AST və ya ALT –nin qanda normal səviyyəsindən 5-10 dəfə artıq olanda orta toksiklik kimi
müəyyən edilir və normal səviyyədən 10 dəfədən artıq olanda ağır toksiklik sayılır. Yuxarda
göstərilən səviyyələrə çatanda, qanın biokimyəvi qeyri-normal göstəricələri sabitləşənə kimi
bütün dərmanların qəbulunu dayandırın, sonra isə dərmanları bir-bir təkrar təyin etməyə
başlayın. Dərmanların təkrar təyinatı səbəb amili olma ehtimalı ən az olan dərman qəbulu ilə
başlanmalıdır və əgər heç bir dəyişiklik müşahidə olunmursa, növbəti səbəb amili olma ehtimalı
az olan dərmanın təkrar qəbuluna başlanmalıdır (birinci R təkrar təyin edin, sonra E və sonunda
İ). Əgər qanın biokimyəvi qeyri-normal göstəriciləri normal səviyyəyə qayıtmırsa, onda sonuncu
dərman səbəb amili kimi müəyyən edilib, təkrar təyin olunmamalıdır.
Qanda AST və ALT səviyyələrin artmasına əlavə olaraq, bilirubin və alkalin fosfa-
taza səviyyələri bəzən disproporsional olaraq artır. Bu hal daha çox rifampisinin törətdiyi
hepatotoksikliyə aiddir.
9.2. Dəri səpkiləri
Əgər xəstədə qaşınma varsa və bunun digər səbəbi yoxdursa (məs., qotur), tövsiyyə edilən
yanaşma antihistamin qrupundan olan dərmanlarla simptomatik müalicəni sınamaqdan,
xəstəni təkrar müəyinə etməkdən və dərini qurumadan qorumaqdan, Vərəmə qarşı müalicəni
davam etdirməkdən və xəstəni yaxından müşahidə etməkdən ibarətdir. Lakin əgər simptoma-
tik (yəni qaşınma və ya ağrı) dəri səpkiləri inkişaf edirsə, Vərəmə qarşı bütün dərmanların
qəbulu dayandırılmalıdır. Baş verən reaksiya aradan qalxdıqdan sonra, Vərəmə qarşı dərmanlar
təkrar təyin oluna bilər. Reaksiyaya səbəb olan xüsusi Vərəm əleyhinə dərman bilinməyən za-
man, Vərəmə qarşı müalicənin təkrar təyin olunması şübhə altına düşür. Ümumiyyətlə, Siz
dəri səpkilərinə ən az səbəb olma ehtimalı olan ən effektiv dərmanı birinci təyin etməlisiniz.
Adətən təkrar təyin olunma qaydası H, R, Z-dir. Siz növbəti dərmanın təkrar təyin
edilməsindən əvvəl xəstənin reaksiyasını qiymətləndirmək üçün bir neçə gün gözləməlisiz.
9.3.
MDR-Vərəmli xəstələr arasında dərmanların əlavə təsirlərinin
olması
MDR-Vərəmə qarşı dərmanların yüksək toksikliyinə görə, bu cür xəstələr adətən
dərmanlara həssas olan Vərəmə qarşı dərman preparatları qəbul edən xəstələrdən fərqli olaraq
daha çox əlavə təsirlərlə qarşılaşırlar.
Bölmə 3
Vərəmli Xəstələrin Müalicəsi
Bu xəstələrin idarəedilməsi MDR-Vərəm üzrə mütəxəssislə məsləhətləşərkən yerinə
yetirməlidir. Daha ətraflı məlumat üçün MDR-Vərəm haqqında olan bölməyə bax.
10. Müalicə nəticələrinin müəyyən edilməsi
Müalicənin davamedici mərhələsində təyin olunan dərmanların düzgün
dozaları ilə xəstə tərəfindən qəbulu müalicə rejimini tamamlayır. Xəstə dərmanların
bəzi dozalarını qəbul etməyi nəzərdən qaçırıbsa, bütün dozalar qəbul olunana qədər
müalicə müddəti uzadılır. Müalicə nəticələrinin müəyyənləşdirilməsi MVP tərəfindən
təyin edilir, lakin bu halda əsasən ÜST-nın standart müəyyən etmə prosesinə riayət
edilir. Aşağıdakı cədvəldə yeni xəstə və ya təkrar müalicə rejimlərini qəbul edən xəstələr
üçün altı mümkün müalicə nəticəsinin müəyyən edilməsi göstərilib.
Yeni və təkrar müalicə rejimləri üçün müalicə nəticələrinin müəyyən edilməsi
Müalicə nəticələri
Müəyyən edilmə
Sağalma
Müalicənin son ayında və əvvəl ən azı bir dəfə bəlğəm yaxması mənfi olan
əvvəl bəlğəm yaxması müsbət xəstə
Müalicə tamamlanıb
Müalicəni tamamlayan, lakin sağalmış və ya uğursuz kimi təsnif edilə
bilməyən xəstə
Müalicənin
uğursuzluğu
Müalicənin 5–ci ayında və daha sonra bəlğəm yaxması müsbət olan xəstə*
Ölüm
Müalicə kursunu qəbul edən zaman hər hansı bir səbəbdən ölən xəstə
İstisna
Müalicəyə 2 ardıcıl ay və ya daha artıq fasilə verən xəstə
Köçürülmə
Digər qeydiyyat və hesabat bölməsinə köçürülən və müalicə nəticəsi
bilinməyən xəstə
Bütün müalicə nəticələrini xəstənin Vərəm Müalicə Kartına qeyd edin və nəticə
haqqında Vərəm proqramına xəbər verin.
Qeyd etmək lazımdır ki, yuxarıdakı göstərilən dərmanlara həssas olan Vərəmli
xəstələrin müalicə nəticələrinin müəyyən edilməsi MDR-Vərəmə qarşı müalicə
rejimlərinin müalicə nəticələrinin müəyyən edilməsindən fərqlidir. MDR-Vərəmli xəstələr
üçün olan müalicə nəticələrini Əlavə 7-də tapa bilərsiniz
*Həmçinin müalicənin 2-ci ayında bəlğəm yaxması müsbət nəticə verən, lakin əvvəl bəlğəm yaxması mənfi xəstələr.
Bu bölmədə Siz öyrəndiniz ki...
Xəstəliyin lokallaşma yerini və xəstənin növünü (yeni, istisna, residiv,
uğursuzluqdan sonra müalicə) necə müəyyən etmək lazımdır və xəstəliyin
təsnifatı əsasında xəstəyə təyin olunmalı müalicə kursu necə olmalıdır
DOT Vərəmə nəzarətdə ən zəruri elementdir və MDR-Vərəmin
profilaktikasıdır
DOT müddətində xəstə tərəfindən dərmanların düzgün qəbuluna əmin
olmaq üçün səhiyyə işçisi xəstəni Vərəmə qarşı dərmanları udan zaman
müşahidə edir
Bütün Vərəm müalicəsinin gedişatını və nəticəsini müəyyən etmək və hər
hansı əlavə təsirin təcili yardım müalicəsinin təşkili ilə Vərəm müalicəsinin
xəstə tərəfindən tam kursun tamamlanması üçün mütəmadi nəzarət
zəruridir
Ümumiyyətlə, bəlğəm xəstə müalicənin 5 ayını tamamlayandan sonra, yəni
nəzarət müayinə üçün müalicənin ilk mərhələsinin sonunda və müalicənin
ən sonuncu həftəsində toplanır. Bu, müalicə rejimindən asılı olacaq.
Birinci sıra dərmanların daxil olduğu müalicə rejimləri ilə müalicə olunan
az sayda Vərəmli xəstələrdə (0.7–14%) əlavə təsirlərə rast gəlinir.5 İkinci
sıra dərmanların istifadə edildiyi dərmanlara rezistent Vərəmin müalicə
rejimlərini təyin edəndə isə, bu əlavə təsirlərə aid rəqəmlər artır.
Xəstələr dərmanlara mümkün olan əlavə təsirlərin müəyyən edilməsi və
xəstənin müalicəyə riayətini qiymətləndirilməsi üçün ən azı hər ay kliniki
müayinədən keçməlidirlər
Xəstənin Vərəm Müalicə Kartına bütün nəticələri qeyd edin və Vərəm
proqramına nəticə haqqında məlumat verin
MDR-Vərəmli xəstələrin idarəolunması MDR-Vərəm üzrə mütəxəssislə
konsultasiya aparılaraq yerinə yetirilməlidir
Bölmə 3
Bölmə 3
Vərəmli Xəstələrin Müalicəsi
Biliklərinizin qiymətləndirilməsi üçün Suallar və Çalışmalar:
Vərəmli xəstələrin Müalicəsi
1. Müalicə rejiminin seçimi
Birinci tapşırıq aşağıda verilən xəstəlik halının növü və bakterioloji nəticələr
əsasında qurulmuş müvafiq müalicə rejimlərinin təyinatı qərarlarının verilməsi
olacaqdır.
Xəstə 1
JK 27 yaşlı küçə alverçidir
Yaxma nəticələri: Birinci Yaxma + İkinci Yaxma +++
Diaqnoz: Ağ ciyər Vərəminin yeni xəstəlik halı
Xəstə 3
LM, bir yaşlı uşaq və 24 yaşlı anası:
Uşağın döş qəfəsinin rentgen şəkli: Miliar Vərəm əlamətləri aşkar olunub
Ananın yaxma nəticələri: Birinci Yaxma ++ İkinci Yaxma ++
Xəstə 4
HT 40 yaşlı zəif bədən quruluşuna malik olan kişi 4-5 ay ərzində öz
tərəfindən təyin olunmuş Vərəm əleyhinə müalicəni qəbul edib
Yaxma nəticələri: Birinci Yaxma ++ İkinci Yaxma ++
Diaqnoz: Ağ ciyər Vərəmi
Xəstə 5
KL 52 yaşlı kişi, bədən çəkisinin kəskin azalması, öskürək, hərarət,
soyuqdəymə və iştahasının itməsi şikayətləri olan uzaq məsafələrə yola
çıxan yük maşını sürücüsüdür:
Müayinə nəticələri: İİV müsbət və Birinci Yaxma ++ İkinci Yaxma ++
Xəstə 6
TM 23 yaşlı qadındır, onun boynunun sağ hissəsində irinli mayenin
axıntısı müşahidə olunur.
Müayinə nəticələri: Limfa düyünün biopsiyasının TDB yaxması və
əkməsi
M. tuberculosis-ə müsbətdir.
Diaqnoz: Limfatik Vərəmin yeni xəstəlik halı
2. Əlavə Təsirlər
Bu tapşırıqda aşağıdakı xəstəlik hallarını oxuyub, əlavə təsiri olan hər xəstə
üçün hansı tədbirlərin görülməsi barədə qərar verməlisiniz.
Xəstə 1
JK ,27 yaşlı küçə alverçisinin yaxması müsbətdir və ağ ciyər Vərəminin yeni
xəstəlik halı var. Müalicəni qəbul etməsindən 3 həftə sonra bütün bədən boyu
əmələ gələn qaşınan səpkilər ilə qayıdıb.
Xəstə 5
KL 52 yaşlı İİV müsbət, ağ ciyər Vərəminə qarşı Vərəm müalicəsi qəbul edən uzaq
məsafələrə yola çıxan yük maşını sürücüsüdür. Mualicəsinin 2-ci ayında qarın
ağrısı, qusma və sarılıq muşahidə olunur.
3. Müalicəyə Nəzarət
Bu tapşırıqda aşağıda verilən xəstəlik hallarını oxuyun və hər xəstə üçün xəstəlik
halı haqqında məlumat və bakterioloji nəticələr əsasında nə edilməsinə qərar
verin.
Xəstə 1
JK 27 yaşlı küçə alverçisidir. DOT-u qəbul etməsinə baxmayaraq, 4 aydan sonra
xəstənin yaxması konversiya olmayıb. Daha sonra o, qeyd edib ki, onun yoldaşı
rezistent Vərəmdən öləndən sonra, o, çox qorxub. Aşkar olunub ki, onun yoldaşı
MDR-Vərəm müalicəsini qəbul etməyə başlayıb, lakin müalicədən 1 ay sonra
vəfat edib. Əvvəlki görüşlərdə öz yoldaşı haqqında danışmayıb.
Xəstə 4
HT 40 yaşlı, Yaxma konversiyası olmayan beş ay ərzində özü təyin edilən Vərəm
müalicəsini qəbul edən, zəif bədən quruluşuna malik kişidir. DOT altında Vərəm
əleyhinə müalicəsini 2 aydan sonra təkrar başlayan xəstənin bəlğəm yaxması
mənfi olub, onun bədən çəkisi 10 kiloqramadək artıb və o, daha öskürmür.
Bölmə 3
Vərəmli Xəstələrin Müalicəsi
4. Müalicə nəticələri
Bu tapşırıqda aşağıda verilən xəstəlik hallarını oxuyun və xəstəlik halları
haqqında məlumat və bakterioloji nəticələr əsasında hər xəstəyə hansı müalicə
nəticələrinin aid olması haqqında qərar verin.
Xəstə 1
JK 27 yaşlı, yeni xəstə üçün müalicəni 4-cü ay qəbul edərkən, yaxması konversiya
olmamış, küçə alverçisidir.
Xəstə 3
LM öskürəyi və inkişafı zəif olan bir yaşlı uşaqda miliar Vərəm diaqnozu qoyulub.
Yeni xəstə üçün müalicəni tamamlayandan sonra, döş qəfəsinin rentgen şəkli nor-
mal olub və uşaq normal inkişafa başlayıb, daha heç bir digər əlamətlər olmayıb.
Xəstə 4
HT 40 yaşlı kişidir. Əvvəl o, zəif bədən quruluşuna malik olmuşdur, lakin
müalicənin intensiv mərhələsi müddətində onun yaxması konversiya olunub, və
bütün sonrakı TDB bəlğəm yaxmalarının nəticələri mənfi olub. O, 6 aylıq tam
müalicənin davamedici mərhələsini tamamlayıb. Onun bədən çəkisində artım var
və daha şikayətləri yoxdur.
Xəstə 5
KL 52 yaşlı İİV müsbətli, Vərəm müalicəsini iki ay qəbul edən, uzaq məsafələrə
yola çıxan yük maşını sürücüsüdür. O, 2 ay bundan qabaq təyin olunan nəzarət
görüşə gəlməyib və onun DOT üzrə nəzarətçisi onu tapa bilmir.
Xəstə 6
TM 23 yaşlı, limfatik Vərəmi olan qadın 9 aylıq müalicəni tamamlayıb, limfa
düyünlərindən irinli mayenin ifrazı əhəmiyyətli dərəcədə azalıb və drenaj yeri
kiçilib, sonda sağalıb. Siz inanırsınız ki, onun Vərəmi sağalıb.
1: Müalicə Rejiminin Seçilməsi
XƏSTƏ 1
Bu xəstəyə yeni xəstəlik halı üçün olan 2(HRZE)/4(HR) müalicə rejimini təyin
edilməlidir.
XƏSTƏ 3
Hər iki xəstəni yeni xəstəlik halı üçün olan 2(HRZE)/4(HR) müalicə rejimi istifadə
edərək müalicə edin.
XƏSTƏ 4
HT yeni xəstəlik halı üçün olan müalicə rejimində uğursuz olub. Təkrar müalicə olunan
xəstələr üçün təyin olunan (2HRZES/5HRE) müalicə rejimindən istifadə edin. Əgər
mümkündürsə, DHT qoyulmasını tələb edin.
XƏSTƏ 5
Xəstəyə yeni xəstəlik halı üçün olan müalicə rejimi ilə müalicəni başlayın. Antiretroviral
müalicəni başlamaq üçün (əgər mümkündürsə) İİV statusunu müəyyən edin.
XƏSTƏ 6
Bu xəstə yeni xəstə kimi təsnif olunmalıdır. Onu 2(HRZE)/4(HR) rejimi ilə müalicə edin.
(Bəzi hallarda, adenopatiyanın qalması və ya qayıtması ilə əlaqəli, Vərəmli limfadenopatiyaya
qarşı terapiya standart 6 aylıq müalicədən daha artıq davam edilməsi tələb oluna bilər).
2: Əlavə təsirlər
XƏSTƏ 1
JK –nin dərmanlarının qəbulunu səpkilər keçənə qədər dayandırın. Dərmanları təkrar bir-
bir üç gün fasilə ilə, səpkiləri əmələ gətirən ən az ehtimalı oluna bilən dərmanla başlayıb,
adətən R,H,E və Z təyin etməyə başlayın.
XƏSTƏ 5
H, Z və ya R təsiri ilə mümkün ola bilən hepatotoksikliyi nəzərə alın. Qara ciyər funksiyasını
qiymətləndirin. Bütün dərmanların qəbulunu dayandırıb, virus mənşəli hepatiti istisna
edin. Qara ciyərin funksiyası yaxşılaşandan sonra (əlavə dərmanı təyin etməzdən qabaq 3
gün gözləyin) Rifampisin və Etambutol ilə təkrar dərmanların qəbuluna başlayın. Sonra H
və sonda Z əlavə edin. Əgər xüsusi dərmanın əlavə edilməsindən sonra əlamətlər qayıdarsa,
onda bu dərman zədələyən amil kimi müəyyən edilərək qəbulu dayandırılmalıdır. Vərəm
üzrə mütəxəssislə konsultasiya tövsiyyə edilir.
cavablar
Bölmə 3
Vərəmli Xəstələrin Müalicəsi
3: Müalicəyə Nəzarət
XƏSTƏ 1
JK üçün DHT qoyun. Əgər onun həyat yoldaşı MDR-Vərəm mualicəsini qəbul edibsə,
onda onun DHT nəticələri Vərəm proqramından əldə etmək mümkündür. MDR-Vərəm
üzrə mütəxəssislə məsləhətləşib, JK onun rezistentlik nümunələrinə əsasən qurulmuş MDR-
Vərəm müalicə rejimini istifadə edərək empirik üsulla onun DHT nəticələri geri qayıdana
qədər müalicə edin. DHT qoyulmalıdır.
XƏSTƏ 4
Xəstə müalicənin davamedici mərhələsində 4HR qəbuluna başlamalıdır, lakin onun qeyri-
müntəzəm müalicə tarixçəsinə əsaslanan DOT ilə təmin olunmalıdır.
4: Treatment Outcomes
XƏSTƏ 1
JK müalicənin uğursuzluğu kimi təsnif olunmalıdır və müalicəyə MDR-Vərəm üzrə
mütəxəssisin nəzarəti altında başlanmalıdır.
XƏSTƏ 3
LM müalicəni tamamlayan kimi təsnif olunacaq, lakin heç bir bəlğəm nümunəsi
toplanmayıb və TDB nəticələri əldə olunmayıb.
XƏSTƏ 4
Bu xəstənin müalicə nəticəsi sağalmış kimi müəyyən edilir.
XƏSTƏ 5
KL müalicədən imtina etmiş kimi təsnif olunacaq.
XƏSTƏ 6
Xəstənin müalicə nəticəsi həkimlərin qərarına əsaslanaraq müalicəni tamamlamiş kimi qeyd
olunacaq.
Bölmə 1
Vərəmin Etiologiyası və Patogenezi
Xüsusi Situasiyalar
Bölmə 4
4
Bölmə 4
Xüsusi Situasiyalar
Xüsusi Situasiyalar
D
iaqnostika olunan Vərəm xəstəlik hallarının əksəriyyəti effektli olan
standartlaşdırılmış müalicə rejimlərindən istifadə edilərək müalicə
olunmasına baxmayaraq, çox böyük bir qayğı tələb edən bir sıra xüsusi
situasiyalara rast gəlmək olur. Bu bölmədə Vərəm və İİV-li xəstələrin,
uşaqlarda Vərəmin, hamilə və süd əmizdirən qadınlarda Vərəmin və
MDR-Vərəmin idarəolunmasına diqqət yetiriləcək. VQBS-da təsvir olu-
nan kimi, bütün həkimlər:
Vərəmə şübhəli və ya Vərəmli bütün xəstələr İİV-ə aid məsləhətlər və
müayinələr ilə təchiz edilməlidirlər. Bu, İİV infeksiyası yuksək yayılan
ərazilərdə, İVV əlamətləri ilə əlaqəli kliniki vəziyyətlər olan xəstələrdə
və İİV təsirinə məruz qalma riski olan xəstələr üçün xüsusi onəm daşıyir.
(Standart 14)
Antiretroviral terapiyasına (ART) olan göstərişlər və digər yoluxucu
xəstəliklərin profilaktika məqsədi ilə təyin olunan kotrimoksazolla təchiz
olunması üçün İİV müsbət Vərəmli xəstələr qiymətləndirilməlidirlər.
(Standart 15)
İİV infeksiyası olan şəxslər aktiv Vərəmə qarşı qiymətləndirilməli və əgər
aktiv Vərəm istisna olunursa, güman edilən latent Vərəmə qarşı müalicə
edilməlidirlər. (Standart 16)
MDR-Vərəmə yoluxma riski olan xəstələr müəyyən edilməli və təsdiq
olunan MDR-Vərəm müvafiq müalicə rejimlər ilə mümkün dərəcədə tez
müalicə edilməlidir. (Standartlar 11 və 12)
Bölmə 4
Öyrənmə Məqsədləri
Bu bölmədə iştırakçılar öyrənəcəklər:
Vərəm/İİV ko-infeksiyalı, MDR-Vərəmli xəstələr, hamilə və
süd əmizdirən qadınlar və uşaqlarda olan xəstəlik halları kimi
ixtisaslaşdırılmış qayğı tələb edən Vərəmli xəstələri necə müalicə
etmək lazımdır.
BÖLMƏ 4
Xüsusi Situasiyalar
Bölmə 4
Xüsusi Situasiyalar
1. Vərəm və İİV
Vərəm hər hansı digər yoluxucu xəstəlikdən fərqli İİV-ə yoluxan şəxslərin bir
çoxunda ölüm hallarına səbəb olduğu üçün, İİV xəstəliyi olan bütün şəxsləri Vərəm
infeksiyasına və xəstəliyinə və Vərəmli xəstələrin İİV infeksiyasına qarşı yoxlanması
çox vacibdir. İİV-müsbət və İİV-mənfi xəstələr üçün ÜST-nın Vərəm nəzarətinə
dair strategiyasının prinsiplərinin eyni olmasına baxmayaraq, Vərəm infeksiyasına
yoluxma riskini, aktiv Vərəmə doğru inkişafını və Vərəm müalicə nəticələrinin zəif
olmasını artıran ən ciddi amil İİV-dir. İİV-müsbət xəstələrdə Vərəm infeksiyasına
qarşı yüksək şübhənin olması zəruridir, çünki İİV Vərəm infeksiyasının Vərəm
xəstəliyinə doğru inkişafını və ölüm hallarını artıran əhəmiyətli bir səbəbdir.
Vərəm/İİV xəstələrin idarəolunması Vərəm/İİV üzrə mütəxəssislə konsultasiya
edərək yerinə yetirilməlidir. 2-ci Bölmədə qeyd olduğu kimi, İİV ilə yaşayan insan-
larda Vərəmə yoluxma yükünü azaltmaq məqsədi ilə ÜST-nın Üç İ strategiyasına
əməl etmək üçün İİV infeksiyası olan xəstələrin diqqətlə qiymətləndirilərək aktiv
Vərəmin olmaması məlum olduqdan sonra, güman edilən latent vərəm infeksiyasına
qarşı izoniazid profilaktika terapiyasına (İPT) başlanmalıdır.
1.1. Antiretroviral terapiyanı (ART) nə vaxt başlamaq lazımdır
İİV infeksiyası diaqnozu qoyulan və ART təyin olunan aktiv Vərəmli
xəstələrdə ilk üstünlük ART –nin başlanması üçün düzgün vaxtın seçilməsi
haqqında müzakirələr davam edərkən, MVP –nın təlimatlarına əsasən Vərəm
əleyhinə müalicəni başlamaqdır. İİV yayılan ərazilərdə Vərəmli xəstələrin
müalicəsinin ilk iki aylarında xəstəlik-ölüm hallarının nisbi səviyyəsi yüksəkdir.
Bu səbəbdən ART-nı erkən başlamaq təklif olunur.
6
Alternativ olaraq, çox sayda
həblərin qəbulu, bir dərmanın digər dərmana qarşılıqlı təsirləri və immunoloji
yenidənqurma iltihabi sindromu (İRİS) mümkün olan hallar ART gec başlanması
yardımcı ola bilməsini ehtimal edirlər. Aşağıdakı verilən cədvəldə böyüklərin və
yeniyetmələrin İİV infeksiyası üçün ART gostərilib: bu mövzu üzrə daha ətraflı
məlumatların harda tapıla bilməsi haqqında səhiyyə yanaşması üçün tövsiyyələr.
Vərəmə qarşı terapiyanın başlanması ilə yanaşı birinci sıra ART-nın başlanğıcı
CD4 hüceyrə sayı
ART
Məsləhətləri
Vərəm müalicəsinin başlanması ilə əlaqəli
ART təyin olunma vaxtı
CD4 <200 hüceyrə/mm
3
ART məsləhət görülür
a
İki və səkkiz həftə arası
b
CD4 200 və 350 hüceyrə/
mm
3
arası
ART məsləhət görülür Səkkiz həftədən sonra
CD4 >350 hüceyrə/mm
3
ART yubadın
c
Vərəm müalicəsinin səkkizinci həftəsində və
sonunda xəstəni təkrar qiymətləndirin
Məlum deyil
ART məsləhət görülür
d
İki və səkkiz həftə arası
a Birinci sıra müalicə rejimi kimi təyin olunan Efavirenz (EFV)-tərkibli rejim məqsədəuyğun hesab olunur.
b Vərəm müalicəsinə dözümlü olmasını göstərən kimi, xüsusilə ağır dərəcədə immunosupresiyalı xəstələrdə, ART başlanmalıdır.
c ART başlanmalıdır əgər digər Vərəm olmayan xəstəlik mərhələsi 3 və ya 4-də aid əlamətlər müşahidə olunursa,
d Vərəmə qarşı müalicəsinin ümumilikdə yaxşı təsiri olan Vərəm diaqnozların bəziləri üçün (məs., limfa düyünlərin Vərəmi, ağır olmayan ekssu-
dativ plevrit) ART-nın yubanması müzakirə olunmalıdır.
1.2. R famp n və ant retrov ral terap ya
Vərəm müalicəsi ilə əlaqəli olan İİV müalicəsində bir dərmanın digər
dərmanla qarşılıqlı təsirlər arasında rifampin və qeyri-nukleozid əks
transkriptaza inhibitorlar (NNRTİs), efavirenz (EFV) və nevirapin (NVP)
arasında olan təsirlər ən vacib sayılır. Dünyanın əksər yerlərində rifamisin dərman
preparatlar ailəsindən yalnız rifampinə rast gəlmək olur, və Vərəmin yüksək
səviyyədə yayılan ərazilərdə ilkin antiretroviral müalicə rejimlər EFV və ya NVP
(nukleozid analoqları ilə birqə) dərman preparatlardan ibarətdirlər. Bundan
əlavə təsadüfi kliniki tədqiqatlarda öz gücünü və davamlığını göstərdiyinə görə,
inkişaf edən ölkələrdə ART ilk başlanması üçün məqsədəuyğun seçim EFV-əsaslı
terapiyasıdır.
7
Bir dərmanın digər dərmanla qarşılıqlı təsirlər arasında rifampin
və NNRTİs, EFV və NVP olan təsirlərə əsaslanaraq müəyyən fikirlər var.
Bölmə 4
Xüsusi Situasiyalar
Rifampin EFV-nin konsentrasiyasını ölçülə bilən, lakin az şəkldə dəyişərək
azaldır. EFV-nin dozasını gündəlik 600 mq-dən 800 mq-dək artırılması
rifampinin effektinin təsirini kompensasiya edir, lakin terapiyadan
mükəmməl viloloji nəticələr əldə etmək üçün dozanın bu qədər artırılmasına
elə də ehtiyac yoxdur. Onun viroloji fəaliyyətinin ən yaxşı proqnozlaşdırıcı
olan EFV-nin ən aşağı konsentrasiyası ilə yanaşı rifampin qəbul edən xəstələr
arasında in –vitro İİV –nun qarşısını almaq üçün olan konsentrasiyadan
yuxarı olmaqda qalır. Bu səbəbdən, standart dozaları ilə EFV-əsaslı ART və
rifampin-əsaslı Vərəmə qarşı müalicə hesab edilən həmin kombinasiyaya İİV-
lə əlaqəli Vərəmin müalicəsində üstünlük verilir (orijinal təlimat sənədindəki
cədvəl 1-ə bax). Bəzi mütəxəssislər 60 kq-dan az çəkisi olan xəstələr üçün 800
mq EFV dozasının qəbulunu tövsiyyə edirlər.
İİV-lə əlaqəli Vərəmli xəstələrin müəyyən hissəsi üçün EFV-əsaslı antiretroviral
terapiyada bir neçə seçimə ehtiyac var: EFV hamiləlik zamanı istifadə oluna
bilməz (ən azı ilk trimestr zamanı), bəzi xəstələr EFV təsirinə dözümlü deyillər
və bəziləri NNRTİ-rezistent olan İİV ştamlarına yoluxmuş olurlar. Birinci
sıra müalicə rejimlərinin seçimlərinə Nevirapin (NVP) və üçqat Nukleozid
Retro-Transkriptaza İnqibitorlarlarının (NRTİs) əsasında qurulmuş
Tenofovir DF (TDF) və ya Abacavir (ABC) müalicə rejimləri daxildir. NVP-
tərkibli müalicə rejimləri üçün 4, 8 və 12-ci həftədə qanda ALT səviyyəsi
yoxlanmalıdır; bundan sonra əlamətlər əsasında müalicə növü barədə qərar
qəbul olunmalıdır. Ritanovirin artıb-artmamasından asılı olmadan, standart
200> Dostları ilə paylaş: |