1967).
Uşaq tərəfindən görülən bütün əməliyyatları dörd qrupa bölmək olar:
Kombinator əməliyyatlar. İki və daha artıq sinif özlərindən böyük bir sinifdə birləşir. Məsələn, qızlar və oğlanlar sinfinin birləşməsindən bütün yeniyetmələr sinfi yaranır.
Çevrilən əməliyyatlar. Bu qrupdan olan hər əməliyyata əks əməliyyat mövcuddur ki, o da birincinin hərəkətlərinə çevrilir. Əsas sinfi alt siniflərə bölmək olar: bu halda alt siniflərin birləşməsi əsas sinfə çevriləcək ki, bu da birinci hərəkətə dönüş deməkdir. Bütün yeniyetmələr oğlanlara və qızlara bölünür.
Assosiativ əməliyyat. Assosiativ əməliyyatlara (hərəkətlərə) malik uşaq öz məqsədinə bir neçə yolla nail ola bilər. Məsələn: (3+6)+4=13 və 6+(3+4)=13.
Eyniqiymətli və sıfırla nəticələnən əməliyyatlar. Əməliyyat ona əks olan əməliyyata uyğunlaşdırıldıqda sıfıra çevrilir. Məsələn: 0+3‐3=0. (Muuss, 1988, p. 185)
Saxlanma qanununa əsasən, əşyaların xüsusiyyətləri, yəni çəkisi, həcmi onların formaları və onları saxlayan qabların formaları dəyişildikdə dəyişmir. Saxlanma qanununun vəzifəsi əşyanın kütləsi və həcmini dəyişmədən onun formasının manipulyasiyasına əsaslanır. (J. Piaje and İnhelder, 1969). Məsələn, gəlin, şəkil 6. 2‐dəki saxlanma qanunu haqqındakı təcrübəyə baxaq. Uşağa həcmləri eyni olan plastilindən düzəldilmiş A və B1 kürəcikləri verilir. Sonra B1‐in formasını dəyişərək B2, B3 və B4formasına gətirirlər. Uşaqdan növbə ilə A‐nı B2, B3 və B4‐lə müqayisə etməyi xahiş edirlər və hər dəfə də onların bərabər olduğu cavabını alırlar. Əgər əməliyyatqabağı mərhələdə uşaqlar bu cür təcrübə apararkən cavabları əsasən obyektin formasına görə verirdilərsə, konkret‐əməliyyat mərhələsində onlar A və B‐nin formasının dəyişdiyinə baxmayaraq, onların bərabər olduğunu nəzərdən qaçırmırlar.
4.4.4. Formal ƏmƏliyyat dövrü42
Koqnitiv inkişafın son dövrü və ya formal əməliyyat dövrü erkən yeniyetməlik yaşında başlanır. Fransız psixoloqu Jan Piaje bu dövrü aşağıdakı mərhələlərə bölür:
III‐A – formal əməliyyatların tamamilə mənimsənilməsi (11‐12 yaşdan 14‐15 yaşadək)
III‐B – formal əməliyyatların tamamilə qavranılması (14‐15 yaşdan yuxarı)
14‐15 yaşlarında olan altmərhələlər arasındakı sərhəd təfəkkürdə nataraz yenidənqurma proseslərinin baş verdiyini göstərir. Bu proses böyük yeniyetməlik dövründə tarazlığın və intellektual təşkilatçılığın yüksək səviyyəyə çatmasına səbəb olur.
Erkən yeniyetməlik dövrünə təsadüf edilən ilkin altmərhələ III‐A hazırlıq mərhələsidir. Bu vaxt yeniyetmələr bir çox gerçəkləri özləri üçün kəşf edir və müəyyən formal əməliyyatları yerinə yetirə bilirlər. Lakin onlar hələ ciddi və sistemli şəkildə öz düşündüklərini sübuta yetirə bilmirlər. Bu altmərhələ yetişən formal əməliyyat təfəkkürü adlandırılır. Yeniyetmələr bu dövrdə bütün şərtlərdə olmasa da artıq formal əməliyyatları yerinə yetirə bilirlər.
III‐B mərhələsinə çatdıqda onlar daha mükəmməl ümumiləşdirmələr və daha ümumi qanunlar formalaşdırmaq bacarığı əldə edirlər. Ən başlıcası – sistemli mülahizələrin köməyi ilə öz düşündüklərini anidən olaraq isbat edə bilirlər. Bu onların təfəkkür metodunun vacibliyini anlamalarından irəli gəlir. Bu altmərhələ ‐ formal əməliyyat təfəkkürünün həqiqi və ya möhkəmləndirilmiş mərhələsidir ki, onu yeniyetmə yaxud gənc ən müxtəlifşərtlərdə nümayiş etdirir. Əksər insanlar əsasən təkrar situasiyalarda formal düşünərək hardasa III‐A altmərhələsində dayanırlar və III‐B altmərhələsinə heç çatmır.
Formal əməliyyatların mənimsənilməsi dərhal və daimi baş vermir. 1112 yaşından 14‐15 yaşadək təfəkkür prosesində əhəmiyyətli dəyişiklik, sistemləşmə və formalaşma müşahidə olunur. Bu illər ərzində fərdin öhdəsindən gələ biləcəyi məsələlər xeyli çətinləşir və III‐B altmərhələsinə çatdıqda yenidən tarazlıq bərpa olunur (Miiss, 1988).
Öz məhdud intellektinə və zəif mədəni inkişafına görə bəzi yeniyetmə və gənclər heç də formal əməliyyat mərhələsinə çatmır. Elkind (1967) son mərhələni “fikrin fəthi” adlandırır. Bu zaman yeniyetmənin təfəkkürü uşağın təfəkküründən köklü surətdə fərqlənməyə başlayır (Praget, 1972). Uşaq konkret əməliyyatlar mərhələsini mənimsəyir və mənimsədiklərinin köməyi ilə hadisələrarası qarşılıqlı əlaqə qura bilir, siniflər və saylarla (rəqəmlərlə) müxtəlif əməliyyatlar apara bilirlər. Lakin bu əməliyyatların mürəkkəbliyi, məntiqi “qruplaşma” və yaxud toplama və vurmanın elementar səviyyəsindən yuxarı olmur. Uşaqlar heç bir zaman bu əməliyyatları formal məntiqin vahid sisteminə daxil etmirlər. Uşaqlardan fərqli olaraq yeniyetmələr baş verənlərə və münasibətlərə məntiqlə yanaşırlar.
Başqa sözlə, formal əməliyyatlar mərhələsində yeniyetmə, induktiv mülahizələrin köməkliyi ilə öz fikirlərini sistemləşdirə, tənqidi analiz edə və müəyyən baxış formalaşdıra bilir. Bundan başqa onlar öz düşündüklərini məntiqi və elmi metodların köməkliyi ilə yoxlaya bilir, eyni zamanda bir çox dəyişənləri müəyyən edərək bütün həqiqəti elmi cəhətdən, deduktiv mülahizələr yolu ilə özü üçün kəşf edir (İnhelder və, 1958). Bu mənada yeniyetmə nəzəriyyələr irəli sürmək və yoxlamaq bacarığına malik olduğu üçün özünü alim kimi hiss edir.
Aşağıdakı göstərilən nümunə, problemə uşağın baxışı ilə yeniyetmənin məntiqi, sistemli yanaşmasının fərqini nümayiş etdirir.
E.Pil uşaqlar arasında sorğu keçirərək belə bir hadisə haqqında nə düşündüklərini soruşmuşdur: “Yalnız qorxmaz təyyarəçilərə hündür dağların üzərində uçmağa icazə verilir. Bir qırıcının pilotu Alp dağları üzərində uçarkən kanat yolla toqquşaraq əsas trosu qırmışdır. Trosun qırılma səbəbindən bir neçə kabina buzlaqlara düşmüş və adamlardan bir neçəsi həlak olmuşdur”. Konkret əməliyyat təfəkkürünə malik uşaq cavab verdi: “Mən düşünürəm ki, bu təyyarəçi təyyarəni yaxşı idarə etməyib”. Təfəkkürü formal əməliyyat səviyyəsində olan uşaq isə başqa bir fikir söyləyir: “Ola bilsin ki, o qarşısına çıxacaq maneədən – kanat yoldan xəbərsiz idi və ya çox alçaqdan uçurdu. Ya da ola bilsin ki, uçuşdan qabaq və ya artıq uçuş zamanı onun kompası sıradan çıxdığı üçün o öz istiqamətini itirmiş və trosa çırpılmışdır”.
K onkret əməliyyat təfəkkürlü uşaq düşünür ki, əgər toqquşma baş veribsə, demək pilot peşəkar olmayıb; formal əməliyyat təfəkkürü olan uşaq isə qəzanı törədə biləcək bütün mümkün səbəbləri nəzərdən keçirir. Konkret əməliyyat təfəkkürlü uşaq özü üçün daha çox ehtimal olunan hipotezi irəli sürür. Formal əməliyyat təfəkkürü olan uşaq isə bütün alternativləri araşdırır və onları ardıcıllıqla nəzərdən keçirir, yoxlayır. (Kohlberg və Gilligan, 1971, səh 1061, 1062)
Yeniyetmələrin məsələləri həll etmədə təfəkkür strategiyasını öyrənən Piaje müxtəlif eksperimentlər də aparmışdır. O, tədqiq (sınaq) olunan yeniyetmələr qrupuna sapdan asılmış kəfkir göstərmişdir. Sınaq iştirakçıları verilən tapşırığa Kəfkirlə eksperiment: Bu məsələnin nümayişi görə təxmini kəfkirin tərpənmə sü‐ üçün elə də mürəkkəb olmayan cihaz, uzunluğurətinə aşağıdakı 4 faktorlardan han‐ nu dəyişmək mümkün olan ipdən, müxtəlif yüklərsının təsir etdiyini araşdırmalı idilər: dən ibarət dəst. Başqa təsir edə bilən dəyişənlər –