskarlıq, uyuşqanlıq, ünsiyyətcillik xasdır. İntrovertlər üçün öz daxili aləmində baş verən hadisələrdə şəxsi maraqlarını güdmək, ünsiyyətsiz, qapalı, özünütəhlilə meyil, uyğunlaşmada çətinlik çəkmək xarakterikdir. Həmçinin xarakteri konform və sərbəst, hakim və itaətkar, normativ və anarxist tiplərə də ayırmaq olar. 24
Bütün bunlarla yanaşı, insan xarakteri onun dünyagörüşü və əqidəsi ilə sıx bağlıdır. İnsanın münasibətlər sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər‐istəməz onun xarakter əlamətlərinin formalaşmasına zəmin yaradır. Adətən xarakter formalaşdıqdan sonra bu və ya digər davranış tərzini həyata keçirməyə təhrik edir.



Hər şey səndə gizlidir:
Yer səni çəkə bildiyi qədər ağırsan
Qanadlarının çırpındığı qədərsə yüngül…
Ürəyinin döyündüyü qədər canlısan Gözlərinin uzağı gördüyü qədərsə cavan…
Sevdiklərin qədər yaxşısan
Nifrət etdiklərin qədərsə pis…
Gözün‐qaşın nə rəng olursa‐olsun
Qarşındakının gördüyüdür rəngin…
Yaşadıqlarını qazanc hesab etmə:
Yaşadığın qədər yaxınsan sonuna və nə qədər yaşayırsan‐yaşa,
Sevdiyin qədərdir ömrün…
Gülə bildiyin qədər xoşbəxtsən
Kədərlənmə, bil ki, ağladığın qədər də güləcəksən
Heç vaxt hər şeyin bitdiyini sanma, sevdiyin qədər seviləcəksən.
Günəşin doğuşundadır təbiətin sənə verdiyi dəyər
Və qarşındakına dəyər verdiyin qədər insansan
Bir gün yalan deyəcəksənsə
Qoy qarşındakı sənə güvəndiyi qədər inansın…
Ay işığındadır sevgiliyə duyulan həsrət
Və sevgilinə həsrət qaldığın qədər yaxınsan ona
Unutma, yağışın yağdığı qədər yaşsan
Günəşin səni isitdiyi qədər isti.
Özünü yalnız hiss etdiyin qədər yalnızsan
Və güclü hiss etdiyin qədər güclü.
Özünü gözəl hiss etdiyin qədər gözəlsən… bax, budur həyat!
Bax, budur yaşamaq, bunu xatırladığın qədər yaşayarsan.
Yox, bunu unutsan əgər, aldığın nəfəs qədər üşüyərsən,
Və qarşındakını unutduğun qədər tez unudularsan.
Gül sulandığı qədər gözəldir,
Quşlar ötə bildiyi qədər sevimli.
Uşaq ağlaya bildiyi qədər uşaqdır
Və hər şeyi öyrəndiyin qədər bilərsən, bunu da öyrən, sevdiyin qədər sevilərsən…25
Can Yücəl

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin