Bölmə 4
Xüsusi Situasiyalar
5. MDR-Vərəmin müalicə müddəti ən azı nə qədər olmalıdır?
6. Birinci sıra Vərəmə qarşı hansı dərman (lar) hamilə qadınlarda istifadə
olunmamalıdır?
a. Rifampisin
b. Izoniazid
c. Pirazinamid
d. Streptomisin
e. Etambutol
7. Bu tapşırıqda aşağıdakı xəstəlik halları ilə tanış olun və onlarla əlaqəli suallara
cavab verin.
Xəstəlik halı 1 (Vərəm/İİV)
23 yaşlı qadında ağ ciyər Vərəmi diaqnozu qoyulub və İİV-ə qarşı müayinələr
müsbətdir. Siz CD4 hüceyrə sayının müayinəsinə göstəriş verirsiniz və
xəstədə CD4 hüceyrə sayının 200 və 350 hüceyrə/mm
3
olması tapılır.
1. Yuxardakı məlumata əsasən ARV-əsaslı müalicəni siz nə vaxt
başlamalısınız?
2. Bu vəziyyətdə digər hansı müalicələrin təyinatı faydalı ola bilər?
Xəstəlik halı 2 (hamiləlik/Vərəm)
19 yaşlı qadına hamiləliyin 21-ci həftəsində öskürək, hərarət və bədən
çəkisinin azalması ilə müşahidə olunan əlamətlərdən sonra ağ ciyər Vərəmi
diaqnozu qoyulub.
Növbəti müvafiq addım hansıdır?
a. hamiləlikdən yarımçıq qurtarmaq
b. Vərəmə qarşı müalicəni 4 peroral birinci sıra dərmanlar ilə başlamaq
c. Vərəm əleyhinə müalicəni doğuşdan sonra başlamaq
d. Müalicəyə başlamazdan qabaq əkmə və dərmanlara qarşı rezistentlik
testlərinin nəticələrini gözləmək
Xəstəlik halı 3 (Uşaqda Vərəm)
4 yaşlı oğlanda hərarət, öskürək və zəiflik müşahidə olunur. Döş qəfəsinin
rentgen şəkli ağ ciyərin sağ tərəfli pnevmoniya əlamətlərini göstərir. TDT
8 mm-dir. Uşağın anası 5 həftə bundan əvvəl standart Vərəmə qarşı tera-
piyaya başlamışdır. Onun DHT nəticələrində pan-həssaslı Vərəm miko-
bakteriya tapılıb.
Ən yaxşı cavabı seçin:
a. pnevmoniyaya qarşı ən geniş spektri olan antibiotiklərin qəbuluna
başlamaq
b. bəlğəm əkməsinin nəticələrini əldə edənə qədər heç bir müalicə apar-
mamaq
c. Vərəmə qarşı müalicəni birinci sıra Vərəm əleyhinə dərman
preparatlarının qəbulu ilə başlamaq
d. müayinə üçün xəstəxanaya müraciət etmək
Xəstəlik halı 4 (MDR)
28 yaşlı kişidə öskürək, hərarət və bədən çəkisinin azalması kimi əlamətlər
müşahidə olunur. Döş qəfəsinin rentgen şəkli sağ ağ ciyərin yuxarısında
kaverna və fibroz əlamətləri ilə müşahidə olunan kölgələnmə göstərir.
Bəlğəm yaxmasının mikroskopiya və TDT-nin nəticələri müsbətdir. O,
bundan 4 il əvvəl Vərəmə qarşı 2 ay ərzində özü sərbəst şəkildə müalicə
qəbul edib və nəzarət altında olmayıb.
1. Potensial dərmana qarşı rezistent Vərəmin olmasına işarə edən
amillər hansıdır?
2. Siz xəstəni hansı müayinəyə göndərməlisiniz?
3. Dərmanların hansı kombinasiyası nəzarə alınmalıdır?
Bölmə 4
Xüsusi Situasiyalar
cavablar
1:
Rifampisin
2:
ən azı izoniazid və rifampisin, iki ən güclü Vərəmə qarşı dərmanlar
3:
a,b və d
4:
f
5:
ÜST əkmə konversiyasından sonra ən azı 18 ay ərzində terapiyanın davamını tövsiyyə edir.
6:
d
7:
XƏSTƏLİK HALI 1
1. 8 həftədən sonra
2. Ko-trimoksazol preventiv terapiyası (CPT)
XƏSTƏLİK HALI 2:
b
XƏSTƏLİK HALI 3:
c
XƏSTƏLİK HALI 4:
1. əvvəlki müalicə, özü sərbəst şəkildə nəzarətsiz olaraq qəbul olunan müalicə, müalicəyə
riayətin olmaması
2. DHT
3. Birinci sıra vasitələrdən mümkün olan hər hansı birini + bir inyeksion preparatı + bir
florxinolon + 2 və ya daha artıq 4-cü qrup dərmanlardan istifadə edin və mütəxəssis ilə
məsləhətləşin
Bölmə 1
Vərəmin Etiologiyası və Patogenezi
Xəstə-Həkim Ünsiyyəti
Bölmə 5
5
Bölmə 5
Xəstə-Həkim Ünsiyyəti
Xəstə-Həkim Ünsiyyəti
X
əstə-həkim ünsiyyəti kliniki təcrübənin vacib bir hissəsidir.
Həkimin Vərəmli xəstəyə məlumatı necə çatdırması həmin məlumatın
özü qədər vacibdir.
Bu bölmə VQBS üzrə 9 – cu Standartı yerinə yetirmək üçün lazım
olan bacarıqları əhatə edir. Vərəmli xəstələrlə məşqul olan bütün
həkimlər tövsiyyə edilən müdaxilələrin tam çeşidini və xəstə ilə kon-
sultasiya və maarifləndirmə işləri də daxil olmaqla, mümkün olan dəstək
xidmətlərini təmin etməlidirlər. Bu maarifləndirmə işlərinin aparılması və
eləcədə həkimə müraciət zamanı xəstəyə məlumatın daha effektli şəkildə
çatdırılması yolları aşağıda müzakirə olunacaq.
Bölmə 5
Öyrənmə Məqsədləri
Bu bölmədə iştırakçılar öyrənəcəklər:
Vərəmli xəstələri məlumatlandırmaq üçün faydalı olan bilikləri
Xəstənin həkimə ilk müraciətində Vərəm haqqında xəstənin biliklərini
necə qiymətləndirilməsini
Məlumatın çatdırılması üçün sadə dildən necə istifadə etməli
Xəstənin xəstəlik barədə bilgilərini təyin etmək üçün sualları necə verməli
bölmə 5
Xəstə-Həkim Ünsiyyəti
Bölmə 5
Xəstə-Həkim Ünsiyyəti
1. Xəstə-Həkim Ünsiyyətinin yaxşı olmasının vacibliyi
Həkim tərəfindən verilən məlumatı başa düşən xəstələr öz səhhətləri ilə bağlı
problemləri daha yaxşı qəbul edirlər, həkim tərəfindən təyin edilən müalicənin
əhəmiyyətini anlayırlar, bunun əsasında müalicəyə riayət edərək dərmanların qəbul
cədvəllərinə əməl edirlər. Vərəmli xəstənin uğursuz müalicəsinin əsas səbəblərindən
biri səhiyyə işçisi tərəfindən göstərilən münasibətdir. Hətta bu xəstəlik halı olmasa
belə, xəstənin hissləri xəstə-səhiyyə işçisi əlaqəsi prosesində çox vacib rol oynayır.
Uğursuz müalicə nəticələri olan xəstələr çox vaxt kobud, səbirsiz və ya xəstəyə
qulluq göstərmək əvəzinə özünü çox məşqul kimi göstərən səhiyyə işçisi barədə
məlumat verirlər.
Əksər yerlərdə Vərəm barədə hələ də çox stiqmalar var və ciddi şəkildə xəstə
olmaqla bərabər xəstələr həmçinin aşağıdakı hallardan çox qorxurlar:
Öz ailəsinin və cəmiyyətinin reaksiyasından
Bu xəstəlik nəticəsində ölməkdən
Maddi gəlirin və ya iş yerinin itirilməsindən
Həkimlər bu cür qorxu hissləri və həyacan keçirən xəstələr və onların ailələri
ilə xəstəlik diaqnozu qoyulan andan başlayaraq bütün müalicə prosess ərzində, xəstə
sağalana kimi aydın və dəstəkli şəkildə əlaqə saxlamalıdırlar.
Vərəmli xəstə ilə onun xəstəliyi və mümkün olan müalicə yolları haqqında həkim
üçün daha effektli münasibətə yardımçı olacaq bir neçə mərhələ aşağıda qeyd olunub :
1.1. Xəstənin biliklərinin qiymətləndirilməsi
(Suallar verib, qulaq asmaq)
Məlumat verməzdən əvvəl, xəstədən Vərəm haqqında nə bildiyini öyrənin.
Çox vaxt xəstəyə digər səhiyyə işciləri tərəfindən artıq bu xəstəlik barədə məlumat
verililmiş olur və Sizin verdiyiniz məlumatlar xəstə üçün yeni və fərqli ola bilər, bu
isə xəstənin anlayışına təsir edə bilər və xəstəni çaşdıra bilər. Məsələn, DOT işçisi
müalicəni uğurlu tamamlamaq üçün dərmanların müvafiq dozalarına ehtiyac olduğu
barədə xəstəyə məlumat verməlidir, halbuki tibb bacısı sağalıb-sağalmamanın
ən yaxşı qiymətlərndirilməsi üçün bəlğəm nümunələrinin müayinəsinin lazım
olduğunu xəstəyə deməlidir. Bəzən də ola bilər ki, xəstə Sizin yanınıza Vərəmin
necə yayılması və ya müalicə nə qədər müddət ərzində aparılır kimi Vərəmə dair
əvvəlcədən özündə inanaraq müəyyənləşdirdiyi idealarla (ola bilər ki, qeyri-etibarlı
mənbələrdən) gələ bilər. Bu səbəbdən də əvvəlcədən xəstədə Vərəm barəsində artıq
mövcud olan anlayışın (və ya yanlış anlayışın) müəyyən edilməsi zəruridir.
Xəstənin Vərəm barədə nələri bildiyini öyrənmək üçün xəstəyə sual verib,
onun cavab verməsinə imkan yaradın. İmkan dairəsində ətraflı cavab tələb
edən suallar verin. Sadəcə “bəli” və ya “xeyir” cavablarının verildiyi suallarla
kifayətlənməyin. Əgər Siz “Nə…, Niyə…, Necə… və Nə vaxt…” sözləri ilə başlayan
suallar versəniz, Siz adətən daha ətraflı məlumat əldə edə bilərsiniz. Bu növ su-
allara xəstə fikirləşib cavab verməli olur. Lakin arabir birbaşa “bəli” və ya “xey-
ir” cavabları tələb edən sualları vermək lazım gələ bilər. Xəstənin hər cavabını
diqqətlə dinləyin. Əgər xəstə cavab verməkdə ləngiyirsə, cavabı özünüz verərək,
“sükutu aradan qaldırmağa” cəhd etməyin. Xəstəyə düşünmək üçün vaxt verin.
1.2. Sadə danışıq dilindən istifadə edin
Çatdırmalı olduğunuz məlumatı asta-asta və diqqətlə, sadə danışıq dilindən
istifadə etməklə anladın bu zaman həmin yeni məlumatı dərk etmək üçün xəstəyə
vaxt da verin. Yavaş-yavaş, müvafiq fasilə ilə aparılan danışıq zamanı xəstənin öz
suallarını verməsinə də imkan yaradır və sonra Siz onları əlavə lazımlı məlumatın
verilməsi üçün istifadə edə bilərsiniz. Fasilə ilə olan dialoq hər iki tərəfin daha
dərin anlayışına gətirib çıxarır.
Bölmə 5
Xəstə-Həkim Ünsiyyəti
Aydın danışaraq, xəstə başa düşən sözlərdən istifadə edin. Məsələn,
xəstələrin əksəriyyəti aşağıdakı cümləni başa düşməyəcəklər:
“Sizdə bəlğəm yaxması musbət olan ağ ciyər Vərəmi var. Vərəm irsi
xəstəlik deyil, lakin hava ilə ötürülür.”
Sadə sözlərdən istifadə etmək daha yaxşıdır, məsələn aşağıdakı kimi :
“Siz öskürərkən ifraz etdiyiniz bəlğəmdə müayinələr zamanı
vərəm çöpləri tapılıb, yəni sizin ağ ciyərlərinizdə Vərəm var. Vərəm
anadangəlmə xəstəlik deyil. Bu xəstəlik insandan insana mikrob
vasitəsilə keçir. Yoluxan insan öskürəndə və ya asqıranda, mikroblar ha-
vaya keçir. Digər insan nəfəsalmaqla bu mikrobları udub, yoluxa bilər.”
1.3. Qeyri-verbal əlaqə
Mimikanız və üzünüzdə göstərdiyiniz hər hansı bir ifadə xəstənin anlaması
üçün çox vacibdir və bunlar təzcrübə zamanı müsbət və ya mənfi təsirlər göstərə
bilər. Müayinə otağına bir neçə dəqiqə gecikən və tələsə-tələsə girən, qeydləri
tələm-tələsik götürən və xəstə hələ danışarkən dönüb gedən həkim həmişə səbirsiz
və xəstəylə az maraqlanan şəxs təəssüratını yaradır. Bir neçə dəfə belə vəziyyətlərlə
rastlaşan xəstələr bu qeyri-verbal davranışı onların gəlişlərinin vacib olmaması
kimi qəbul edə bilərlər, hətta siz onlara bunun əksini dediyiniz halda belə. Qeyri-
verbal hərəkətlərlə ifadə olunan bu sözsüz mesajlara qarşı diqqətli olun, eləcədə,
xəstənin göstərdiyi bu eyhamları anlayın.
1.4. Ruhlandırıcı suallar
Əmin olun ki, xəstə sizin yanınızda özünü çox rahat hiss edir və onu
maraqlandıran sualları verməkdən utanmır. Göstərişlər və ya izahatları verdikdən
sonra, fasilə verin, soruşun “Hər hansı bir sualınız varmı? Mən bilirəm ki, bir dəfə
üçün bu məlumat çoxdur”.
Xəstələr utancaq ola bilərlər və ya savadsız insan təsiri bağışlamaqdan ehti-
yatlanarlar. Onlar əsəbi ola bilərlər və tibb müəssisəsini tələsərək tez tərk etmək
istəyərlər. Sual vermək onlardan bir cəsarət tələb edə bilər. Xəstəni sual verməyə
təhrik edin və diqqətlə qulaq asıb, düşünüb, cavab verin. Məsələn, deyin:
“Mən şadam ki, Siz bu sualı verdiniz....”
“Yaxşı sualdır....”
1.5. Yoxlama suallarının verilməsi
Yoxlama sualları
şəxsin nə öyrənməsini bilmək üçün lazım olan suallardır.
Beləliklə, Siz lazım gələrsə daha ətraflı məlumat verə bilərsiniz və ya öz
göstərişlərinizi aydınlaşdıra bilərsiniz. Xəstəni məlumatla təmin etdikdən son-
ra,
xəstənin tam olaraq bütün bunları anladığı öyrənmək üçün yoxlama suallarını
verin. Görüşün sonunda da, xəstənin növbəti addımın nədən ibarət olmasını
başa düşdüyünə əmin olmaq üçün yoxlama sualları vermək lazımdır. “Başa
düşürsünüz?” sualını verməyin Bu suala xəstədən umumilikdə “Bəli” cavabını
eşidəcəksiniz və bundan başqa siz xəstənin reallıqda nəyi bilib-bilməməsini
öyrənməmiş olacaqsınız. Məsələn, Vərəmin yayılmasının qarşısını necə alınması
(öskürəndə ağızını dəsmalla
örtmək və s.) haqqında
məlumatı verəndən sonra,
xəstənin başa düşməsini
yoxlamaq məqsədilə, Siz
soruşmalısınız:
“Vərəm mikroblarının
yayılmasının qarşısını
almaq üçün Siz nə
etməlisiniz?”
Bölmə 5
Xəstə-Həkim Ünsiyyəti
Bu bölmədə Siz öyrəndiniz ki...
Sualların verilməsi, düzgün sözlərin seçilməsi, məlumatın dərinliyi, danışıq
tərzi, mimika və üz ifadəsi kimi sadə qərarlar xəstə və həkim arasında üzbə-
üz olan ünsiyyətin keyfiyyətinə əhəmiyyətli təsir göstərə bilər.
Həkimlə görüşlər zamanı Vərəmə şübhəli və ya Vərəmli xəstəyə
uyğunlaşdırıla və öyrənilə bilən çox geniş şüurlu seçimlər var
Xəstə - həkim ünsiyyətinin güclənməsinə yuxarıda qeyd olunan
əməkdaşlığın əsas prinsiplərinin təkmilləşməsi yardımcı ola bilər
Sizin əməkdaşlıq bacarıqlarınızın təkmilləşməsi vaxt və təcrübə tələb edə
bilər, lakin bu bacarıqların mövcudluğu xəstənin müalicəsində optimal
nəticələrə malik olmaq üçün çox vacibdir
Bölmə 5
Biliklərinizin qiymətləndirilməsi üçün Suallar və Çalışmalar:
Xəstə-Həkim Ünsiyyəti
1. Aşağıda verilən situasiyalarda istifadə oluna bilən strategiyaları müəyyən
edin. Siz nə deməli və ya etməli olduğunuz barədə qısa məlumat verin.
A) MDR-Vərəm müalicəsinin 4 –cü ayında ailə üzvü deyir ki, JK evdə qala bilmir,
çünki qorxur ki, uşaqlar onun kimi MDR-Vərəmə yoluxa bilər. JK yoldaşı MDR-
vərəmdən öləndən sonra, ailə üzvü özüdə qorxur.
B) Xəstə müalicənin 1 gününü buraxıb və bu haqqda məlumatı növbəti gün verib.
2. Aşağıda verilən ifadəni xəstənin daha yaxşı başa düşməsi üçün yenidən
yazın.
“Sizin dərmanlara qarşı həssaslıq müayinələrinizin nəticəsi birinci sıra dərmanlar
olan H və R qarşı rezistentlik göstərib. MDR-Vərəm əleyhinə müalicə florxinolon və
İSD-lar daxil olmaqla gündəlik kombinə olunmuş müalicə tələb edir.”
3. Müalicənin davamedici mərhələsinə köçürülən Vərəmli xəstə müalicəni
pozmağa başlayib. Siz aşağıdakı məlumatı ona çatdırmalısınız:
“Hətta indi Siz özünüzü daha yaxşı hiss etməyə başlayanda, Sizin gəlib
müalicəni davam etdirməyiniz zəruridir. Siz müalicənin 2 ayını uğurla başa
çatdırmısınız. Siz bütün bu həblərin qəbulunu həftədə 3 gün olmaqla da-
vam etdirməlisiniz. Dərmanların yalnız bir neçəsinin qəbulu və ya onların
qeyri-mütamadi qəbul edilməsi çox təhlükəlidir və xəstəliyin müalicəsini
çətinləşdirə bilər və ya sağalmanın mümkün olmamasına gətirib çıxarar və
Siz yenidən xəstələnə bilərsiniz.”
Görüşün sonunda xəstənin Siz verdiyiniz məlumatı anlamasına əmin olmaq
məqsədi ilə soruşulması lazım gələn iki yoxlama sualını qeyd edin:
Bölmə 5
Xəstə-Həkim Ünsiyyəti
1: Strategiyaları müəyyən edin
A: Vərəmin yayılmasının qarşısının alınması vacib olan mərhələdə JK-ya əlindən gələni
etməyi və 4 ay ərzində müalicəni qəbul etməsini başa salın. O, qəbul etdiyi dərmanlar
insanlar asqırarkən və ya öskürərkən ifraz olunan basilləri öldürür. JK uşaqlar üçün
daha təhlükə yaratmır, çünki o, dərmanlar qəbul edir. Onun hələ də sizin dəstəyinizə
ehtiyacı var, çünki bu cür uzunmüddətli müalicə üçün ailə dəstəyi çox vacibdir. JK-
nın sağalması üçün müalicəni davam etməsinə yardım etmələrini xahiş edərək ailə
üzvünü ruhlandırın
B: Xəstədən işlərin necə getməsi barədə soruşun, nə üçün müalicəyə gəlməməsini öyrənin.
Xəstəyə xatırladın ki, dərman qəbul etmədiyi günlərdə Vərəm mikrobları bərpa
olmağa və çoxalmağa başlaya bilər və bu səbəbdən bütün dərmanların hər gün qəbul
edilməsi zəruridir. Xəstəyə deyin ki, müalicəni qəbul etmək üçün geri qayıtmaqla
onlar düzgün iş görürlər və əgər ehtiyac varsa, mövcud dəstək yanaşmalarına onları
yönəldin.
2: Qeyd edilmiş ifadəni yenidən yazın
Müxtəlif cavablar ola bilər – məsələn:
Laborator müayinələr göstərdi ki, sizin ağ ciyərinizdə olan mikroblar biz istifadə etdiyimiz
adi Vərəm əleyhinə olan dərmanlarla məhv edilə bilməz. Bu ciddi, dərmana qarşı davamlı
xəstəliyi müalicə etmək üçün biz xüsusi dərmanlardan istifadə etməliyik. Sağalmaq üçün
Siz hər gün bir sıra müxtəlif dərmanlardan, həmçinin inyeksion preparatlardan istifadə
etməli olacaqsınız.
3: İki yoxlama suallı
1. Bu gündən başlayaraq həftədə neçə dəfə Siz dərman qəbul edəcəksiniz?
2. Müalicənin fasiləsiz davam etdirilməsi niyə zəruridir?
cavablar
Bölmə 1
Vərəmin Etiologiyası və Patogenezi
Müalicəyə riayət edilməsi Bölmə 6
6
Bölmə 6
Müalicəyə riayət edilməsi
Müalicəyə riayət edilməsi
B
u bölmədə müalicəyə riayət edilməsi barədə müzakirə aparılacaq.
Vərəmli xəstələri müalicə edən həkim müalicə riayətinə nəzarət
etməli, dəstək olmalı, zəmanət verməlidir. Vərəmli xəstənin
uğurlu müalicəsindən həm xəstə, həm də cəmiyyət faydalanır və uğurlu
müalicənin məsuliyyəti səhiyyə işçisi tərəfindən yalnız müvafiq müalicə re-
jiminin təyinatından deyil, həmçinin terapiyanın tamamlanmasını təmin
etməkdən ibarətdir. Xəstəni vərəmdən müalicə edən hər hansı bir həkim
vacib səhiyyə öhdəliyini öz üzərinə götürür.
Bu öhdəliyi yerinə yetirmək üçün, həkim yalnız müvafiq müalicə rejimini
təyin etməli
deyil, eləcədə, müalicə rejiminə xəstənin riayət edilməsini
qiymətləndirməli
və zəif riayət etmə zamanı məlumat verməlidir. Bu
cür davranışla, müalicə tamamlana qədər Siz müalicəyə riayət edilməsinə
nail ola biləcəksiniz. Tədqiqatlar göstərir ki, səhiyyə işçiləri müalicəyə
riayət edəcək və etməyəcək xəstələri əvvəlcədən dəqiqliklə müəyyən edə
bilmirlər. Xəstənin müalicəyə riayət etməsinin ən yaxşı göstəricisi keçmişdə
müalicəyə fasilə verən və ya imtina edən xəstələrdir, çünki belə xəstələrdə bu
prosesin təkrar edilmə ehtimalı daha yüksəkdir. Bu xəstələr xüsusi diqqət
tələb edə bilərlər. Bunları yerinə yetirmək üçün:
Xəstə və səhiyyə işçisi arasında qarşılıqlı hörmət və xəstənin ehtiyaclarına
əsaslanan Vərəm müalicəsinin idarəsinə aid xəstə-mərkəzləşdirilmiş
yanaşmanı inkişaf etdirin və bu yanaşmadan istifadə edin. (7-ci və 9-cu
Standartlar)
VQBS ilə birgə yaradılmış xəstələrin məsuliyyətlərini və hüquqlarını təsvir
edən Vərəmə Qayğı üzrə Xəstələrin Xartiyası Bölməsilə tanış olun.
Bölmə 6
Öyrənmə Məqsədləri
Bu bölmədə iştırakçılar öyrənəcəklər:
Müşahidə altında müalicəyə gələn Vərəmli xəstələri necə dəstəkləmək
lazımdır
Vərəmli xəstələrin müalicəyə riayət etmələrinə necə nəzarət etmək
lazımdır
Müalicəni dayandıra bilən xəstələri necə müəyyən etmək lazımdır
Vərəm müalicəsinin davam olmasının təmin edilməsi üçün xəstələrin
problemlərinin həll olunmasına necə yardım etmək lazımdır
Müalicəyə riayət edilməsi üçün hansı həvəsləndirici üsulları Siz təklif edə
bilərsiniz
bölmə 6
Müalicəyə riayət edilməsi
Bölmə 6
Müalicəyə riayət edilməsi
1. Müal cəyə r ayət ed lmən n vac bl y
Vərəmə qarşı terapiyanın effektli olması üçün müvafiq dərmanlar münasib dozalarda və
müvafiq vaxt ərzində düzgün qəbul olunmalıdır. Bu səbəbdən, müalicənin tamamlanması və
sağlamlığa nail olmaq üçün müalicəyə riayət etmək zəruridir. Müalicənin tamamlanmasının
təmin edilməsi üçün Vərəmə qayğı üzrə xidmət sahələri xəstələrə tam şəkildə dəstək olmalıdırlar.
Vərəmli xəstələrin əksəriyyəti çox kasıb, evsiz, narkomanlar və ya HİV-ə yoluxan insanların
daxil olduğu ictimai cəhətdən zəif təbəqənin üzvləridir. Bu qruplarda xəstələrin bir çoxu üçün
Vərəm diaqnozunun qoyulması onların rast gəldikləri problemlərə rəğmən elə də əhəmiyyətli
olmur. Bu cür xəstələr ciddi nəzarət tələb edirlər. Bu bölmədə siz xəstənin müalicəyə riayət
etməsi və sizin buna dəstək ola bilməniz üçün, eləcə də, əhalinin məhz bu təbəqəsi ilə işləmək
üçün faydalı olan bir neçə üsullarla tanış olub, onlardan istifadə edə bilərsiniz. Xəstələri
məlumatlandırmaq və dəstəkləməklə yanaşı onları narahat edən digər məsələlərə də sizin
diqqət yetirməniz xəstələrin öz sağlamlıqlarına daha çox önəm vermələrinə, müalicəyə riayət
etmələrinə kömək edə bilər. Kliniki görüş nöqtəsindən başlayaraq xəstələri məlumatlandırmaq
və dəstəkləmək Vərəmə qarşı müalicədən daha az əhəmiyyətli görünə bilər, lakin geniş Vərəmə
nəzarət cəhdləri arasında bu ən vacib elementlərdən biri kimi təqdim olunur.
Siz xəstənin müalicəsini dayandırmasına və ya fasilə verməsinə təsir edən səbəbləri
müəyyənləşdirib, onlara diqqət yetirməlisiniz. Baxmayaraq ki, xəstələrdən hansılarının
müalicəyə riayət edəcəkləri haqqında əvvəlcədən nə isə demək mümkün deyil, lakin
narkomaniya, daha öncə hansı xəstənin müalicəyə zəif riayət etməsi, onların evsiz olması
kimi şərtlər var ki, bunları nəzərə alaraq əvvəlcədən hansı xəstələrin müalicəyə zəif riayət
edəcəklərini proqnozlaşdırmaq olar. Xəstənin müalicəyə riayət etməsinə nəzarətin edilməsi
xəstənin öz dərmanlarını mütamadi şəkildə qəbul etməsinə və müalicənin tamamlanmasına
yardımçı olur, beləliklə sağlamlığa nail olmağa, sonrakı vərəmin ötürülməsinin və dərmanlara
rezistentliyin əmələ gəlməsinin qarşısını almağa kömək edir. Bu isə, xəstənin və cəmiyyətin
vərəmdən qorunması deməkdir.
2. Xəstə-Mərkəzləşd r lm ş yanaşma
Vərəmin idarəsinə və qayğısına aid olan xəstə-mərkəzləşdirilmiş yanaşma xəstə və səhiyyə
işçisi arasında qarşılıqlı hörmət və xəstənin ehtiyaclarına əsaslanır. Xəstə-mərkəzləşdirilmiş
strategiyanın əsas elementi fərdi xəstənin vəziyyətinə aid olan və xəstə və səhiyyə işçisinə
qarşılıqlı münasib göstəricilərdən istifadədir. Xəstə-mərkəzləşdirilmiş yanaşmadan birbaşa
müalicəyə riayət edilməsini təşkil etməyə dair xəstəyə DOT üçün ən uyğun vaxt və yerin
seçilməsi və mümkün dərəcədə digər ictimai və tibbi xidmətlərin təmin olunması lazımdır.
Müalicə zamanı nəzarətin təşkili sonra müalicədən imtina edən xəstə üçün sərf edilən
Dostları ilə paylaş: |