Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə33/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   29   30   31   32   33   34   35   36   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

1. Konkret analizlər dövründəki uşaqlar, zehni qabiliyyət baxımından çox sürətli inkişaf nümayiş etdirirlər. İbtidai məktəb dövründəki uşaqların düşüncəsi məktəbəqədərki uşaqların düşüncəsindən çox fərqlidir. Uşaqlar, bu dövrdə obyektləri müəyyən xüsusiyyətlərinə görə təsnif edə bilirlər.
Konkret əməliyyatlar dövründə uşaqlar özlərindəki qabiliyyət və bacarıqlarını kəşf etməkdən yayınırlar. Hadisələri və dünyanı başqaları baxımından da görə bilirlər. Uşaqlar bu dövrdə vətən, millət, ölkə və bu kimi mücərrəd anlayışları anlaya bilmirlər. Mücərrəd anlayış və təcrübələrin konkret yollarla açıqlanmaları lazımdır.

Mücərrəd
Analizlər
Dövrü

2. Mücərrəd analizlər dövrü. Yeniyetməlik dövrünün başlanğıcından etibarən uşaqların düşüncə formaları, böyüklərinkinə bənzəyir. Bu dövrdə artıq mücərrəd düşünmə başlayır. Bir problemin həlli konkret yollarla məhdudlaşdırılmır. Uşaqlar mücərrəd anlayışları anlayaraq təsirli bir şəkildə istifadə edə bilirlər. Bu dövrdə uşaqlar müxtəlif ideal fikirləri, dəyərləri, inancları inkişaf etdirməyə başlayırlar. Cəmiyyətin quruluşu, fəlsəfəsi, siyasəti ilə maraqlanır, hər hansı bir dəyərlər sistemi formalaşdırmağa çalışırlar. 38

4.2. éşyalara aid edilƏn şüurluluq hissi39


Psixikanın ən ali funksiyası ‐ şüur əqli ümumiləşdirmə ilə sıx bağlıdır. Şüur bu ali funksiyası ilə subyektiv insan fəaliyyətinin əsaslarını qoyur. Psixikada şüurdan yüksəkdə duran tənzimləyici məntiqi sözlər yoxdur.
Çünki psixi proseslərin real fəaliyyətə çevrilməsində başlıca cəhət şüurdur. Bu idraki proseslərin birgə işi ilə insan dünyəvi anlayışların, əşyaların məntiqi subyektiv dərkini yaradır. Kiçik yaşlı uşaqlarla aparılan araşdırmalar müəyyən edib ki, təlim prosesi zamanı uşaqların əşyalara olan şüurluluq hissi müxtəlif kateqoriyalarda öz əksini tapmışdır. Ə. Ə. Qədirov tədqiqatlarında kiçik yaşlı uşaqlarda mücərrədləşmənin konseptual səviyyəsi əşyaların, modellərin şüurlu surətdə qruplaşdırmaq, müəyyən ideyanı, konsepsiyasını sadə formada olsa da irəli sürüb əsaslandırmışdır.40
Ə.Qədirov kiçik yaşlı uşaqlarla bağlı psixoloji tədqiqatlar aparmışdır, Jan Piajenin də elmi tədqiqatlarına çox yaxın olan bu tədqiqat aşağıdakı şəkildə aparılmışdır.
Görəsən masaya iynə batırsaq o bunu hiss edərmi? Kiçik yaşlı uşaqların təxəyyülünə görə, bu suala bir neçə yolla cavab vermək olar. Maraqlıdır, uşaqların belə cavabları qeyri‐ixtiyari, yoxsa hər hansı bir sistemə uyğundur? Belə müəyyən olunmuşdur ki, əgər uşaq bir suala “bəli ”deməklə başlayırsa, onun digər cavabları da “bəli” olacaq, əgər “yox”deməklə başlayırsa, bütün digər cavabları da təbii olaraq “yox” olacaq. Məsələn, uşaqdan soruşulan “iynə ilə batırdıqda stol hiss edirmi” sualına etiraz etmirsə, digərlərinə də etməyəcək. Bu halın mövcudluğu əsasən yazıçılar tərəfindən iddia edilir.
Ümumi halda isə əşyalara aid etdikləri şüurluluq hissinə görə uşaqlar dörd kateqoriyaya ayrılırlar:
Birinci kateqoriyaya aid olanlar bütün əşyaların, hətta hərəkətsiz olanların belə şüurluluq qabiliyyətinə sahib olduğunu düşünürlər.
İkinci kateqoriyaya aid uşaqlar isə şüurluluq hissini yalnız hərəkət edən əşyalara aid edirlər. Məsələn, onlara görə, günəş və ya velosiped şüurlu hesab edildiyi halda, stol və buna bənzər hərəkətsiz əşyalar bu imkandan məhrumdurlar, yəni şüursuzdurlar.
Üçüncü kateqoriyadakı uşaqlar isə şüurluluq hissini, əsasən özləri hərəkət edən əşyalara aid edirlər. Məsələn, Günəş, Ay, külək və s. şüurlu, velosiped, maşın və s. isə şüursuz hesab olunur.
Nəhayət, dördüncü kateqoriyaya aid uşaqlar canlıların şüursuz olduğunu söyləyirlər.
İndi isə bu kateqoriyalar haqqında ətraflı danışaq:
Xatırlayırsınızsa, birinci kateqoriyaya aid olan uşaqlar hər şeyi şüurlu saydıqlarını söyləmişdilər. Lakin həqiqətdə isə onların göstərmək istədikləri odur ki, hər bir əşya şüurlu ola bilər. Məsələn, əgər bir daş şüursuz bir şəkildə dayanıbsa, onu hərəkət etdirdikdə o, bunu hiss edər. Halbuki olduğu yerdə ola bilsin ki, o, bunu hiss etmir. Bu kateqoriyaya adətən 6‐7 yaşa qədər olan uşaqlar daxildirlər.
Bu baxımdan bir neçə kiçik uşağın (bu kateqoriyaya daxil olan) fikirlərini nümunə kimi öyrənmək maraqlı olar. Məsələn, Əli adlı bir uşaqdan sabit halda oturacağı hiss edib‐etmədiyini soruşduqda, o “yox” cavabı verir. Bəs oturacağın yandırıldıqda nəsə hiss edib‐etmədiyini soruşduqda isə o “hə” cavabı verir və səbəb kimi oturacağın getdikcə balacalaşdığını söyləyir.
Rasim adlı başqa bir uşaq əşyalara aid şüurluluq qabiliyyətini əşyaların özlərinin hiss etməsi ilə (yəni onlara xüsusi təsirin olub‐olmaması ilə) izah edir. Misal üçün o deyir ki, əgər masa aparılırsa, o bunu hiss etmir, lakin sındırılarsa, masa bunu hiss edir.
İkinci kateqoriyaya aid olan uşaqlar haqqında demişdik ki, onlar yalnız hərəkət edən əşyaları şüurlu hesab edirlər. Məsələn, onların fikrinə görə Günəş, Ay, ulduz, çay və s. şüurlu hesab edilir.
İlqar adlı bir uşağın “Günəş işıq verdiyini özü bilirmi?” sualına cavabı “bəli” olmuşdur. Səbəb kimi isə onun yanan bir oddan ibarət olduğunu söyləyir.
İsa adlı başqa bir uşaq da şüurluluq hisslərini hərəkətlə birləşdirir. Məsələn, ondan soruşulur: “Günəş nə etdiyini bilirmi?” – “bəli, çünki o istilik verir. ”
“Velosiped hərəkət edəndə nə isə duyurmu?” – “bəli, o torpaqla təmasda olduğunu hiss edir. ”
Bu kateqoriyaya adətən 6‐7 yaşdan 8‐9 yaşa qədər olan uşaqlar daxil olur.
Yuxarıda qeyd olunduğu kimi, üçüncü kateqoriyaya aid olan uşaqlar şüurluluq hissini məhz özləri hərəkət edən əşyalara aid edirlər. Məsələn, Günəş, Ay, çay və s. Üçüncü kateqoriyaya aid şüurluluq hissi ikinci kateqoriyadan əşyaların işlərinin öz (başqa sözlə desək, felin qayıdış növü kimi) üzərində icra olunması ilə fərqlənir. Bu kateqoriyadakı uşaqlar, adətən 8‐9 yaşdan 11‐12 yaşa qədər olan dövrü əhatə edirlər. Üçüncü kateqoriyaya aid olan bəzi uşaqların əşyalar haqqında olan fikirləri ilə tanış olmaq maraqlı olardı. Məsələn, Vəli (9 yaş) şüurluluq hissinin insanlara (canlılara) aid olmasını da etiraf edir. Ondan soruşulduqda ki, “masaya iynə ilə batırsaq, o bunu hiss edərmi? ” onun cavabı: “masa canlı olmadığı üçün bunu hiss etməz” olur. Lakin külək əsdiyi zaman küləyin özünün bilibbilmədiyini soruşanda, Gülnar “bəli ”cavabı verir və səbəb kimi də küləyin şüurlu olduğu üçün əsdiyini söyləyir.
Vüsal (9 yaş) şüurluluq hissinin Günəşə, Aya, buludlara aid olduğunu söyləsə də küləyin şüurlu olduğunu inkar edir. O göstərməyə çalışır ki, küləyi əsməyə məcbur edən buludlardır və buna görə də şüurlu olan buludlardır. Uşaqlarda buna bənzər bəzi fikir ayrılıqlarının olmasına baxmayaraq, ümumi qənaətə görə öz gücləri, enerjiləri ilə hərəkət edən əşyalar, demək olar ki, üçüncü kateqoriyaya daxil olan uşaqların hamısı tərəfindən şüurlu qəbul edilir.
Dördüncü kateqoriyada, qeyd etdiyimiz kimi, uşaqlar ancaq canlılarda şüurun olduğuna inanırlar və bura insanlar, bitkilər, heyvanlarla yanaşı Günəşi, Ayı da daxil edirlər. Bu kateqoriya üçün yaş həddi 11‐12‐dən yuxarı olmasına baxmayaraq, bir çoxuna 6‐7 yaşları arasında olan uşaqlarda da təsadüf edilir. Günəşin və Ayın şüurlu olmasına gəldikdə isə onların uzun müddət mövcudluğu və hərəkətdə olması onları canlı kimi göstərməyə imkan verir. Əlbəttə ki, burada söhbət uşaq təxəyyülündən gedir. Bu kateqoriyadan götürülmüş bəzi uşaqların cavabları bunu aydın şəkildə təsdiqləyir.
Nəhayət, ümumi nəticədən belə çıxır ki, uşaqlar bizdən fərqli olaraq, bir şeyə əminliklə cavab verməyə qadir deyillər. Buna görə də onlar özlərindən asılı olmayaraq, bir şeyə “hə”, ya da “yox” cavabları verirlər. Nəhayət, onlar yalnız üçüncü kateqoriyaya çatanda, az da olsa, öz mühakimələrini sübuta yetirməyə çalışırlar. Dördüncü kateqoriyada isə daha yaxşı, sübut edilə bilən fikirlər söyləyə bilirlər və demək olar ki, onlar uşaqlıq animizmini sındırırlar.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin