Müəssisələrdə yanğın təhlükəsizliyinin təmini üzrə işlərin təşkili
Müəssisə rəhbərləri yanğın təhlükəsizliyi qaydalarının əsasında, istehsalat xüsusiyyətləri nəzərə alınmaqla, ümummüəssisə və hər bir sex, qurğu, laboratoriya və s. obyektkər üçün yanğın təhlükəsizliyi üzrə təlimatlar hazırlamalı, onları yerli yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırmalı və təsdiq etməlidir.
Ümummüəssisə təlimatlarında yanğın təhlükəsizliyinin əsas tələbləri müyyənləşdirilməli və aşağıdakılar nəzərdə tutulmalıdır:
- ərazinin saxlanma xüsuyyəti, o cümlədən, yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələr, binalara, su mənbələrinə və digər obyektlərə keçid yolları;
- maddə və materialların saxlanılması qaydaları;
- nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması və onların hərəkət qaydaları;
- birdəfəlik və müvəqqəti işlər yerinə yetirən şəxslərin obyektin ərazisinə buraxılması qaydaları;
- obyektdə siqaret çəkmək üçün xüsusi yerlərin ayrılması;
- yanğınsöndürmə və yanğın rabitə siqnalizasiya vasitələrinin saxlanılması qaydaları;
- yanğından mühafizə xidmətinin çağırılması qaydaları.
Obyektlər üçün yanğın təhlükəsizliyi üzrə təlimatlarda yanğından mühafizə tədbirləri müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır:
- istehsalatın yanğın təhlükəsizliyi üzrə kateqoriyası;
- ayrı-ayrı istehsal prosesləri üçün xüsusi tədbirlər;
- sexlərdə, emalatxanalarda, anbarlarda yanğın və partlayış törədə bilən maddələrin saxlanıl-ması qaydaları və normaları;
- partlayış-yanğın təhlükəli ayrı-ayrı maddəlarin saxlanılması və nəqlinin xüsusiyyərləri;
- yanğın söndürmə sistemlərinin və vasitələrinin işə yararlılığının yoxlanılması qaydaları;
- xüsusi yanğınsöndürmə vasitələrinin və qurğularının zəruri hallarda işə salma qaydaları;
- nəzarət ölçü cihazlarında (qazanalizatorlar, səviyyəölçənlər, manometrlər, termometrlər) texnoloji parametrlərin qəza, partlayış və yanğın təhlükəliliyi baxımından buraxıla bilən hədd göstəriciləri;
- odlu işlərin aparılması üçün xüsusi yerlərin ayrılması;
- silgi materiallarının yığılması, saxlanılması və binadan xaric edilməsi;
- xüsusi geyimlərin saxlanılması;
- ayrı-ayrı aparat və avadanlıqların təmirə hazırlanması və təmirdən sonra işə salınması zamanı yanğından mühafizə qaydaları;
- yanğın baş verərkən sex, emalatxana və digər obyektlərin işçilərinin vəzifələri (yanğından mühafizə xidmətinin çağırılması, texnoloji avadanlıqların dayandırılması, ventilyasiya və elektrik cihazlarının söndürülməsi, yanğınsöndürmə vasitələrinin tətbiqi, təhlükəsizlik texnikası qaydalarına riayyət edilməklə insanların və maddi sərvətlərin köçürülməsi və s.).
Obyektin xüsusiyyətindən asılı olaraq təlimata digər tədbirlər də daxil edilə bilər.
Müəssisədə işlənib hazırlanmış təlimatlara aşağıdakı qaydada yenidən baxılmalıdır:
- beş ildə bir dəfədən az olmayaraq;
- texnoloji proses və iş şəraiti dəyişdikdə;
- baş vermiş bədbəxt hadisələrin təhlili əsasında dəyişiklər etmək.
Dostları ilə paylaş: |