resurslardan daha effektlidir.
Bu inam və etibar əsasında qurulmuş Vərəmli xəstə və həkim arasında
ünsiyyət müalicəyə riayət edilməsinə yardımcı olur. Xəstə Vərəm haqqında olan
əsas məlumatı, yəni, müalicə üçün nə lazımdır və sağalmaq üçün müalicəyə
dəqiq riayət edilməsi məsələsini başa düşməlidir və bu, Vərəmə Qayğı üzrə
Xəstələr Xartiyanın bir hissəsidir. Baxmayaraq ki, xəstənin konsultasiyası və
maarifləndirilməsi müalicə prosessinin ayrılmaz hissəni təşkil edir, müalicəyə
riayət edilməsi xəstəyə yalnız məlumatın verilməsini deyil, digər önəmli məsələləri
də əhatə edir.
3. B rbaşa nəzarət altında müal cə
DOT hər iki tərəfin həm səhiyyə işçilərinin (düzgün qayğı göstərərək və
müalicənin dayandırılmasını vaxtında aşkar edərək), həm xəstələrin (mütamadi
şəkildə müalicə qəbul edərək) müalicəyə riayət edilməsinə zamin olmaq
Bölmə 6
Müalicəyə riayət edilməsi
deməkdir. O, xəstə ilə səmimi qaydada aparılmalıdır və xəstənin vəziyyətinə əsasən
istiqamətləndirilməlidir. Xəstə üçün münasib DOT müalicəyə riayət edilmənin
əsas elementidir və xəstə-mərkəzləşdirilmiş yanaşmanın bir hissəsidir. Müalicə
üçün uzaqdan gəlməli olan Vərəmli xəstənin müalicəyə riayət etməsinə daha
az ehtimal var. Bu səbəbdən, Vərəm xidmət sahələri çox vaxt DOT-u xəstənin
evinə (və ya bəzi hallarda iş yerinə) mümkün olduğu qədər yaxın yerləşdirməyə
çalışırlar. Yerli vəziyyətdən asılı olaraq, müalicəyə nəzarət müalicə müəssisəsində,
iş yerində, cəmiyyətdə və ya evdə tibb bacısı və ya cəmiyyətin üzvü olan təlim
keçmiş müalicə dəstəkləyicisi tərəfindən aparıla bilər. Müalicə dəstəkləyicisi xəstə
ilə birgə seçilməlidir və xəstə tərəfindən qəbul edilən, təlim keçən və səhiyyə
xidmətləri tərəfindən müşahidə edilən bir şəxs olmalıdır. Xəstə və dəstək qrupu
müalicəyə riayət edilməsinin digər xəstələr arasında yayılması prosesinə də kömək
edə bilərlər. DOT bir seçim deyil, bütün xəstələr üçün bir tələbatdır, halbuki
seçim DOT-u ən asan mümkün ola bilən qaydada təmin etməkdən ibarətdir.
4. R ayət etmək: Maneələr və Strateg yalar
Səhiyyə işçisi ilə ünsiyyətin vacib olmasına baxmayaraq, bir çox müalicə
olunan Vərəm xəstəliyi xəstə üçün aşağıdakı hallarda çox mühüm bir əhəmiyyət
kəsb etməyəcək:
Qida, iş, ev, spirtli içki və ya narkotik maddələr kimi daha təcili
ehtiyaclar Vərəm müalicəsindən üstün ola bilər
Bu xəstələri müvafiq ictimai xidmətlərlə və ya sizin ərazidə mümkün
olan xəstələrin dəstək qrupu ilə əlaqələndirməyə cəhd edin və yerli
Vərəm proqramlarını mümkün olan hallarda yardım üçün istifadə edin
Xəstənin müalicəsinin tamamlanması üçün həvəsləndirici vasitələrə
nəqliyyat xərclərinin qaytarılması və ya qida məhsulları daxil edilməlidir
Xəstənin müalicəsini tamamlanmasına yardımçı ola biləcək digər yeni
üsullar axtarın
4.1. St qma
Ölkələrin və mədəniyyətlərin əksəriyyətində Vərəm barədə əhəmiyyətli
stiqma var. Ailə və cəmiyyət üzvləri Vərəmə tutulmaqdan qorxa bilərlər və bu,
xəstənin ictimai izolyasiyası ilə nəticələnə bilər. Əlavə olaraq, bəzi ölkələrdə,
mövcud və ya keçmiş Vərəm diaqnozunun qoyulması həmin şəxsin müəyyən
işlərə düzəlməsinə təsir göstərə bilər. İİV çox yayılan ölkələrdə Vərəmə qarşı
müalicə İİV diaqnozunun ehtimal edilməsi kimi görünə bilər. İİV-lə əlaqəli
əlavə stiqmaların olmasına görə, bəzi Vərəmli xəstələr onların Vərəm diaqnozunu
digərlərinin öyrənmələrindən qorxub, narahat ola bilərlər. Bu, müalicəyə riayət
edilməsinə təsir edə bilər. Həkimlər və səhiyyə işçiləri bu barədə məlumatlı olmalı
və xəstənin qorxu hisslərinə və ehtiyaclarına qarşı diqqətli olmalıdırlar. Mümkün
olduğu qədər xəstə üçün DOT-un daxil edildiyi müalicəni xəstənin rahatçılıq
içərisində qəbul etməsinə şərait yaradılmalı və məxfilik təmin edilməlidir.
Beləliklə, riayətə nail olmaq mümkün olar.
Aşağıdakı cədvəldə müalicəni tamamlamaqda çətinlik çəkən xəstələrin bəzi
ümumi səbəbləri qeyd edilib və bütün bunların aradan qaldırılması prosesində
xəstələrin maarifləndirməsi üçün müxtəlif üsullar təqdim olunub.
Hər Vərəmli xəstəyə müalicəni tamamlamağa ən azı bir şansın verilməsi
üçün əlinizdən gələni edin. Əsl qayğı və nəzakətli inad göstərərək, Siz demək olar
ki, hər zaman tərs xəstəni belə Vərəmə qarşı müalicəsini uğurla tamamlamağa razı
sala biləcəksiniz.
Bölmə 6
Müalicəyə riayət edilməsi
Müalicəyə zəif riayət
edilməsinin səbəbləri
Mümkün olan Həllər
Səhiyyə işçisi ilə xəstənin zəif
əlaqəsi var
Problemin səbəbini müəyyən etməyə çalışın və həm səhiyyə işçisi,
həm də xəstə ilə danışıb, problemin mümkün olan həllini tapın
Əmin olun ki, xəstəyə hörmətlə yanaşırlar və əgər mümkündürsə,
işçinin dəyişdirilməsi barədə fikirləşin və bütün digər imkanları
nəzərə alın
Özünü daha xəstə hiss etmir
Müalicə rejiminin tamamlanmasının vacibliyini və rezistentlik
halının və daha ağır xəstəliyin inkişafı kimi natamam müalicənin
nəticələri haqqında təkrar məlumat verin
Stiqma (Vərəmli xəstə kimi
görünmək qorxusu və ya
bunu arzulamamaq)
Hər hansı bir insanın Vərəmə yoluxa bilməsini qeyd edin
Vərəmin mualicə olunan xəstəlik olduğunu və mualicəyə başlayan
kimi, xəstələrin əksəriyyətinin çox tez qeyri-yoluxucu olmalarını
qeyd edin
Xəstəni inandırın ki, Siz tam məxfilik saxlayacaqsınız
Vərəmli xəstələri onların hüquqlarının tapdanmasından və
ya işlərini itirmələrindən qoruyan (əgər bu cür milli qaydalar
mövcüddursa) qaydalar barədə xəstəni məlumatlandırın
Spirtli içkilər və ya narkotik
maddələr
Əgər mümkündürsə, xəstəni müvafiq xidmətlərə yönəldin
Müalicəyə riayət edilməsinə həvəsləndirmək üçün xəstənin ailə
üzvlərini cəlb edin
Həvəsləndirin və inandırın, müalicənin zəruri olmasını qeyd edin
Əgər mümkündürsə, həvəsləndirici stimullar (qida məhsulları,
lakin pul yox) təklif edin
Şəxsi və ya mədəni inamlar
və ya alternativ və ya
bitkilərlə müalicədən istifadə
Diqqətli ol
Digər müalicə yolları təhlükəli olmadığı halda onların
istifadəsini xəstəyə qadağan etməyin
Əlavə təsirlərdən əziyət çəkir
Xəstə ilə əvvəlcədən mümkün olan əlavə təsirləri müzakirə edin
Xəstənin əlavə təsirləri necə müəyyənləşdirməsini və öz
həkiminə xəbər verməsini ona öyrədin
Siz həmçinin əlavə təsirlərə nəzarət etdiyiniz haqqında xəstəni
inandırın
Əlavə təsirləri təcili şəkildə müalicə edin və ağır əlavə təsirlər
üçün mütəxəssislə məsləhətləşin.
Sağlamlığa nail olmağa
dair cəmiyyətdə yayılan
ümüdsüzlük
Vərəmi dəqiq qəbul olunan müalicə ilə sağaltmağın mümkün
olmasını və müalicəyə başlayandan sonra tezliklə öz əvvəlki
fəaliyyətlərini davam etdirə biləcəklərini xəstələrə bildirin
Müalicənin gedişatı haqqında xəstəni məlumatlandırın
Müalicəyə zəif riayət
edilməsinin səbəbləri
Mümkün olan Həllər
çatışmaması
(məs, başa düşməyən,
məhdud hərəkət qabiliyyəti
olan və ya ruhi xəstələr)
Yenidən başa salın, xəstəyə müalicə rejimi və cədvəllə işləməyə
kömək etmək üçün ailə üzvlərini cəlb edin və ya yardımcı sistem
yaradın
Xəstə ilə birlikdə xəstəxanaya gəlmək üçün bir nəfər tapın və bu
problemi həll edin
Digər tibbi problemlər
Xəstə ilə mövcud tibbi hallarını müzakirə edin
Xəstənin müxtəlif xəstəlik hallarının müalicəsi üçün tələb olunan
ən zəruri fəaliyyətləri müəyyən edin
Vərəm əleyhinə müalicənin vacibliyini izah edin
Həllərin tapılması üçün digər səhiyyə işçiləri ilə əlaqə qurun
Vərəm üzrə aparılan
xidmətləri əldə etməkdə
çətinlik çəkmələri
Mümkün olanda, ictimai xidmətlərə müraciət edin (nəqliyyət
vasitələrilə yardım və s.)
Qayğı üçün maddi vəsaiətlər və /və ya həvəsləndirici vasitələrlə
təmin edin
Dil baryeri
Sizin verdiyiniz məlumatların başa düşülməsinə əmin olmaq üçün
çalışın tərcüməçi və ya Sizin dilinizdə danışan ailə üzvünü tapasınız
Digər problemlər (məs,
iş itirmə qorxusu, maddi
çətinliklər)
Müalicə rejiminin tamamlanmasının vacibliyini yenidən təkrar
edin
Mülaicə tamamlanandan sonra əvvəlki fəaliyyətə qayıtmağın
mümkünlüyünü qeyd edin
Xəstəyə müalicənin tamamlanmasının və sağalmanın təsdiqi üçün
səhiyyə işçisinin yardımını təklif edin
4.2. T bb qulluq və xəstəxanaya yerləşd rmək üçün göndər ş
Ağır kliniki vəziyyətdə, ağırlaşmış və ya yanaşı gedən xəstəlik hallarına görə
təcili kliniki monitorinqə ehtiyac duyan xəstələri xəstəxanaya yerləşdirmək lazım
gələ bilər. Bu, həmçinin, xüsusilə müalicənin başlanğıc mərhələsində müalicəyə
riayət və dəstək edilməsi üçün digər seçimlərin mümkün olmadığı az saylı xəstələr
üçün alternativ ola bilər. Lakin, xəstənin xəstəxanaya yerləşdirilməsi dərmanların
mütamadi şəkildə qəbul olunmasına və ya müalicənin tamamlanmasına zəmanət
vermir. DOT xəstəxanalarda da təmin olunmalıdır. Bəzi ölkələrdə, digər üsullar
təsir göstərməyəndə, xəstənin müalicəni məcburi qəbul etməsi üçün qanuni
göstərişləri həyata keçirirlər.
Bölmə 6
Müalicəyə riayət edilməsi
Əlavə olaraq:
Yardım üçün
yerli Vərəmə nəzarət proqramına müraciət edin
(mümkün və ya lazım
olanda)
Xəstələri, mümkündürsə, ruhi xəstəliklər və spirtli içkilər və ya narkotik maddələrdən
asılı olmaq kimi xüsusi problemlərlə məşğul olan, yardım və ya konsultasiya göstərən
xüsusi proqramlara
göndərin
.
Xəstə üçün münasib vaxtda, lakin dərman dozaların qəbulunu buraxmamaq şərtilə,
görüşlər təyin edin:
bu, müalicəyə riayət edilməsini yaxşılaşdıra bilər.
Müalicəyə riayət edilməsinə ruhlandırmaq üçün mümkün olanda qida məhsulları
və ya nəqliyyat xərclərinin ödənilməsi kimi
stimullardan istifadə edin
. Bu, əhalinin
aşağı təminatlı təbəqəsindən olan xəstələr üçün xüsusilə effektli ola bilər.
Mümkündürsə, xəstənin ailə üzvlərini dəstək məqsədilə müalicə prosesinə cəlb edin.
Müalicəyə riayət etməyən xəstələrin müəyyət edilməsi üçün mümkün olduğu qədər
ictimai işçilər və ya tibb bacıları ilə
əməkdaşlıq edin
4.3. Həvəslənd r c və yardımçı vas tələr n təm n olunması
Həvəsləndirici vasitələr xəstələrin öz kliniki DOT təyinatlarına əməl etmələri üçün
verilən kiçik mükafatlardır. Yardımçı vasitələr nəqliyyat problemləri kimi çətinliklərə
üstün gəlib, müalicənin qəbul olunmasını mümkün və ya asan edən vasitələrdir.
Həvəsləndirici və yardımçı vasitələr Vərəm xidmələri təmin edən müəssisələrdə istifadə
oluna bilərlər; onlar xəstənin müalicəyə riayət etməsinə və müalicəsini tamamlanmasına
nail olmaq üçün lazımdır.
Həvəsləndirici və yardımçı vasitələr xəstənin xüsusi ehtiyaclarına və maraqlarına
əsasən seçilməlidir, əks təqdirdə xəstələr onların əldə edilməsində maraqlı olmaya
bilərlər. Məsələn, əgər səhiyyə işçisinin nəqliyyat problemi barəsində xəbəri varsa, onda
o, xəstəyə yardımçı vasitələr kimi avtobus jetonu, gediş haqqı və ya taksi haqqı təklif edə
bilər. Əgər nəqliyyatla bağlı problem yoxdursa, onda səhiyyə işçisi digər lazımi vasitə
təklif etməlidir. Xəstələr barəsində mümkün dərəcədə çox məlumatın olması onların
ehtiyaclarının və maraqlarının müəyyən edilməsində və müalicəni tamamlanmasının
daha yaxşı əsaslandırılmasına kömək edə bilər. Həvəsləndirici vasitələrdən istifadə etməyə
başlanmasının ən uyğun vaxtı xəstə ilə yaxşı ünsiyyətin təməli qoyulandan sonrakı vaxtdır.
Lakin müalicənin başlanması üçün zəruri ola bilən yardımcı vasitələrin müalicə başlayan
kimi verilməsi zəruridir.
Həvəsləndirici və yardımcı vasitələrə aşağıdakılar aid edilə bilər:
Qida məhsullarının və meyvə şirələrinin klinikada və ya qida məhsulları üçün
talon şəklində verilməsi
Corablar və ya əlcəklər
Sosial xidmət təminatları kimi xidmətlər, mənzillə, sosial təhlükəsizliklə,
dərman müalicəsilə təmin edilməkdə yardım, digər dərman vasitələrini əldə
etmək üçün kömək etmək
İsitmə üçün duru yanacaq və ya qab-qacaq kimi məişət malları
Avtobus və ya taksi gediş haqqının verilməsi, velosiped və ya yerli təminatçı ilə
nəqliyyat vasitəsi məsələsini yoluna qoymaq
Üzü qırxmaq üçün ülgüc, təraş kremi və kosmetika kimi şəxsi qulluq vasitələri
Uşaqlar üçün: oyuncaqlar, oyunlar, kitablar və məktəb vəsaitləri
5. Dərman qəbulunu buraxan xəstələr
Əgər Vərəmli xəstə Vərəmə qarşı dərmanların qəbulunu buraxıbsa (uğursuz müalicə
riski nəzarə alınaraq), onda Siz mümkün dərəcədə tez aşağıdakı tədbirləri görməlisiniz:
Bölmə 6
Müalicəyə riayət edilməsi
Yerli Vərəm proqramına və ya tibb bacısına (əgər belə tibb bacıları varsa)
məlumat verin
və xəstənin müəyyən edilməsinə onları cəlb edin.
Xəstə ilə telefon və ya/və evə və ya iş yerinə gəlməklə
əlaqə saxlayıb
,
müalicəyə riayət edilməməsinin səbəbini aydınlaşdırın, vəziyyəti müzakirə
edin və xəstəni öz müalicəsini fasiləsiz davam etdirməyə ruhlandırın.
Xəstənin gündəlik qəbul etdiyi Vərəmə qarşı dərmanları özünüzlə
götürün
və sizin nəzarət səfəriniz zamanı birbaşa müşahidə altında müalicəni
təmin edin.
Əgər xəstənin müalicə qəbul etməsinə mane olan hallar müşahidə olunursa
(məsələn, digər xəstəlik və ya ailə vəziyyəti), bu halları
müəyyən edib
, həll
etməyə çalışın.
Xəstənin ailəsi ilə
danışın
və xahiş edin ki, onlar xəstəyə öz kömək və
dəstəklərini göstərsinlər.
Həm xəstəyə, həm də onun ailəsinə müalicənin tamamlanmasının
vacibliyini
təkrar edin
Vərəmə nəzarət proqramına imtina halları barədə təcili
xəbər verin
. Əgər
xəstə CPT, ART və ya İİV-lə əlaqəli digər müalicələr və ya başqa xəstəliyə
qarşı müalicə qəbul edirsə, Siz bu müalicənində buraxılması barədə soruşa
bilərsiniz. Əgər bu təsdiqlənərsə, onda Siz xəstəni öz müalicəsini təkrar
başlanmasına ruhlandırın və/və ya xəstənin digər müalicəsinə nəzarət
edən şəxsə məlumat verin.
Bu bölmədə Siz öyrəndiniz ki...
Vərəmli xəstənin uğurlu müalicəsi həm xəstə, həm də cəmiyyət üçün
əhəmiyyət təşkil edir və bu uğurlu müalicənin məsuliyyəti səhiyyə
işçisinin yalnız müvafiq müalicə rejiminini təyin etməsindən deyil, həm də
müalicənin tamamlanmasını təmin etməsindən ibarətdir.
Xəstə-mərkəzləşdirilmiş yanaşması amilindən müalicəyə riayət
edilməsinin təşkili xəstə ilə DOT üçün ən uyğun vaxt və yerin seçilməsi və
mümkündürsə, digər ictimai və tibbi xidmətlərin təminatından ibarətdir.
Xəstənin müalicəyə riayət etməməsinin bir çox səbəblərinin olmasına
baxmayaraq, ən vacib səbəblərdən biri səhiyyə işçisilə zəif ünsiyyətin
olmasıdır
Müalicə təminatçıları hər bir Vərəmli xəstə üçün müalicə olunmaq şansının
verilməsi üçün əllərindən gələni etməlidirlər
Əsl qayğı və nəzakətli inad göstərərək, Siz çox vaxt xəstəni Vərəmə qarşı
müalicəni davam etməyə razı sala bilərsiniz
Bəzi hallarda, sizin göstərdiyiniz bütün cəhdlərə baxmayaraq, xəstələr
müalicədən imtina edəcəklər
Əgər Vərəmli xəstə Vərəmə qarşı dərmanların qəbulunu buraxıbsa və ya
müalicədən imtina riski yaranıbsa, Siz mümkün dərəcədə təcili tədbirlər
görməlisiniz. Buraya müalicənin tamamlanması üçün həvəsləndirici və
yardımcı vasitələrin verilməsi daxil ola bilər
Bölmə 6
Bölmə 6
Müalicəyə riayət edilməsi
Biliklərinizin qiymətləndirilməsi üçün Suallar və Çalışmalar:
Müalicəyə riayət edilməsi
1. HT, 40 yaşlı kişi müalicənin 2-ci ayındadır və özünü daha yaxşı hiss etməyə
başlayıb. Müalicə başlayandan bəri onun bədən çəkisi 10 kiloqrama qədər
artıb və müalicənin əvvəlində az sayda əlavə təsirlərin olmasına baxmayaraq,
indi hər şey arxada qalıb. O, bu gün sizin yanınıza gəlib və dərmanların effektli
olmasının və müalicənin davam etməsinə ehtiyac olmamasını düşündüyünü
söyləyir. O, DOT işçisilə hər gün görüşməsini davam etdirməyi qəti şəkildə
istəmir və özünü yaxşı hiss etdiyinə görə, sizin indi məşğul olmalı digər
işlərinizin olduğunu qeyd edir.
HT öz müalicəsini və DOT-u davam etdirmək üçün Siz hansı məsələləri
onunla müzakirə etməlisiniz?
Müalicə rejiminin tamamlanmasının vacibliyini və natamam müalicənin nəticələrini
təkrar edin. Xəstə bütün dərmanları udarkən düzgün dərmanların qəbul olunmasına
və tələb olunan vaxtda dərmanların mütamadi qəbuluna əmin olmaq üçün kiminsə ona
nəzarət etməsinin vacibliyini izah edin. Xəstə ilə mütamadi görüşərək, səhiyyə işçisi xəstədə
əlavə təsirlərin və ya digər problemlərin müşahidə olunmasını da qeyd edə bilər.
İzah edin ki, əgər xəstə bütün dərmanları qəbul etməzsə, o, Vərəmi ailədə və ya cəmiyyətdə
yaymağa davam edə bilər və bu halda Vərəm xəstəliyi müalicə olunmayacaq. Müalicəyə
fasilə vermək və ya dayandırmaq çox təhlükəlidir, çünki xəstəlik sonra müalicə olunmaya
bilər və ya xəstə hətta ölə bilər.
cavablar
Bölmə 1
Vərəmin Etiologiyası və Patogenezi
Vərəm İnfeksiyasına Nəzarət Bölmə 7
7
Bölmə 7
Vərəm İnfeksiyasına Nəzarət
Vərəm İnfeksiyasına Nəzarət
V
ərəm infeksiyasının yayılmasına xüsusilə yüksək risk olan yerlərdə
infeksiyaya nəzarət edilməsi təcili təxirəsalınmaz tədbirlər tələb
edir. İnfeksiyaya nəzarət dedikdə ÜST-ün Vərəmlə mübarizədə, xüsusilə
İİV yayılan ərazilərdə, Üç İ strategiyasının komponentləri nəzərdə tu-
tulur. Dərmanlara qarşı rezistent Vərəmin ciddi şəkildə olan artım
səviyyəsi, həmçinin İİV infeksiyasına məruz qalmanın artması müalicə
müəssisəsələrində insanlar sıx şəkildə toplaşdığı digər yerlərdə infeksiyaya
nəzarətin vacibliyinin təkrar qiymətləndirilməsinə gətirir. İİV-ə yoluxmuş
və zəif immun sisteminə malik çox sayda xəstələrinin olması, infeksiyaya
müvafiq nəzarət siyasətinin və təcrübənin çatışmazlığı ilə səhiyyə işçiləri
və görüşlərə gələnlərlə birgə müalicə müəssisəsində Vərəmin ötürülməsinə
və yayılmasına münbit mühit yaradır. Müalicə müəssisələrində Vərəmin
ötürülməsinin qarşısını almaq üçün infeksiyaya nəzarət strategiyasının
inzibati (idarəçiliyə xas olan); ətraf mühitə aid; fərdi respirator müdafiə
kimi üç növündən istifadə olunur və infeksiyaya nəzarətin bu növləri po-
tensial ötürülmənin müxtəlif mərhələlərinə aiddir.
VQBS –na uyğun həkimlər yoluxucu Vərəmli və ya Vərəmə subhəli
xəstələrə qayğı gostərilən muəssisələrdə infeksiyaya müvafiq nəzarət
qaydalarına əməl edilməsini təmin etməlidirlər. (Standart 20)
Bölmə 7
Öyrənmə Məqsədləri
Bu bölmədə iştırakçılar öyrənəcəklər:
Vərəm infeksiyasına nəzarət strategiyasının üç müxtəlif növünü və onların
üstünlüklərini
İnfeksiyaya nəzarət planının vacib komponentləri
Nə vaxt Vərəmli xəstə yoluxucu hesab edilməlidir
Müalicə müəssisəsində yaxşı ventilyasiyanı necə təmin etmək olar
Necə və nə vaxt fərdi respiratordan istifadəni seçmək lazımdır
Respirator və üz maskası arasında olan fərqlər
bölmə 7
Vərəm İnfeksiyasına Nəzarət
Bölmə 7
Vərəm İnfeksiyasına Nəzarət
1. Vərəm İnfeks yasına Nəzarət n Strateg yaları
Müalicə müəssisəsində Vərəmin ötürülməsinin qarşısının alınmasında
infeksiyaya nəzarət strategiyasının üç növü istifadə olunur: inzibati (idarəçiliyə
aid); ətraf mühitə aid; və fərdi respirator müdafiə. Bu strategyaların hər biri
infeksiyaya nəzarətini mikobakterial ötürülmə prosessinin fərqli mərhələrinə
aid edilir. Ümumiyyətlə, müəssisələrdə və ya idarələrdə Vərəmin otürülməsinin
qarşısını almaqda iş təcrübəsinin və inzibati strategiyaların böyük təsiri var və
onlar mümkün resurslara baxmayaraq hər hansı şəraitdə birincili üstünlük təşkil
edirlər. Bu tədbirlər
M. tuberculosis tərkibli nüvəli damcılarının aerozolunun
müəssisədə əmələ gəlməsinin qarşısını alır və beləliklə xəstələrin və işçi heyətinin
Vərəmə məruz qalmalarını azaldır. Ən yaxşı halda, əgər nüvəli damcıların aerozolu
əmələ gəlmirsə (aerozola çevrilmirsə), onda məruz qalma ehtimalı aradan qalxır;
və bundan başqa nəzarət daha lazım olmur. Lakin, əgər bütün məruz qalma
ehtimallarını aradan qaldırmaq mümkün olmursa, havada mikobakterial nüvəli
damcıların konsentrasiyasını azaltmaq üçün təkmilləşmiş ventilyasiya sistemi
kimi ətraf mühitə aid strategiyalar əlavə edilməlidir. Fərdi respirator müdafiə
avadanlığı olan respiratorlar və maskalar nüvəli damcılarla nəfəs almaya maneə
olur, lakin onlar digər iki strategiyanın əsasında effektli olurlar və Vərəmə məruz
qalmanın nisbətən yüksək riski yaranan vəziyyətlərdə istifadə olunmalıdırlar.
2. Pat ent Infect ousness
müxtəlif strategiyalar
Strategiya
Üstünlük
Təsir
İnzibati
Strategiyalar
Birinci Üstünlük
Nüvəli damcıların havada
əmələ gəlməsinin azalması
Ətraf mühitə aid
Nəzarət Strategiyaları
İkinci Üstünlük Havada basillərin
konsentrasiyasının azalması
Fərdi Respirator
Müdafiə
Üçüncü Üstünlük Vərəm basillərinin nəfəs
almasına maneə olması
Vərəmli və Vərəmə sübhəli xəstələr yoluxucu hesab olunurlar, əgər onlarda:
ACV xəstəliyi varsa (ağ ciyərlər, hava yolları və ya qırtlaq)
Onlar öskürürlərsə və ya öskürəyə səbəb olan prosedurlar baş veriblərsə
TDB müsbət bəlğəm yaxmaları varsa
Əgər bu xəstələr Vərəmə qarşı müalicə qəbul etmirlərsə və ya Vərəm əleyhinə
müalicəyə yenicə qoşulublarsa və ya onlarda Vərəmə qarşı müalicəyə zəif kliniki və
ya bakterioloji təsir varsa, həmin xəstələr yoluxucu hesab oluna bilərlər.
Ağ ciyərdən kənar Vərəmli xəstələr adətən yoluxucu olmurlar. Onlar
yoluxucu ola bilərlər, əgər onlarda:
Yanaşı gedən ağ ciyər xəstəliyi varsa
Ağız boşluğunda və ya qırtlaqda qeyri-ağ ciyərli xəstəlik varsa
Açıq absesi və ya zədələnməsi (xüsusilə əgər onlardan drenaj mayesi
geniş ifraz olunursa və ya drenaj mayesinin aerozolu əmələ gəlirsə) olan
Vərəm xəstəliyi varsa
Təsdiq olunan Vərəm xəstəliyi ilə xəstələr, əgər mümkündürsə, təcrid
olunmalı və ya xəstəxanaya yerləşdirilmə prosesinə qədər ayrı saxlanmalıdırlar:
Fərqli günlərdə toplanan iki mənfi bəlğəm yaxmasına nail olanadək
Kliniki yaxşılaşmayadək
Və müvafiq müşahidə altında Vərəmə qarşı müalicə qəbul edərək (iki
həftədən artıq)
MDR-Vərəmli və ya XDR-Vərəmli xəstələrin təcrid olunmaları üçün
xəstəxanaya yerləşdirilməsi məsələsinə baxıla bilər, çünki bu cür xəstələrdə
müalicənin uğursuzluğu və ya residivliyi və daha uzun müddətli yoluxuculuq
Bölmə 7
Vərəm İnfeksiyasına Nəzarət
mərhələsinə malik olma ehtimalı böyük olur. Bəlğəm yaxması müsbət Vərəmli
xəstələrin İİV-ə yoluxan şəxslərdən, uşaqlardan və zəif immun sisteminə malik
olan digər xəstələrdən ayıran zaman xüsusilə yüksək diqqət və qayğı göstərmək
lazımdır. İİV/QİÇS ilə yaşayan insanlar arasında Vərəm ən çox rast gəlinən
opportunistik (bəlkə şərti-patogen) infeksiya hesab edilir və ölüm halların ən əsas
səbəbini təşkil edir.
3. İnz bat Nəzarət Strateg yaları
Vərəmin müəssisədə ötürülməsinin qarşısını alan ən effektli tədbirlər
dedikdə təcili aşkarlanma, xəstələri maarifləndirilmə və Vərəmə sübhəli şəxslərin
təcrid olunması və onlara diaqnoz qoyulması, vərəmli xəstələrin düzgün
müalicəsi nəzərdə tutulur. Əlavə olaraq, bütün səhiyyə müəssisələrində Vərəm
infeksiyasına nəzarət planı olmalıdır və bütün həkimlər və digər səhiyyə işçiləri öz
müəssisələrinə xas olan planlara və prosedurlara əməl etməlidirlər.
Skrininq
Vərəmin yayılmasına nəzarətdə birinci addım Vərəm xəstəliyi
təsdiq və ya sübhəli olan xəstələrin erkən aşkarlanmasıdır.
Buna uzun müddətli öskürən xəstələri birinci görüş zamanı
skrininqdən keçirməklə nail olmaq olar. İki həftədən artıq
öskürəyi olan və ya Vərəmə yoluxanan və ya Vərəmə qarşı
müalicə alan* xəstələr aşağıda qeyd olunan kimi idarə
olunmalıdır.
Təlim
Skrininq zamanı uzun müddətli öskürəyi olan xəstələrin
müəyyən edilmə vaxtı, onlara öskürməyə aid gigiyena
qaydaları
haqqında məlumat verin. Bura öskürərkən və
ya asqırarkən burun və ağzı örtmə, mümkün olanda üz
maskaları və ya dəsmallar ilə təmin edilmə aiddir. Əgər üz
maskası və ya dəsmal yoxdursa, xəstə köynəyin qoluna və ya
dirsəyin iç tərəfinə öskürməlidir və ya asqırmalıdır.
Təcrid olunma
Vərəmə sübhəli və ya Vərəm xəstəlik halları kimi
skrininq zamanı aşkar olunan xəstələr digər xəstələrdən
ayrılmalıdırlar
və onlardan ayrı yaxşı ventilyasiya olunan
gözləmə ərazidə qalmalarını xahiş etmək lazımdır və bu
gözləmə ərzində onları cərrahi maskalar və ya dəsmallarla
ağızlarını örtmələri üçün təmin etmək lazımdır.
Vərəmə qarşı
yoxlama və
ya yoxlamaya
göndərilmə
Vərəm əleyhinə diaqnostik testlər yerindəcə olunmalıdır və
ya, əgər imkan yoxdursa, həkimin simptomatik xəstələrin
diaqnostikaya və müalicəyə göndərilə bildiyi Vərəm
diaqnostik mərkəzilə təmsil olunmuş əlaqəsi olmalıdır
*Müvafiq müalicədə olan Vərəmli xəstələrin artıq yoluxucu olmamalarına baxmayaraq, sizin üçün xəstənin
həqiqətən müvafiq müalicənin qəbul edib-etməməsini müəyyən etmək çətin ola bilər. Ən ehtiyatlı prosedur müalicə
qəbul edən xəstələri yuxardakı kimi idarə etməkdir.
Ümumiyyətlə, müalicə müəssisələrində Vərəmin qarşısının alınmasına və
nəzarətinə dair inzibati strategiyaların beş komponenti var.
1. İnfeksiyaya nəzarət planı
2. Keyfiyyətə zəmanətin verilməsi daxil olmaqla planda olan prosedurlara inzibati
dəstək
3. İşçi heyətinin təlimi
Bölmə 7
Vərəm İnfeksiyasına Nəzarət
4. Xəstələrin maarifləndirilməsi və cəmiyyətin xəstəlik barədə məlumat səviyyəsinin
artması
5. Yerli Vərəm proqramı ilə koordinasiya və əməkdaşlıq
Hər müassəsinin yazılı şəkildə vərəm infeksiyasına nəzarət planı olmalıdır. Bu
planda aşağıdakılar qeyd olunmalıdır:
Vərəmə sübhəli şəxslərin düzgün aşkarlanması və təcrid olunması
Səhiyyə xidmətlərinin təmin edilməsi
Vərəmə dair yoxlama
Vərəmə sübhəli və ya təsdiqlənmiş Vərəm diaqnozu ilə xəstələrin göndərişi
Bu plan səhiyyə mütəxəssislərindən və xəstəxananın inzibatçılarından ibarət
infeksiyaya nəzarət qrupunu müəyyən edir və planın və ya aktın yerinə yetirilməsinə
dair məsuliyyət daşıyan işçi həyətinin üzvünü təyin etməlidir. Lakin, tədbirlərə
riayət edilməsinə zamin olmaq hər bir işçinin borcudur (xüsusilə həkim və kliniki
işçi heyətin). Həkimlər hər hansı Vərəm infeksiyasına nəzarət planının əsas
komponenti kimi həmişə aşağıdakı göstərilən inzibati tədbirləri görməlidirlər.
4. Ətraf müh tə a d Nəzarət Strateg yaları
İİV müalicə olunan müəssisələrdə Vərəmin yayılmasının qarşısını almaq üçün
ikinci sıra müdafiəyə aid olan ətraf mühitə nəzarətdir. Xüsusilə qeyd edilməlidir ki,
əgər inzibati strategiyalar və iş təcrübələri qeyri-müvafiqdirsə, onda ətraf mühitə
aid strategiyalar xəstəliyin ötürülmə riskini aradan qaldırmayacaq.
Onlar
mexaniki və ya təbii ventilyasiyaya əsaslanırlar və filterlər (yüksək effektli), Ultra
Bənövşəyi Bakterisid Şüalar (UVGİ) ilə əlavə olaraq təmin oluna bilərlər.
Ətraf mühitə aid strategiyaların texnoloji cəhətdən mürəkkəb və bahalı
olmasına baxmayaraq, nəzarətli təbii ventilyasiya
M. tuberculosis –in yayılma
riskini azalda bilər.
Ventilyasiya havanın hərəkəti deməkdir. Ventilyasiya xüsusi bir ərazidə
havanın dəyişılməsinə nail olmaq üçün və otaqda və ya müəssisədə hava axınının
istiqamətini nəzarət altında saxlamaq üçün istifadə oluna bilər. Bu proseslər nüvəli
damcıların aerozolunun konsentrasiyasını və tibbi işçi heyətin və xəstələrin yoluxma
ehtimalını azaldır. Müvafiq ventilyasiyanın qurulması üçün bir çox yollar var. Bura
təbii ventilyasiyanın güclənməsinə dair ventilyatorlardan istifadə, yerli sorulma
ventilyasiyası (bəlğəmin toplanması üçün kabinlər, laboratoriya avadanlığına aid
hava sorucu şkaflar) və hava-damcı vasitəsilə yayılan infeksiyanın təcrid olunması
üçün və xüsusi prosedurlar aparılan otaqlarda mənfi təzyiqin yaradılmasına dair
ümumi ventilyasiya sistemləri aiddir.
4.1. Təb vent las ya
Yaxşı ventilyasiyaya nail olmağın ən asan yolu xəstəxanalarda, həkim
otaqlarında, palatalarda və ya otaqlarda təbii ventilyasiyanın gücləndirilməsidir.
Qəbul otaqları, bəlğəmin toplandığı otaqlar, müayinə otaqları və palatalar
bayıra tərəf açıq olmalıdır (məsələn, onlar açıq, örtülü və ya açıq pəncərəsi olan
ərazilərdə olmalıdır). Əgər mümkündürsə, bəlğəm toplanılan yer ayaqyolu və ya
digər qapalı yerlər kimi kiçik otaqlarda deyil, açıq havada olmalıdır.
4.2. Avadanlıqların və nsanların yerləşməs
Otaqlarda və digər yerlərdə səhiyyə işçisi, digər xəstələr və görüşə gələnlər
infeksiyalı hava ilə nəfəs almamaq üçün otağın mebeli elə qoyulmalıdır ki, hava
axınının istiqamətinə nəzarət olsun. Əgər mümkündürsə, səhiyyə işçisi elə bir
yerdə durmalıdır ki, hava ondan xəstə tərəfə gedərək bayıra çıxsın. Adi ventilyator
da bu prosesə yardımçı ola bilər.
Bölmə 7
Vərəm İnfeksiyasına Nəzarət
4.3. F ltrlər
Yüksək effektli filtrasiya vasitələri binanın quruluşunda dəyişiklər tələb edə
bilən mexaniki ventilyasiya tədbirlərinə alternativ ola bilər. Filtrlərin müxtəlif
növləri var. Ən yaxşılarından biri Yüksək Keyfiyyətli Korpuskulyar Hava
Filtridir (HEPA), bu filtr 0.3 μm və ya mikron diametrində olan hissəciklərin
99.97% -ə qədər filtrasiya edir. Əgər HEPA filtrlər çox bahalıdırsa, onda digər
yüksək effektli filtrlərdən də istifadə etmək olar. Filtrlər məhdud sayda Vərəmli
xəstələrin olduğu kiçik və qapalı otaqlarda istifadə oluna bilər. Mənbəyə və
ərazidə insanların yerləşməsinə əsasən kontaminasiyalı havanın filtrasiya edilməsi
üçün filtrlərin düzgün yerləşdirilməsinə əmin olmaq zəruridir. Filtri otaqda
yalnız yerləşdirmək kifayyət deyil. Hər bir sistemin havanı filtrasiya etmək üçün
özünəməxsus xüsusi gücü var və seçilmiş otaqda havanın tələb olunan nisbətdə
müvafiq şəkildə dəyişilməsi və təmizlənməsi prosesinə mütəxəssis tərəfindən
rəy verilməlidir. İstehsalçının göstərişlərinə əməl edərək, bütün HEPA və digər
yüksək effektli filtrlər diqqətlə quraşdırılmalıdır və onların lazımi qaydada
fəaliyyət göstərəcəyinə ciddi şəkildə zəmanət verilməlidir.
pəncərə
pəncərə
qapı
Hava axını
m
asa
ü
st
ü
xəstə
səhiyyə
təminatçı
4.4. Ultrabənövşəy bakter s d şüalar
UVGI –lar nüvəli damcıların tərkibində olan
M. tuberculosis və digər
bakteriyaları və virusları öldürə və ya zərərsizləşdirə bilər. Müxtəlif tədqiqatlarda
M. tuberculosis tərkibli havanın dezinfeksiyasında UVGI-ın istifadəsinin effektli
olması aşkarlanıb11,12. Bu üsul
M. tuberculosis-in havadan təmizlənməsi vacib
olan vəziyyətlərdə digər nəzarət tədbirlərinə əlavə vasitə kimi istifadə oluna
bilər. Çox yaxşı olar ki, basillərin öldürülməsi üçün tələb olunan dozanın əldə
edilməsi və
M. tuberculosis –i zərərləşdirilməsi üçün mümkün qədər uzun müddət
ərzində UVGI şüaları verilsin. Ümumiyyətlə, UVGI otağın yuxarı hissəsində olan
havanın dezinfeksiyası üçün istifadə olunur. Birbaşa düşən şüalardan gözləri və
dərini qorumaq üçün qoruyucu vasitələrdən istifadə olunur (Aşağıdakı şəklə
bax). UVGI düzgün qaydada quraşdırılmadıqda və lazımi qaydada istifadə
edilmədiyi ərazilərdə UVGI-dən çox yüksək şüalanmadan kəskin və xroniki dəri
reaksiyası və gözlərdə dəyişiklik kimi əlavə təsirlərin baş verə bilməsi səbəbindən,
bu ərazilərdə uzun müddət qalmalı olan tibbi işçi heyəti, xəstələri və onları ziyarət
edən şəxsləri qorumaq məqsədilə UVGI şüalarının istiqamətini dəyişdirməyə dair
bu müdafiə vasitələrindən istifadə olunur. Qeyd etmək lazımdır ki, yalnız UVGI
-rı vasitəsi ilə havanın bayıra sorulmasını və ya otaqda sirkulasiyasını təmin etmək
olmur. Bu hər iki hal isə insanların mutəmadi olaraq istifadə etdiyi ərazilərdə
havanın münasib keyfiyyətinə nail olmaq üçün zəruridir. Lazım olduqda, UB
lampaları spirtlə (lakin su ilə yox!) təmizlənilə bilər. İstifadə haqqında olan aktlara
(göstərişlərə) riayət etmək lazımdır.
Bölmə 7
Vərəm İnfeksiyasına Nəzarət
5. Fərd Resp rator Müdaf ə
Fərdi respirator müdafiə (məs., respiratorların
seçilməsi və istifadə üçün təlimi) ümumilikdə
üstünlük verilən seçim deyil və
M. tuberculosis
tərkibli yoluxucu nüvəli damcıların konsentrasiyası
yüksək olan ərazilərdə yalnız ətraf mühitə aid və
inzibati nəzarət tədbirləri ilə bu konsentrasiyanın
müvafiq şəkildə azaldılması mümkün olmayan
halda
istifadə
olunmalıdır.
Respiratorlar
bahalıdır və lazımi qaydada quraşdırılmanın
müəyyənləşdirilməsi üçün xüsusi avadanlıq tələb
edir və yalnız inzibati və ətraf mühitə aid nəzarət
tədbirlərinin həyata keçirildiyi halda işçi heyətini
M. tuberculosis-li hava ilə nəfəs almadan müdafiə
edəcək. Onların istifadəsi MDR-Vərəmli xəstələr
üçün ixtisaslaşdırılmış müalicə mərkəzləri və ya
spirometriya və ya bronxoskopiya prosedurları
aparılan otaqları olan xəstəxanalarda və müraciət
mərkəzlərində xüsusi yüksək riskli ərazilərlə
məhdudlaşmalıdır. Hava damcı yolu ilə ötürülən
M. tuberculosis tərkibli nüvəli damcılardan
müdafiə etmək üçün respiratorun 0.3 μm diametri
olan hissəcikləri filtrasiya etmək qabiliyyəti
olmalıdır. Respiratorlar adətən 0.3 μm diametri
olan hissəciklərin ən azı 95 % filtrasiya effektinə malik olan maskaların xüsusi
növlərindəndir. Respiratorların müxtəlif növləri və iki təsnifat sistemi - ABŞ
və Avropa sistemləri var (aşağıdakı cədvələ bax). Hər ikisi filtrasiyanın müvafiq
səviyyəsini təmin edir və onlardan birinin seçilməsi cari mövcudluq, istifadəçinin
sifətinin quruşuna uyğunluq və onların qiymətindən asılı olacaq. ABŞ sistemi
respiratorları müdafiə səviyyəsindən asılı olaraq doqquz növə ayırır. Burda
effektivliyin üç səviyyəsi (95%, 99% və 99.97%) və filtrlər üçün rezistentliyinin
azalmasına dair üç kategoriyalar (N, R və P) var. Avropa sistemində effektivliyin
üç müxtəlif səviyyəsi (FFP1-80%, FFP2 – 94% və FFP3 – 99%) var. Hər filtr və
ya qutunun üzərində filtrin növünü müəyyən edən işarə qeyd edilməlidir. Müalicə
müəssisələrinin əksəriyyətində N95 və ya FEP2 (və ya daha yüksək) filtr növündən
istifadə etməklə müvafiq müdafiə təmin edilir.
ABŞ Təsnifat Sistemi
AB Təsnifat Sistemi
Kateqoriya
95
99
100
Filtr
Kateqoriyası
Filtr Effektivliyi
N
95%
99%
99.97%
FFP1
80%
R
95%
99%
99.97%
FFP2
94%
P
95%
99%
99.97%
FFP3
99%
N = Yağlara davamlı deyil
R = Yağlara davamlıdır
P = Yağ keçirməyən
Filtr Effektivliyi
5.1. Resp ratorlara qulluq
Respiratorlar birdəfəlikdir, lakin əgər düzgün saxlanılsalar, nəmişlikdən,
çirkli yerlərdən və əzilmədən qorunularsa bir neçə dəfə istifadə oluna bilər. Onlar
təmiz, quru yerdə, plastik torbada olmamaq şərtilə, nəm və kif olan yerdən uzaq
saxlanmalıdır. Çox vaxt respiratorun ən tez sıradan çıxan hissəsi elastik lenti olur.
Respiratorların effektli olması üçün, onlar havanın sızması mümkün ola biləcək
kiçicik bir ara da olmadan sifətə sıx şəkildə taxılmalıdır. Beləliklə, respiratorların
elastik lentlərindən asıb, saxlamaq məsləhət deyil, çünki bu halda elastik lentin
boşalması baş verəcək.
Bölmə 7
Vərəm İnfeksiyasına Nəzarət
5.2. Uyğunluq və uyğunluq test
Qeyd etmək vacibdir ki, respiratorlar hava sızmasının qarşısını almaq üçün
istifadəçinin üzünə kip taxılmalıdır. Əgər respiratorların kənarlarından hava
sızması varsa, onda yoluxucu hissəciklər asanlıqla nəfəs alınan havaya qarışacaq.
Üzdə saqqalın olması respiratorların düzgün istifadəsinin qarşısını alır və
yoluxucu hissəciklərin geniş şəkildə nəfəs alınan havaya qarışmasına imkan yaradır.
Əlavə olaraq, müxtəlif insanların müxtəlif sifət quruluşu olduğuna görə, bütün
insanlara uyğun gələ biləcək yeganə bir respirator mövcud deyil. Bu səbəbdən,
istifadə üçün dəqiq ölçünü və modeli bilməyə və respiratorun istifadəçiyə uyğun
gəlib-gəlməməsinə əmin olmağa dair uyğunluq testinin aparılması çox vacibdir.
Uyğunluq testi təlim keçmiş işçi heyəti tərəfindən aparılmalıdır. Müalicə
müəssisəsində risk altında olan işçi heyətinin respirator müdafiəsinə zəmanət
vermək üçün bir neçə növdə və ölçüdə respiratorlar olmalıdır.
Uyğunluq testi aparılmadan respiratorlardan istifadə yalnız müdafiənin
67%-ni təklif edir və bu nəzərdə tutulan səviyyədən çox aşağıdır. Uyğunluq
testindən istifadə edərək, müdafiə səviyyəsi 96 %-ə qədər artır, bu isə müvafiq
müdafiə sayılır. Uyğunluq testini istifadə etməyən səhiyyə işçiləri daha böyük
yoluxma riskinə məruz qala bilərlər.
5.3. Üz maskaları
Parçadan və ya kağızdan olan cərrahi
maskaları kimi üz maskaları uyğuluq
testindən keçən respiratorlara oxşaya bilər,
lakin cərrahi maskalardan istifadə səhiyyə
işçilərini, digər işçi heyətini, xəstələri və
ya ziyarətə gələnləri Vərəmdən qorumur.
Bu səbəbdən, Vərəmin müalicəsi aparılan
müəssisələrdə səhiyyə işçilərinin və digər
işçi heyətinin və ya ziyarətə gələnlərin
bu cür üz maskalarından müdafiə üçün
istifadələri tövsiyyə EDİLMİR. Bəzi üz
maskaları yoluxucu xəstələrin Vərəm
basillərini havaya yaymasının azaldılması
məqsədilə xəstələr tərəfindən istifadə
oluna bilər. Lakin, üz maskalarından
istifadə barədə məlumat Vərəmli xəstələrin
effektiv öskürək gigiena qaydalarına əməl
etmələri haqqında maarifləndirmə işinə
daxil edilməməlidir. Fərdi respirator
müdafiədən istifadə fərdi müdafiə üzrə
səhiyyə işçisinin təliminin, uyğun gələn
müvafiq respiratorların seçilməsi, respirator
gigienası və öskürək etiketinə xəstələrin
təlimi daxil edilən proqramın bir hissəsi olmalıdır. İnfeksiyaya nəzarət siyasəti
və təlimatları haqqında daha ətraflı məlumat üçün ÜST-nın nəşrlərinə müraciət
etmənizi xahiş edirik:
Guidelines for the Prevention of Tuberculosis in Health Care
Facilities in Resource-Limited Settings (Resurslar məhdud olan ərazilərdə Müalicə
Müəssisələrində Vərəmin Profilaktikasına dair Təlimatlar) və onların əlavələrinə:
Tuberculosis Infection Control In The Era of Expanding HIV Care And Treatment
(İİV-ə Qayğının və Müalicənin Genişlənmə Erasında Vərəm İnfeksiyasına Nəzarət)
və ya bu bölmənin sonunda olan tövsiyyə edilən ədəbiyyata müraciət edin.
Bölmə 7
Vərəm İnfeksiyasına Nəzarət
Bu bölmədə Siz öyrəndiniz ki...
Müalicə müəssisəsində Vərəmin ötürülməsinin qarşısının alınması üçün
infeksiyaya nəzarət strategiyasının üç növündən istifadə olunur: inzibati
(idarəçiliyə aid olan); ətraf mühitə aid; və fərdi respirator müdafiə.
Vərəmli xəstələr və Vərəmə sübhəli şəxslərdə ağ ciyər Vərəm xəstəliyi (ağ ciyər,
hava yolları və ya qırtlaq) varsa, öskürürlərsə və ya öskürək gətirən prosedurlar
aparılırsa və TDB bəlğəm yaxması müsbətdirsə, onlar yoluxucu sayılırlar.
Müəssisədə Vərəmin ötürülməsınə qarşı ən effektli tədbirlər təcili aşkarlama,
Vərəmə sübhəli şəxslərin maarifləndirilməsi və təcrid olunmasıdır, Vərəmli
xəstələrin diaqnostikası və düzgün müalicəsidir.
İİV-ə qayğı müəssisələrində Vərəmin yayılmasının qarşısını almaq
üçün aparılan müdafiə tədbirlərinin ikinci mərhələsi ətfar mühitə aid
strategiyalardır.
Xüsusilə qeyd edilməlidir ki, əgər inzibati strategiyalar və iş təcrübələri qeyri-
müvafiqdirsə, onda ətraf mühitə aid strategiyalar xəstəliyin ötürülmə riskini
aradan qaldırmayacaq.
Ətraf mühitə aid strategiyalar mexaniki və ya təbii ventilasiyaya əsaslanır və
buraya filtrlər də əlavə oluna bilər
Fərdi respirator müdafiə (məs., respiratorların seçilməsi və istifadə üçün
təlimi) ümumilikdə üstünlük verilən seçim deyil və
M. tuberculosis tərkibli
yoluxucu nüvəli damcıların konsentrasiyası yüksək olan ərazilərdə yalnız
ətraf mühitə aid və inzibati nəzarət tədbirlərlə bu konsentrasiyanın müvafiq
azalması mümkün olmayan halda istifadə olunmalıdırlar.
Respiratorlar parçadan və ya kağızdan olan cərrahi maskalar kimi üz
maskalarından fərglidir
Üz maskalarından istifadə səhiyyə işçilərini, digər işçi heyətini və ya ziyarətə
gələnləri Vərəmə yoluxmadan qorumur
Bölmə 7
Biliklərinizin qiymətləndirilməsi üçün Suallar və Çalışmalar:
Vərəm İnfeksiyasına Nəzarət
1. Hər xəstəlik halını Vərəmin ötürülmə ehtimalına əsasən qiymətləndirin: ya
“P” hərf ilə Vərəmin mümkün ötürülməsi üçün və ya da “U” hərf ilə Vərəmin
ötürülməsi mümkün olmayan halları üçün.
a) ___ 31 yaşlı qadın 1 aylıq qızını peyvəndə gətirib. O, qızın doğulduğu gündən
bəri öskürdüyü haqqında xəbər edir.
b) ___ 24 yaşlı kişi DOT altında iki aydır ki, yeni xəstə üçün təyin edilən
müalicəni alır
c) ___ 45 yaşlı kişi öskürəyə görə müayinədən keçmək istəyir. O qeyd edir ki,
onun həyat yoldaşı vərəmdən müalicə olunur.
d) ___ 18 yaşlı qadın ağ ciyər Vərəminə qarşı aparılan təkrar müalicənin 1-ci
həftəsindədir
e) ___ 58 yaşlı xəstədə limfa vəzlərinin Vərəmi var (digər orqanların heç birində
xəstəlik yoxdur)
f ) ___ Bəlğəm yaxması mənfi olan ağ ciyər Vərəmli uşaq
2. Vərəm infeksiyasına nəzarət strategiyasının hər növündən ən azı iki misal və
üstünlük cərgəsini göstərin
Üstünlük
Respirator Müdafiə
1. ____________________ 2.____________________
Ətraf mühitə aid Strategiya
1. ____________________ 2.____________________
İnzibati Strategiyalar
1. ____________________ 2.____________________
Bölmə 7
Vərəm İnfeksiyasına Nəzarət
3. “D” düzgün və ya “S” səhv cavablar üçün aşağıdakı firkirlərin əvvəlində qeyd edin:
___ Vərəmli xəstənin öskürərkən taxdığı üz maskası (cərrahi tipli) Vərəmin
ötürülməsinin qarşısını almaqda yardımçı ola bilər.
___ Səhiyyə işçisi tərəfindən taxılan cərrahiyyə maskası Vərəmin ötürülməsinin
profilaktikasında effektli seçimdir.
___ Öskürən xəstələr bəlğəm nümunələrinin toplanması üçün bayıra göndərilməlidirlər.
___ Yeni aşkar olunan ağ ciyər Vərəmli xəstədən 30 dəqiqədən sonra qapalı müəyinə
otağına (ventilyasiyası olmayan) daxil olan şəxsin heç bir Vərəmə yoluxma riski yox-
dur.
___ 2 həftədən artıq öskürəyi olan səhiyyə işçi heyəti Vərəmə qarşı yoxlanmadan
keçməlidir
4. Yuxardakı şəkildə müalicə müəssisəsində gözləmə ərazisində olan xəstə əks edilib.
a. Bu vəziyyətdə infeksiyaya yaxşı nəzarət tədbirlərinə aid hansı iki tədbiri qeyd
edə bilərsiniz?
b. Əgər xəstə öskürürsə, hansı iki tədbir görülməlidir.
1: a) P b) U c) P d) P e) U f ) U
2:
Birincili üstünlük: İnzibati Strategiyalar
(Müxtəlif cavablar vermək mümkündür) Uyğunluq Testi və yüksək riskli vəziyyətlərdə 95 N-li Respiratordan
İstifadə
İkincili üstünlük: Ətraf mühitə aid Strategiyalar
(Müxtəlif cavablar vermək mümkündür) Təbii vəntilyasiya (pəncərələrin və qapaların açılması) və UB şüalar
Üçüncü üstünlük: Respirator Müdafiə
(Müxtəlif cavablar vermək mümkündür) Sizin müəssisə üçün infeksiyaya nəzarət planı, Bütün xəstələrin öskürəyə
dair skrininqi və
3: D, S, D, S, D
4: a: Açıq hava, təbii ventilyasiya, insanların çox sayda olmadığı yer
b: Xəstənin təcili təcrid olunması, öskürəyin nə qədər müddət olması barədə soruşulması, bəlğəmin
toplanması
5:
Cavablar: Yoluxucu xəstələr digər şəxslərdən təcrid olunur? vərəmli xəstələrin gözləməsi üçün insanların çox
sayda olmadığı yer (basırıq olmayan yer) varmı ? Vərəmli xəstələr dərmanların qəbul edilməsini uzun müddət
gözləyirlər? Vərəmli xəstələrlə birgə gözləyən qeyri-Vərəmli xəstələr var?
5. Aşağıdakı şəkil Vərəm proqramının gözləmə ərazisini göstərir. Bu vəziyyətin
bəzi potensial çətinlikləri nədir və bununla əlaqəli sizdə hansı suallar var?
cavablar
Bölmə 1
Vərəmin Etiologiyası və Patogenezi
YEKUN
Kursun sona yetməsi münasibətilə Sizi təbrik
edirik!
Bu, Vərəm üzrə təkmilləşdirmə kursu, xəstələr arasında Vərəmin
aşkarlanması, diaqnostikası və müalicəsi üçün sizin təcrübənizin artırılması
məqsədilə nəzərdə tutulmuşdur. O, həmçinin Vərəmli xəstələrin müalicə
prosesinə cəlb oluna bilən digər səhiyyə işçiləri üçün Vərəm üzrə faydalı
məlumatın əldə edilməsini təmin edir. Ölkələrin əksəriyyətində Vərəm
sağlamlıq üçün əhəmiyyətli dərəcədə təhlükə mənbəyinə çevrilib və vacib
tibbi və bəşəri ehtiyatı tükədir. Vərəmə nəzarət hər hansı təklif olunan
səhiyyə xidmətinin vacib və lazımi bir hissəsidir. O, MVP ilə birgə yerinə
yetirilməlidir və bu kursda qeyd olunan ÜST-nın təlimatları və tövsiyyələri
əsasında qurulmalıdır. Qeyd etmək vacibdir ki, öz ölkəsinin xüsusi
epidemioloji və resurs ehtiyaclarının qarşılanmasına dair Vərəmə nəzarət
prioritetlərinin tərtibilə məşğul olduğuna görə, MVP əsas partnyordur. Bu
səbəbədən, bu kurs əlavə materialdır, lakin Vərəmə nəzarət üzrə hər hansı
MVP təlimatlarını əvəz etmir.
Hər hansı bir sahəni daha dərindən mənimsəmək istəyirsinizsə, bütün
bölmələrdə daha çox sənədlərə malik olan linklər var və siz onlara müraciət
edə bilərsiniz. Kursun sonunda olan biblioqrafiya ÜST-nın vebsaytında
bir neçə dildə mümkün olan əlavə məqalələr və çoxlu texniki təlimatlar
da var. Həkimləri öz ərazilərində Vərəm epidemiologiyasına aid halların,
dərmanlara qarşı rezistentlik və ya İİV infeksiyasının yüksək səviyyəsi kimi
halların aşkar olunması üçün axtarışlar aparmalarına ruhlandırmaq lazımdır.
Əlavələr
Əlavələr
Diaqnostika Standartları
Standart 1. İki-üç həftə və daha artıq müddətli digər səbəbi bilinməyən bəlğəmli
öskürəklə bütün şəxslər vərəmə dair yoxlanmalıdırlar.
Standart 2. Ağ ciyər vərəmə sübhəli bütün şəxslər (böyüklər, yeniyetmələr, bəlğəm
gətirmək qabiliyyəti olan uşaqlar) iş keyfiyyətinə zamanət verilən laboratoriyaya mikroskopiya
müəyinəsi üçün ən azı iki bəlğəm nümunəsi verməlidirlər.
Mümkün olanda, nümunələrdən ən azı biri səhər tezdən toplanan bəlğəm nümunəsi
olmalıdır.
Standart 3. Ağ ciyərdən kənar vərəmə subhəli bütün şəxslər üçün (boyuklər, yeniyetmələr
və uşaqlar) bədənin zədələnən sahələrindən mikroskopiya, əkmə və histopatoloji muayinə üçün
müvafiq numunələrin əldə olunması lazımdır.
Standart 4. Döş qəfəsinin rentgen şəklində vərəm əlamətləri olduğu güman edilən bütün
şəxslər mikrobioloji müayinəsi üçün bəlğəm nümunələri verməlidirlər.
Standart 5. Bəlğəm yaxması mənfi ağ ciyər vərəminin diaqnozu aşağıdakı kriteriyalara
əsaslanmalıdır: ən azı iki mənfi bəlğəm yaxması (ən azı biri səhər tezdən olan nümunədən);
vərəmə aid döş qəfəsinin rentgenoloji tapıntıları; və geniş spektrli antimikrob vasitələrinin
qəbulunun effektiv olmaması. (QEYD:
M. tuberculosis kompleksinə qarşı florxinolonların
qəbulu effektli olmasına görə və bu səbəbdən, vərəmli xəstələrdə müvəqqəti yaxşılaşmaya
səbəb ola biləcəklərinə görə, onlar qəbul olmamalıdır. Bu cür xəstələr üçün bəlğəm əkməsi
olunmalıdır. Ağır İİV-li xəstələrdə və ya İİV-ə yoluxması təsdiq olunan və ya sübhəli şəxslərdə
diaqnostik müayinələr təcili edilməlidir və əgər kliniki əlamətlər vərəmi təsdiq edirsə, vərəmə
qarşı müalicə kursunun qəbuluna başlamaq lazımdır.
Standart 6. İntratorakal vərəmə (məs.,ağ ciyər, plevra və mediastenal və ya hilar limfa
düyünləri) sübhəli bütün uşaqlarda bəlğəmin (hayxırma nəticəsində əldə olunan bəlğəmin, mədə
yumalarının və ya induksiya olunmuş bəlğəmin) mikroskopiyasının və əkilməsinin müayinəsi
ilə bakterioloji təqdiqləmə əldə olunmalıdır. Mənfi bakterioloji nəticələr əldə olunursa, vərəmin
diaqnostikası döş qəfəsinin rentgen şəklində vərəmə dair əlamətlərin olması, yoluxucu xəstəlik
halına məruz qalma tarixcəsi, vərəmə yoluxmanın sübütu (müsbət tuberkulin dəri testi və ya
interferon qamma reliz analizi) və vərəmi təsdiq edən kliniki əlamətlərin əsasında olmalıdır. Ağ
ciyərdən kənar vərəmə sübhəli uşaqlarda bədənin zədələnməsi güman edilən nahiyyələrindən
mikroskopiya, əkmə və histipatoloji müayinələr üçün müvafiq nümunələr əldə olunmalıdır.
Əlavə 1
Vərəmə qayğı üzrə Beynəlxalq Standartlar
2ci Nəşr
Müalicə Standartları
Standart 7. Xəstəni vərəmdən müalicə edən hər hansı müalicə həkimi vərəmin dərmanlara qarşı
rezistent formasının yaranmasında və infeksiyanın ötürülməsinin qarşısının alınmasında cəmiyyət
qarşısında vacib səhiyyə məsuliyyəti daşıyır. Bu borcunu yerinə yetirmək üçün müalicə həkimi yalnız
müvafiq müalicə rejiminin təyin edilməsilə deyil, eləcədə lazım olanda xəstənin müalicəyə riayət
edilməsinin qiymətləndirilməsi və biruzə olunan zəif riayət edilmə haqqında tədbirlərin görülməsi üçün
yerli səhiyyə xidmətlərinin və digər təşkilatların cəlb olunması ilə məşğul olmalıdır.
Standart 8. Əvvəlcədən müalicə olunmayan bütün xəstələr (İİV infeksiyalılar da daxil olmaqla)
məlum bioloji dəyərə malik olan dərmanlardan istifadə edərək, beynəlxalq səviyyədə qəbul edilən birinci
sıra müalicə rejimini qəbul etməlidirlər. Müalicənin ilk mərhələsi iki ay ərzində qəbul olunan izoniazid,
rifampisin, pirazinamid və etambutol dərmanlardan ibarət olmalıdır. Müalicənin davamedici mərhələsi
4 ay ərzində qəbul olunan izoniazid və rifampisin dərmanlarından ibarət olmalıdır. İstifadə edilən
vərəmə qarşı dərmanların dozalarının təyinatı beynəlxalq tövsiyyələrlə uyğun gəlməlidir. İki (izoniazid
və rifampisin), üç (izoniazid, rifampisin və pirazinamid) və dörd (izoniazid, rifampisin, pirazinamid və
etambutol) fiksasiya edilmiş dərman dozalarının kombinasiyalarından istifadə etmək xüsusilə tövsiyə
edilir.
Standart 9. Müalicəyə riayətin qiymətləndirilməsi və baxılması üçün bütün xəstələrə onların
ehtiyaclarına və xəstə və səhiyyə təminatçı arasında olan birgə hörmətə əsaslanan dərman müalicəsinin
təyinatına qarşı xəstə-mərkəzləşdirilmiş yanaşmanın yaradılması lazımdır. Nəzarət və dəstək fərdi olub,
xəstənin konsultasiyası və maarifləndirilməsi daxil olmaqla, məsləhət görülən müdaxilələrin (bəlkə
seçimlərin) və mümkün olan dəstək xidmətlərinin tam ceşidini təşkil etməlidir. Xəstə-mərkəzləşdirilmiş
strategiyasının əsas elementi müalicə rejiminə riayət edilməsinin qiymətləndirilməsi və dəstəklənməsi və
zəif riayət edilmə halları baş verəndə uyğun tədbirlərin görülməsindən istifadə edilməsidir. Bu tədbirlər
fərdi xəstənin vəziyyətinə uyğun və xəstə və müalicə təminatçısı ilə qarşılıqlı şəkildə aparılmalıdır. Bu cür
təbdirlərə birbaşa dərman təyinatına müşahidə (birbaşa müşahidə altında DOT terapiyası) və xəstə və
səhiyyə sisteminə münasib və cavabdeh olan müalicəyə dəstək verən şəxsin müəyyən edilməsi və təlimi
(vərəmə dair və, əgər lazım olsa, İİV-ə həmçinin) daxil edilə bilər. Maliyyə dəstəyi də daxil olmaqla
müvafiq həvəsləndirici vasitələr də müalicəyə riayətin yaxşılaşmasına gətirə bilər.
Standart 10. Ağ ciyər vərəmli xəstələrin müalicəyə reaksiyasının nəzarəti üçün müalicənin ilkin
mərhələsinin sonunda (iki ay) bəlğəm yaxmasının mikroskopiyası (iki nümunə) edilməlidir. Əgər
müalicənin ilkin mərhələsinin sonunda bəlğəm yaxması müsbətdirsə, bəlğəm yaxmaları təkrar 3-cü
ayda müayinə olunmalıdır və əgər müsbət nəticə alınsa, izoniazid və rifampisinə qarşı rezistentliyin
yoxlanması üçün əkmə və həssaslıq testi olunmalıdır. Ağ ciyərdən kənar vərəmli xəstələrin və uşaqların
müalicəyə reaksiyası kliniki cəhətdən ən yaxşı qiymətləndirilmədir.
Standart 11. Əvvəlki müalicənin tarixçəsinə əsaslanaraq, dərmanlara qarşı güman edilən
rezistentliyin, dərmanlara qarşı rezistentli basilləri olan mümkün mənbəyə məruz qalma hallarının və
cəmiyyətdə yayılan dərmanlara qarşı rezistentliyin qiymətləndirilməsi bütün xəstələr üçün aparılmalıdır.
Əvvəl müalicə olunan bütün xəstələr üçün müalicənin başlanmasında dərmanlara qarşı həssaslıq testinin
qoyulması lazımdır. Müalicənin 3-cü ayının tamamlanmasında bəlğəm yaxması müsbət qalan xəstələr
və uğursuz müalicəsi olan, imtina və ya residivi olan və ya dərman rezistentliyi güman edilən xəstələrə
əkmə və dərmanlara qarşı həssaslıq testləri (ən azı izoniazid və rifampisinə qarşı) təcili olunmalıdır.
İnfeksiyanın ötürülmə təhlükəsinin azalmasına dair xəstənin təcili konsultasiyası və maarifləndirilməsi
prosesi başlanmalıdır. Müalicə müəssisəsinə müvafiq olan infeksiyaya nəzarət tədbirləri görülməlidir.
Əlavələr
Standart 12. Dərmanlara qarşı rezistent forması (xüsusilə MDR/XDR) Vərəmli və ya
Vərəmə yoluxmanın ehtimalı böyük olan xəstələr ikinci sıra dərman vasitələri tərkibli xüsusi
müalicə rejimləri ilə müalicə olunmalıdırlar. Seçilmiş müalicə rejimi standartlaşdırılmış və ya
dərmanlara qarşı təsdiq və ya güman edilən rezistenlik əsasında qurulmuş ola bilər. Basillərin
həssas olmaları bilinən və ya güman edilən ən azı dörd dərman vasitəsi, inyeksion preparat
daxil olmaqla, istifadə və müalicə əkmə konverisyasına qədər ən azı 18 ay müddətində qəbul
olunmalıdır. Xəstə -mərkəzləşdirilmiş tədbirlər müalicəyə riayət edilməsinin təmin olunması
üçün tələb olunur. MDR/XDR vərəmli xəstələrin müalicəsində təcrübəsi olan mütəxəssislə
konsultasiya təşkil olunmalıdır.
Standart 13. Hər bir xəstənin qəbul etdiyi bütün dərmanların, müayinə cavablarının və
əlavə təsirlər haqqında məlumatların yazılı hesabatları qorunub saxlanmalıdır.
İİV İnfeksiyası və digər yanaşı gedən Xəstəlik hallarına Yanaşma Standartları
Standart 14. Vərəmli və ya Vərəmə sübhəli bütün xəstələr üçün İİV yoxlaması və
konsultasiya tövsiyyə edilməlidir. Umumi əhali arasında İİV infeksiyasının yüksək yayılan
ərazilərdə yaşayan bütün xəstələr, İİV-lə əlaqəli əlamətləri olan xəstələr və İİV-ə məruz qalmanın
yüksək risk ehtimalı olan xəstələr üçün İİV-ə yoxlama testinin edilməsi rutin idarəedilmənin
xüsusi zəruriyyət daşıyan bir hissəsidir. Vərəm və İİV infeksiyanın yaxın əlaqəsinin olmasına
görə, İİV yüksək yayılan ərazilərdə hər iki infeksiyaya qarşı profilaktika və müalicəyə dair birgə
yanaşmaların olması məsləhət görülür.
Standart 15. Vərəmli və İİV infeksiyalı bütün xəstələr vərəmə qarşı müalicə kursu
müddətində antiretroviral müalicənin təyin olunmasının müəyyən edilməsinə dair
qiymətləndirilməlidirlər. Antiretroviral müalicənin təyin olunması üçün uyğun xəstələrin
antiretroviral dərman vasitələrə nail olmaları üçün müvafiq tədbirlər görülməlidir. Lakin, vərəmə
qarşı müalicənin başlanması ləngiməməlidir. Vərəmli və İİV infeksiyalı xəstələr həmçinin digər
yoluxucu xəstəliklərə qarşı profilaktika məqsədilə ko-trimoksazol qəbul etməlidirlər.
Standart 16. Dəqiq şəkildə müayyinə olunduqdan sonra, aktiv vərəm aşkar olmayan İİV
infeksiyalı şəxslər güman edilən vərəmin latent formasına qarşı 6-9 ay ərzində izoniazid qəbul
etməlidirlər.
Standart 17. Bütün təminatçılar vərəmə qarşı müalicənin reaksiyasına və ya nəticəsinə
təsir edə bilən yanaşı gedən xəstəlik hallarının tam müəyyənləşdirilməsini aparmalıdırlar.
Müalicə planı tərtib olunan vaxtı, təminatçı hər xəstə üçün müalicənin optimal nəticəsinə
dəstək edən əlavə xidmətləri müəyyən etməlidir və xəstəyə qulluq üçün hazırlanan fərdi plana
bu xidmətləri daxil etməlidir. Bu plana xüsusilə müalicə nəticəsinə təsir edə bilən digər xəstəlik
hallarının ( məsələn, şəkərli diabet) müalicəsinə göndərilməni və qiymətləndirilməni və narkotik
maddələrə və spirtli içkilərə qarşı müalicə proqramları, siqaret çəkilməsinin dayandırılmasına
yardım edən proqram, digər psixoloji-sosial dəstək xidmətləri və ya antenatal və ya uşağa qayğı
kimi xidmətlər daxil edilməlidir.
Səhiyyə üçün Standartlar
Standart 18. Vərəmli xəstələrə qayğı göstərən bütün təminatçılar yoluxucu vərəmli
xəstələrlə yaxın təmasda olan şəxslərin beynəlxalq tövsiyyələrə uyğun qiymətləndirilməsini və
idarəedilməsini təmin etməlidirlər. Təmas yoxlamalar üçün prioritetlərin müəyyən edilməsi
təmasda olmaq ehtimalına əsaslanır: 1) diaqnozu qoyulmayan vərəmlı şəxslə təmasda olmaq;
2) yoluxma baş verəndən sonra, vərəmin inkişafına yüksək ehtimal olan şəxslə təmas; 3) əgər
xəstəlik inkişaf edibsə, ağır vərəm riski olan şəxslə təmas; və 4) müəyyən xəstəlik halına malik
xəstədən yoluxma riski yüksək olan şəxslə təmas halı. Qiymətləndirilmə üçün yüksək prioreti
olan təmas halları:
Vərəmə sübhəli əlamətləri olan şəxslər
5 yaşından aşağı olan uşaqlar
Zəif immun sisteminə malik olan və ya zəif immun sisteminə malik olduğu ehtimal
edilən, xüsusilə İİV infeksiyalı xəstələrlə təmas halları
MDR/XDR vərəmli xəstələrlə təmas halları. Digər yaxın təmaslar aşağı prioritet
qrupuna aiddir.
Standart 19. Yoluxucu xəstə ilə yaxın təmasda olan və dəqiq yoxlamadan sonra, aktiv
vərəm aşkar edilməyən 5 yaşından aşağı uşaqlar və İİV infeksiyalı hər hansı yaşda olan xəstələr
güman edilən latent vərəm infeksiyasına qarşı izoniazidlə müalicə olunmalıdırlar.
Standart 20. Yoluxucu vərəmə sübhəli və ya yoluxucu vərəmli xəstələrə qayğı göstərən
hər müalicə müəssisəsi vərəm infeksiyasına müvafiq nəzarət planını yaratmalı və onun yerinə
yetirilməsi ilə məşğul olmalıdır.
Standart 21. Bütün müalicə təminatçıları həm yeni, həm də təkrar müalicə olunan vərəm
halları və onların müalicə nəticələri haqqında müvafiq rəsmi tələblərə və siyasətə uyğun yerli
səhiyyə orqanlarına hesabat verməlidirlər.
Texniki Dəstəyə dair Vərəm Koalisiyası. Vərəmə Qayğı üzrə Beynəlxalq Standartlar (VQBS). Haaqa: Texniki
Dəstəyə dair Vərəm Koalisiyası, 2ci Nəşr 2009. (mənbuatda)
Əlavələr
Xəstə üçün Bəlğəm Toplanmasına dair Təlimatlar
Müay nə üçün bəlğəm n toplanması
Vərəmə sübhəli şəxslərin ağ ciyərlərində Vərəm çöplərinin olub-olmamasını müəyyən
etmək üçün ona bəlğəmin müəyyinəsinə
ehtiyac olduğunu
bildirin
.
tərəflərini
işarələyin
(lakin qapağı yox).
- Vərəmin diaqnostikasına 3 nümunə
lazımdır.
- Nəzarət müayinəsi üçün 2 nümunə
lazımdır.
Bəlğəm müayyinəsinə Göndəriş Formasını doldurun .
Bəlğəmin toplanmasına dair atılmalı olan addımları tam və aramla başa salın və
göstərin.
*
Vərəmə sübhəli şəxsə müayinə üçün qabın açılmasını və bağlamasını göstərin.
*
Dərin nəfəs alıb, güclü öskürməyi necə etmək lazım olduğunu göstərin. Vərəmə
sübhəli şəxs ağız suyu deyil bəlğəm gətirməlidir.
*
Başa salın ki, Vərəmə sübhəli şəxs dərindən öskürüb, bəlğəmi səliqəli şəkildə
müayinə qabına tüpürməlidir.
Toplanma
*
Vərəmə sübhəli şəxsə müayinə qabını və qapağını verin.
*
Vərəmə sübhəli şəxsi bəlğəm nümunəsinin toplanması üçün mümkündürsə,
açıq havaya və ya yaxşı ventilyasiyalı, digər insanlardan uzaq və yalnız qala bilən
yerə göndərin.
*
Vərəmə sübhəli şəxs bəlğəm nümunəsilə qayıdan zaman, müayinə qabına
fikir verin. İçində kifayət gədər bəlğəm (yalnız ağız suyu deyil) varmı? Əgər
yoxdursa, onda Vərəmə sübhəli şəxsdən təkrar bəlğəm gətirməsini xahiş edin.
*
Vərəmə sübhəli şəxsə lazım olsa, növbəti bəlğəm nümunəsinin nə vaxt
toplanmasını başa salın. (Aşağıdakı cədvələ bax.)
Əlavə 2
VƏRƏM NÜMUNƏSI
Ad:
Müalicə müəssisəsi:
Tarix:
Nümunə nömrəsi.
Xəstə üçün Bəlğəm Toplanmasına dair Təlimatlar
Üçüncü nümunəni toplayanda, Vərəmə sübhəli şəxsə nəticələri əldə etmək üçün nə
zaman gəlməsini bildirin.
Saxlama qaydaları
*
Qapağın yaxşı bağlanmasını yoxlayın. Lazım olsa, müayinə qabının üstünü si-
lin.
*
Mümkündürsə, hər bəlğəm qabını öz plastik torbasına qoyun və ya qəzetə
bükün.
*
Soyuq yerdə saxlayın.
*
Əllərinizi yuyun.
Göndərilmə
*
Nümunələri müalicə müəssisəsindən laboratoriyaya göndərin.
*
Bəlğəmin toplanmasından laboratoriyaya çatdırılmasına qədər olan ümumi
vaxt 5 gündən artıq olmamalıdır.
Əlavə 2
Üç bəlğəm nümunə toplanmasına dair cədvəl
1-ci Gün:
*
Yuxarıda təsvir edildiyi kimi bəlğəm nümunəsini “yerində” toplayın
(Nümunə 1).
*
Vərəmə sübhəli şəxsə sabah səhər erkən bəlğəm nümunəsinin necə
toplanmasını başa salın (yuxudan oyanan kimi birinci bəlğəm). Vərəmə
sübhəli şəxsə işarə olunan müayinə qabını evə aparmağa verin. Ondan
nümunəni sabah səhər müalicə müəssisəsinə gətirməsini xahiş edin.
2-ci Gün:
*
Vərəmə sübhəli şəxsdən səhər erkən nümunəni qəbul edin. (Nümunə 2).
Əlavələr
İİV müsbətli xəstələrdə ACV diaqnozu – Vərəm İİV üzrə Dərslikdən Əlavə 3
ACKV Diaqnozuna Yardım üçün Təklif olunan Kliniki
Səciyyəvi Xüsusiyyətlər - Vərəm İİV üzrə Dərslikdən (2007)
Əlavə 4
Əlavələr
Dərman haqqında Məlumat
Əlavə 5
Vərəmə qarşı dərmanların tövsiyyə edilən dozaları
Dərman (qıssadılmış
forma ilə)
Tövsiyyə edilən doza
Buraxılış formaları
Gündəlik
Həftədə 3 dəfə
Rifampisin (R)
8 – 12 mq/kq
8 – 12 mq/kq
150 mq və ya 300 mq həblər
Izoniazid (H)
4 – 6 mq/kq
8 – 12 mq/kq
100 mq və ya 300 mq həblər
Pirazinamid (Z)
20 – 30 mq/kq
30 – 40 mq/kq
400 mq həblər
Etambutol (E)
15 – 20 mq/kq
25 – 35 mq/kq
100 mq və ya 400 mq həblər
Streptomisin (S)
12 – 18 mq/kq
12 – 18 mq/kq
Flakon 1q (ƏD)
Dərmanların fiksasiya olunmuş doza kombinasiyalarının mümkün olan buraxılış formaları
Fiksasiya olunmuş doza
kombinasiyaları
Buraxılış formaları (kombinasiyalı həblər)
Gündəlik təyinat üçün
Həftədə 3 dəfə təyinat üçün
Rifampisin + Izoniazid (RH)
(R 300 mq + H 150 mq), və ya
(R 150 mq + H 75 mq), və ya
(R 60 mq + H 30 mq)*
(R 150 mq + H 150 mq), və ya
(R 60 mq + H 60 mq)*
Izoniazid + Etambutol (HE)
(H 150 mq + E 400 mq)
Mövcud deyil
Izoniazid + Tioasetazon (HT)
(H 300 mq + T 150 mq), və ya
(H 100 mq + T 50 mq)*
Mövcud deyil
Rifampisin + Izoniazid + Pira-
zinamid (RHZ)
(R 150 mq + H 75 mq +
Z 400 mq), və ya
(R 60 mq + H 30 mq + Z 150
mq)*
(R 150 mq + H 150 mq +
Z 500 mq)
Rifampisin + Isoniazid + Pira-
zinamid + Etambutol (RHZE)
(R 150 mq + H 75 mq + Z 400
mq + E 275 mq)
Mövcud deyil
Dərmanlara rezistent Vərəm əleyhinə müalicədə istifadə olunan vərəmə qarşı dərmanların
bədən çəkisinə əsaslanan dərman dozaların təyinatı
DƏRMANLAR
(DƏRMAN ADLAR-
IN QİSA FORMASI),
(ÜMUMİ BURAXILIŞ
FORMASI)
<33 kq
BƏDƏN ÇƏKİSİ ÜZRƏ SİNİFLƏR
>70 kg
(HƏMÇİNİN
DƏRMANIN
MAKSİMAL
DOZASI)
33–50 kq
51–70 kq
QRUP 1: BIRINCI SIRA PERORAL VƏRƏMƏ QARŞI DƏRMAN VASITƏLƏRİ
Izoniazid (H)
(100, 300 mq)
4–6 mq/kq gündəlik
və ya 8–12 mq
həftədə 3 dəfə
200–300 mq
gündəlik və ya
450–600 mq həftədə
3 dəfə
300 mq gündəlik və
ya 600 mq
həftədə 3 dəfə
300 mq gündəlik və ya
600 mq
həftədə 3 dəfə
Rifampisin (R)
(150, 300 mq)
10–20 mq/kq
gündəlik
450–600 mq
600 mq
600 mq
Etambutol (E)
(100, 400 mq)
25 mq/kq gündəlik
800–1200 mq
1200–1600 mq
1200–1600 mq
Pirazinamid (Z)
(500mq)
30-40 mq/kq gündəlik
1000–1750 mq
1750–2000 mq
2000mq - 2500mq
QRUP 2: İNYEKSION VƏRƏMƏ QARŞI DƏRMAN VASITƏLƏRI
Streptomisin (S)
(1 q flakon)
15–20 mq/kq
gündəlik
500–750 mq
1000 mq
1000 mq
Kanamisin (Km) (1 q
flakon)
15–20 mq/kq
gündəlik
500–750 mq
1000 mq
1000 mq
Amikasin (Am)
(1 q flakon)
15–20 mq/kq
gündəlik
500–750 mq
1000 mq
1000 mq
Kapreomisin (Cm)
(1 q flakon)
15–20 mq/kq
gündəlik
500–750 mq
1000 mq
1000 mq
Dərmanlar haqqında Məlumat
Əlavə 5
Əlavələr
Dərmanlara rezistent Vərəm əleyhinə müalicədə istifadə olunan vərəmə qarşı dərmanların
bədən çəkisinə əsaslanan dərman dozaların təyinatı
DƏRMANLAR
(DƏRMAN ADLAR-
IN QİSA FORMASI),
(ÜMUMİ BURAXILIŞ
FORMASI)
<33 kq
BƏDƏN ÇƏKİSİ ÜZRƏ SİNİFLƏR
>70 kg
(HƏMÇİNİN
DƏRMANIN
MAKSİMAL
DOZASI)
33–50 kq
51–70 kq
QRUP 3: FLORXINOLONLAR
Ofloksasin (Ofx) (200,
300, 400 mq)
15–20 mq/kq
gündəlik
800 mq
800 mq
800–1000 mq
Levofloksasin (Lfx)
(200, 500 mq)
7.5–10 mq/kq
gündəlik
750 mq
750 mq
750–1000 mq
Moxifloksasin (Mfx)
(400 mq)
7.5–10 mq/kq
gündəlik
400 mq
400 mq
400 mq
QRUP 4: PERORAL BAKTERIOSTATIK IKINCI SIRA VƏRƏM ƏLEYHINƏ DƏRMANLAR
Etionamid (Eto) (250
mq)
15–20 mq/kq
gündəlik
500 mq
750 mq
750–1000 mq
Protionamid (Pto)
(250 mq)
15–20 mq/kq
gündəlik
600 mq
750 mq
750–1000 mq
Sikloserin (Cs) (250
mq)
15–20 mq/kq
gündəlik
500 mq
750 mq
750–1000 mq
Terizidon (Trd) (250
mq)
15–20 mq/kq
gündəlik
600 mq
600 mq
900 mq
P- aminosalisil turşusu
(PAS) (4 q paketik)
150 mq/kq gündəlik
8 q
8 q
8-12 q
PAS natrium duzu
İstehsalçıdan və hazırlanmasından asılı dozalar fərqli ola bilər: istehsalçı tərəfindən tövsiyyə edilən
dozaları yoxlayın
Tioasetazon (Thz)
Böyüklər üçün adətən 150 mq dozasında təyin olunur
Dərmanlar haqqında Məlumat
Əlavə 5
Dərmanlara rezistent Vərəm əleyhinə müalicədə istifadə olunan vərəmə qarşı dərmanların
bədən çəkisinə əsaslanan dərman dozaların təyinatı
QRUP 5: MƏLUM OLMAYAN EFFEKTIVLIYI ILƏ DƏRMANLARA QARŞI REZISTENT (DR)
VƏRƏM ƏLEYHINƏ DƏRMAN VASITƏLƏRI (MDR-VƏRƏMLI XƏSTƏLƏRDƏ RUTIN ISTIFADƏ
ÜÇÜN ÜST TƏRƏFINDƏN TÖVSIYYƏ EDILMƏYƏN). DR-VƏRƏM ÜÇÜN OPTIMAL DOZALAR
TƏYIN OLUNMAYIB.
Klofazimin (Cfz)
Böyüklər üçün adətən 100 mq-dan 300 mq-dək gündəlik doza təyin olunur.
Bəzi həkimlər 300 mq gündəlik dozadan başlıyıb, 4-6 həftədən sonra
Linezolid (Lzd)
100 mq-dək azaldırlar.
Amoksisiklin/
Klavulanat (Amx/
Clv)
Böyüklər üçün adətən 600 mq gündə 2 dəfə təyin olunur. Həkimlərin əksəriyyəti əlavə
təsirlərin azalması üçün 4-6 həftədən sonra 600 mq gündə bir dəfəyə azaldaraq təyin
edirlər.
Tioasetazon (Thz)
DR-Vərəm üçün dozalar müəyyən edilməyib. Böyüklər üçün normal doza 875/125 mq
gündə 2 dəfədən və ya 500/125 mq gündə üç dəfədən ibarətdir.
İmipenem/silastatin
(Ipm/Cln)
1000/250 mq dozadan da istifadə olunur, lakin əlavə təsirlər bu dozanın təyinatını
məhdudlaşdıra bilər.
Klaritromisin (Clr)
Böyüklər üçün adətən 150 mq təyin olunur
Yüksək dozada
izoniazid (Yüksək
dozada H)
Böyüklər üçün adətən 500-1000 mq-dan VD hər 6 saatdan bir vurulur.
Dərmanlar haqqında Məlumat
Əlavə 5
Əlavələr
Müalicə kartı
Əlavə 6
Müalicə kartı
Əlavə 6
Əlavələr
33>33> Dostları ilə paylaş: |