Dərketmənin öyrənilməsində üç əsas metod var. Bunlardan birincisi, yeniyetmələrin düşüncə tərzində keyfiyyət dəyişiklikləri olan Piaje konsepsiyasıdır. İkincisi, informasiyanın qəbul olunması, qavranılması, yadda saxlanması, düşünülməsi və istifadə olunması zamanı addımların, hərəkətlərin və əməliyyatların ardıcıllığını araşdıran informasiya prosessual metoddur. Üçüncüsü, yeniyetmənin intellektində kəmiyyət dəyişikliklərinin qiymət‐
ləndirilməsi üçün işlənən psixometrik metoddur. Burada əsas olaraq Piaje konsepsiyasından danışacağıq. Piaje nəzəriyyəsinə görə fikir qavranılmış bir hərəkətdir. Müəyyən bir şəxs əvvəlcə hər hansı bir hərəkəti edir: məsələn, su içmək üçün krana yaxınlaşır. Sonra o düşünərək həmin hərəkəti ağlında edir və beləliklə də fikir qavranılmış bir hərəkətə çevrilir. Piajeyə görə, düzgün istiqamətlənmiş fikir dəyişilə bilən qavranılmış hərəkətlərdən və onların yerinə yetirilməsindən ibarətdir. Bu o deməkdir ki, hər hansı bir şəxsin faktiki etdiyi əməl ağlında ləğv edilmiş kimi ola bilər. Bu mərhələlər şəxsin etdiyi hərəkətlərə uyğun adlandırılmışdır. Ağılda yox, praktikada həyata keçirilən əməllər sensor‐hərəkətli əməllərdir. Əməliyyatqabağı mərhələ daha çox qavrama ilə əlaqədardır və sərtlik onun xarakterik xüsusiyyətidir. Konkret əməliyyatlar dəyişilə bilən qavranılmış hərəkətlərdir, amma onlarda reallıq da var. Formal əməliyyatlar faktiki reallıqların dəyişilməsi ilə, həmçinin reallıqdan asılı olmayaraq mövcud olan abstraksiya ilə maraqlanır. (Berzonski, 1978, p. 279)
4.4. Piajenin koqnitiv inkişaf mƏrhƏlƏlƏri
Piaje koqnitiv inkişafda dörd mərhələni vurğulayır.
İngilis sözü “cognition” (lat. tər. “cognito” – “dərk edirəm”) “dərketmə qavrama aktı” mənasına gəlir. Burada da biz yeniyetmələrin bu nöqteyinəzərdən inkişafını öyrənərək onların idrakının artmasına baxacaq, günügündən dərketmə, düşünmə və başa düşmə qabiliyyətlərinin artmasını, həmçinin gündəlik problemlərin həllində idrak və qabiliyyətlərini necə işlətmələrini görəcəyik.