Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə42/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   38   39   40   41   42   43   44   45   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Hadisə:

  • Mehman, ayaqqabılarını vannanın içinə niyə atmısan?

  • İstəyirəm görüm ayaqqabı suda üzə bilir?

  • Suda qayıq üzür. Mən sənə balaca qayıq alaram. Ayaqqabını isə suya atanda o, suyun dibinə gedəcək. Sən də onu sonra geyinə bilməyəcəksən. Hadisə:

  • Tərlan, torpağı niyə Ülvinin başına tökdün?

  • O, mənə maşını oynatmağa verəydi, mən də onun başına torpaq tökməzdim.

  • Sən Ülvidən maşını istədinmi?

  • Hə, ancaq o mənə maşını vermədi.

  • Axı sən ağıllı balasan. Torpaq onun gözlərinə tökülə bilərdi. Onun da gözləri ağrıyardı. Sən istiyirsən Ülvinin gözləri ağrısın?

  • Yox!

  • Onda bir də belə hərəkət etmə! Hadisə:

  • Rədd ol, gözüm səni görməsin” sözlərini eşidəndə Əlinin dünyası başına yıxıldı. “Halbuki mən onu bu dünyadakı hər şeydən və hər kəsdən çox sevirəm”, – deyirdi öz‐özünə. Göz yaşları içində maşınının yanına qaçdı. Ən sadiq dostu maşını idi. Yol hərəkəti qaydalarına və işıqforun işıqlarına baxmadan tam sürətlə hərəkət edirdi. Ətrafındakı bütün insanlar və maşınlar ona baxır, siqnal verərək onu dayandırmağa çalışırdılar. Əli isə ətrafındakıları sanki görmürmüş kimi, tam sürətlə irəliləyir, qulağından “Rədd ol, gözüm səni görməsin” sözləri getmirdi.

İçindən “Rədd olmuram..... sən məni sevməsən də mən səni çox sevirəm, atam üçün çox darıxmışam, kaş indi burda olsaydı” demək gəlirdi ki, o anda atasının isti əli onun başını sığalladı. Bunu görən kimi, maşınını yemək stolunun yanına qoyub göz yaşları içərisində atasının qucağına atıldı və “anam məni sevmir, mənə rədd ol, gözüm səni görməsin dedi” deyərək şikayətlənməyə başladı.
Atası “anan səni çox sevir, oğlum” deyirdi ki, anası otağa girdi. Dediklərini eşitmişdi və dərhal oğlunun könlünü ələ almaq istəyirdi:
Amma sən də o qədər işin arasında onu ver, bunu ver deyərək məni bezdirirsən, işlərimi görməyə imkan vermirsən ”.
Bu sözlərdən sonra oğlunun yaşlı gözlərini görən ana dayana bilməyib: “Sən haqlısan, bağışla, səni çooox sevirəm, bir dənəm”, – dedi. Əli gülümsəyərək anasının boynuna atıldı...48

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin