Həkimlər üçün Vərəm üzrə Təkmilləşdirmə Kursu



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix25.01.2017
ölçüsü4,8 Mb.
#6397
1   2   3   4   5   6   7   8   9   10   11
Ciddi müayinədən sonra, aktiv xəstəliyi aşkar olunmayan, İİV infeksiyası olan 
şəxslər güman edilən latent vərəmə qarşı izoniazid profilaktik terapiya (İPT) ilə 
müalicə olunmalıdırlar.  

Bölmə 2
 Vərəmin diaqnostikası   
Bu bölmədə Siz öyrəndiniz ki...  
Vərəm əlamətlərinə oxşar, xüsusilə uzun müddətli öskürəyi olan hər hansı 
bir şəxs Vərəmə şübhəli sayılır
Vərəm xəstəliyinə uyğun gələn digər əlamətlərə hemoptozis, gecə 
tərləmələri, hərarət və/və ya bədən çəkisinin azalması aiddir 
Ağ ciyər Vərəmini aşkar etmək üçün ən müvafiq yol bəlğəm yaxmasının 
mikroskopiyasıdır 
Fiziki müayinə də hər hansı bir xəstənin qiymətləndirilməsinin əsas bir 
hissəsidir. Bu Vərəmi təsdiqləmə və ya istisna etmək üçün istifadə oluna 
bilməz, lakin xəstənin ümumi vəziyyəti haqqında və Vərəmin necə müalicə 
olunmasına təsir edə bilən digər amillər barədə dəyərli məlumatla təmin 
edə bilər 
Yaxmanın mikroskopiyası Vərəm üçün əsas diaqnostik üsuldur 
Əkmə 
M. tuberculosis-i təsdiqləyə bilər və DHT-nin qoyulması MDR-
Vərəm üçün yüksək risk mənbəyi olan Vərəmə şübhəli şəxslərin müəyyən 
qrupu üçün istifadə olunur
Xətti zond sınağı kimi yeni diaqnostik üsullar təkmilləşdirilir və bu 
üsulların təkmilləşməsi nəticəsində MDR-Vərəm diaqnozunun qoyulması 
üçün tələb olunan vaxtı kəskin dərəcədə azaldacaq  
Bir və ya daha çox yaxma müayinəsi xəstəlik halını diaqnostika etmək 
üçün kifayətdir və  xəstəliyinin lokallaşma nahiyəsindən, bakterioloji 
cəhətdən, əvvəlcədən müalicə olunmuş Vərəm tarixçəsindən və xəstəliyinin 
ağırlığından asılı kateqoriyalara əsasən təyin olunacaq
Vərəm diaqnozu təsdiqlənən xəstə barəsində xəstəlik halı haqqında dəqiq 
hesabat olmalıdır və təmas hallarının araşdırılması üçün ilk addım kimi 
5 yaşa çatmamış uşaqlar və Vərəm əlamətləri olan böyüklər yoxlanmalı, 
sonraki müayinələr və mümkündürsə profilaktik müalicə aparılmalıdır  
Bölmə 2

Biliklərinizin qiymətləndirilməsi üçün Suallar və Çalışmalar: 
Vərəmin Diaqnostikası  
1. Bəlğəm toplanması haqqında olan aşağıdakı fikirlərin hansı düzgündür?
a) Bəlğəm toplanan zaman xəstələr təlimatlandırılmalı və birbaşa nəzarət altında 
olmalıdırlar.
b) Bəlğəm hamam və ya ayaqyolu kimi xəstəni heç kimin narahat etmədiyi bir 
yerdə mümkün dərəcədə tez toplanmalıdır.
c) Nümunə nömrə bir “yerində” toplanır. Və nümunə nömrə iki növbəti səhər 
toplanır. 
d)  Əgər  xəstə  öskürüb  bəlğəmi  gətirə  bilmirsə,  bəlğəm  nümunəsi  induksiya 
vasitəsilə əldə oluna bilər. 
2. Aşağıdakı bəndlərdən hansı mikrobioloji diaqnozu təsdiq edir?
a) Döş qəfəsinin radioqrafiyası
b) Yaxma müayinəsində turşuya-davamlı basillərin aşkar edilməsi
c) Tuberkulin əsaslı müsbət dəri testi
d) 
M. tuberculosis-in müsbət əkməsi 
3. MDR-Vərəm diaqnozunun təsdiqləməsi üçün hansı diaqnostik
     test tələb olunur?

Bölmə 2
 Vərəmin diaqnostikası   
4.  Aşağıda  göstərilən  hər  bir  xəstə  üçün  ehtiyac  varsa  hansı  müayinələr 
aparılmalı olduğunu yazın və onların niyə təyin edildiyini də izah edin. 
Xəstə 1
Vərəm  yüksək  yayılan  ölkədə  yaşayan  JK  ,27  yaşlı  küçə  alverçisində,  öskürək, 
hərarət, bədən çəkisinin azalması və yorğunluq əlamətləri müşahidə olunur. O, 
deyir ki, öskürək onda 6 həftə qabaq başlayıb, lakin öz ailəsini dolandırmaq üçün 
işdən qala bilməmişdir və yalnız indi həkimə müraciət edə bilib. 
Xəstə 2
RM 35 yaşlı qadındır və heç bir xəstəlik əlamətləri və İİV yoluxması üçün risk ami-
li yoxdur. MDR-Vərəmə qarşı müalicəyə başlayan xəstə ilə evlidir. Başağrılarından 
şikayət  edir  və  yoldaşı  ilə  eyni  xəstəlik  daşıyıcısı  olmasından  narahatdır.  Fiziki 
müayinə normaldır və digər əlavə əlamətlər barəsində məlumat verməyib. 
Xəstə 3
25 yaşlı ana, LM, bir yaşlı uşağı ilə həkimə müraciət edib. Uşaq öskürür, yaxşı 
yemək yemir, son aylar nə inkişaf etmir və nə uşağın bədən çəkisi artmır. Ananın 
özündə də son bir neçə ay ərzində öskürək və hərarət var. 
Xəstə 4
HT  40 yaşlı, zəif bədən quruluşlu kişidir. Dediyinə görə, Vərəmə qarşı müalicə 
almışdır, lakin dərmanların ona o qədər də xeyri olmamışdır. O deyir ki, 4 və ya 
5 ay müalicə alıb, sonra onun həkimi deyib ki, onun ağ ciyərlərində Vərəm hələ 
də var, lakin o, dərmanları daha qəbul etməməlidir. HT Sizə bildirib ki, uzun 
müddət  öz  dərmanlarını  qəbul  edib,  lakin  onun  müalicəsinə  heç  kim  birbaşa 
nəzarət etməyib. 
Xəstə 5
KL  52  yaşlı  kişi,  uzaq  məsafələrə  yola  çıxan  yük  maşını  sürücüsüdür.  Onun 
bədənin  çəkisinin  kəskin  azalmasına,  öskürəyə,  hərarətə,  soyuqdəyməyə  və 
iştahasının  itməsinə  dair  şikayətləri  var.  O,  İİV-in  yüksək  dərəcədə  yayılmış 
olduğu ərazidə işləyir və o, çox saylı partnyorları ilə cinsi əlaqədə olan zaman kon-
domdan istifadə etməməsini söyləyir. 

1:   a,c və d 
2:   d
3:   Dərmanlara qarşı Həssaslıq Testi (DHT)
4:
XƏSTƏ 1
Bu  halda  Siz  xəstənin  tibb  tarixçəsini  alın  (çünki  yoluxucu  Vərəm  xəstəliyi  olan  şəxsin 
təsirinə məruz qalanda Vərəmə şübhə  daha yüksək olur), Vərəmə dair digər risk amillərini 
qiymətləndirin, fiziki müayinə aparın, TDB yaxması üçün bəlğəm toplayın, döş qəfəsinin 
retngen şəklinin çəkilməsini xahiş edin, əkmə və, əgər mümkündürsə, DHT qoyulmasının 
zəruriliyini bildirin. 
XƏSTƏ 2
Baş ağrısını ağrıkəsicilər ilə müalicə edin və onunla danışıb, Vərəm haqqında narahatçılığını 
azaldın. Vərəmin baş ağrısı kimi ilkin əlamətlə özünü biruzə verməməsinə görə, bu dəfə Siz 
Vərəmin aşkarlanması üçün onu heç bir müayinəyə göndərməməlisiniz, lakin əgər əlamətlər 
kəskinləşərsə, təkrar müraciət etməsini xahiş edin. 
Xəstə 6
TM 23 yaşlı qadındır, onun boynunun sağ nahiyəsində irinli mayeli şiş müşahidə 
olunur. 
Dediyinə  görə,  şiş  3  ay  bundan  əvvəl  əmələ  gəlib,  və  keçən  həftə  irinin  ifrazı 
başlayıb. 
Xəstə 7
LE 42 yaşlı kişidır, Sizə bədən çəkisinin azalması, gecə tərlənmələri və ishal barədə 
şikayət edir; soruşduqda öskürəyin olmamasını deyir. Bəlğəmi ifraz edə bilmir. 
Onunla bir yerdə yaşayan atasına bu yaxınlarda Vərəm diaqnozunun qoyulması 
barədə məlumat verir. 
cavablar

Bölmə 2
 Vərəmin diaqnostikası   
XƏSTƏ 3
Uşağın tam fiziki müayinəsini aparıb, döş qəfəsinin rentgen şəkilini çəkin. Uşaqdan bəlğəmin 
toplanması çətin olduğuna və anasında xəstəliyin olması güman edildiyinə görə, ana üçün də 
fiziki müayinədən keçirmək, döş qəfəsinin rentgen şəkilini çıxartmaq və TDB yaxması üçün 
bəlğəmin toplanmasını təşkil etmək lazımdır. Əgər anasında Vərəm varsa, güclü epidemioloji 
əlaqə olduğu üçün, uşağında Vərəm xəstəliyinə yoluxmasına çox yüksək ehtimal var. 
XƏSTƏ 4
Vərəm  xəstəliyinin  hər  hansı  bir  halında,  ilkin  qiymətləndirilmənin  vacib  hissəsi  kimi 
Vərəmin  əvvəlki  müalicə  tarixçəsini  əldə  edin.  Xəstənin  danışdıqları  əsasında  toplanan 
tarixçə və Sizin tərəfinizdən təyin olunmuş müalicə əsasında, bu xəstədə dərmanlara qarşı 
rezistentliyin yaranma ehtimalı var. Bu halda Siz xəstəni TDB yaxma müayinəsi üçün bəlğəm 
toplanmasına və döş qəfəsinin rentgen şəkilinin çəkilməsinə, əgər mümkündürsə xəstənin 
bəlğəmini əkmə və DHT qoyulmasına göndərməlisiniz. 
XƏSTƏ 5
Xəstənin  danışdıqları  əsasında  toplanan  tarixçəyə  və  əlamətlərə  əsasən  Siz  İVV-ə  test 
edilməsini və TDB yaxma müayinəsi üçün bəlğəmin toplanmasını və əgər mümükündürsə, 
döş qəfəsinin rentgen şəkilinin çıxardılmasını da təşkil etməlisiniz. 
XƏSTƏ 6
Bu xəstənin differensial diaqnostikasına Vərəmlə yanaşı limfomanın aid olmasına görə, Siz bu 
xəstəliklər üçün onun limfa vəzindən xaric olunan mayedən TDB yaxmasının mikroskopiyası 
kimi  müvafiq  müayinələrin  aparılmasını  təşkil  etməlisiniz.    Əgər  mümkündürsə,  biopsiya 
və  əkmə  də  olunmalıdır.  Sizin  Vərəmə  dair  sübhəniz  xəstənin  hər  hansı  bir  risk  amilinin 
olmasından, aktiv ağ ciyər Vərəmli xəstə ilə təmasda olması da daxil olaraq,  asılıdır.  
XƏSTƏ 7
Əgər  Vərəm  xəstəliyinə  oxşar  vəziyyətin  hər  hansı  bir  halı  müşahidə  olunursa,onda    Siz 
xəstənin tibb tarixçəsini almalısınız, fiziki müayinə aparmalısınız və döş qəfəsinin rentgen 
şəkilinin çəkilməsinə göndərməlisiniz. Sizin müəssisədə şərait varsa, bəlğəmin induksiyası da 
xəstəliyinin diaqnostikasında yardımcı ola bilər.

Bölmə 1
 Vərəmin Etiologiyası və Patogenezi  
Vərəmli Xəstələrin Müalicəsi  Bölmə  3

3

Bölmə 3
 Vərəmli Xəstələrin Müalicəsi   
Vərəmli Xəstələrin Müalicəsi  
V
ərəmə qarşı müalicə yalnız fərdi sağlamlıqla əlaqəli deil, bu məsələ 
eləcədə, ictimai səhiyyənin maraq dairəsindədir. Vərəmli xəstənin 
müalicəsində məsul olan bütün, ictimai və özəl səhiyyə işçiləri müvafiq 
standartlaşdırılmış  müalicə  rejimi  barədə  və  eləcədə,  rejimə  riayət 
edilməsinin  qiymətləndirilmə  üsulları,  müalicənin  tamamlanmasına 
əmin olmaq məqsədi ilə aparılan müalicəyə zəif riayət edilmə barədə 
vaxtında xəbər verilməsinə dair məlumata malik olmalıdırlar. 
Bu  bölmə  VQBS  standartları  ilə  əlaqəli  olan  və  bütün  həkimlərin 
yerinə yetirməli olduqları aşağıdakı tapşırıqları əhatə edir:
Xəstəliyin  lokallaşma  nahiyəsini  və  xəstənin  növünü  (yeni,  imtina, 
əvvəl  müalicə  olunmuş,  müalicənin  uğursuzluğu)  və  beynəlxalq 
səviyyədə  qəbul  olunan  müalicə  rejimlərinə  uyğun  xəstəyə  təyin 
olunmalı müalicə kursunu müəyyən edin. (Standart 8) 
Vərəmin müalicəsinə və ya müalicənin nəticəsinə təsir edə bilən yanaşı 
gedən xəstəlik hallarının qiymətləndirilməsinin təşkili. (Standart 17)
Müalicə  nəticəsində  Vərəmli  xəstənin  vəziyyətinin  yaxşılaşmasının 
müalicə  zamanı  nəzarət  və  bəlğəm  numünələrinin  müayinəsi  ilə 
yoxlanması. (Standart 10)
Vərəmli  xəstənin  Müalicə  Kartını  bütün  təyin  olunan  dərman 
preparatlarını, müayinələrin bakterioloji nəticələrini və əlavə təsirlərini 
də qeyd edərək, tamamlayın. (Standart 13)
Həm  yeni,  həm  də  əvvəl  müalicə  olunan  Vərəm  xəstəlik  halları  və 
onların  müalicə  nəticələri  haqqında  yerli  səhiyyə  orqanlarına  tətbiq 
olunan  qanuni  tələblərə  və  aparılan  siyasətə  uyğun  hesabat  verin. 
(Standart 21)
Bölmə  3

Öyrənmə Məqsədləri 
Bu bölmədə iştirakçılar aşağıda qeyd edilənləri öyrənəcəklər:
Xəstənin necə təsnif edilməsini və müvafiq müalicənin seçilməsini 
Müalicə rejiminin və dərman dozalarının müəyyən edilməsi də daxil 
olmaqla Vərəmli xəstənin
Müalicə Kartının necə tərtib edilməsini
Dərmanların  əlavə  təsirlərinin  necə  müəyyən  edilməsini  və  əlavə 
təsirlərin idarə edilməsini 
Xəstənin bəlğəm nümunəsinin nəticəsinin izlənməsi vaxtınını necə 
müəyyən etməli  
Müalicənin nəticəsinin necə müəyyən edilməsini 
BÖLMƏ 3
Vərəmli Xəstələrin Müalicəsi

Bölmə 3
 Vərəmli Xəstələrin Müalicəsi   
 1. Vərəm xəstəl k hallarının və təy natının təsn fatı 
Xəstəyə  Vərəm  diaqnozu  qoyulandan  sonra,  xəstə 
aşağıda  qeyd  edilən 
təyinedicilər əsasında təsnif edilir:
1.  Xəstəliyin lokallaşma yeri
2.  Bakteriologiya
3.  Əvvəl müalicə olunmuş vərəmin tarixçəsi 
4.  İİV statusu
1.1. Xəstəl y n lokallaşma yer
Əvvəl  qeyd  olunduğu  kimi,  Vərəm  iki  əsas  kateqoriyaya  bölünür  –  ağ 
ciyər  Vərəmi  və  ağ  ciyərdən  kənar  Vərəm.  Xəstəliyin  lokallaşma  yerindən  asılı 
olmayaraq tövsiyyə edilən müalicə rejimləri oxşardır. Xəstəliyin lokallaşma yerinin 
müəyyən olunma vacibliyi ən birinci qeydiyyat və hesabat məqsədləri və xəstənin 
yoluxuculuq dərəcəsinin qiymətləndirilməsi üçündür. ÜST-ün təriflərinə əsasən:
  ağ  ciyərin  parenximasını 
zədələyən  xəstəlikdir.  Bu  səbəbdən, 
vərəmli  intratorakal  limfadenopatiya 
(mediastenal  və/və  ya  ağ  ciyərin 
qapı  limfa  düyünlərin  )  və  ya 
vərəmli  ekssudativ    plevrit  ağ  ciyərdə 
radioqrafik  dəyişikliklərin  olmadığı 
halda  ACKV  xəstəlik  halına  aiddir. 
Həm  ağ  ciyərdə,  həm  də  ağ  ciyərdən 
kənar  Vərəmə  malik  xəstə  ağ  ciyər 
Vərəm  xəstəlik  halı  kimi  təsnif 
olunmalıdır. 
  ağ  ciyəri  deyil,  başqa 
orqanları (məs, plevra, limfa düyünləri, 
qarın,  sidik-cinsiyyət  yolları,  dəri, 
oynaqlar  və  sümüklər,  və  meninqial 
qişalar) zədələyən xəstəlikdir. Bir neçə 
orqanları  zədələyən  ACKV  xəstəlik 
halının təsviri xəstəlik zamanı ən çox 
zədələnən nahiyyədən asılıdır. 

1.2. Bakter olog ya
Yoluxuculuq  dərəcəsi  ilə  əlaqəli  olduğu  üçün  “yaxma-müsbət”  və  ya  “yaxma-
mənfi” laborator cavablar ağ ciyər xəstəlik hallarının ən faydalı bakterioloji təsnifatıdır.
Bir və ya daha çox  bəlğəm nümunəsi yaxmasının müayinəsinin mikroskopiyasında 
TDB –ra müsbət olan  ACV, bəlğəm yaxması-müsbət (ACV+) xəstəlik halı 
kimi müəyyən edilir. Qeyd etmək lazımdır ki, bəlğəm yaxması-müsbət ağ ciyər 
Vərəmin yeni xəstəlik halının müəyyənləşdirilməsi yaxşı fəaliyyət göstərən xarici 
keyfiyyətə zəmanət (XKZ) sisteminə malik ölkələrdə ən azı bir TDB-nın ən azı 
bir bəlğəm nümunəsində tapılmasına əsaslanır. 
ACV, bəlğəm yaxması-mənfi (ACV-)
 yuxarda verilən yaxması-müsbət Vərəmin 
təsvirinə uyğun olmayan  ağ ciyər Vərəm xəstəlik halı kimi təsvir olunur. Qeyd: 
Yaxşı  kliniki  və  səhiyyə  təcrübəsinə  əsaslanaraq,  ACV-    üçün  diaqnostik 
kriteriyalara aşağıda göstərilən dörd bənd daxil edilməlidir:
1.  Ən azı iki bəlğəm nümunəsinin TDB-ra mənfi olması,
2.  Aktiv ACV –nə oxşar radioloji dəyişiklərin olması,
3.  Geniş spektri olan antibiotiklə müalicə kursunun təsirinin olmaması,
4.  Həkim tərəfindən Vərəmə qarşı kimyaterapiyanın tam kursunun təyinatı ilə 
müalicə etmək qərarı.
Bu  qrupa  bəlğəm  nümunələrinin  yaxması  mənfi,  lakin  əkməsi  (-ləri)  müsbət  
olan xəstələr aiddir. 
ACKV
-mi  ağ  ciyərdən  başqa  Vərəm  vasitəsi  ilə  zədələnmiş  digər  orqanları 
olan xəstə kimi müəyyən olunur. Diaqnoz bir əkmə-müsbət nümunəsinə və ya 
histoloji və ya aktiv ACKV-ə oxşar tutarlı kliniki sübütun və həkim tərəfindən 
Vərəmə qarşı kimyaterapiyanın tam kursunun təyinatı ilə müalicə etmək qərarına 
əsaslanmalıdır. 
1.3. Əvvəl müal cə olunmuş vərəm n tar xçəs
Xəstənin əvvəl Vərəm əleyhinə müalicə qəbul etməsını müəyyən etmək zəruridir. 
Əvvəlcədən müalicə almış xəstələrdə dərmanlara qarşı qazanılmış rezistentlik halları 
ola  bilər  və  belə  xəstələrə  yeni  xəstələrdən  fərqli  müxtəlif  müalicə  rejimləri  tələb 
oluna və həmçinin dərmanlara qarşı həssaslıq testləri əlavə olaraq aparıla bilər. MDR-
Vərəmə dair 4-ci Bölümə bax. 

Bölmə 3
 Vərəmli Xəstələrin Müalicəsi   
1.4. İİV statusu
Müalicə  seçimi  üçün  xəstənin  İİV  statusunun  müəyyən  edilməsi  və 
qeydiyyatı,  eləcədə  monitorinqi  zəruridir  (müalicə  rejimlərinə  dair  bölməyə  və 
4-ci bölməyə bax). ÜST tərəfindən təyin edilən Vərəm Müalicə Kartına (Əlavə 
6-ya bax) və Vərəm üzrə Qeydiyyat Jurnalına  İİV test nəticələri, ko-trimoksazol 
terapiyasının (CPT) və anti-retroviral terapiyanın (ART) başlanması haqqında 
məlumatlar daxildir. 
Xəstə növünün təsvirləri
Xəstənin növü
Təsvir
Yeni
Vərəm əleyhinə heç vaxt müalicə olunmayan və ya bir 
aydan az Vərəmə qarşı dərmanları qəbul edən xəstə 
Residiv
Əvvəldəcən Vərəm əleyhinə müalicə almış və sağalmış 
və ya müalicəsi tamamlanmış kimi elan edilən xəstə, 
lakin bakterioloji cəhətdən (yaxma və ya əkmə) Vərəmə 
müsbət kimi müəyyən edilən 
Uğursuzluqdan 
sonra müalicə
Əvvəlki uğursuz müalicədən sonra, təkrar müalicəyə 
başlayan xəstə
İmtinadan 
sonra müalicə 
Müalicənin iki və ya daha artıq ay müddətində 
dayandırılmasından sonra müalicə üçün qayıdan və 
bakterioloji cəhətdən müsbət olan xəstə 
Köçürülmə 
Müalicəsini davam etdirmək üçün digər Vərəm qeydiyyat 
müəssisəsindən köçürülən xəstə 
Digər
Yuxarıdakı təsvirlərə uyğun gəlməyən bütün xəstəlik 
halları. Bu qrupa təkrar müalicə rejimlərinin sonunda 
(əvvəl xroniki xəstəlik halları kimi müəyyən edilən) SS+ 
qalan və birinci sıra dərmanlara qarşı rezistent ola bilən 
xəstələr daxildir. 

2.  Standartlaşdırılmış Müal cə Rej mlər
Ümumdünya Səhiyyə Təşkilatının Stop Vərəm Departamenti xəstəlik hallarının 
aşkarlıq  prinsipləri  əsasında  yaradılmış  təlimatlar  üçün  ÜST  tərəfindən  aparılan 
yeni  prosesdən  istifadə  edərək 
Vərəmin  müalicəsi:  milli  proqramlar  üçün  təlimatlar 
–ın  dördüncü  nəşrini  bu  yaxınlarda  nəşr  etdirib.  Tövsiyyə  edilən  müalicə  rejimləri 
haqqında aşağıdakı bölmələrdə verilən məlumat birbaşa bu təlimatlardan götürülüb, 
lakin hər rejim məsləhətini dəstəkləyən sübütu tamamilə anlamaq üçün həkimlərin 
yeni təlimatlarla diqqətlə tanış olması məqsədəuyğundur. 
Vərəm  xəstələrinin  əksəriyyəti  ÜST  tərəfindən  tövsiyyə  edilən  Vərəmə  qarşı 
müalicə  üçün  standartlaşdırılmış  rejimlərdən  birini  qəbul  edəcəklər.  Bütün  bu 
rejimlər “birinci sıra Vərəmə qarşı dərmanlar” kimi müəyyən edilən beş vacib dərman 
preparatından:  izoniazid  (H),  rifampisin  (R),  pirazinamid  (Z),  etambutol  (E)  və 
streptomisindən  (S)  qurulmuş  bir  neçə  kombinasiyadan  ibarətdir.  Dərmanlara 
qarşı  rezistentliyin  olması  sənədləşdirilərək  təsdiqlənmiş  xəstələr  üçün  ikinci  sıra 
dərmanlardan (İSD) istifadə olunacaq. İSD –rın istifadəsinə dair məlumat üçün bu 
bölmədə  aşağıdakı  MDR-Vərəm  müalicəsi  haqqında  olan  bəndə  baxın  və  MDR-
Vərəmə qarşı dərmanlar haqqında məlumatla Əlavə 5-də tanış olun. 
Bu  standartlaşdırılmış  rejimlər  effektiv  müalicənin  tərtib  edilməsinə  və 
müalicənin  təyin  olunan  qaydada  qəbuluna  və  dərmanların  keyfiyyətinin  yaxşı 
olmasına, MDR-Vərəmin inkişafının qarşısını almağa imkan yaradır. 
3.  Dərmanların müəyyən ed lm ş dozalarının komb nas yası (FDCs)
ÜST  Vərəmli  xəstələrin  müalicəsi  üçün  FDC-dən  istifadə  etmək  məsləhət 
görür. Fərdi təyin olunan dərman preparatlarından (və ya tək dərman təyinatından) 
FDS –in bir neçə üstünlükləri müəyyən edilib:
Təyinat səhvləri daha az rast gəlinir 
Daha az sayda həblərin qəbulu müalicəyə olan riayəti həvəsləndirə bilər
Xəstələr qəbul etmək üçün yalnız müəyyən dərmanları seçə bilmirlər (müalicə 
müşahidə altında olmayan zaman) 
 
4.  Vərəm Müal cə Rej mlər  üçün Dərman Kodları (Ver lmə qaydası)
Vərəm müalicə rejimləri Vərəmə qarşı hər dərman adının qısaldılmış forması 
olan    standart  dərman  kodlarından  istifadə  edilərək  qeyd  edilir.  Bu  qısaldılmış 
formalar aşağıdakı kimidir:

Bölmə 3
 Vərəmli Xəstələrin Müalicəsi   
Yuxardakı rejimlərdə FDC-dan istifadə edilir. Müalicənin hər iki mərhələsi 
üçün  FDC  istifadə  olunub.  Bu  müalicə  rejimi  pan-həssas  xəstəliyin  müalicəsi 
üçün istifadə olunan rejimlərdən biridir. 
5.  Uyğun Müalicə Rejiminin Seçimi
Vərəmli xəstələr xəstəliyin lokallaşma yerinə, bakterioloji nəticələrə, Vərəmə
qarşı əvvəlki mualicə tarixcəsinə və xəstənin İİV statusuna əsaslanaraq təsnif 
olunmalıdırlar.  Əvvəlki  müalicə  tarixçəsinə  əsaslanaraq  xəstə  üçün  müvafiq 
müalicə rejimini seçin. Vərəmli xəstələr üçün aşağıda göstərilən Vərəmə qarşı 
əsas üç müalicə rejimi istifadə olunur:
Yeni xəstə üçün müalicə rejimi:
 MDR-Vərəmin az ehtimal olunduğu yeni 
xəstələr üçün 6 aylıq rifampisin – tərkibli müalicə rejimi*.
Təkrar  müalicə  rejimi:
  Residiv  və  ya  imtinadan  sonra  qayıdan,  MDR-
Vərəmin orta ehtimallı xəstələr üçün birinci sıra dərmanlar ilə 8 aylıq təkrar 
müalicə  rejimi.  (Sürətli  DHT  aparılması  imkanlarına  malik  olan  ölkələr 
üçün bu rejim lazım deyil)
MDR-Vərəmə  qarşı  müalicə  rejimi:
  Əvvəlki  müalicəsi  uğursuz  olan  və 
MDR-Vərəmin ehtimalı yüksək olan xəstələr üçün müalicə rejimi. (Sürətli 
DHT  aparılması  imkanlarına  malik  olan  ölkələrdə  MDR-Vərəm  təsdiq 
olunan  zaman  bu  müalicə  rejiminə  başlayacaqlar,  lakin  sonra  izoniazid 
və  rifampisindən  başqa  xəstənin  fərdi  DHT-rin  nəticələrinə  əsaslanaraq 
müalicə rejiminə əlavə dərmanları təyin etmək olar).
2(HRZE)/4(HR)
3
Hərflərin qabağında olan  
nömrə müalicə fazasının  neçə 
aylıq müddət ərzində  davam 
edəcəyini göstərir. Bu 2 aylıq 
ilkin mərhələnin kodudur. 
H) İzoniazid
(R) Rifampisin
(Z) Pirazinamid
(E) Etambutol
(S) Streptomisin
2 və ya daha artıq dərmanların
(hərflərin) mötərizələrdə olması
bu dərmanlar üçün  FDC –nı 
müəyyən edir. 
Bu 4 ay müddəti olan dava-
medici mərhələnin kodudur.
Əgər hərfdən sonra sətiraltı indeks 
yoxdursa, dərman hər gün qəbul 
olunmalıdır. Bu ilkin mərhələdə təyin 
edilən dərmanlar hər gün qəbul 
olunmalıdır. 
Sətiraltı nömrə 
dərmanın həftə ərzində qəbul 
olunmalı dozasını göstərir. 
HR kombinasiyalı həblərin 
qəbul təyinatı həftədə 
3 dəfə olmalıdır. 
Bu kod hətt ilə ayrılmış müalicə 
rejiminin 2 mərhələsini göstərir. 
Dərmanlara aid rəqəmlər müalicə 
mərhələsi zamanı dərmanların neçə  
müddət qəbul olunacaqlarını göstərir.
Nümunə 1:
 Ümumi müalicə rejimi bu cür verilib:
* ÜST kavernaları 
olmayan, yaxması-mənfi 
ağ ciyər Vərəmli və 
ya İİV-ə mənfi kimi 
təsdiqlənən ağ ciyərdən 
kənar xəstəliyi olan 
xəstələr üçün müalicənin 
intensiv mərhələsində 
etambutolun təyin 
olunmamasını artıq 
tövsiyyə etmir. 

Vərəm  üçün  bütün  müalicə  rejimləri  dərmanların  xüsusi 
kombinasiyalarının  qəbulundan  tərtib  olunan  iki  müxtəlif  mərhələdən 
ibarətdir.  İlkin  və  ya  intensiv  mərhələ  adlanan  ilk  iki  ay  ərzində  Vərəmin 
yeni xəstəlik halı kimi təsnif olunan xəstə 4 dərman qəbul edəcək: pan-həssas 
Vərəm əleyhinə HREZ. Müalicənin ilkin mərhələsi 
M. tuberculosis basillərinin 
sürətli məhv edilməsi, 
M. tuberculosis-ə rezistentliyin yaranmasının qarşısının 
alınması və yoluxuculuğun dayandırılması üçün istifadə olunur. Birbaşa nəzarət 
altında  alınmış  terapiya  (DOT)  zamanı  səhiyyə  işçisi  xəstənin  Vərəmə  qarşı 

Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin