Həkimlər üçün Vərəm üzrə Təkmilləşdirmə Kursu



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix25.01.2017
ölçüsü4,8 Mb.
#6397
1   2   3   4   5   6   7   8   9   10   11
proteaza inqibitor rejimləri Rifampin ilə birgə qəbul oluna bilməz.  

1.3. İmmunoloj  yen dənqurma  lt hab s ndromu (IRIS)
Hərdənbir,  İİV-əlaqəli  vərəmli  xəstələrdə  Vərəmə  qarşı  müalicənin 
başlanmasından sonra Vərəmin kliniki və ya radioqrafik ilk əlamətlərinin müvəqqəti 
kəskinləşməsi  müşahidə  oluna  bilər.  İİV-ə  yoluxan  Vərəmli  xəstələrdə  bu  növ 
paradoksal reaksiyanın immunoloji yenidənqurma nəticəsində olması güman edilir. 
Bu, yalnız Vərəmə qarşı müalicənin və ya onunla yanaşı ART başlanmasının nəticəsi 
kimi özünü biruzə verə bilər. Əlamətlərə yüksək hərarət, limfaadenopatiya, mərkəzi 
sinir sisteminin genişlənmiş zədələnməsi və döş qəfəsinin ağırlaşmış rentgenoloji 
tapıntıları daxildir. Paradoksal reaksiya diaqnozu qoymazdan əvvəl xüsusilə Vərəm 
əleyhinə müalicənin uğursuzluğu və digər səbəblərin istisna olması üçün, xəstənin 
ümumi vəziyyətinin tam qiymətləndirilməsı zəruridir. 
1.4. Ko-tr moksazol  lə prof lakt k müal cən n (CPT) təm natı  
Ko-trimoksazol  ilə  profilaktik  müalicənin  təyinatı  İİV-müsbət  Vərəmli 
xəstələrdə  Pneumocystis  Carnii  mənşəli  və  ya  bakterial  infeksiyaların  qarşısının 
alınmasında yardımcı ola bilər. CPT əsasən İİV-müsbət Vərəmli xəstələrdə ölüm 
hallarını  azaldır  (ÜST-ə  görə  Afrika  Regionu  üzrə  48  %-zə  qədər).8    Vərəmli 
xəstələr üçün, CD4 hüceyrə sayından asılı olmayaraq,  CPT mümkün dərəcədə 
tez təyin olunmalıdır və Vərəmə qarşı müalicə kursu ərzində verilməlidir; Vərəm 
əleyhinə müalicənin tamamlanmasından sonra CPT-nin davam etdirilməsi milli 
təlimatlara əsaslanmalıdır. 
1.5. Ant retrov ral terap yada, eləcədə vərəm n 
 
müal cəs ndə DOT-a zəmanət vermək
İİV  infeksiyası  olmayan  Vərəmli  xəstələrə  nisbətən  İİV-ə  yoluxan  Vərəmli 
xəstələrdə  müalicənin  dayandırılması  ilə  əlaqəli  əlavə  təsirlərə  və  ölüm  hallarına 
daha çox rast gəlindiyinə görə DOT bütün İİV-ə yoluxan Vərəmli xəstələr üçün 
istifadə  olunmalıdır.  DOT  strategiyaları  ən  azı  Vərəm  əleyhinə  müalicə  zamanı 
ART-sı üçün qəbul oluna bilər. Bu çoxlu resurslar tələb edən və ömür boyu davam 
edən ART və geniş miqyasda yerinə yetirilməsi çətin olan bir yanaşmadır. Lakin 
bu  xəstənin  erkən  maarifləndirilməsi  üçün  yardımcı  ola  bilər.  Hər  iki  müalicə 
üçün birgə DOT-un Vərəm və İİV xidmət sahələri arasında əməkdaşlıq sayəsində 
təşkil  olunması  çox  yaxşı  olardı.  Vərəmli  xəstələrdə  İİV  infeksiyasının  kliniki 
idarəolunmasına dair daha ətraflı məlumatı ÜST-ün Vərəm/İİV: Kliniki Təlimat 
adlı nəşrdə tapa bilərsiniz. Üç İ –də daxil olmaqla Vərəm/İİV Birgə Fəaliyyətə aid 
daha ətraflı məlumatı ÜST tərəfindən çap olunan Vərəm/İİV birgə Fəaliyyət üzrə 
Daxili Siyasət adlı nəşrdə əldə etmək olar.

Bölmə 4
 Xüsusi Situasiyalar  
2.  Uşaqlarda Vərəm n Müal cəs  
Vərəmə qarşı kimyaterapiyaya uşaqlar və yeniyetmələr dözümlü olurlar. Uşaqlar 
üçün  olan  Vərəm  əleyhinə  müalicə  kateqoriyaları  böyüklər  üçün  olanlarla  eynidir. 
Vərəm  diaqnozu  qoyulan  kimi,  Vərəm  üzrə  mütəxəssis  bədən  çəkisinə  əsaslanaraq 
dərman dozası və müvafiq müalicə rejimini müəyyən edəcək. 
Adətən  uşaqlarda  Vərəm  xəstəliyi  ilkin  yoluxmanın  dərhal  nəticəsi  kimi 
inkişaf etdiyindən, onlarda böyüklərdən fərqli daha az sayda mikobakteriya 
olur. Bu səbəbdən, müalicə zamanı inkişaf edən  Vərəmə qarşı dərmanlara 
rezistentlik  adətən  uşaqlar  üçün  səciyyəvi  deyil.  Uşaqlarda  aşkar  olunan 
dərmanlara  qarşı  rezistentlik  hallarının  əksəriyyəti  adətən  dərmanlara  –
rezistent ştamm ilə ilkin yoluxma nəticəsində olur. 
MDR-Vərəmə  şübhəli  uşaqlarda  bakterioloji  diaqnozun  təyini  (və  DHT 
qoyulması) üçün hər bir cəhd göstərilməli olduğu halda, reallıqda  pediatrik 
halların çox vaxt bakterioloji təsdiqlənməsi olmur. Vərəmli uşaqların bəlğəm 
yaxmasının  heç  vaxt  müsbət  olmamasına  görə,    göstərici  xəstəlik  halının 
DHT nümunəsinə əsasən qurulmuş MDR-Vərəm terapiyasının başlanması 
məqsədəuyğundur. 
Vərəmin ağ ciyərdən kənar növləri, xüsusilə disseminasiya olunmuş xəstəlik və 
Vərəm meninqiti uşaqlarda böyüklərdən daha çox rast gəlinir 
Vərəmə  qarşı  dərmanların  farmakokinetikası  uşaqlar  və  böyüklər  arasında 
fərqlidir. Uşaqlar bədən çəkisinin hər kiloqramı üçün olan daha artıq dərman 
dozasına davamlı və böyüklərə nisbətən daha az əlavə təsirlərə meylli olurlar 
Vərəmə qarşı mövcud dərman formalarının dozalarının daha çox böyüklər 
üçün nəzərdə tutulmasına görə, uşaqlarda dərmanların sorulması ilə bağlı 
çətinliklər ola bilər. Mümkün olan hallarda, uşaqlar üçün nəzərdə tutulan 
dərmanlardan istifadə olunmalıdır
3.  Ham lə və Süd verən Qadınlarda Vərəm xəstəl y  
Vərəm  üçün  ilkin  qiymətləndirmədə  hamilə  olmaq  ehtimalı  ola  bilən  bütün 
qadın  xəstələr  hamiləlik  testindən  keçməlidirlər.    Əsasən,  birinci  sıra  Vərəmə  qarşı 
dərmanların  (rifampisin,  izoniazid,  pirazinamid  və  etambutol)  əksəriyyəti  hamiləlik 
və süd vermə zamanı təhlükəsiz şəkildə istifadə oluna bilər. Mümkün olanda izoniazid, 
rifampisin  və  pirazinamid  dərmanlar  əsaslı  altı  aylıq  müalicə  rejimi  hamiləlik  zamanı 
istifadə  olunmalıdır.  Pirazinamid  istifadə  edərkən,  postnatal  hemoragiya  riski  olduğu 
üçün  yenidoğulmuş  uşaqlara  vitamin  K  təyin  olunmalıdır;  müalicə  uşaq  həkimi  ilə 
birgə nəzarət altında aparılmalıdır. Hamilə qadınlar üçün müalicənin intensiv mərhələsi 
zamanı  ciftdən  keçən  və  dölün  eşitmə  sinirinin  zədələnməsinə  səbəb  ola  bilən  və 
nefrotoksik təsiri olan streptomisinin əvəzinə etambutol təyin olunmalıdır.  

Hamiləlik  dövründə  streptomisin  istifadə  olunmamalıdır,  çünki  onun  qəbulu 
uşaqda  daimi  karlığa  səbəb  ola  bilər;  lakin  süd  vermə  zamanı  bu  dərman  təhlükə 
olmadan qəbul edilə bilər. Hamiləlik zamanı aktiv Vərəm mütləq müalicə olunmalıdır, 
çünki müalicə edilməyən xəstəlik ana və doğulmamış uşağın sağlamlığı üçün birinci sıra 
dərmanların qəbulundan daha böyük risk təşkil edir. 
Rifampisin ovulasiyanın qarşını almaqda kontraseptiv həblərin effektini azaldır. 
Bütün  hamilə  olmayan  qadınlara,  əgər  onlar  hamilə  olmaq  istəmirlərsə,  Vərəm 
müalicəsini qəbul edərkən kontraseptiv üsulların alternativ növləri olan kondom və ya  
uşaqlıq daxili vasitələrdən istifadə etmələri tövsiyyə edilməlidir. 
Həm  ananın,  həm  də  dölün  həyatı  üçün  yüksək  təhlükə  yaradan  dərmanlara-
rezistent  aktiv  Vərəm  hamiləlik  zamanı  müalicə  oluna  bilər.  Lakin,  həm  ana,  həm 
dölə təsir edən dərmanların əlavə təsirlərinin tez –tez baş verməsi və ağır reaksiyaların 
potensial nəticələrinə görə, dərmana-rezistent Vərəmə qarşı müalicə qəbul edən bütün 
hamilə olmayan qadınlara hamilə qalmaqdan qorunmaq ciddi şəkildə tövsiyyə edilir. 
Gestasion yaşı və dərmana-rezistent Vərəmin ağırlıq dərəcəsini nəzarə alaraq, hamilə 
xəstələr diqqətlə qiymətləndirilməlidirlər. Ananın və uşağın (doğuşdan əvvəl və sonra) 
sağlamlığının qorunması üçün yaxma konversiyası ilkin məqsəd kimi qarşıya qoyulmalı 
və  bununla  yanaşı  aparılan  müalicənin  risk  və  üstünlükləri  ciddi  şəkildə  nəzərdən 
keçirilməlidirlər. Aşağıda bir neçə ümumi təlimatlar verilir:
Dərmanlara qarşı rezistent Vərəmin müalicəsini hamiləlik dövrünün ikinci 
trimesterində və ya əgər xəstənin vəziyyəti ağırdırsa, daha tez başlayın 
İnyeksion vasitələrdən istifadə etməyin
Etionamid istifadə etməyin 
 
4.  Dərmanlara qarşı Rez stent Vərəm 
MDR-Vərəm dərmanlara qarşı rezistent olan Vərəmin ən yaxşı tanınan bir növü 
olmasına  baxmayaraq,  dərmana  qarşı  rezistentliyinin  dörd  müxtəlif  kateqoriyalar 
mövcuddur:
Mono-rezistentlik: 
Vərəm əleyhinə olan bir dərmana qarşı rezistentlik 
Poli-rezistentlik: 
Vərəm əleyhinə olan birdən artıq dərmana qarşı, lakin həm 
izoniazidə, həm də rifampisinə birgə olmayan, rezistentlik 
Multidərmanlara-rezistetlik: 
ən azı izoniazid və rifampisinə qarşı rezistentlik 
Yüksək  dərəcədə  yayılmış  dərmanlara-rezistentlik: 
multidərmanlara  qarşı 
rezistenlik  əlavə  edilərək,    həmçinin  hər  hansı  bir  florxinolona  və  ikinci 
sıra  inyeksion  dərmanlardan  üçündən  ən  azı  birinə  qarşı  rezistentlik 
(kapreomisin, kanamisin və amikasin) 

Bölmə 4
 Xüsusi Situasiyalar  
Dərmanlara qarşı rezistent Vərəmin müalicəsi mövcud dərmanların məhdud 
sayına, bu dərmanların toksikliyinə və əlavə təsirlərinin ağırlığına görə çox çətin ola 
bilər. Bu xəstələri müalicə edərkən MVP-dan olan MDR-Vərəm üzrə mütəxəssislə 
məsləhətləşin. 
Dərmanlara  qarşı  rezistent  Vərəm  əleyhinə  iki  alternativ  müalicə  rejimləri 
var:  standartlaşdırılmış  və  fərdi.  Standartlaşdırılmış  müalicə  rejimləri  nəzarət 
altında  olunan  keyfiyyət  yoxlaması  ilə  istinad  laboratoriyası  tərəfindən  xüsusi 
DHT  tədqiqatlarda  müəyyən  edilən  cəmiyyətdə  geniş  yayılan  dərman  rezistentlik 
nümunəsinə  əsaslanır.  Bu  müalicə  rejimlərinin  təyinatı  haqqında  qərar  Vərəmə 
nəzarət proqramı tərəfindən milli səviyyədə verilir.  Fərdi müalicə rejimləri adətən 
hər xəstədən alınan bəlğəm nümunəsindən təcrid olunmuş 
M. tuberculosis-ə qoyulan 
DHT nəticələri əsasında qurulur; yalnız ağır vəziyyətdə olan xəstələr istisna olmaqla, 
onların müalicəsi əvvəlki müalicə tarixinə əsasən qurula bilər. Dərman rezistentliyinin 
amplifikasiyasının qarşısını almaq üçün uğursuz müalicə rejiminə yeganə bir dərmanın 
əlavə olunmasına heç vaxt yol verilməməsinə xüsusi diqqət yetirmək lazımdır. 
Dərmanlara qarşı rezistent ştamlara yoluxan xəstələrin mualicəsində istifadə 
olunan dərmanlar MDR-Vərəm üçün dərman qəbulu rejminə daxil olunması ən 
vacib  sayılan  qrupdan  başlayaraq  iyerarxiya  əsasən  qruplara  bölünüb.  Dərmana 
qarşı rezistent Vərəmin müalicəsi üçün istifadə olunan dərmanlar beş kateqoriyalara 
bölünür.   
Qrup 1 
Birinci sıra peroral Vərəm vasitələri 
Qrup 2 
İnyeksion Vərəm vasitələri 
Qrup 3 
Florxinolonlar 
Qrup 4 
Peroral bakteriostatik ikinci sıra Vərəm əleyhinə dərmanlar 
Qrup 5 
Effektivliyi  qeyri-məlum  olan  Vərəmə  qarşı  vasitələr  (MDR-Vərəmli 
xəstələrdə  rutin  qaydada  istifadə  üçün  ÜST  tərəfindən  tövsiyyə 
edilməyən)
Ümumiyyətlə,  müalicə  rejimlərinə  MDR-Vərəm  ştamına  qarşı  həssas  olması 
ehtimal edilə bilən 1-ci qrupun bütün dərmanları, 2-ci qrupdan bir inyeksion vasitə, 
əgər mikobakteriya ştamının həssas olması güman edilirsə, onda bir florxinolon və 
effektiv və qiymət cəhətdən müalicə rejimini tamamlayan 4-cü qrupdan dərmanlar 
daxil  edilməlidir.  5-ci  Qrup  dərmanlar  ümumiyyətlə  istifadə  olunmur,  lakin  bəzi 
hallarda  digər  dörd  qrupdan  ən  azı  4  effektli  dərman  əsasında  qurulmuş  müalicə 
rejimini  təşkil  etmək  mümkün  olmayanda,  onlardan  istifadə  olunur.  Növbəti 
səhifədə verilən cədvəldə Vərəm əleyhinə müxtəlif dərmanların yekunu göstərilib. 
Qeyd etmək lazımdır ki, adətən milli təlimatlar MDR-Vərəm müalicə rejimlərinin 
təyinatını MDR-Vərəm üzrə mütəxəssislərdən ibarət olan xüsusi təsdiq komisiyasına 

Dərmana qarşı rezistent Vərəm əleyhinə müalicə rejimlərinin seçilməsinin 
əsas prinsipləri və dərman qruplaşmaları
9
QRUPLAŞMA
DƏRMANLAR 
(DƏRMAN 
ADLARIN QİSA 
FORMASI)
PRINSİPLƏR
Qrup 1 
Birinci sıra peroral 
Vərəmə qarşı  vasitələr 
Izoniazid* (H); 
Rifampisin* (R); 
Etambutol (E);
Pirazinamid (Z)
Bu dərmanlar Vərəmə qarşı olan ən güclü və ən davamlı 
dərmanlardır. Yalnız laboratoriya tərəfindən təsdiq və ya 
kliniki tarixçədə onların efffektivliyinin olmasını göstərən 
sübutlar olanda bu dərmanlar xəstələrə təyin olunmalıdır. 
Əgər DHT nəticələri rifampisinə qarşı rezistentlik göstərirsə, 
rifamisinlərin yeni nəsli qeyri-effektiv kimi qeydə alınmalıdır.
Qrup  2
İnyeksion Vərəmə 
qarşı vasitələr 
Streptomisin (S); 
Kanamisin (Km); 
Amikasin  (Am); 
Kapreomisin (Cm); 
Viomisin* (Vi)
Hər xəstə üçün bir inyeksion dərman preparatı təyin 
olunmalıdır. İnyeksion dərman preparatları üçün effektivlik, 
əlavə təsir və qiymət cəhətdən asılı olan iyerarxial şəkildə 
sıralanma var. Əgər bakteriya ştammı həssasdırsa, seçim 
inyeksion vasitə kimi streptomisindir (S). Əks təqdirdə, 
ikinci məntiqli seçim kimi ən ucuz qiyməti və istifadə 
təcrübəsi yaxşı olan kanamisindir (Km). Km və amikasin 
(Am) bir birinə çox oxşardır və 100 % kross-rezistentliyə 
malikdir. Əgər bakteriya S, Km və Amikasinə qarşı 
rezistentdirsə, onda kapreomisin (Cm) təyin olunmalıdır.
Qrup  3
Florxinolonlar
Ofloksasin (Ofx); 
Levofloksasin (Lfx); 
Moksifloksasin (Mfx); 
Qatifloksasin* (Gfx)
Əgər bakteriya ştammı həssasdırsa, bir florxinolon istifadə 
olunmalıdır. Hal-hazırda, in vitro fəaliyyətə və heyvanlar 
üzərində aparılan tədqiqatlara əsasən təsir gücü azalan 
cərgə ilə verilən ən güclü mövcüd xinolonlar bunlardır: 
moksifloksasin (Mfx) = qatifloksasin (Gfx)> levofloksasin 
(Lfx) > ofloksasin (Ofx). Lakin yeni nəsl florxinolonların 
uzun müddətli istifadəsinin təhlükəsiz olması hələ də tam 
şəkildə qiymətləndirilməyib. Florxinolonların seçimi onların 
effektivliyi və qiymətinə əsasən aparılır.
tapşırır. 
XDR-Vərəmin birinci və ikinci sıra dərmanlara qarşı rezistent olduğu üçün, 
müalicə  imkanları  məhduddur.  Lakin,  XDR-Vərəm  dərmanlara  qarşı  həssaslıq 
testinin sistematik edilməsi, müalicəyə  ciddi nəzarət, əlavə təsirlərin idarəedilməsi, 
psixoloji dəstək, qida məhsulları ilə təminat, fərdi müalicə rejimlərinə əlavə olaraq 
bakterioloji və kliniki nəzarət, və lazım gələrsə cərrahiyyə əməliyyatının da daxil 
edildiyi  yaxşı  təşkil  olunan  idarəedilmə  sxemindən  istifadə  olunmaqla  müalicə 
oluna bilər. XDR-Vərəm yalnız təcrübəli Vərəm üzrə həkimlər tərəfindən müalicə 

Bölmə 4
 Xüsusi Situasiyalar  
*H və/və ya R qarşı həssas olan xəstələrdə istifadə edilir
**Əlavə nevroloji yan təsirlərinin qarşısını almaq məqsədi ilə sikloserin qəbul edən bütün xəstələrə vitamin B6 (piridoksin) təyin olunmalıdır, 
hər 250 mq sikloserinin dozasına 50 mq vitamin B6. Bu, həmçinin izoniazid qəbul edən içkidən asılı xəstələrdədə faydalıdır. 
Dərmana qarşı rezistent Vərəm əleyhinə müalicə rejimlərinin seçilməsinin 
əsas prinsipləri və dərman qruplaşmaları
9
QRUPLAŞMA
DƏRMANLAR 
(DƏRMAN 
ADLARIN QİSA 
FORMASI)
PRINSİPLƏR
Qrup  4
Peroral bakteriostatik 
ikinci sıra Vərəm 
əleyhinə dərmanlar 
Etionamid (Eto); 
Protionamid (Pto); 
Sikloserin** (Cs); Para-
aminosalisilik turşusu 
(PAS);
Terizidon (Trd) 
Güman edilən həssaslığa, dərman qəbulunun tarixçəsinə, 
effektinə, əlavə təsirlərinə, göstərişlərinə və qiymətinə əsasən 
bunlar əlavə olaraq təyin olunur. 
Əgər bu qrupdan dərman preparatı əlavə olunmalıdırsa, 
onda təsdiq olunmuş effektinə və aşağı qiymətinə görə çox 
vaxt etionamid/protionamid əlavə olaraq təyin olunur. 
Əgər iki dərman preparatının təyin edilməsinə ehtiyac 
varsa, adətən etionamid/protionamid ilə birgə sikloserin 
istifadə olunur.
Etionamid/Protionamid və PAS dərmanların 
kombinasiyası güclənmiş qastrointestinal əlavə təsirlərinin 
əmələ gəlməsinə səbəb olması yüksək ehtimallıq 
daşıdığından, adətən bu iki dərman vasitəsi bir yerdə 
yalnız 4-cü Qrupun bütün üç dərman vasitəsi lazım 
olanda, istifadə olunur.  
Etionamid/protionamid-in təyinatı aşağı dozadan 
başlamaqla (250 mq) bir neçə gün qəbul edilib, sonra 
tədricən tam dozaya çatdırılmalıdır. 
Əgər üçüncü dərman vasitəsinin əlavə edilməsinə ehtiyac 
varsa, onda PAS istifadə olunmalıdır. Bu dərman preparatı 
bahalı olduğundan, əhəmiyyətli dərəcədə qastrointestinal 
əlavə təsirlərin baş verməsinə səbəb ola bilməsindən və 
saxlama şəraiti üçün xüsusi soyuq temperatur rejiminin 
olmasını tələb edən mikroqranuların olduğuna görə 
istifadə üçün daha az uyğundur.   
Qrup  5
Effektivliyi məlum 
olmayan Vərəmə qarşı 
vasitələr (MDR-
Vərəmli xəstələrdə 
rutin istifadə üçün 
ÜST tərəfindən 
tövsiyyə edilməyən) 
Klofazimin (Cfz); 
Amoksisillin/
Klavulanat (Amx/Clv); 
Klaritromisin (Clr); 
Linezolid (Lzd)
Tioasetazon (Th)
Multidərman müalicə rejimlərinə bu dərmanların effektli 
təsir qüvvəsi qeyri-məlum olduğu üçün, MDR-Vərəmə qarşı 
müalicədə ÜST tərəfindən rutin qaydada onların istifadəsi 
tövsiyyə edilmir.  Lakin, onlar 1-ci – 4-cü Qruplardan olan 
dərman preparatları ilə müvafiq müalicə rejimlərinin təyin 
edilməsi mümkün olmayan xəstəlik hallarında istifadə oluna 
bilər.

olunmalıdır. 
4.1. Uşaqlarda MDR-Vərəm n müal cəs  
Uşaqlarda  uzadılmış  müalicə  mərhələsində  İSD-ın  istifadəsi  üzrə  təcrübəyə  aid 
yalnız  çox  az  sayda  hesabat  mövcuddur.  Qurulan  müalicə  rejimində  hər  dərmanın  təyin 
edilməsindən yarana biləcək risklər və üstünlüklər barədə diqqətlə müzakirələr aparılmalıdır. 
Xüsusilə terapiyanın əvvəlində ailə üzvləri ilə açıq söhbətin olması zəruridir.  Ümumiyyətlə, 
Vərəmə  qarşı  dərman  preparatlarının  dozaları  bədən  çəkisinə  əsasən  təyin  olunmalıdır. 
Uşaqlar bədən çəkisini artırmağa meyli olduğuna görə, bədən çəkisinin hər ay nəzarət altında 
saxlanması uşaq xəstəlik hallarında xüsusilə vacibdir. Uşaqlarda MDR-Vərəmin müalicəsi 
MDR-Vərəm üzrə mütəxəssis ilə birgə məsləhətləşmələr apararaq idarəedilməlidir. 
4.2. Müal cə müddət   
MDR-Vərəm üzrə müalicə rejimlərinin məsləhət edilən müalicə müddəti əkmənin 
konversiyası  ilə  idarə  olunur.    Hal-hazırda,  ÜST  tərəfindən  əkmə  konversiyasından 
sonra ən azı 18 ay ərzində terapiyanı davam etdirmək tövsiyyə edilir. Ağ ciyərin geniş 
zədələnməsi  ilə  müşahidə  olunan  xroniki  xəstəlik  hallarında  terapiyanın  24  ayadək 
uzadılmasına göstəriş verilə bilər. Lakin yadda saxlamaq vacibdir ki, bu xəstəlik halları çox 
mürəkkəb olduğu üçün MDR-Vərəmin idarəolunması çox çətin ola bilər və belə hallarda 
yalnız  mütəxəssis  ilə  məsləhətləşərək  cəhd  göstərmək  lazımdır.  Əvvəl  qeyd  olunduğu 
kimi, 7-ci Əlavədə MDR-Vərəmin nəticələri haqqında cədvəl ilə tanış ola bilərsiniz. 
4.3. MDR-Vərəm üçün DOT 
Nəzarə alaraq ki, Vərəmə qarşı dərmanlar qəbul edərkən xəstələrin əksəriyyətində 
zəif nəzarət və ya qeyri-müvafiq müalicə rejiminin quruluşuna görə rezistentlik inkişaf 
edir,  bütün  MDR-Vərəm  müalicəsi  prosesinin  həvəsləndirici  və  maddi  haqların 
verilməsi ilə tam DOT üzrə keçirilməsi zəruridir. DOT MDR-Vərəm xəstəlik hallarının 
idarəolunması üzrə xüsusi təlimat keçən səhiyyə işçisi tərəfindən aparılmalıdır. Xəstələrin 
əksəriyyəti  bəlğəm  yaxmasının  konversiyasına  (mənfi  nəticəsinə)  və  ya  bəzi  hallarda 
müalicənin  intensiv  mərhələsinin  sonuna  qədər  xəstəxanaya  yerləşdirilir.  Bu  xəstələrə 
DOT-un  təmin  edilməsində  iştirak  etməli  olsanız,  Siz  MVP-dan  MDR-Vərəm  üzrə 
mütəxəssis ilə məsləhət etməlisiniz. 
MDR-Vərəmin  idarəedilməsi  üzrə  daha  ətraflı  məlumat  üçün  ÜST-ün  dərmana 
qarşı rezistent vərəmin proqramlaşdırılmış idarəedilməsinə dair Təlimatlarına müraciət 
edə  bilərsiniz.  MDR-Vərəm  üzrə  onlayn  kurslar  WMA  –dən  olan  təlimat  kurslarının 
davamıdır və aşağıdakı internet səhifəsində pulsuz əldə oluna bilər: 
http://www.wma.net

Bölmə 4
 Xüsusi Situasiyalar  
Bu bölmədə Siz öyrəndiniz ki...
İİV infeksiyası tapılan və ART-in təyin edilməsinə ehtiyac olan aktiv 
Vərəmli xəstələrə MVP təlimatlarına əsasən Vərəmə qarşı müalicənin 
başlanması ən birinci prioritet sayılır 
Efavirenz-əsaslı antiretroviral terapiya və rifampin-əsaslı vərəmə qarşı 
müalicə, onların standart dozaları ilə təyin olunması—İİV-əlaqəli vərəmin 
ən uyğun müalicəsidir 
Vərəmli xəstələr üçün CD4 hüceyrə sayından asılı olmayaraq, CPT 
təyinatı mümkün dərəcədə tez edilməli və Vərəmə qarşı müalicə ərzində 
verilməlidir; müalicə tamamlanandan sonra CPT davam etdirilməsi MVP 
–nın təlimatlarına əsaslanmalıdır 
Uşaqlar və yeniyetmələr Vərəmə qarşı kimyaterapiyaya davamlı olurlar və 
böyüklər üçün olan Vərəm əleyhinə müalicə kategoriyaları uşaqlar üçün 
olanlarla oxşardır  
Uşaqda Vərəm diaqnozu qoyulan kimi, Vərəm üzrə mütəxəssis bədən 
çəkisinə əsasən müvafiq müalicə rejimini və dərman dozalarını təyin edəcək  
Əsasən, Vərəmə qarşı birinci sıra dərmanların əksəriyyəti (rifampisin, 
izoniazid, pirazinamid və etambutol) hamiləlik və süd vermə zamanı 
təhlükəsiz şəkildə qəbul oluna bilərlər 
Pirazinamidin hamiləlikdə istifadəsinin təhlükəsiz olmasının sübüt 
edilməməsinə baxmayaraq, hamiləlik zamanı mümkün olanda izoniazid, 
rifampisin və pirazinamid əsaslı altı aylıq müalicə rejiminin təyinatı 
aparılmalıdır  
MDR-Vərəm üzrə müalicə rejimlərinin tövsiyyə edilən müalicə müddəti 
əkmənin konversiyasından və xəstəliyin yayılması kimi digər amillərdən 
asılıdır 
ÜST əkmənin konversiyasından sonra ən azı 18 ay terapiyanı davam 
etdirməyi tövsiyyə edir 
Bölmə  4

Biliklərinizin qiymətləndirilməsi üçün Suallar və Çalışmalar: 
Xüsusi Situasiyalar  
1.  İİV-əlaqəli  Vərəmin  müalicəsində  bir  dərmanın  digər  dərmanla  ən  vacib 
qarşılıqlı təsiri _________________ və  qeyri-nukleozid əks transkriptaza in-
qibitorlar (NNRTIs), efavirenz (EFV) və nevirapin (NVP) arasında olur
2. Multi-dərmanlara rezistentlik bu dərman preparatlarına qarşı rezistentlik 
kimi müəyyən edilir:
3. Əvvəlcə, təsdiq olunmuş MDR-Vərəmli xəstə üçün müalicə rejiminə daxil 
olmalıdır: (uyğun olan cavabları seçin)
a.  Müəyyən və ya təxmini müəyyən effektivliyi olan ən azı dörd dərman 
b.  Rezistentlik  təsdiqinin  olmamasına  baxmayarq,  Vərəmə  qarşı  birinci  sıra 
dərmanlar 
c.  DHT nəticələrinə əsasən xəstədən təcrid olunan bakterial ştammın həssaslıq 
göstrədiyi  bütün dərmanlar 
d.  İnyeksion vasitə 
e.  Izoniazid və Rifampisin, Vərəmə qarşı iki ən güclü dərman preparatı 
4.  Hansı  vəziyyətlərdə  MDR-Vərəmli  xəstə  dərmanları  özü  sərbəst  şəkildə 
nəzarətsiz olaraq qəbul edə bilər ?
a.  Xəstə səfər edən zaman 
b.  Ailədə baş verən fövqəladə bir hadisə zamanı  
c.  Xəstə özünü pis hiss etdiyinə görə, DOTS mərkəzinə gəlməyəndə 
d.  Xəstə müalicənin intensiv mərhələsini tamamlayanda 
e.  Xəstə dərman dozasının qəbulunu heç vaxt unutmayanda
f.  Yuxardakılardan heç biri


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin