Həkimlər üçün Vərəm üzrə Təkmilləşdirmə Kursu



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix25.01.2017
ölçüsü4,8 Mb.
#6397
1   2   3   4   5   6   7   8   9   10   11
Bu bölmədə Siz öyrəndiniz ki... 
Vərəm 
Mycobacterium tuberculosis (M. tuberculosis) ilə törədilən 
yoluxucu bir xəstəlikdir
Ağ ciyər Vərəmli (ACV) xəstələr yoluxucudurlar və Vərəmi digər 
insanlara ötürə bilərlər
Digər insanı yoluxdurmaq üçün yalnız az miqdarda vərəm çöpü 
kifayətdir. İlkin yoluxma 
M. tuberculosis -ə birinci dəfə məruz 
qalan zaman baş verir
Nəfəsalma zamanı ağ ciyərə daxil olan nüvəli damcıların (
M. 
tuberculosis tərkibli) ölçüləri çox xırda olduğundan,onlar 
bronxların mukosiliar müdafiəni keçib, ağ ciyərin terminal 
alveollarında çökür 
Xəstəlik basillərin ağ ciyərdə çoxalması nəticəsində pnevmonik 
fokusun yaranması ilə başlanır
İlkindən sonrakı Vərəm ilkin yoluxmadan bir neçə il sonra latent 
Vərəm oçağının reaktivasiyası nəticəsində inkişaf edə bilər
Bir insanın yoluxma riski 
M. tuberculosis-in havada 
konsentrasiyası, nüvəli damcı tərkibli havanın təsirinə məruz 
qalma vaxtı, Vərəmli xəstənin bədənində basillərinin miqdarı 
və ya yoluxuculuq dərəcəsi, məruz qalma baş verən yerdə 
ventilasiyanın vəziyyəti və infeksiyaya şəxsi həssaslıq kimi bir 
neçə amildən asılıdır
Yoluxucu Vərəmli xəstə ilə təmasa məruz qalan insanların hamısı 
M. tuberculosis-ə yoluxmur və Vərəmə yoluxma heç də həmişə 
Vərəm xəstəliyinə gətirib çıxarmır
M. tuberculosis-ə yoluxan (90 %-a yaxın) insanların 
əksəriyyətində Vərəm xəstəliyi heç vaxt inkişaf etmir (burada onu 
da qeyd etmək lazımdır ki, həmin insanların immun sistemi İİV 
infeksiyası və ya digər xəstəliklər nəticəsində zəifləməyib)
İİV-ə və Vərəmə yoluxan şəxsdə bir il ərzində Vərəm xəstəliyinin 
inkişaf ehtimalı 5-15 % təşkil edir
Bölmə  1

1. Hansı bənddə Vərəmin necə ötürülməsi qeyd edilib?
Bütün düzgün bəndləri seçin.
a) Yoluxucu Vərəmli xəstələrlə yaxın təmasda olmaq yoluxmanın ən yüksək 
ehtimalı deməkdir.
b) Latent Vərəmli xəstə  
M. tuberculosis-i öskürən, asqıran, danışan və ya oxuyan 
zaman ifraz edir.
c) Vərəm xəstəliyi vərəm basil tərkibli nüvəli damcılar vasitəsilə yayılır.
d) Vərəm yemək zaman eyni əşyalardan istifadə etməklə yayılır.
2. Aşağıda verilən bəndlərin hansı ilkin yoluxmanı təsvir edir?
Bütün düzgün bəndləri seçin. 
a) 
M. tuberculosis –nin təsirinə birinci dəfə məruz qalanda baş verir 
b) 
M. tuberculosis ağ ciyərlərin terminal alveollarında yerləşir
c) İlkin yoluxmadan 4-6 həftə sonra immun sisteminin reaksiyası yaranır.
d) Xüsusi yerləşməyə malik patoloji zədələnmə, çox vaxt toxumanın yayılmış 
destruksiyası və kavernaların əmələ gəlməsi ilə nəticələnir
3. Vərəm yüksək yayılan ölkələrdə BCG Peyvəndin vurulması məsləhətdir:
a) bütün yeni doğulmuş uşaqlara
b) İİV-ə yoluxması məlum olanlar istisna olmaqla, bütün yeni doğulmuş 
uşaqlara
c) Vərəmə yoluxma riski yüksək olan yeni doğulmuş uşaqlara
d) Vərəmə yoluxma riski yüksək olanlar istisna olmaq şərtilə, bütün yeni 
doğulmuş uşaqlara
Biliklərinizin qiymətləndirilməsi üçün Suallar və Çalışmalar:
 
Vərəmin Etiologiyası və Patogenezi 

Bölmə 1
 Vərəmin Etiologiyası və Patogenezi  
4. Aşağıdakı fikri tamamlayın.
İİV-la əlaqəli zəif immun sistemi Vərəm ______ Vərəm______ doğru inkişafına 
təsir  edən  ______amildir.  Həm  İİV-a,  həm  də  Vərəmə  yoluxan  şəxsdə  Vərəm 
xəstəliyinin yaranma riski______ 5-15 % olur....
5. Vərəmin ötürülmə riski bu dörd amildən asılıdır?
1. 
2. 
3. 
4. 
6. Aşağıda verilən qrupların hansında Vərəmə yoluxmanın Vərəm xəstəliyinə 
doğru inkişafına daha yüksək ehtimal var?
Bütün düzgün bəndləri seçin.
a) İİV-ə yoluxan insanlar
b) Digər tibbi vəziyyətlərə görə, zəif immunitetə malik olan insanlar (məs., 
sitostatiklər, şüalanma və ya kortikosteroidlər qəbul edən şəxslər, şəkərli 
diabet və ya mədə/duodenal peptik xora xəstəliyi və ya digər xəstəliklər)
c) Siqaret çəkənlər
d) Bədən çəkisi azalmış insanlar (ideal bədən çəkisindən 10 % və ya daha aşağı) 
e) Spirtli içkilər və/və ya narkotik maddələrdən asılı insanlar 
1:   a,b,və c
2:  a,b,c və e
3:   b
4:   daha vacib, infeksiya, xəstəlik və il ərzində
5:   1. Məruz qalma vaxtı
      2. Havanın həcmi
      3. Ventilasiya
      4. Yoluxucu xəstənin bədənində basillərinin miqdarı
6:   a,b,c,d və e
cavablar

Bölmə 1
 Vərəmin Etiologiyası və Patogenezi  
Vərəmin diaqnostikası
Bölmə 2

2

Bölmə 2
 Vərəmin diaqnostikası   
Vərəmin diaqnostikası
İnfeksiyanın digər insanlara ötürülməsindən əvvəl müalicəyə başlamaq üçün 
ən  yoluxucu  xəstələrin  (SS+  ACV-li  olanlar)  erkən  aşkarlanması  əsasdır. 
Bu  cür  xəstəlik  hallarının  erkən  aşkarlanması  və  müalicəsi  həm  xəstənin 
sağalmasını  tezləşdirir,  həm  də  Vərəm  çöplərinin  ağ  ciyərləri  destruksiya 
etməsini məhdudlaşdırır. 
Bu bölmədə bütün həkimlərin əməl etməli olduqları 
VQBS standartları və 
məqsədləri aşağıda qeyd edilib:
Bütün böyükləri öskürək barəsində sorğulamaqla Vərəmə şübhəli şəxslərin 
identifikasiyası. Əgər insanda 2-3 həftə və ya daha artıq müddətdə davam 
edən, mənbəsi məlum olmayan bəlğəmli öskürək müşahidə olunursa, onda 
bu şəxs ACV-nə şübhəli sayıla bilər. (Standart 1)
Vərəmin  aşkarlanması  və  müalicəsinin  monitorinqi  üçün  əsas  vasitə  kimi 
mikroskopiyaya  yüksək  keyfiyyətli  bəlğəm  nümunələrinin  (iki  nümunə) 
toplanmasını təmin etmək lazımdır. (Standartlar 2 və 4)
Bəlğəm  yaxması  müsbət,  bəlğəm  yaxması  mənfi,  ağ  ciyərdən  kənar, 
dərmanlara  rezistent,  İİV-lə  yanaşı  gedən  və  pediatrik  Vərəm  növlərinin 
düzgün  diaqnostikası  üçün  lazımi  diaqnostik  testlərin  (bura  bəlğəm 
yaxmaları, rentgenografiya, 
M. tuberculosis-in əkməsi və dərmanlara həssaslıq 
testləri  daxildir)  sifariş  edilməsi  (və  ya  müvafiq  bir  təşkilata  müraciət 
edilməsi). (Standartlar 3, 5 və 11)
Vərəmə  şübhəli  uşaqların  diaqnostikasında  bakterioloji  təsdiqlənmənin 
bəlğəmin  mikroskopiyada  yoxlanması  və  əkilməsi  ilə  yanaşı  baş  verməsini 
təmin etmək lazımdır. Mənfi bakterioloji nəticələr olan zaman, diaqnostika 
rentgenoloji cəhətdən tapılan Vərəmə uyğun patoloji əlamətlərə və ya Vərəmə 
yoluxma və ya yoluxucu xəstəlik halı ilə təmasda olma tarixcəsinə (müsbət 
tuberkulin dəri testi və ya qamma interferon rilizinq analizi) əsaslanmalıdır. 
(Standart 6)
Yoluxucu  Vərəmli  xəstələrlə  yaxın  təmasda  olan  şəxslərin  müvafiq 
qiymətləndirilməsi və idarəedilməsi və həmçinin 5 yaşından aşağı uşaqların 
və ya İVV infeksiyalı şəxslərin aktiv Vərəmə görə qiymətləndirilməsindən 
sonra aktiv Vərəm istisna olmaqla təxmin edilən LVİ –nın müalicə olunması 
təmin edilməlidir. (Standartlar 18 və 19)
Yerli  qaydalar  tələb  etdiyi  kimi,  həm  yeni,  həm  də  təkrar  müalicə  olunan 
Vərəm xəstəlik halları barədə yerli səhiyyə orqanlarına hesabat verilməlidir. 
(Standart 21)
Bölmə 2

Öyrənmə Məqsədləri
Bu bölmədə iştirakçılar aşağıda qeyd edilənləri öyrənəcəklər:
Vərəmə  və  MDR-Vərəmə  şübhəli  halları  necə  identifikasiya  etmək 
lazımdır
İİV müsbətli xəstələrdə Vərəmin aşkarlanması necə olmalıdır
Uşaqlarda Vərəmi necə aşkarlamaq
Hansı diaqnostik testlərin edilməsi barəsində qərarı necə vermək
Diaqnostik  testlər  üçün  nümunələrin  müxtəlif  toplanma  yolları 
haqqında
Vərəm xəstəlik hallarını necə təsnif etmək lazımdır 
Təmasların araşdırılması necə təşkil olunmalıdır
BÖLMƏ 2
Vərəmin diaqnostikası

Bölmə 2
 Vərəmin diaqnostikası   
1.   Müayinə üçün müraciyət edən xəstələr arasında Vərəmə sübhəli 
olanların identifikasiyası
Vərəm xəstəliyinin diaqnostikasında 
ən  əsas  şübhənin  çox  olmasıdır.  Vərəm 
xəstəliyinə oxşar əlamətləri biruzə verən, 
xüsusilə uzun müddətli öskürək (adətən 
2 həftədən artıq davam edən) hər hansı 
bir  şəxs  Vərəmə  şübhəli  sayılır.  Digər 
əlamətlərə  hemoptozis  (qanlı  bəlğəm), 
gecə  tərləmələri,  hərarət  və  bədən 
çəkisinin azalması aiddir. ACV-ə şübhəli 
xəstənin aşkarlanmasının ən müvafiq yolu 
bəlğəm yaxmasının mikroskopiyasıdır. 
Vərəmə  oxşar  digər  əlamətlərin 
olub-olmamasına  (məs.  hemoptozis) 
baxmayaraq,  uzun  müddətli  öskürək 
səbəbindən  Sizə  müraciət  edən,  xəstəni 
(böyük  və  ya  uşaq)  Vərəmə  şübhəli 
saymalısınız.  Öskürək  ACV-nin  ən  çox 
rast  gələn  əlamətidir  və  95  %  bütün 
bəlğəm  müsbət  Vərəm  hallarında 
müşahidə  olunur.  Ehtiyat  infeksiyaya 
nəzarət  tədbiri  (daha  ətraflı  məlumat  üçün  7-ci  bölməyə  bax)  kimi,  öskürən 
xəstəni digər xəstələrdən dərhal ayırmaq lazımdır və  Vərəm çöplərinin olmasını 
təyin edən bəlğəm yaxma müayinəsi aparılmalıdır. 
1.1. Vərəmin digər əlamətlərinə malik xəstələr
Digər xəstələrdə xəstəliyin diaqnostikası zamanı öskürək və ya bəlğəmin olmaması 
ilə yanaşı Vərəmə oxşar başqa əlamətlər (məs. gecə tərləmələri, hərarət və ya bədən 
çəkisinin  azalması)  müşahidə  oluna  bilər.  Bu  hallarda  da,  xəstə  Vərəmə  şübhəli 
sayılır,  lakin  bəlğəm  müayinəsi  Vərəmi  aşkarlamaya  bilər.  Belə  xəstəlik  hallarının 
diaqnostikası  üçün  döş  qəfəsinin  rentgen  müayinəsi,  əkmə,  biopsiya  və  kliniki 
qiymətləndirmə  kimi  üsulların  aparılması  lazımdır,  çünki  həmin  şəxslər  bəlğəm 
yaxması-müsbət  və  ya  bəlğəm  yaxması-mənfi  olub,  hələdə  aktiv  ACV  və/və  ya 
ACKV xəstəliyinə malik ola bilərlər.  

2. Vərəmə şübhəli əlamətləri olan xəstənin Birincili 
Qiymətləndirilməsinin təşkili:
1. Dəqiq tibbi tarixçəsini əldə edin.
2. Fiziki müayinəni tamamlayın.
3. Müvafiq xidmətlərə istinad etmək və yaxud həmin xidmətləri təmin etmək
Aşağıda  qeyd  edilən  laboratoriya  müayinələri  üçün  iki-üç  sayda  yaxşı 
keyfiyyətli bəlğəm nümunəsi:
*  Turşuya davamlı basillərin (TDB) mikroskopiyası
*  Əgər mümkündürsə, 
M. tuberculosis-in əkməsi
*  Əgər mümkündürsə, Dərmanlara həssaslıq testi (DST)
Döş qəfəsinin rentgen müayinəsi
4. Vərəm xəstəliyini təsdiq və ya istisna edin, və ya xəstənin lazımi qaydada 
diaqnozun təsdiqi və ya istisnası edilə bilən bir yerə göndərin.
3. Xəstənin Tibbi Anamnezi və Kliniki Müayinəsi
Vərəmə şübhəli olan şəxsləri Vərəmə məruz qalmaları, yoluxma və ya Vərəm 
xəstəliyi barədə onların tarixçəsini toplayın. Əlavə olaraq, Vərəm proqramı və ya 
yerli səhiyyə bölməsi ilə əlaqə saxlayıb, keçmişdə xəstənin Vərəm əleyhinə müalicə 
alması barədə məlumat alın. Əgər müalicə rejimi qeyri-müvafiq olub və ya xəstə 
müalicəyə riayət etməyibsə, xəstəlik yenidən qayıda bilər və dərmanlara rezistent 
ola bilər. LVİ –dan aktiv Vərəm xəstəliyinə doğru inkişaf riskinin artmasına və ya 
xəstədə Vərəm və ya da dərmanlara rezistent Vərəm xəstəlik ehtimalının artmasına 
gətirən digər amilləri, xüsusən İİV infeksiyasını, nəzərə alın. 
İİV  statusu  məlum  olmayan  bütün  xəstələr  İİV  üzrə  müayinələrdən  və 
laborator analizlərdən keçməlidirlər (xüsusən də, İİV yüksək müşahidə olunan 
bölgələrdə). Hər hansı bir xəstənin fiziki 
müayinəsi  onun  qiymətləndirilməsinin 
əsas  bir  hissəsidir.  Bu  Vərəmin  təsdiqi 
və  ya  istisnası  üçün  istifadə  oluna 
bilməz, lakin xəstənin ümumi vəziyyəti 
haqqında,  ACKV-in  potensial  hissələri 
daxil olmaqla, dəyərli məlumatla təmin 
edə  və  Vərəmin  müalicəsinə  təsir  edə 
bilən  digər  amillər  üzrə  məlumat  əldə 
etməyə kömək edə bilər.

Bölmə 2
 Vərəmin diaqnostikası   
4. Diaqnostik Üsullar və Testlər
 
4.1. Yaxmanın mikroskopiyası 
Yaxma  mikroskopiyasına  dair 
M.  tuberculosis 
turşuya davamlı basillər kimi təsnif olunur. Bu o deməkdir 
ki,  bir  dəfə  rənglənən  bakteriya,  sonradan  turşunun 
təsirinə məruz qalan zaman rəngsizləşmir. ACV-ə şübhəli 
bütün  xəstələrin  bəlğəm  nümunələrinin  mikroskopik 
müayinəsinin aparılmasını təmin etmək zəruridir. 
Demək  olar  ki,  bütün  müəsissələrdə  bəlğəm 
yaxmasının  mikroskopiya  müayinəsi  mümkündür. 
Baxmayaraq ki, mikrobioloji diaqnoz 
M. tuberculosis-in 
əkilməsi (və ya müvafiq şəraitdə, klinik nümunədə spesifik 
nuklein  turşularının  ardıcılığının  identifikasiyası) 
ilə  təsdiqlənir,  bir  çox  müəsissələrdə  nə  əkmə,  nə  də 
sürətli  amplifikasiya  üsulları  hal-hazırda  mövcud  və  ya 
mümkün deyil. Bu cür şəraitdə, Vərəm diaqnozu bəlğəm 
nümunələrinin yaxmalarında mikroskopiya müayinəsi zamanı TDB –rın tapılması 
ilə də təsdiqlənə bilər.  
Bəlğəm yaxmasının təkrar mikroskopiyası aktiv xəstəlik hallarının təxminən 
üçdə ikisində ACV –i diaqnostika edə bilər. 
Demək  olar  ki,  bütün  kliniki  şəraitlərdə  Vərəmin  çox  yayıldığı  mühitdə 
mikroskopiya vasitəsilə TDB identifikasiyası daha çox 
M. tuberculosis kompleksinə 
xasdır. Bir şəxsdə Vərəmin aşkarlanması üçün ən sürətli üsul bəlğəm yaxmasının 
mikroskopiyasıdır;  əlavə  olaraq,  bu  üsul  yoluxucu  olan  xəstələri  təyin  etməyə 
yardım edir.
 
4.2 Əkmə
M. tuberculosis –in müsbət yaxmaları Vərəm xəstəliyinin diaqnozunu təsdiq 
edir.  Bir  çox  ərazilərdə  əkmə  üsulu  mövcud  deyil.  Baxmayaraq  ki,  yaxmanın 
mikroskopiyası  Vərəmin  aşkarlanmasında  ən  effektiv  yoldur,  bakterioloji  əkmə 
Vərəm  diaqnozunun  təsdiqlənməsi  üçün  ən  həssas  üsuldur.  Adətən  əkmə 
ixtisasslaşdırılmış çox vaxt regional və ya milli bakterioloji Vərəm laboratoriyalar 
tərəfindən aparılır. Mümkün olan hallarda, mənfi yaxma nəticələri zamanı və Vərəmə 
ciddi şübhəli xəstələrdə əkmə aparılmalıdır, lakin əkmə nəticələri əldə edilənə qədər 
 

müalicəni  gecikdirmək  olmaz. 
Demək  olar  ki,  bütün  kliniki 
şəraitlərdə 
Vərəmin 
çox 
yayıldığı mühitdə mikroskopiya 
vasitəsilə  TDB  identifikasiyası 
daha  çox 
M.  tuberculosis 
kompleksinə  xasdır.  Bir  şəxsdə 
Vərəmin  aşkarlanması  üçün  ən 
sürətli  üsul  bəlğəm  yaxmasının 
mikroskopiyasıdır; əlavə olaraq, 
bu üsul yoluxucu olan xəstələri 
təyin etməyə yardım edir.   
4.3. Dərmana qarşı həssaslıq testləri (DHT)
Vərəm ştammının rezistent olub-olmamasını aşkar etmək üçün əkmə və DHT 
aparılmalıdır. Bu laboratoriya proseduru Vərəmə qarşı dərmanların mövcud olduğu 
qidalı mühitlərdə 
M. tuberculosis ştammının bitməsini təyin edir. Ümumiyyətlə, 
M. tuberculosis-in birincili təcrid olunmuş nümunəsinin izoniazid, rifampisin və 
etambutol dərmanlarına qarşı həssaslığını yoxlamaq lazımdır. Əgər bitmə müşahidə 
olunursa,  bu  ştammın  həmin  dərmana  rezistent  olması  deməkdir.  Bu  səbəbdən, 
bəlğəm  əkilməlidir  və  əkmədən  təcrid  olunmuş 
M.  tuberculosis  –  nin  DHT-i 
aparılmalıdır. MDR-Vərəmə şübhəli bütün xəstələrin MDR –Vərəmi və ya dərmana 
qarşı  rezistentliyinin  hər  hansı 
bir  növünün  təsdiq  edən 
bəlğəm yaxmalarına əlavə əkmə 
və  DHT-i  də  aparılmalıdır. 
İlkin  əkmədən  sonra  aparılan 
standart  DHT  üsulları  əlavə 
olaraq  4  həftədən  6  həftəyə 
qədər  vaxt  apara  bilər.  Sürətli 
DHT  üsullarının  istifadəsi 
bu  vaxtı  əhəmiyyətli  dərəcədə 
azalda bilər və mümkün olduğu 
zaman istifadə olunmalıdır. 
 

Bölmə 2
 Vərəmin diaqnostikası   
4.4. Nuklein turşularının amplifikasiya müayinəsi
Mikobakteriyal  nuklein  turşusunun  amplifikasiyası  əsasında  qurulan  bir  sıra  test 
sistemləri  mövcuddur.  Əkmə  prosesinə  yüksək  səciyyəvilik  və  həssaslıqla  yanaşılan  bu 
sistemlər vasitəsi ilə Vərəm diaqnozunun bir neçə saat ərzində qoyulması mümkündür. Bu 
testlər TDB-müsbət olan şəxslərdə vərəmin sürətli təsdiqlənməsi üçün çox əlverişlidir və 
eləcə də, TDB-mənfi ACV və ACKV-nin diaqnostikasında da faydalıdır. 
4.5. Xətti zond sınağı
MDR-Vərəm  probleminin  artmasına  və  həqiqətən  müalicə  olunmayan  XDR-
Vərəmin epidemiya təhlükəsinə cavab olaraq, ÜST MDR-Vərəmə və XDR-Vərəmə şübhəli 
bütün xəstələrdə xəstəlik hallarının aşkarlanmasını yaxşılaşdırmaq məqsədi ilə rifampisinə 
qarşı rezistentliyin sürətli müayinəsinə dair daha sürətli çatım üçün çağırış nəşr edib. 
Molekulyar  xətti  zond  sınağı  və  ya  DNT  polimeraza-əsaslı  test  proqressiv 
(mikroskopiyası  müsbət)  xəstəliyi  olan  şəxslərin  birbaşa  bəlğəmindən  istifadə  edərək 
qoyula bilirlər və izoniazidə və rifampisinə qarşı rezistentlik nəticələrini bir gün ərzində 
əldə etmək mümkün olur. Bu çox böyük, inanılmaz dərəcədə dərmanlara qarşı rezistentliyin 
aşkarlanmasını  sürətləndirən  bir  nailiyyətdir.  İnkişaf  edən  ölkələrdə  dərmanlara  qarşı 
rezistentliyin aşkarlanmasına dair hal-hazırda  ən çox istifadə edilən üsul - standart bərk 
qidalı mühitdən istifadədir və bu üsulun nəticələri iki –üç ay ərzində əldə edilə bilər. 
Xəstənin  qeyri-müvafiq  və  qeyri-effektiv  müalicəsinə  sərf  edilən  vaxtı  azaldaraq, 
daha çox həyatı xilas etməyə imkan yaradan xəstələrin erkən müaicəsinin də daxil edildiyi 
MDR-Vərəmin sürətli diaqnostikası bir sıra üstünlüklərə malikdir. Bu üsulla dərmanlara 
qarşı əlavə rezistentliyin inkişafını azaltmaq, MDR-Vərəmin yayılmasını nəzarət altında 
saxlamaq mümkün olacaq.  

4.6. Döş qəfəsinin radioqrafiyası
Döş qəfəsinin radioqrafiyası Vərəmin aşkarlanmasında 
həssas,  lakin  qeyri-səciyyəvi  testdir.  Döş  qəfəsinin  və  ya 
xəstəliyə  məruz  qalan  bədənin  digər  şübhəli  sahələrinin 
radiografiya müayinəsi əlavə qiymətləndirilmə üçün şəxslərin 
identifikasiyasına,  xüsusilə  də,  İİV-ə  müsbət  olan  şübhəli 
xəstələrin identifikasiyasına yardımçı ola bilər. Lakin, Vərəm 
diaqnozu yalnız radioqrafiya əsasında qoyula bilməz, çünki 
rentgen  müayinəsi  ağ  ciyərlərdə  Vərəm  olmayan  digər 
xəstəliklərə aid patoloji əlamətləri üzə çıxara bilər. Vərəmin 
aşkar olunması üçün yalnız döş qəfəsinin radioqrafiyasından 
yeganə  diaqnostika  testi  kimi  istifadə  etmək  Vərəmin  həm 
hiperdiaqnostikası, həm də hipodiaqnostikası ilə nəticələnə bilər.
3
4.7. Tuberkulin əsaslı dəri testi
TDT  uşaqlarda  LVİ-nın  aşkarlanmasında  diaqnostik  vasitə  kimi  ən  çox  istifadə  olunan 
üsuldur.  Tuberkulin  vərəm  çöpünün  təmizlənmiş  protein  derivatıdır  (PPD). 
M.  tuberculosis-ə 
yoluxan şəxsdə tuberkulinə qarşı hiperhəssaslıq yaranır və tuberkulinin vurulmasından 48 saat 
sonra  yoluxmuş  insanın  dərisində  geçikmiş  yerli  reaksiya  müşahidə  olunur.  Bu  reaksiyanın 
nəticəsi inyeksiya yerində olan dərinin indurasiyasının (qalınlığın, qızarmanın yox) diametrini 
ölçərək  qiymətləndirilir.  Müxtəlif  vəziyyətlər  bu  reaksiyanın  meydana  çıxmasının  qarşısını  ala 
bilər. (növbəti səhifəyə bax). Reaksiya yalnız şəxsin haçansa 
M. tuberculosis-ə yoluxmasını göstərir. 
TDT immuniteti qiymətləndirmir və Vərəm xəstəliyinin olmasını və ya yayılmasını göstərmir
.
 

Bölmə 2
 Vərəmin diaqnostikası   
Amerika  Birləşmiş  Ştatları  Xəstəliklərə  Nəzarət  və  Prevensiyaya  dair 
Mərkəzlər (CDC), PPD tuberkulin dəri testinin həssaslığına və xüsusiyyətinə 
və  müxtəlif  qruplarda  Vərəmin  yayılmasına  əsaslanaraq,  Vərəm  xəstəliyinə 
doğru inkişaf riskini nəzərə alaraq differensial fərqləndirici sərhəd göstəricisini 
müəyyən etmişdir.   Xəstəliyin aktiv formasının inkişafina daha az meyli olan 
şəxslərdən fərqli olaraq, xəstəliyin aktiv formasının inkişafina daha çox meyli 
şəxslər aşağı differensial sərhəd göstəricisinə malikdirlər. Xəstəliyin inkişafına 
meyli  insanlara  İİV  infeksiyalı  şəxslər,  immunosupressiv  terapiyanı  qəbul 
edənlər,  yoluxucu  Vərəmli  xəstə  ilə  yaxın  təmasda  olanlar,  uşaqlar,  əvvəlki 
Vərəm ilə əlaqəli döş qəfəsində patoloji dəyişiklər olan şəxslər daxildirlər.  
Tuberkulin əsaslı dəri test nəticəsinin meydana çıxmasının qarşısını ala 
bilən şəraitlər
İİV infeksiyası
Zəif qidalanma 
Vərəmin də daxil edildiyi bir sıra bakteria mənşəli infeksiyalar 
Virus mənşəli infeksiyalar, məs. qızılca, suçiçəyi, infeksion mononukleoz
Xərçəng
İmmunosupressiv dərmanlar, məs. steroidlər
PPD-nin düzgün vurulmaması 
4.8. Qamma interferon rilizinq analızı (IGRAs) 
Son  zamanlar,  Vərəmin  xüsusi  antigenlərinə  cavab  olaraq  azad  olunan 
interferonun ölçülməsinə dair iki in-vitro analiz testi ticari baxımından mövcud 
oldu.  Bu  QuantiFERON-  TB  Gold  In-Tube®  və  T-SPOT.TB®  adlı  testlərdir. 
IGRA-ri  BCG peyvəndi ilə kross-reaktivliyinin və qeyri-vərəm mikobakteriya 
tərəfindən  həssaslaşdırılmanın  olmamasına  görə,  TDT-dən  daha  spesifikdir. 
IGRA-ri  ən  azı  TDT-i  kimi  aktiv  Vərəmə  qarşı  həssas  olmalarını  və  aşağı 
insidentli (xəstəlik əmsalı) ərazilərdə təmas araşdırılmalarında 
M. tuberculosis -ə 
məruz qalma zamanı TDT-dən daha yaxşı korrelyasiya göstərib. 

4.9. Aktiv Vərəmi aşkar etmək üçün seroloji və digər 
 
diaqnostik testlər
Bir sıra seroloji testlər müxtəlif mikobakterial antigenlərə qarşı anticisimlərin 
aşkarlanmasına əsaslanır. Müstəqil şəkildə, çox dəqiqliklə aparılan qiymətləndirmələr 
zamanı  bu  testlərin  diaqnostik  məqsədlə  istifadəsinin,  xüsusən  Vərəm  ehtimalı  az 
olan şəxslərdə, faydalı olmadığı qeyd edilir. Diaqnostik nümunələrdə mikobakterial 
antigenlərin  aşkarlanması  məqsədi  ilə  müxtəlif  üsullar  müəyyən  edilir,  lakin 
hal-hazırda  özlərini  tam  şəkildə  doğrultmadığı  üçün  bu  üsulların  istifadəsi 
məhdudlaşdırılıb.
5.  Yaxma Müayinəsi üçün Bəlğəmin Toplanması
Bəlğəmi ifraz edə bilən və ACV-ə şübhəli bütün şəxslərdən mikroskopik müayinə 
üçün iki bəlğəm nümunəsini (iki nümunə 95%-ə yaxın yaxma-müsbət hallarını aşkar 
edir)  toplamaq  lazımdır.  Əvvələr,  ÜST  təlimatlarında  üç  nümunənin  toplanması 
məsləhət görülürdi, lakin sonra bu tövsiyyə keyfiyyəti yaxşı olan və biri TDB – rın 
sayının artması üçün səhər tezdən toplanılması şərti ilə iki nümunəyə dəyişildi. Hər 
Vərəmə  şübhəli  şəxsdən  aşağıda  izah  olunan  kimi  bəlğəm  nümunəsi  toplanır  və 
laboratoriyaya  göndərilir.  Əgər  laboratoriya  yaxında  yerləşirsə,  bəlğəm  nümunəsini 
toplamaq üçün Siz Vərəmə şübhəli şəxsi birbaşa laboratoriyaya göndərə bilərsiniz. 

Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin