Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə45/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   41   42   43   44   45   46   47   48   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

    Bu səhifədəki naviqasiya:
  • Sudan (
*Qorxu və həyəcan.
Qorxu təhlükə qarşısında yaranan emosiyadır. Başqa hallardan fərqli olaraq, qorxu real faktorlardan yaranan hissdir. Funksional olaraq, qorxu insanı qarşıdan gələn təhlükədən xəbərdar edir və imkan verir ki, diqqəti onun kökünə cəmləşdirib çıxış yollarını axtarsın. Təhlükənin xarakterindən asılı olaraq, qorxunun intensivliyi və həyəcanın spesifikası geniş diapazondur (ehtiyat etmək, qorxmaq, vahimələnmək və s.).
İnsan dərk etdiyi cisim və hadisələrlə özünün və başqalarının rəftar və fikirlərinə daim müəyyən münasibət bəsləyir. Onun təbiət və cəmiyyətlə əlaqəsinin bu forması öz ifadəsini hisslərdə tapır.
Hisslər mənfi və müsbət olmaqla iki qrupa bölünür. Kədər, qəzəb, nifrət mənfi hisslərə, sevinc, sevgi, məhəbbət isə müsbət hisslərə aiddir. Qorxu və inamsızlıq da mənfi hisslər qrupuna daxildir.
Qorxu və inamsızlıq insanın psixoloji fəallığını və dinamikliyini azaldır, yaradıcı fəaliyyətinə mane olur. Odur ki, qorxu və inamsızlığa üstüngəlmə uşağın inkişafı üçün böyük həyati əhəmiyyətə malik olan bir məsələ kimi diqqəti cəlb edir. Qorxaqlıq və özünəinamsızlıq insan üçün daimi və ya dəyişkən keyfiyyət deyildir. Bu nöqsanların hər ikisi fəaliyyət prosesində, xüsusən insanın həyat tərzində əsaslı surətdə dəyişiklik yarada bilir. Təlim fəaliyyəti şagirdlərin həyat tərzinə daha böyük dəyişiklik gətirir. Bəzi uşaqlarda bu vəziyyət qorxu və inamsızlıq doğurur, bəzilərində isə əksinə, heç bir həyəcan yaratmır. Qorxu hissi daimi hal alıb, insanın xarakter əlamətinə çevrildikdə, qorxaqlıq formasında özünü büruzə verir. Qorxaqlıq isə müxtəlif cür qorxuların, cəsarətsizliyin, iradəsizliyin məcmusudur. Göstərilən qorxaqlıq və özünəinamsızlıq hissi getdikcə davam edərsə və buna qarşı heç bir profilaktik iş aparılmazsa, uşaqlarda bu hal daha da dərinləşər və müxtəlif cür pozuntulara gətirə bilər. 49
Bəzi qorxular da xəyal dünyasının inkişafı ilə bağlıdır. Belə ki, uşaq eşitdiyi və gördüyü əşya və hadisələr haqqında özünə görə içində təsəvvürlər yaradacaqdır. Qorxuların öyrənilməsindəki digər yol təcrübələrdir. Uşaqlıq dövründə qorxuların çoxu günlük təcrübələrdən qaynaqlanır. Uşaq ilk dəfə qarşılaşdığı qorxu oyadan bir şeyə qarşı öz‐özünə bəzi reaksiyalar verəcək. Bu reaksiyalardan çıxardığı nəticəyə görə oxşar hadisələrdə eyni reaksiyaları verəcək. Nəticə onu məmnun etməzsə, bu reaksiyaları dəyişdirməyə çalışacaqdır. Qorxu təcrübələri uşaqların şəxsi olaraq yaşamasına bağlı deyil. Ətrafdakı insanlarda gördüyü təcrübələr də uşaqda qorxu hissini oyada bilər. Qorxular məlumat axını ilə də ortaya çıxa bilər. Şıltaqlıq edən uşaqlara ailə fərdləri yanlış məlumat verərək uşaqların bunlara inanmasını və qorxmasını təmin edə bilərlər. “Şuluq eləmə, yoxsa səni həkim əmiyə verərəm, sənə iynə vurar” kimi ifadələr uşaqda qorxuya səbəb olur. Qorxuların oyanmasına valideynlərin səhv davranışları da səbəb ola bilər. Uşaqların çoxunda valideynlərinin davranışlarından qaynaqlanan qorxular ortaya çıxır. Uşaqlar valideynlərinin verdiyi mesajı olduğu kimi qəbul edir, onların “gəlməsən, səni buraxıb gedəcəyəm” kimi hədələr, “əfəlsən, diqqətsizsən” kimi sözlər, “məni öldürəcəksən, xəstə edəcəksən” kimi günahlandırmalar, “cəhənnəm, şeytan” kimi baş çıxara bilməyəcəyi ifadələr, “qaçma, yoxsa yıxılarsan” kimi təhlükə altında olma siqnalları uşaqlarda qorxu və inamsızlıq yaradır. Qorxular uşaqdan‐uşağa dəyişdiyi kimi, yaşlar arasında da dəyişir. Bu fərqlərə baxmayaraq, uşaqlarda “tipik” qorxular var. Məsələn, doğuşdan sonra ilk ildə bütün uşaqlar yüksək və ani səslərə qarşı həssasdırlar. Bununla birlikdə valideynlərdən ayrılmaq, tanış olmayan yer və insanlar, yüksək yerlər, ani yerdəyişmələr və heyvanlar da uşaqlarda qorxu yaradır. İki – dörd yaş arasında itirmə və ayrılma qorxusu nəzərə çarpır. Bu yaşlarda tək qalma, qaranlıq, ilan, it kimi heyvanlar qorxuya səbəb olur. Bu yaş qrupunda körpəlikdən və yetkinlikdən daha çox qorxu yaşandığı görünür. Bunun səbəbi isə əvvəlcədən başa düşmədiyi hadisə və əşyaların artıq təhlükəli olduğunu bilməsidir. Bununla belə, bu halların “fərdi hədə” yaratmadığını belə başa düşə bilmirlər. Dörd yaşından məktəb çağına qədər eyni səbəbə bağlı qorxu oyadan əşyaların sayında, çeşidində və dərəcəsində də əhəmiyyətli dəyişmələr olur. Qaranlıqdan, tək qalmaqdan, xəyalında yaratdığı varlıqlardan və onları qaçırda biləcək insanlardan qorxmağa başlayırlar. Məktəbəqədərki dövrdən sonra uşaqlarda qorxu hisslərinin azalması müşahidə olunmağa başlayır. Bunun səbəbi uşağın məktəbə başlaması ilə artıq xəyal və gerçəkləri bir‐birindən ayıra bilməsi və xəyal nəticəsində qorxduğu şeyləri artıq dərk etməsidir.50
Qorxu hallarının ən çox yayılmış növlərindən biri fobiyadır. Fobiya daima insanı müşayiət edən əsassız qorxu hissidir ki, bu da insanın normal həyat fəaliyyətinə mane olur. Fobiyanın aşağıdakı növləri var:
1. Sudan (akvafobiya); 2. Yüksəklikdən (akrofobiya); 3. Tək qalmaqdan (autofobiya); 4. Qaranlıqdan (niktofobiya); 5. Qandan (gemofobiya);
6. Heyvanlardan (zoofobiya) qorxma halları daha çox müşahidə olunur.51
Məsələn, bəzi uşaqları hamamda çimizdirərkən onlar sudan qorxub çığırır, əsəbi hallara düşürlər. Valideyn isə buna fikir vermək istəmir, uşağın üstünə qışqırır, onu tez çimizdirib çıxarmaq istəyir. Bu zaman valideyn bilməlidir ki, uşağın üstünə qışqırmaq əvəzinə, onu suya alışdırmalıdır (müxtəlif oyuncaqları vannaya atıb onun fikrini yayındırmalı, əzizləməlidir). Əgər valideyn uşağın qışqırmağına fikir vermirsə, bu hal növbəti dəfə daha da kəskinləşəcək.
Başqa bir misal. Çox vaxt uşaqlar evdə olan pişiyi gördükdə qorxub valideynlərinin üstünə qaçırlar. Hadisəni görən valideyn bunun mahiyyətinə varmır. Növbəti dəfə uşaq pişiyi görəndə çığırmağa başlayır. Valideyn uşağı pişiyə alışdırıb, onda pişiyə qarşı sevgi hissi oyatmalıdır.
Qorxu zamanı hər hansı bir gerçək olan və ya təsəvvür edilən hadisə həyəcandan əmələ gəlir.

Həyəcan konkret hadisələrlə bağlı olmayan təhlükəli bir şeyin gözlənilməsi ilə mövcud, diffuziya xarakteri daşıyan mənfi emosional hisskeçirmə prosesidir. Həyəcan çox xoşagəlməz hissdir. İnsan heç nədən izaholunmaz, dəhşətli bir həyəcan hissi keçirir. Uşaqlarda isə bu hiss daha tez‐tez baş verir. Bu hal onlarda narahatlıq, əsəbilik, gərginlik yaradır.
Hadisə.
İki yaşlı Orxan beş yaşlı bacısı Aliyə ilə evdə, böyük otaqda oynayırdılar. Valideynləri evdə idi. Televizor işləyirdi. Aliyə qəfildən qardaşına “Orxan, qaç, gəldi”, – deyərək atası olan otağa qaçdı. Orxan kimin, nəyin gəldiyini dərk etmədən vahimə içərisində bacısının ardınca qaçaraq və böyük bir təhlükənin yarandığını təsəvvür edərək oynadıqları otağa baxmağa başladı. Atası həmin anda hadisəyə münasibətini bildirərək qızını tənbeh edir. Təkidlə oğluna: “Oğlum, burada heç nə yoxdur. Bacın səni aldadır. Qorxma” deyərək oğlunun əlindən tutub, içəri otağa aparır və ona” görürsən, burada da heç nə yoxdur” – deyib otağın hər küncünü göstərir.
Hadisədən 7 il keçdiyinə və Orxanla müntəzəm olaraq izahat işləri aparılmasına baxmayaraq, o hələ də otaqda tək qala bilmir. Başqa sözlə, Orxan həmin hadisəni hələ də unutmamışdır. Bəzən Orxan uşaqlarla evdə qaçdıtutdu oynayarkən və yaxud da ona lazım olan hər hansı əşyanı götürərkən otağa tək daxil olur. Lakin əksər hallarda o, hadisəni unutmadığı üçün tək heç bir otaqda qala bilmir. Bəzən də qorxduğu otağa daxil olur, hadisə yadına düşən kimi, nə məqsədlə gəldiyini unudaraq geriyə qaçır. Əlbəttə, belə bir hadisə ailədə həmişə narahatlıq yaradır. Hadisə baş verən vaxt Orxan destruktiv stress vəziyyətini keçirmiş, onun psixikasında anormal bir hadisə yaranmışdır. Həmin anda uşağın sifət cizgiləri avazımış, gözləri bərəlmiş halda olmuşdur. Valideynlərlə apardığımız sorğudan məlum olur ki, hadisə uşağın yadına düşdükdə o, valideynlərinə tərəf qaçır, onun üzündə yenə də o vaxtkı qorxu ifadəsi yaranır.
Bu tipli hadisələrdə qorxu səbəbinin çoxdan aradan götürülməsinə baxmayaraq, çox vaxt ağır və qorxunc hadisələrdən sonra uşaqda şiddətli (vahiməli) həyəcan qala bilir.
Apardığımız müşahidələrə görə, yüksək həyəcan keçirən uşaqlarda fizioloji baxımdan tərləmə, titrəmə, təngnəfəslik və ürək döyüntüsünün artması, yüksək emosionallıq əlamətləri olur.
Kiçikyaşlı uşaqların belə formalarda qorxudulması yolverilməzdir və yuxarıda göstərilənlər pis nəticə verə bilər. Ümumiyyətlə, uşaqların lüzumsuz qorxudulması onlarda kəkələmə, hətta dilin tutulması, sifət sinir tellərinin iflici, ağır hallarda isə kiçik yaşlı uşaqlarda eklomasiya (qıcolma, ürəkgetmə), yeniyetmələrdə epilepsiya yarada bilər. Göstərilən mənfi hallar yaranarsa, onların aradan qaldırılması üçün valideyn: a) uşağın ətrafinda sağlam mühit yaratmalı; b) uşağı təxirə salmadan mütəxəssisə – psixoterapevt, nevropatoloq, psixoloq və ya təcrübəli loqoped‐defektoloqa göstərməlidir.
Vahimə yaratmaq kimin üçünsə müvəqqəti əyləncədirsə, vahimələnən uşaq üçün isə onun yaddaşında, psixikasında dərin iz buraxan, mənfi nəticələr verən psixoloji hadisədir. Vahimə və həyəcan uşaq psixikasında gərginlik, affekt vəziyyəti yaradır. Nəticədə tez yorulub, öz funksiyasını bərpa edə bilməyən və bu gərginlikdən fasiləsiz qıcıqlanan beyin qabığı və qabıqaltı törəmələrdə ektopik ocaqlar əmələ gətirir. Bu hal gələcəkdə də hər hansı bir şiddətli impuls ocağı oyadaraq uşaqda qorxu hissini yaradacaqdır.
İndi isə iki – üç yaşlı uşaqların iradəsinə və mənəviyyatına kobud təsir edən bir neçə neqativ hadisələrlə sizi tanış edək.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin