UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi
3.2. Uşaqlara inam hissi aşılamaq
Həzrəti peyğəmbər (s.) həmişə etimad etmək fikrini təlqin edər və ətrafında olan uşaqlar onunla əlaqəli adətə “etimad” xaricində heç nə bilməzdilər. O hamının, həmçinin uşaqların da nəzərində etimadlı bir insandı. Əlbəttə, belə fərdlərdən ibrət alan millət də etimadlı olacaqdı.
Bundan başqa, Allah Rəsulu (s.ə.s.) “Allah uşağa mərhəmət etməyənə mərhəmət etməz” – kəlamını buyurur və xalqını qəlb və könül insanı olmağa çağırırdı: “Onları sevin, onlara verdiyiniz sözü vaxtında yerinə yetirin; onlar sizin sözlərinizlə rəftarınız arasında ziddiyyət görməsinlər; uşaq belə bir işə şahid olmasın”.
Bir hədisdə Allah rəsulu (s.ə.s.): “Sizlərdən biriniz uşağına bir şey vəd edərsə, qüsursuz olaraq onu yerinə yetirsin”, – buyurur ki, buradan da göründüyü kimi “uşaqdır, yalan desəm də, aldatsam da eybi yoxdur” fikri səhvdir.
Məhəmməd peyğəmbərin (ə.) fikirləri ilə desək “Bəli, hər aldatma və vədinə xilaf çıxma bir toxum kimi onun beynində, bu gün olmasa da, sabah bir zəqqum ağacı kimi zühur edəcək və sizin tərbiyə cəhdlərinizi təsirsiz hala salacaqdır. Uşağınızın sizin haqqınızda “yalan dedi”, “sözündən döndü”, “dünya malına tamah saldı” və s. kimi sözlər deməsinə və ya fikirləşməsinə imkan verməməlisiniz. Onlar sizi həmişə fədakar, sədaqətli, səbirli və əxlaqlı görməli və tanımalıdırlar. Belə tövsiyələrlə peyğəmbərimiz tərbiyədə ən ideal nöqtələrə işarət edirdi”.
Quranın ifadəsi ilə desək, Loğman peyğəmbər oğluna nəsihət verərkən cəmiyyət içində incə nöqtələri nəzərə alaraq davranış tərzini tövsiyə etmişdir.
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa‐lovğa gəzib dolanma.Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda)səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!”31 Uşaqların böyüdükləri mühiti nəzərə alaraq yaş, bilik və mədəniyyət səviyyələrinə görə qruplaşdırılması daha faydalıdır. Uşaq beş yaşındadırsa, ona öyrədəcəyimiz mənəvi biliklər, eynilə qidalanmada izlədiyimiz üsulda olduğu kimi, fərqli tətbiq olunmalıdır. Yəni uşaq yaşına uyğun vacib olan şeyləri bilməli, bilməməsi lazım olan şeyləri isə vaxtı gələndə öyrənməlidir.
Müşahidələrimiz göstərir ki, məktəbəqədər yaş dövründə olan (3, 5, 7 yaş) uşaqlar valideynlərinə “Allah kimdir?” və “Mən necə dünyaya gəldim?” deyə suallarla müraciət edirlər. Belə suallar bəsit görünsə də, cavab vermək asan deyil. Bəzi ailələrdə valideynlər uşaqların bu kimi suallarına qaneedici cavablar vermirlər. İlk növbədə valideyn bu sualların cavabını bilməlidir ki. uşaqlarına düzgün cavablar verə bilsin.