HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD


HEYDƏR ƏLİYEV FONDUNUN TƏŞKİL ETDİYİ



Yüklə 66.91 Kb.
Pdf просмотр
səhifə4/15
tarix23.12.2016
ölçüsü66.91 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   15

HEYDƏR ƏLİYEV FONDUNUN TƏŞKİL ETDİYİ 
BEYNƏLXALQ KONFRANSLAR
2005­ci  il  avqustun  24­də  “Gülüstan”  sarayında  “UNESCO­Azərbaycan: 
gələcəyə  körpü”  mövzusunda  konfrans  keçirilmişdir.  Bu,  UNESCO­nun  xoş-
məramlı səfiri  Mehriban  xanımın təşəbbüsü  ilə Təhsil Nazirliyinin UNESCO 
ilə birgə keçirdiyi ikinci konfransdır. İlk tədbir Parisdə olmuşdur. UNESCO­nun 
tarixində ayrıca bir ölkəyə həsr olunmuş belə tədbirlər ilk dəfə məhz Azərbay-
canla bağlı keçirilmişdir. 
Bildirilmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qo­
yulmuş  və  hazırda  Prezident  İlham  Əliyev  tərəfindən  davam  etdirilən  uğurlu 
siyasət nəticəsində təhsil sahəsində də ciddi irəliləyişə nail olunmuş, xüsusilə 
beynəlxalq  əlaqələrimiz  xeyli  genişlənmişdir.  Hazırda Azərbaycanın  ali  mək-
təblərində 41 ölkədən 3500­dək tələbə təhsil alır. Dünyanın aparıcı universitet-
lərində Azərbaycanın  orta  məktəblərini  bitirmiş  3000­dən  artıq  gənc  ölkəmiz 
üçün  zəruri  ixtisaslara  yiyələnir.  Təhsil  Nazirliyi  dünyanın  30­dək  ölkəsi  ilə 
əlaqələr yaratmışdır, 20­dən artıq beynəlxalq təşkilatla 60­dan çox birgə layihə 
və proqramlar həyata keçirir. 
Azərbaycan  təhsilinin  inkişafına  mənfi  təsir  göstərən  səbəblərdən  danışan 
M.Mərdanov  Ermənistanın  Azərbaycana  hərbi  təcavüzünün  ağır  nəticələrini 
xüsusi  vurğuladı.  Bildirdi  ki,  bu  təcavüz  nəticəsində  işğal  edilmiş  ərazilərdə 
ümumilikdə  1000­ə  yaxın  təhsil  müəssisəsi  dağıdılmış,  115  min  şagird,  16 
minə  yaxın  müəllim  məcburi  köçkün  düşmüşdür.  Dünya  praktikasında Azər-
baycan  yeganə  ölkədir  ki,  böyük  çətinliklərə  baxmayaraq,  işğal  edilmiş  əra-
zilərdə mövcud olmuş təhsil infrastrukturunu qoruyub saxlamış və zəruri şərait 
yaratmaq mümkün olmasa da, ölkənin müxtəlif bölgələrində həmin məktəblə-
rin fəaliyyətini və köçkün uşaqların təhsilini təşkil etmişdir. 
Hələ 1999­cu ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən təsdiq 
edilmiş  “Azərbaycan  Respublikasının  təhsil  sahəsində  İslahat  Proqramı”nın 
həyata keçirilməsindən söhbət açan nazir dedi ki, hazırda proqramın III mər­
hələsində  nəzərdə  tutulan  tədbirlər  reallaşdırılır.  2002­ci  ildən  başlayaraq 
təhsilin  ən  ciddi  problemləri  ilə  bağlı  inkişaf  proqramlarının  işlənib  hazır-
lanması  və  həyata  keçirilməsinə  üstünlük  verilir.  Hazırda  təhsil  sisteminin 
müxtəlif sahələri üzrə ümumilikdə 15 proqram mövcuddur. Onlardan 6­sı hə­
yata keçirilir, 3­ü təsdiq, 6­sı hazırlanma mərhələsindədir. 
1998­2005­ci  illərdə  50219  yerlik  201  yeni  məktəb  binası  tikilmişdir. 
UNESCO­nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və təş-
kilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 müəssisə 
əsaslı  şəkildə  bərpa  edilmişdir.  Heydər  Əliyev  Fondu  kənd  rayonlarında  yer-

47
ləşən və qəza vəziyyətində olan 132 məktəb üçün yeni binaların tikilməsi üzrə 
xüsusi proqram hazırlamışdır və bu istiqamətdə intensiv işlər gedir. 
Ümumtəhsil  məktəblərinin  I­XI  sinif  şagirdləri  dərsliklərlə  pulsuz  təmin 
edilmişdir.  Bununla  da  postsovet  məkanında Azərbaycan,  şagirdlərin  dərslik-
lərlə pulsuz təmin edilməsini reallaşdıran yeganə ölkə olmuşdur.
İslahat  çərçivəsində  ümumtəhsil  məktəblərinin  maliyyələşdirilməsi  sahə-
sində  eksperimentlərə  başlanmışdır.  59  pilot  məktəbinə  maliyyə  müstəqilliyi 
verilmişdir,  adambaşına  maliyyələşdirmə  mexanizmi  sınaqdan  keçirilir.  Eks-
perimentin nəticələrinə əsasən, bu yeniliyin təhsilin keyfiyyətinin yüksəldilmə-
sinə real təsiri yoxlanılacaq, müsbət nəticələr əldə olunarsa, ikinci mərhələdə 
bu təcrübənin coğrafiyası genişlənəcək, üçüncü mərhələdə isə maliyyə islahatı 
bütün ölkəni əhatə edəcəkdir. 
Nazir çıxışının sonunda əmin olduğunu vurğulamışdır ki, UNESCO ilə im­
zalanacaq Memorandum təhsil sahəsində Azərbaycan­UNESCO əməkdaş lığında 
yeni  mərhələnin  başlanğıcı  olacaqdır.  Memoranduma  əsasən  Təhsil  Nazirliyi 
və UNESCO­nun birgə komissiyası yaradılacaq və o, prioritet is ti qa mətlər üzrə 
səmərəli əməkdaşlığın həyata keçirilməsi ilə məşğul olacaqdır. 
BMT­nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti çıxışında 
vurğulamışdır ki, təhsillə yoxsulluğun azaldılması arasında aşkar əlaqə vardır. 
Çünki təhsil səviyyəsi artdıqca, işsizlik azalır. Azərbaycanın istər elmdə, istərsə 
də təhsildə çox gözəl və müsbət tarixi ənənələri vardır. Məsələn, Dövlət Neft 
Akademiyası və Bakı Dövlət Universiteti dünya miqyasında şöhrət qazanmış 
tədris  ocaqlarıdır. Azərbaycan  cəmiyyətində  həmişə  təhsilə  çox  böyük  diqqət 
yetirilmiş, burada çox böyük mədəni mühit yaradılmışdır. 
Hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən bir ölkədir. 
Cənab  Prezident  tərəfindən  təhsil  komissiyasının  yaradılması,  sözsüz  ki, 
gələcəkdə  bu  sahədə  işlərin  aparılması  üçün  çox  gözəl  zəmin  yaradır. Təhsi-
lin  keyfiyyətinin  artırılması  ciddi  məsələdir.  Azərbaycanın  say  göstəriciləri 
çox gözəldir. Lakin indi keyfiyyətə fikir verilməlidir. Bu baxımdan idarəetmə-
nin yaxşılaşdırılması əsas prinsiplərdən biridir. Təhsil sistemində idarəetməyə 
diqqət yetirilməsi və bu sistemin daha səmərəli, daha yüksək nəticələrə yönəl-
dilməsi, zənnimcə, böyük önəm kəsb edir. 
İqtisadi sistemin tələblərinə uyğun olaraq təhsil sisteminin yenidən qurul-
ması  məsələsi  çox  vacibdir.  Bu  müxtəlif  amillərin  iqtisadi  tələblərə  uyğun 
olaraq  nəzərə  alınması  ölkənin  xeyrinə  olacaqdır.  Azərbaycan  üçün  bəzi 
mə sələlər birinci dərəcəli məqsəd deyildir. Məsələn, ibtidai məktəblərə uşaq-
ların  az  gəlməsi Azərbaycan  üçün  elə  bir  problem  deyildir.  Lakin  bununla 
belə təhsil sahəsində problemlər mövcuddur. Ancaq orta məktəblərin şagird-
lərinin sayında qızların səviyyəsinin saxlanması çox vacibdir. Çünki açıq eti-
raf etməliyəm ki, ölkənin bəzi rayonlarında qızların məktəblərdən tez çıxa-
rılması özünü büruzə verir. 

48
Eyni  zamanda  tədris  proqramlarının  təkmilləşdirilməsi  mühüm  məsələlər-
dəndir.  Bu,  qlobal  iqtisadiyyata  inteqrasiyanın  çox  vacib  amillərindən  biridir. 
Bundan əlavə, informasiya texnologiyalarının təhsilin bütün sahələrində, bütün 
mərhələlərdə  tətbiq  edilməsi  ölkənin  və  iqtisadiyyatın  gələcək  ehtiyaclarını 
ödəmək üçün çox vacibdir. Universitetlərlə tədqiqat mərkəzləri arasında əmək-
daşlıq yeni təkan almalıdır. Azərbaycandan xaricə göndərilən tələbələrin sayını 
artırmaq lazımdır. Bu da ölkənin gələcək inkişafına müsbət təsir göstərər. 
Gözəl ənənələrə malik ölkə kimi Azərbaycanın gələcəkdə öz təhsil və mə­
dəni səviyyəsini daha da artırması üçün bütün imkanlara malik olduğunu vur-
ğulayan  cənab  Borsotti  dedi  ki,  bu,  gələcəyə  nikbin  baxmağa  imkan  verir. 
Bununla yanaşı, digər ölkələrin də bu sahədə təcrübəsinə diqqət yetirilməlidir. 
Çünki təhsil gələcək nəsillərin yaradılmasına yönəldilmiş əsas sahədir. 
Lakin  şəraitin  dözülməzliyinə  baxmayaraq,  məcburi  köçkün  şagirdlərin 
təhsilə həvəsi yüksək olaraq qalır. Məhz bunun nəticəsidir ki, məcburi köçkün 
məktəblərinin  məzunları  arasında  ali  və  orta  ixtisas  təhsili  ocaqlarına  qəbul 
olunanların sayı digər məktəblərlə müqayisədə heç də aşağı səviyyədə deyil-
dir. Təkcə keçən ildə 4 min nəfərdən çox qaçqın və məcburi köçkün uşağı ali 
məktəbə  daxil  olmuşdur.  İlkin  hesablamalara  görə,  bu  il  onların  sayı  5  min 
nəfərdən çoxdur. Bizim düçar olduğumuz problemin dünyada analoqu olmadığı 
kimi, müasir tələblərə cavab verməyən məktəblərdə təhsil alan qaçqın və məc-
buri  köçkün  uşaqlarının  təhsildə  yüksək  göstəricilər  əldə  etməsinin  də,  yəqin 
ki,  dünyada  analoqu  yoxdur.  Bunun  özü Azərbaycan  gənclərinin  təhsilə  olan 
marağına əyani sübutdur. 
Natiq daha sonra dedi ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı vaxt-
dan qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya 
ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır. Bu gün 
keçirilən  konfrans  da  bunun  konkret  ifadəsidir.  Bu  diqqət  və  qayğıya  görə, 
məcburi  köçkünlər  adından  Fondun  prezidenti,  UNESCO­nun  xoşməramlı 
səfiri  Mehriban  xanım  Əliyevaya  dərin  minnətdarlığımızı  bildirir,  ona  gələ-
cək  fəaliyyətində  yeni­yeni  uğurlar  diləyirik.  Azərbaycanda  təhsilin  prob-
lemlərinə diqqət yetirdiyinə görə UNESCO­nun baş direktoru cənab Koiçiro 
Matsuuraya bir daha təşəkkür edir və ümidvar olduğumu bildirirəm ki, ölkə-
mizdəki  qaçqın  və  məcburi  köçkün  uşaqların  təhsil  problemlərinin  həllində 
bugünkü  tədbir  əhəmiyyətli  rol  oynayacaq  və  UNESCO  da  bu  mühüm  işdə 
bizə daim yardımçı olacaqdır. 
Sonra cənab Koiçiro Matsuura və nazir Misir Mərdanov UNESCO ilə Azər-
baycan arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzaladılar. 
Heydər Əliyev Fondunun prezidenti, UNESCO­nun xoşməramlı səfiri Meh-
riban xanım Əliyeva demişdir: “Bu gün biz Azərbaycan təhsilinin problemlə-
rini birlikdə müzakirə edərək fikir birliyi nümayiş etdirdik. Mən inanıram ki, 

49
bu  fikir  birliyi  bizə  gələcəkdə  bütün  problemlərin  həllində  yardım  edəcək, 
ümumi işimizdə böyük rol oynayacaqdır”. 
2006­cı il iyunun 12­də Bakıda Heydər Əliyev Fondunda bu qurumun və 
Vaşinqton Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Orta əsr 
əlyazmalarında tibb və əczaçılıq” mövzusunda I Beynəlxalq konfrans keçi-
rilmişdir.
Müxtəlif  ölkələri  təmsil  edən  qonaqlar  dahi  şəxsiyyət  Heydər  Əliyevin 
həyatının  müxtəlif  məqamlarını  əks  etdirən  və  Azərbaycan  tarixinin  bütöv 
bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın ta­
nınmış  siyasi  xadimlərinin  ona  bəxş  etdikləri  hədiyyələrə,  ulu  öndərimiz 
haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və in­
cəsənət xadimləri ilə çəkilmiş şəkillərinə baxmışlar. 
Qonaqlar əsas məqsəd və vəzifəsi Heydər Əliyev tərəfindən yaradılmış azər-
baycançılıq  ideologiyasını  təbliğ  etmək  və  gələcək  nəsillərə  çatdırmaq,  ölkə-
mizdə  həyata  keçirilən  irimiqyaslı  layihələrə  dəstək  verməkdən  ibarət  olan 
Fondun fəaliyyətini yüksək dəyərləndirmişlər. 
Heydər Əliyev Fondunda təşkil edilmiş qədim əlyazmalar və kitablar sər-
gisi də qonaqlarda böyük maraq doğurmuşdu. 
Məlumat  verilmişdir  ki, Azərbaycan  Milli  Elmlər Akademiyasının  Əlyaz-
malar İnstitutunda saxlanılan 11 minə qədər əlyazmanın 364­ü tibbə aiddir. Həmin 
əlyazmalardan  xüsusi  əhəmiyyət  daşıyan  3­ü  UNESCO­nun  Dünya  Yaddaşı 
Proqramının  Beynəlxalq  registrinə  daxil  edilmişdir.  Bunlar  XI  əsrdə  yaşamış 
Əbülqasim  Zəhrəvinin  “Əl­Məqalət  əs­Səlasun”  (“Cərrahiyyə  və  alətlər  haq­
qında”) çoxcildlik əsərinin 13­cü hissəsi, Əbu Əli ibn Sinanın XII əsrdə Bağ-
dadda  üzü  köçürülən  “Əl­Qanun  fit  Tibb”  (“Tibb  qanunları”)  kitabının  2­ci 
cildi  və  Rüstəm  Cürcaninin  XII  əsrdə  yazdığı,  XVII  əsrdə  üzü  köçürülmüş 
“Zahireyi­Nizamşah” (“Nizamşahın ehtiyatları”) əlyazmasıdır. Ümumbəşəri sər-
vət olan və dövrün məşhur xəttatları tərəfindən üzü köçürülmüş bu mədəni irs 
nümunələri Əlyazmalar İnstitutunda qorunub saxlanılır. 
“Orta əsr əlyazmalarında tibb və əczaçılıq” mövzusunda I Beynəlxalq kon-
fransın  açılış  mərasimində  ABŞ,  Almaniya,  Böyük  Britaniya,  Belçika,  Bəh-
reyn, Estoniya, Gürcüstan, İran, İsrail, Misir, Rusiya, Suriya, Türkiyə, Ukrayna, 
Yunanıstan və digər ölkələrdən 50­dən çox nümayəndə, bir sıra beynəlxalq təş-
kilatların təmsilçiləri, Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin 
deputatları, tanınmış elm xadimləri, xarici ölkələrin səfirləri iştirak etmişdirlər. 
Konfrans çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Yaşa-
yan tarix” filminin təqdimatı olmuşdur. Film Azərbaycan tarixi, mədəniyyəti, 
abidələri,  eləcə  də  bunların  qorunub  saxlanmasına  Azərbaycan  Prezidenti 
İlham Əliyevin göstərdiyi ardıcıl diqqət və qayğı, UNESCO­nun xoşməramlı 
səfiri  Mehriban  xanım  Əliyevanın  rəhbərlik  etdiyi  Fondun  ulu  öndər  Hey-

50
dər Əliyev ideyalarının həyata keçirilməsinə verdiyi töhfələr, qurumun bey-
nəlxalq  əlaqələri  barədə  geniş  təsəvvür  yaradır.  Xüsusilə  ölkəmizdə  xalq 
təbabətinin  qədim  tarixi,  ənənələri,  Azıx  mağarasından  tapılan  əşyalar, 
Qəbələ,  Təbriz,  Şamaxıda  VII­XIV  əsrlərdə  mövcud  olan  əczaxanalar,  tibb 
məktəbləri,  alim­həkimlər,  Azərbaycanın  flora  və  faunası,  dərman  bitkiləri, 
onlardan istifadə qaydaları, mineral ehtiyatları barədə verilən elmi­tarixi məlu-
matlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. 
Tibb  elminə  və  əczaçılığa  həsr  olunmuş  bu  birinci  beynəlxalq  konfrans 
yazılı  irsin  qorunmasının  vacibliyini  diqqətə  çatdırmaq  üçün  mühüm  fürsət 
kimi dəyərləndirilmişdir.
Vaşinqton  Elmlər Akademiyasının  vitse­prezidenti,  Ümumdünya Tibb Ta­
rixçiləri Cəmiyyətinin baş katibi Alen Tuveyd çıxış edərək demişdir: “Heydər 
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu konfransda iş tirakı 
onun bu tədbirə böyük əhəmiyyət verdiyini göstərir. Burada iştirak etməsinə və 
xüsusi qayğısına görə ona dərin minnətdarlığımı bildirirəm. 
Mən  burada  UNESCO­nun  bu  işə  verdiyi  əhəmiyyət  barədə  deyilən  söz-
ləri  dinlədim  və  hesab  edirəm  ki, Azərbaycanın  3  nadir  əlyazmasının  Dünya 
Yaddaşı Proqramının siyahısına daxil edilməsi əlamətdar hadisədir. Biz yazılı 
tarixi  irsin  qorunub  saxlanması  və  təşviq  olunmasına  diqqətlə  yanaşmalıyıq. 
Zənnimcə, Azərbaycanda bu cür tədbirin keçirilməsi ölkənin rəhbərliyinin bu 
istiqamətə, bu sahəyə xüsusi önəm verdiyini göstərir. Konfrans bu sənədlərin 
UNESCO  ilə  əməkdaşlıq  çərçivəsində  təbliğinə  və  onlara  marağın  artma-
sına xidmət edəcəkdir. Bu, sadəcə tarixi və ya arxeoloji iş deyildir. Biz hamı-
mız bu sahədə səylərimizi birləşdirməliyik və bütün cəmiyyət bu əlyazmalar 
barədə  məlumatlandırılmalı  və  onların  qorunub  saxlanmasında  iştirak  etmə-
lidir.  Bu  sahədə  müasir  texnologiyalardan  da  istifadə  edilməlidir.  Bu  tarixi 
sənədlər  ölü  bir  sənəd  kimi  qəbul  edilməməlidir.  Tarixçilər  bu  əlyazmaları 
müəyyən  kataloqlara  daxil  edərək,  onlar  barədə  məlumatları  cəmiyyətə  çat-
dırırlar. Lakin bu, işin bir hissəsidir. Digər sahələrdə çalışan alimlər də bu işə 
öz töhfələrini verməlidirlər. 
Zənnimcə, bu konfrans çox səmərəli olacaqdır. Artıq indidən konfrans iş tirakçı-
larının bu tədbirə maraqla yanaşdıqlarını hiss edirəm. Buna görə də UNESCO­nun 
nümayəndəsinə  və  doktor  Mehriban  xanım  Əliyevaya  bildirmək  istəyirəm  ki, 
mən  üzvü  olduğum  qurumu  burada  təmsil  etməkdən  qürur  duyuram  və  eyni 
zamanda sizə əməkdaşlıq təklif etmək istəyirəm. Sizin birgə tədqiqat proqram-
larınızda  iştirak  etmək  istəyirəm.  Bu,  qədim  yazıların  qorunub  saxlanmasına 
yönəldilmiş çox vacib işdir və bu baxımdan biz bütün vasitələrdən ­ müasir tex-
nologiyalardan,  internetdən  istifadə  etməklə  bunu  yaymağa,  öz  təhlillərimizi 
aparmağa, tövsiyələrimizi verməyə və daha çox insanların, elmi işçilərin bu işə 
cəlb olunmasına çalışmalıyıq. Hesab edirəm ki, Heydər Əliyev Fondu ilə belə 

51
əməkdaşlıq  tibb  sahəsində  tədqiqat  proqramına  nümunə  ola  bilər.  Zənnimcə, 
digər  ölkələrdə  fəaliyyət  göstərən  qurumlar  da  bizimlə  əməkdaşlıq  edə  bilər. 
Əgər  belə  bir  işbirliyi  alınarsa,  əsrlərdən  qalmış  nadir  yazıların  bəşəriyyətin 
inkişafında vacib rol oynamasına nail ola biləcəyik”. 
Sonra  Ümumdünya  Tibb  Tarixçiləri  Cəmiyyətinin  prezidenti  Afanasios 
Diamandopoulos  çıxış  edərək  demişdir:  “Mənim  buraya  gəlməyimin  iki  əsas 
səbəbi var idi. Burada böyük bir cəmiyyəti təmsil etmək və ölkənizdə səfərdə 
olmaq  mənim  üçün  şərəfdir.  Əminəm  ki,  siz  hamınız  bu  konfransdan  bəh-
rələnəcəksiniz.  İkinci  səbəb  təsisatla  bağlıdır.  Ümumdünya  Tibb  Tarixçiləri 
Cəmiyyətinin  prezidenti  kimi  bu  proqram  məni  çox  ruhlandırdı.  Çünki  siz 
burada  tibbə  dair  əlyazmaları  araşdırırsınızsa,  tibb  tarixinin  bununla  birbaşa 
əlaqəsi vardır və mən bu konfransın iştirakçıları qarşısında çıxış etmək imkanı 
yaranmasından çox şad oldum. Bizim cəmiyyət də bu sahədə bir çox işlər gör-
müşdür.  Biz  Qərb  ilə  Şərq  arasındakı  sərhədləri  keçərək,  dünyanın  müxtəlif 
ölkələrinin tarixi sənədləri ilə tanış olmaq imkanı əldə etmişik. 
Dünya  əhalisinin  70  faizi Asiyada  yaşayır.  Onların  əksəriyyəti  səfalət  və 
yoxsulluq  içindədir.  Bu  səbəbdən  də  onlar  öz  yazılı  tarixi  abidələrinin  qoru-
nub saxlanmasını təmin etmək imkanlarına malik deyillər. Buna görə də ətrafa 
baxıb, kimin bizə nümunə ola biləcəyini axtarmalıyıq. Azərbaycanı misal gətir-
mək  olar.  Çünki  Azərbaycan  hələ  qədimdən  alimləri,  tibbi  araşdırmaları  ilə 
tanınmışdır. Bu baxımdan tədbirin xüsusi əhəmiyyətini qeyd etmək istəyirəm”. 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  prezidenti  Mahmud  Kərimov 
demişdir:  “Heydər  Əliyev  Fondu  ilə  Vaşinqton  Elmlər  Akademiyası  tərəfin-
dən  təşkil  edilmiş  bu  beynəlxalq  konfransın  iştirakçılarını  Azərbaycan  Milli 
Elmlər Akademiyasının  Rəyasət  heyəti  adından  ürəkdən  salamlayır,  konfran-
sın səmərəli və uğurla keçməsini arzu edirəm. Mehriban xanım Əliyevanın və 
onun  rəhbərlik  etdiyi  Heydər  Əliyev  Fondunun  səmərəli  səyləri  nəticəsində 
Bakıda ilk dəfə olaraq, qədim tibb və əczaçılıq üzrə beynəlxalq konfrans keçi-
rilir.  Bu  konfransa  dünyanın  20­dən  çox  ölkəsindən  nümayəndələr,  tanınmış 
alimlər gəlmişlər. Burada bir çox beynəlxalq və milli təşkilatların nümayəndə­
ləri  iştirak  edirlər.  Məsələn:  UNESCO,  Ümumdünya Tibb Tarixçiləri  Cəmiy-
yəti, İngiltərə Tibb Tarixi Cəmiyyəti, Türkiyə Tibb Tarixi Cəmiyyəti, Azərbay-
can Tibb Tarixçiləri Birliyi, Vaşinqton Elmlər Akademiyası, Azərbaycan Milli 
Elmlər Akademiyası, Beynəlxalq Əczaçılıq Tarixi Cəmiyyəti, Beynəlxalq İslam 
Təbabəti  Cəmiyyəti  və  bir  çox  başqa  qurumlar  təmsil  olunur.  Konfrans  çox 
mühüm bir hadisəyə həsr edilmişdir. Keçən il Azərbaycan Milli Elmlər Aka-
demiyasının Əlyazmalar İnstitutunda mühafizə olunan orta əsr tibb əlyazmaları 
kolleksiyası UNESCO­nun Dünya Yaddaşı Proqramına daxil edilmişdir. 
Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti var. Bizə gəlib çatmış 
qədim əlyazmalar bunu tam aydınlığı ilə sübut edir. Azərbaycan Milli Elmlər 

52
Akademiyasının Əlyazmalar İnstitutunda 11 mindən çox qədim əlyazma qoru-
nur. Onlar müxtəlif zamanlarda, müxtəlif dillərdə, müxtəlif müəlliflər tərəfin-
dən yazılmışdır. Bu əlyazmaların arasında şeir və nəsr əsərləri, eləcə də müxtə-
lif mövzularda kitablar vardır. O cümlədən tibb və əczaçılığa aid 360­dan çox 
əlyazma  qorunur.  UNESCO  bu  əlyazmalardan  üçünü  seçib  dünya  yaddaşı 
siyahısına  daxil  etdi.  Bunlar  Əbu  Əli  İbn  Sinanın,  Əbülqasim  Zəhrəvinin  və 
Rüstəm  Cürcaninin  əsərlərinin  əlyazmalarıdır.  Bu  üç  əlyazma,  həqiqətən  də, 
ümumdünya əhəmiyyəti kəsb edir. Məsələn, İbn Sinanın Azərbaycanda qoru-
nan əsəri onun dünyada mövcud olan ən qədim əlyazmalarından biridir. Zəhrə-
vinin əlyazmasında yüzlərcə cərrahiyyə aləti təsvir edilmişdir. Rüstəm Cürcani-
nin əlyazması isə, ümumiyyətlə, Azərbaycandan başqa heç yerdə yoxdur. 
Qədim Azərbaycan təbabəti və əczaçılığının çoxəsrlik irsini araşdırmaq və 
müasir  tibb  elminin  istifadəsinə  qaytarmaq  alimlərimizin  vacib  vəzifələrin-
dən biridir. Hazırkı konfrans bu istiqamətdə atılmış mühüm addımlardan biri-
dir. İndi öz tariximizə yeni gözlə baxdığımız, elmi və mədəni dəyərlərimizin 
qaynaqlarını  daha  obyektiv  meyarlarla  araşdırmağa  başladığımız  bir  vaxtda 
bugünkü konfrans sanki bizim zəngin keçmişimizə açılan pəncərədir”. 
UNESCO­nun İnformasiya cəmiyyəti bölməsinin direktoru Əbdüləziz Abid 
çıxış  edərək  demişdir:  “Bu  konfrans  sizin  bu  sahəyə  verdiyiniz  əhəmiyyə-
tin bariz nümunəsidir. Mən sizə məlumat vermək istəyirəm ki, Dünya Yaddaşı 
Proqramı UNESCO­nun dünyanın bütün xalqlarının irsinin qorunması sahəsində 
həyata  keçirdiyi  dünyamiqyaslı  bir  proqramdır.  Bizim  işimiz  bununla  bitmir. 
Bu  proqramın  uğurlu  olması  üçün  işlərimizi  davam  etdirməliyik.  Bu  proq-
ram 1992­ci ildən gerçəkləşdirilir. Təbii fəlakətlər, müharibələr və münaqişələr 
nəticəsində bir çox mühüm tarixi sənədlər məhv olmuşdur. Lakin bu proqramın 
həyata keçirilməsi sayəsində qiymətli əlyazmalar rəqəmsal formata keçirilmişdir. 
Beynəlxalq  məşvərət  komitəsi  69  ölkədə  öz  ofisini  açmışdır.  Əminəm  ki, 
Azərbaycanda da komitənin ofisi açılacaqdır. Komitənin əsas məqsədi UNES-
CO­nun üzvü olan ölkələrə mədəni və tarixi irsin qorunması sahəsində öz töv-
siyələrini verməkdir. Biz bu yaxınlarda Asiya və Sakit okean regionu, habelə 
Latın Amerikası  və  Karib  dənizi  ölkələrində  regional  layihələrin  reallaşdırıl­
ması üçün bir sıra tədbirlər keçirmişik. Onlardan öz tarixi sənədlərini beynəl­
xalq siyahıya təqdim etmələri xahiş olunmuşdur. Bu siyahı üç hissədən ibarət-
dir.  Sənədlərin  siyahıya  salınması  onların  təşviq  olunmasına  xidmət  edir. 
Sənədlər  məşvərət  komitəsinin  iclasının  qərarı  əsasında  beynəlxalq  siyahıya 
salınır. Bu, UNESCO­nun mədəni irsin qorunması ilə bağlı digər proqramlarına 
bənzəyir. Hazırda beynəlxalq siyahıya 77 ölkədən tibb elminə və əczaçılığa aid 
120­dən çox mühüm əlyazma daxil edilmişdir. 
Azərbaycan Milli Elmlər Akademiyası da bu sahəyə öz töhfəsini vermişdir. 
Hazırda  Azərbaycanda  ən  mühüm  əlyazmalardan  ibarət  milli  registrin  yara-

53
dılmasına  başlanmışdır.  Biz  bunu  çox  yüksək  dəyərləndiririk.  Bu  siyahıla-
rın tərtib olunması tarixi sənədlərin qorunub saxlanmasına böyük əhəmiyyət 
verildiyini göstərir. 
Dünya Yaddaşı Proqramına təqdim olunan sənədlər müxtəlif meyarlar baxı­
mından  öyrənilir  və  sonra  məşvərət  komitəsi  tərəfindən  nəzərdən  keçirilir. 
Siyahı olduqca mühüm siyahıdır və hər hansı sənədin oraya daxil edilməsi o qədər 
də asan prosedura deyildir. Bu proqram bir sıra pilot layihələrlə başlanmışdır 
və bunlardan əsas məqsəd sənədlərin saxlanmasının müasir və ənənəvi metod-
larının öyrənilməsi, onların veb­saytlara çıxarılması, dərc olunması yollarının 
araşdırılmasıdır. Bir çox sahələrdə proqramlarımız var. Məsələn, 6­7 il bundan 
əvvəl Praqada əlyazmalar rəqəmsal formata salınmışdır. Hazırda orada 30 min 
tarixi əlyazma rəqəmsal formada saxlanılır. 
Digər layihəni Yəməndə həyata keçirmişik. Bu layihə çərçivəsində müqəd-
dəs  Quranın  əlyazmasının  müasir  üsullarla  qorunub  saxlanmasına  yönəldil-
mişdi. İstanbul Universitetində də mühüm layihə həyata keçirmişik. Burada da 
əlyazmaların saxlanması üsulları müzakirə edilmişdir. 
Qahirədə  İslam  dininə  aid  sənədlərin  qorunub  saxlanması  ilə  əlaqədar 
layihə həyata keçirmişik. Bu sənədlər kompakt disklərə köçürülmüş və çox 
yüksək keyfiyyətlə arxivləşdirilmişdir. Bu sənədlərdə islam alimlərinin tibb 
sahəsinə töhfələri əksini tapmışdır. 
Hindistanın Mədrəs şəhərindəki institutda da bir layihə həyata keçirmişik. 
Oradakı  sənədlərdə  otlarla  ənənəvi  müalicə  üsulları  göstərilir.  Özbəkistanda 
Əl­Biruni  institutunda  saxlanılan  XIV­XVII  əsrlərə  aid  əlyazmalarla  bağlı 
layihə həyata keçirilmişdir”. 
Mehriban  xanım  Əliyeva  bildirmişdir  ki,  konfrans  təkcə  Bakı  şəhə-
rində keçirilmir, iyunun 14­də Yevlax şəhərində də davam edəcəkdir. Hesab 
edirəm ki, bu çox yaxşı haldır, çünki qonaqlarımız regionlarla, bölgələrlə də 
tanış olacaqlar. 
2006­cı  il  noyabrın  1­də  “Gülüstan”  sarayında  “Gənclər  sivilizasiyaların 
alyansı naminə” beynəlxalq konfrans başlanmışdır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNES-
CO­nun və İSESCO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban 
xanım  Əliyevanın  himayəsi  ilə  keçirilən  konfransda  Qətər  Dövləti  Əmirinin 
xanımı Şeyxa Moza bint Nasir əl­Misnəd və bir sıra beynəlxalq təşkilatın rəh-
bərləri iştirak etmişlər.
Konfrans  “Gənclər  sivilizasiyaların  alyansı  naminə:  arzular  həyata  keçir” 
filminin nümayişi ilə başlanmışdır. Filmdə Azərbaycanda mədəniyyətə göstə-
rilən diqqət və qayğıdan bəhs olunur, sivilizasiyalar arasında ittifaqın yaradıl-
ması təşəbbüsünün əsas məqsədləri vurğulanır.

54
İslam  Konfransı  Təşkilatının  Gənclər  Forumunun  baş  katibi  Elşad  İsgən-
dərov konfransın dəyərini qiymətləndirərək demişdir: “Çətin anlarda mötəbər 
təşəbbüslərin  həyata  keçirilməsi  və  qeyri­düzgün  konsepsiyanın,  ədavət  və 
nifrətin aradan qaldırılması üçün böyük qarşılıqlı etimad və bir­birimizə inam 
lazımdır. Mədəniyyətlərarası dialoqun qurulmasında Gənclər Forumunu tanın-
mış  şəxsiyyətlər  dəstəkləmişlər.  Ona  görə  də  biz  bunu  xüsusi  vurğulayır  və 
onların bu gün burada iştirakını yüksək dəyərləndiririk.
Xanım Mehriban Əliyeva da bizim dəvətimizi xeyirxahlıqla qəbul etdi və 
idarə  heyətinin  üzvü  oldu.  Bu,  bizim  fəaliyyətimizin  ilkin  mərhələsində  oldu 
və təbii ki, təşəbbüsün həyata keçirilməsinə, ümumiyyətlə, təşkilatımıza böyük 
töhfə verdi. Ona görə mən bu təşəbbüsün bu gün gözəl səviyyədə təşkil edilmə-
sinə görə Mehriban xanıma bir daha öz minnətdarlığımı bildirirəm.
Biz  böyük  fərəh  hissi  ilə  ilk  sözü  Heydər  Əliyev  Fondunun  prezidenti, 
UNESCO­nun və İSESCO­nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya 
veririk.  O,  sivilizasiyalararası  ittifaqın  daha  qlobal  səviyyəyə  qaldırılmasında 
öz rolunu oynamışdır.
Sonra  çıxış  edən  Qətər  Dövlətinin  birinci  xanımı  Şeyxa  Moza  bint  Nasir 
Əl­Misnəd  Sivilizasiyalararası  İttifaqın  əhəmiyyətindən  danışdı,  yaradıcı  və 
innovasiyaya meyilli gənclərin görəcəyi işlərin vacibliyini vurğulayaraq demiş-
dir  ki,  bizim  bacarığımıza,  imkanlarımıza  olan  inamımız  bir­birimizi  daha 
yaxından öyrənməyə imkan yaradır. İnamın olmaması isə qorxu üçün əsasdır. 
Qorxu da dialoqa mane olur. Bu məsələdə gənclərin üzərinə böyük iş düşdü-
yünü  bildirən  Şeyxa  Moza  bint  Nasir  əl­Misnəd  vurğuladı  ki,  biz  keyfiyyətə 
və  bərabərliyə  əsaslanan  qlobal  mədəniyyət  uğrunda  mübarizə  aparmalıyıq. 
Vətəndaşların ehtiyaclarını qabaqlaya bilən yaxşı cəmiyyət modeli yaradılma-
lıdır ki, o, ölkəyə sədaqətlə xidmət etsin, birliyi möhkəmləndirsin, ümumbəşəri 
prinsiplərə sadiq olsun.
İslam dininin mütərəqqi ideyalarından danışan Qətər Əmirinin xanımı onun 
düzgün  təbliğində  gənclərin  rolundan  bəhs  etdi,  müsəlman  gənclərə  tövsiyə 
kimi dedi ki, yeni nəsil özündən əvvəlki nəslin səhvlərini təkrar etməməlidir. 
Müasir gənclik əvvəlki nəslin görə bilmədiyi işləri həyata keçirməlidir. İslam-
dan  şəxsi  məqsədlər  üçün  istifadə  edilməsi  pislənilməlidir.  Düşünürəm  ki, 
bugünkü gənclik mədəniyyətlərarası əməkdaşlıq yolu ilə qloballaşan dünyaya 
dəyərli töhfələr verəcəkdir.
Gənclər  hərəkatına  dəstəyinə  görə Azərbaycan  Prezidentinə  və  onun  xanı-
mına  təşəkkürünü  bildirən  İSESCO­nun  baş  direktoru  Əbdüləziz  Bin  Osman 
Əl­Tüveycri indi dünyada baş verən proseslərin gənclərin birliyini aktuallaşdır-
dığını, bu baxımdan da gənclər arasında dialoqun vacib olduğunu vurğulamışdır. 
O, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsinin zəruri-
liyini xatırladaraq dedi ki, bu baxımdan indiki konfrans çox əhəmiyyətlidir.

55
BMT­nin Azərbaycandakı  rezident  əlaqələndiricisi  Bruno  Pueza  müzakirə 
olunan mövzunun vacibliyinə toxundu, qloballaşma ilə bağlı fikirlərini açıqla-
mış, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların bir­birinə yaxınlaşmasının fay-
dasından danışmışdır. 
Konfransda  bildirilmişdir  ki, Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev 
Fondunun prezidenti, UNESCO­nun və İSESCO­nun xoşməramlı səfiri, Milli 
Məclisin  deputatı  Mehriban  xanım  Əliyeva  təhsil,  elm,  gənclər,  mədəniyyət-
lərarası  dialoq  sahəsində  və  Azərbaycan  mədəniyyətinin  dünyada  təbliğində 
xidmətlərinə  görə  İslam  Konfransı  Gənclər  Forumunun  “Gəncliyin  inkişafı 
uğrunda  Qlobal  Səfir”  adına  layiq  görülmüşdür.  Bununla  əlaqədar  Mehriban 
xanıma plaket təqdim olundu.
İSESCO­nun  baş  direktoru  Əbdüləziz  bin  Osman  əl­Tüveycri  konfransın 
müsbət  nəticələr  verəcəyinə  əminliyini  bildirərək,  qarşıda  duran  vəzifələrin 
yerinə yetirilməsi, çətinliklərin aradan qaldırılması üçün birgə səylərin vacibli-
yini vurğulamışdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın himayəsi 
ilə təşkil olunmuş bu mötəbər tədbirdə Gənclər Səyyar Cavabvermə komanda-
sının təqdimatı olmuşdur. 
Portuqaliyanın  sabiq  prezidenti,  BMT  baş  katibinin  Sivilizasiyaların  İtti-
faqında  yüksək  nümayəndəsi  Jorj  de  Sampayo  konfransın  yüksək  səviyyədə 
təşkilinə, göstərilən qonaqpərvərliyə və gənclər hərəkatına verdiyi dəstəyə görə 
Azərbaycan  Prezidenti  İlham  Əliyevə  və  onun  xanımı  Mehriban  Əliyevaya 
minnətdarlığını  bildirmişdir.  O,  Bakıda  müzakirə  olunan  məsələlərin,  o  cüm-
lədən mədəniyyətlərarası dialoqun, əldə olunan razılaşmaların dünya üçün fay-
dalı olduğunu söyləmişdir.
2008­ci  il  mayın  14­də  Bakının  “Gülüstan”  sarayında  Dünyada  Savadlı-
lığın  Dəstəklənməsi  üzrə  UNESCO­nun  Regional  Konfransları  silsiləsindən 
“Avropada  subregional  çərçivədə  savadlılıq  problemlərinə  baxış:  tərəfdaşlıq 
əlaqələrinin  qurulması  və  innovativ  yanaşmaların  tətbiqinə  dəstək”  mövzu-
sunda konfransı keçirilmişdir.
UNESCO­nun,  Heydər  Əliyev  Fondunun  və  Respublika  Təhsil  Nazirli­
yinin  təşkilatçıları  olduğu  konfrans  Heydər  Əliyev  Fondunun  prezidenti, 
UNESCO­nun  və  İSESCO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı 
Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilir. Konfransda UNES-
CO­nun baş direktoru Koiçiro Matsuura, Hollandiya şahzadəsi xanım Lauren-
tien,  UNESCO­nun  xoşməramlı  səfirləri  ­  İordaniya  şahzadəsi  xanım  Ferial 
və  İslandiyanın  sabiq  prezidenti  xanım Viqdos  Finboqadottir,  habelə  bir  sıra 
öl kələrin təhsil nazirləri və çoxsaylı mütəxəssisləri, Azərbaycan hökumətinin 
nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri iştirak etmişdilər. 

56
“Gülüstan” sarayında mövzu ilə bağlı “BMT­nin Savad Onilliyi” mövzu­
sunda  sərgi  də  təşkil  olunmuşdur.  Sərgidə VIII  əsrdən  XX  əsrin  əvvəllərinə 
qədər  məktəb  və  mədrəsələrdə  dərs  vəsaiti  kimi  istifadə  edilən  müqəddəs 
“Qurani­Kərim”in müxtəlif dövrlərə aid nüsxələri, habelə Azərbaycanda möv-
cud qədim kitablar və yeni dərs vəsaitləri, müxtəlif illərə aid ensiklopediyalar, 
əlifba kitabları və lüğətlər, ümumilikdə 18 adda qədim kitab və 183 dərs vəsa-
iti nümayiş etdirilmişdir.
Konfrans mayın 15­də işini davam etdirmişdir. İlk olaraq “Müasir dünyada 
savad konsepsiyası, onun inkişafı və yaşlıların təlimi” mövzusunda “dəyirmi 
masa”  keçirilmişdir.  UNESCO­nun  Ömürboyu  Təhsil  İnstitutunun  direktoru 
Adama  Ouen  müzakirələri  açaraq  demişdir  ki,  əsas  diqqət  Avropada  savad 
anlayışı, onun inkişafı, ömürboyu öyrənmə perspektivində böyüklərin təhsili 
kimi  məsələlərə  yönəldiləcək,  səslənən  fikirlərdən  siyasət  və  strategiyaların 
işlənib hazırlanması zamanı istifadə olunacaqdır. Bu, cəmiyyətin bütün üzvlə­
rinə  əsas  bacarıqların  əldə  edilməsində  kömək  göstərəcək  və  inkişafa  təkan 
verəcəkdir. Hazırda Avropa ölkələrində savadla bağlı vəziyyəti nəzərə alaraq, 
böyüklər üçün savad proqramlarına diqqət artırılır. Uğurlu və məsuliyyətli bir 
həyat sürmək, cəmiyyətin həyatında səmərəli iştirak etmək, müasir dövrün və 
gələcəyin  tələblərinə  cavab  vermək  üçün  əlavə  bacarıqların  lazım  olduğunu 
vurğulayan A.Ouen demişdir ki, bu baxımdan savad və böyüklərin öyrədilmə-
sinin əsas məqsədi fərdlərdə dəyərləndirmə, idarəetmə, inteqrasiya olunma və 
qarşılıqlı təsir üçün başlıca bacarıqların inkişaf etdirilməsidir. Əlbəttə ki, bu 
bacarıqlara oxu, yazı, elmi savad, riyazi bilik, dil bilmək kimi koqnitiv kom-
ponentlər daxil deyildir. Bununla belə, sürətli sosial və texnoloji dəyişikliklə-
rin  tələbi,  iqtisadiyyat  və  mədəniyyətin  qloballaşması,  müxtəlifliyin  artması, 
rəqabət  və  liberallaşma,  sosial  bərabərsizlik,  münaqişələr  və  yoxsulluğun 
bütün formaları insanlardan elə bacarıqlar tələb edir ki, bunlar texniki ünsiy-
yət  bacarıqları  çərçivəsindən  kənara  çıxır.  Bacarıqların  potensial  bəhrələri 
insanlara əmək bazarında, siyasi proseslərdə və sosial şəbəkələrdə uğurla işti-
rak  etməyə  imkan  verir. Vurğulanmışdır  ki,  fundamental  insan  hüququ  kimi 
savad  özlüyündə  məqsəd  deyil,  fərdi  və  ictimai  həyatda  fəal  iştirak,  sosial 
həyata müdaxilə, iqtisadi və humanitar inkişaf üçün, o cümlədən özünəinam 
və qərarlar qəbulu üçün bir vasitədir.
Bildirilmişdir ki, Avropada 80 milyon aşağı təhsilli fəhlə var və onların sayı 
ümumi işçi qüvvəsinin üçdə birini təşkil edir. Hesablamalar göstərir ki, 2010­
cu ilədək ibtidai təhsili olanlar yeni yaradılacaq iş yerlərinin yalnız 15 faizində 
çalışa biləcəklər. İş yerlərinin 50 faizi isə yüksək ixtisaslı işçilər tələb edəcək-
dir. Bu vəziyyət Aİ ölkələrində insanların xeyli hissəsinin hüquqlarının pozul-
masına yol açır. Müasir əmək bazarı savadlılığı aşağı olan insanlara çox məh-
dud miqdarda iş yeri təklif edir. Hər bir kəsin baza vərdişlərinə yiyələnməsinin 

57
həqiqətən mümkünlüyünü təmin etmək Təhsil Şurasının 2010­cu ilədək təhsil 
və təlim iş proqramının ən əsas məsələlərindəndir. Avropada böyüklərə baza 
vərdişlərini  yüksəltmək  və  təsdiqləmək  imkanını  təmin  etmək  məsələsi  də 
Avropa  Komissiyasının  böyüklərin  təhsili  üzrə  Fəaliyyət  planının  mövzula-
rından biridir. 
Həmin gün UNESCO­nun baş direktorunun müavini Nikolas Börnetin sədr-
liyi ilə “Savad səviyyələrinin və təməl bacarıqların müəyyən edilməsi və dəyər-
ləndirilməsi” mövzusunda ikinci “dəyirmi masa” keçirilmişdir. 
N.Börnet  vurğulamışdır  ki,  savadın  qiymətləndirilməsi  üzrə  müasir  me­
yarlar diqqəti yalnız məktəb və savad proqramlarında iştirak edənlərin qeydiy­
yatını  aparmağa  deyil,  vərdişlərin  müxtəlif  səviyyə  və  növlərinin,  bacarıq­
ların gündəlik həyatda tətbiqinin qiymətləndirilməsinə yönəldir. Bu cür vərdiş 
insanın  sadəcə  oxuyub­yazmaq  üçün  zəruri  bacarıq  və  vərdişlərə  malik 
olub­olmamasını  müəyyənləşdirməkdən  müasir  elmi  cəmiyyətlərdə  düzgün 
istiqamətlənmək  bacarığının  öyrənilməsinə  doğru  yönəlir.  Deməli,  savadın 
qiymətləndirilməsində yalnız savadlı­savadsız mövqeyindən çıxış etmək ki­
fayət  etmir,  digər  məqamlar  da  nəzərə  alınmalıdır.  Savad  səviyyəsinin  qiy-
mətləndirilməsi həm də müxtəlif əhali qruplarının təhsilə ehtiyacları barədə 
informasiyanın əldə olunmasını təmin etməlidir. 
“Dəyirmi masa” da Kanada Statistika İdarəsinin təmsilçisi İvan Klermont, 
Latviyadan Andres Kanqro, Fransadan Jan Pyer Janto, Rusiyadan Marina Kuz-
netsova, Polşadan İreneuş Bialetski mövzu ilə bağlı təqdimatlarla çıxış etmiş, 
savadın ölçülməsi məsələsinin işlənib hazırlanması və istifadəsi haqqında təc-
rübələrdən  danışmışlar.  Subregionlarda  həyata  keçirilmiş  qiymətləndirmənin 
nəticələrindən nümunələr gətirilmiş, siyasətin və fəaliyyətin çərçivəsinin müəy­
yənləşdirilməsində  savad  proqramlarından  necə  istifadə  edilməsi,  hansı  əlavə 
məlumatların tələb olunması məsələlərinə toxunulmuşdur. Avropa regionunda 
savadın  qiymətləndirilməsi  üzrə  məlumatların  yaradılması  və  istifadəsi  üzrə 
gələcək beynəlxalq və yerli planlar da müzakirə edilmişdir.
Mayın  16­da  konfrans  başa  çatmışdır.  Günün  birinci  yarısında  konfrans 
“Pedaqoji yanaşmalar: keyfiyyətli təməl təliminin inkişaf etdirilməsi” mövzu-
sunda  “dəyirmi  masa”  ilə  davam  etmişdir.  Müzakirələri  açan  UNESCO­nun 
Moskva ofisinin direktoru Mark Riçmond demişdir ki, keyfiyyətli ibtidai təhsili 
təmin etmək üçün ilkin şərt savad, böyüklərin ibtidai təhsili və peşəkar təlim 
proqramları vasitəsilə yaxşı hazırlıq keçmiş mütəxəssislərdir. Lakin bir çox hal-
larda təlim qısa və səthi aparılır. Digər vacib məsələ dərs proqramıdır. Keyfiy-
yətli dərs proqramlarının tərtibi üçün, ilk növbədə, öyrəncilərin tələblərini təh-
lil etmək lazımdır. 
İngiltərədən Con Vorhauz “Böyüklərin savad pedaqogikasına dair tədqiqat: 
böyüklərin yazma, oxuma və hesab öyrənməsi üçün milli tədqiqat və hazırlıq 

58
mərkəzi”  mövzusunda  çıxışında  demişdir  ki,  tədrisin  keyfiyyəti  və  pedaqoji 
təcrübədən  səmərəli  istifadə  savadsızlığın  aradan  qaldırılmasında  əsas  amil-
lər kimi nəzərə alınmalıdır. O bildirmişdir ki, 2001­ci ildə ingilis dilini ikinci 
dil kimi öyrənənlər arasında aparılan araşdırmalar göstərmişdir ki, bu sahədə 
qısa vaxt ərzində nailiyyət qazanılması üçün tədrisin metodikasında müasir ele-
mentlər öz əksini tapmalıdır. 
Hamburqdakı  (Almaniya)  Böyüklərin  Təhsili  İnstitutunun  direktoru 
Nüsl  fon  Ekkexard,  Polşadan  Eva  Prjibilska  çıxışlarında  savadsızlığın 
aradan  qaldırılması,  insanların,  o  cümlədən  miqrantların  cəmiyyətə  daha 
sürətlə inteqrasiya olunması üçün müxtəlif layihələr həyata keçirilməsinin 
əhəmiyyətindən danışmışlar. 
2008­ci  il  iyunun  10­da  Bakıdakı  “Gülüstan”  sarayında  “Mədəniyyətləra-
rası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda ikigünlük bey-
nəlxalq forum işə başlamışdır. 
Heydər  Əliyev  Fondunun  təşəbbüsü,  UNESCO­nun  və  İSESCO­nun  dəs­
təyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300­dən çox nü ma­
yəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESCO­nun baş di rek-
toru, UNESCO­nun xoşməramlı səfirləri iştirak etmişdirlər. 
Qonaqları Bakıda salamlamaqdan məmnunluğunu bildirən Mehriban xanım 
Əliyeva dedi ki, bu forum Heydər Əliyev Fondunun, UNESCO­nun və İSES-
CO­nun birgə səyləri ilə həyata keçirilir. Mən həmin təşkilatlara və onların rəh-
bərliyinə  –  UNESCO­nun  baş  direktoru  cənab  Koiçiro  Matsuuraya  və  İSES-
CO­nun  baş  direktoru  cənab  Əbdüləziz  bin  Osman  Əl­Tüveycriyə  öz  dərin 
minnətdarlığımı bildirmək istəyirəm. 
Mehriban  xanım  Əliyeva  bildirdi  ki,  son  15  ildə  alimlər  və  yazıçılar,  din 
xadimləri və siyasətçilər çox sadə səslənən bir suala cavab axtarırlar: Dialoq, 
yoxsa qarşıdurma? Bu problem bir çox beynəlxalq forumların və konfransların 
əsas mövzusu olubdur. Zənnimcə, hər bir belə toplantı özlüyündə dialoq olaraq 
müxtəlif ölkələrin və mədəniyyətlərin təmsilçilərini bir araya gətirməklə böyük 
əhəmiyyət  kəsb  edir.  Belə  görüşlər  ən  azı  insanların  bir­birini  daha  dərindən 
tanımasına, fikir və təcrübə mübadiləsinin aparılmasına xidmət edir. 
Bu gün biz mədəniyyətlər və sivilizasiyalararası dialoq probleminə qadın-
ların  gözü  ilə  baxmalıyıq,  qadın  mövqeyini  qabartmalıyıq.  Qadın  olan  yerdə 
həmişə səmimiyyət var, sevgi var, məhəbbət var. Qadın olan yerdə düşmənçi-
liyə, qarşıdurmaya, nifrətə yer yoxdur. Zənnimcə, qadınlar əzəldən bəri dialoq 
tərəfdarıdırlar. Məhz ona görə də qadın potensialı dialoqun möhkəmlənməsində 
böyük rol oynaya bilər. Mən ümidvaram ki, konfransımız səmərəli keçəcək, iki 
gün ərzində müxtəlif fikir və təkliflər səslənəcək və konfransımızın nəticələri 
mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə layiqli töhfəsini verəcəkdir.

59
İSESCO­nun baş direktoru Əbdüləziz Bin Osman Əl­Tüveycri çıxış edərək 
Heydər  Əliyev  Fondunun  Prezidenti,  UNESCO­nun  və  İSESCO­nun  xoşmə-
ramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı, forumun işti-
rakçılarını salamlamış və mədəniyyətlərarası dialoqa dair tədbirlərin keçirilmə­
sinə  göstərdiyi  yüksək  dəstəyə  görə  Azərbaycan  Prezidenti  İlham  Əliyevə 
min nətdarlığını bildirmişdir.
Qadınlar mədəniyyətlərin dialoqunun inkişaf etdirilməsində çox mühüm rol 
oynayırlar. Onlar gənc nəslin tərbiyəçisidirlər, cəmiyyəti quran ailənin özəyi-
dirlər. Onlar gənc nəslə ideal dəyərlər və ali prinsiplər aşılayırlar. 
Mədəniyyətlər və sivilizasiyalararası dialoqun hamının işi olduğunu bildi­
rən Əbdüləziz bin Osman Əl­Tüveycri diqqətə çatdırdı ki, bu sahədə qadınların 
rolu danılmazdır. Bunun üçün qadınlar ilk növbədə savadlı olmalı, mükəmməl 
təhsil almalıdırlar. Lakin bu o demək deyildir ki, qadınların fəaliyyəti ev işləri 
və ya təhsillə məhdudlaşır. Əlbəttə, qadınlar fəaliyyət üçün daha çox im kana 
malikdirlər. Təhsil dedikdə, biz mədəniyyətlərin dialoqundakı dəyərlərə əsasla-
nan təhsili nəzərdə tuturuq. 
Bu forumda yaradılan imkandan istifadə edərək hamını mədəniyyətlərin 
dialoqunda  və  millətlər  arasında  anlaşmanın  inkişaf  etdirilməsi  istiqamə-
tində birlikdə çalışmağa, bununla da sülhün və insanların dinc yanaşı yaşa-
masının düşmənlərinin irqi, dini və mədəni ayrı­seçkiliyə çağırışlarının qar-
şısını birlikdə almağa çağırıram. 
Forumda UNESCO­nun baş direktoru Koiçiro Matsuuranın videomüraciəti 
nümayiş  olundu.  Koiçiro  Matsuura  əvvəlcə  forumun  yüksək  səviyyədə  təşki-
linə görə Azərbaycan dövlətinə, xüsusilə də Azərbaycanın birinci xanımı Meh-
riban Əliyevaya öz minnətdarlığını bildirdi və qeyd etdi ki, bu forumun keçi-
rilməsi  gender  bərabərliyinin  inkişafına  təkan  verəcəkdir.  Gender  bərabərliyi 
UNESCO­nun  2008­2010­cu  illər  üçün  qlobal  prioritetidir.  Ümid  edirəm  ki, 
bizim təş kilatımız gələcəkdə bu istiqamətdə yeni mexanizmin yaradılmasında 
mühüm rol oynayacaqdır.
Türkiyə  Baş  nazirinin  xanımı  Əminə  Ərdoğan  çıxışında  bu  cür  mötəbər 
tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun Prezi-
denti, UNESCO­nun və İSESCO­nun xoşməramlı səfiri, Milli Məclisin depu-
tatı Mehriban xanım Əliyevaya, UNESCO­ya və İSESCO­ya, Azərbaycan döv-
lətinə xüsusi minnətdarlığını bildirdi. Ə.Ərdoğan bildirdi ki, hazırda dünyada 
baş verən proseslərdə qadınların rolu artır. Cəmiyyətin təkanverici qüvvəsi olan 
qadınların rolunun daha da artması üçün səyləri birləşdirməliyik.
ABŞ­ın Texas ştatının birinci xanımı Anita Perri beynəlxalq Bakı forumu-
nun təhlükəsizliyin artırılması, qadınlara qarşı diskriminasiya ənənələrinə son 
qoyulması istiqamətində mühüm addım olduğunu söyləmişdir. 

60
Forumda çıxış edən ABŞ­ın Con Hopkins Universitetinin professoru Fren-
sis Fukuyama ilk dəfə Bakıda 20 il öncə olduğunu söylədi, budəfəki gəlişində 
böyük dəyişikliklərin şahidi olduğunu qeyd etdi.
Qlobal  tendensiyaların  inkişaf  etdiyi  cəmiyyətdə  qadınların  rolunun  artdı-
ğını  vurğulayan  professor,  müxtəlif  ölkələrdə  qadınlara  yanaşmada  fərqlərin 
mövcudluğunu diqqətə çatdırmışdır. 
Yaponiyanın  Şizuoka  Prefektura  Universitetinin  professoru Yoko  Hirosi 
müasir dünyadakı problemlərdən danışmış, onların həllində qadınların rolunu 
qeyd etmişdir. 
Rusiya Elmlər Akademiyası Sosiologiya İnstitutunun ailə və gender məsə­
lələri şöbəsinin müdiri Tatyana Qurko demişdir ki, Azərbaycanın birinci xanımı 
Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq forum həm bu, həm də 
digər problemlərin həllində mühüm rol oynayacaq, qadınların rolunun artma-
sına təkan verəcəkdir. 
Böyük  Britaniyada  nəşr  olunan  “Şərq  Maqazin”  jurnalının  baş  redaktoru 
Rim  Məğribi  isə  bildirmişdir  ki,  qadınlar  hər  zaman  mədəniyyətlərarası  dia-
loqda  mühüm  rol  oynamışlar,  lakin  tarixən  formalaşmış  stereotiplər  əsasında 
hərəkət qadınların ailədə davranışına mənfi təsir göstərir. Bu cür tədbirlər mənfi 
baxışları dəyişdirəcəkdir. 
Amsterdam  Universitetinin  Avropa  tədqiqatları  üzrə  professoru  Kornelia 
Verteg sosial həyatda qadınların və kişilərin arasındakı qeyri­bərabərlikdən da­
nışmış, bu sahədəki Avropa təcrübəsindən bəhs etmişdir. 
Belçika Senatının üzvü xanım Anna­Mari Lizinin sədrliyi ilə keçirilən dör-
düncü  sessiyada  “Şərq  və  Qərb:  Biz  bir­birimizi  necə  görürük”  mövzusunda 
müzakirələr olmuşdur.
Moskva  Dövlət  Beynəlxalq  Münasibətlər  İnstitutunun  professoru  xanım 
İrina  Kudryaşova  təhsil  sahəsində  çalışan  qadınların  problemlərinə  toxuna-
raq demişdir ki, siyasi dözümsüzlük, münaqişələr elmə və təhsilə mənfi təsir 
göstərir. Bunun qarşısını almaq üçün İslam dəyərlərinin sosial həyata göstərdiyi 
təsir Avropa gənclərinə daha geniş şəkildə öyrədilməlidir. İslam dəyərləri bütün 
cəmiyyətlərin inkişafının təməlini təşkil edə bilər.
İrlandiyanın  Dublin  Triniti  Kollecinin  professoru  Roland  Hil  çıxışında 
demişdir ki, mədəniyyətləri öyrənmək, tədqiq və təbliğ etmək sivilizasiyalara-
rası toqquşmanın qarşını almağa kömək edə bilər. Bunun üçün digər xalqların 
milli  ənənələrinin,  ədəbiyyatının,  maddi  mədəniyyət  nümunələrinin  öyrənil-
məsi çox vacibdir. Ümid edirik ki, bu forum sivilizasiyalararası dialoqu daha 
da inkişaf etdirəcəkdir. 
ABŞ­ın  Corctaun  Universitetinin Avrasiya,  Rusiya  və  Şərqi Avropa  Təd­
qiqatları Mərkəzinin direktoru xanım Ancela Stent Bakıda ikinci dəfə olduğunu 
bildirmiş, ötən müddət ərzində baş vermiş dəyişiklikləri, sürətli inkişafı yük-

61
sək qiymətləndirmişdir. O, qadınların sülhə necə nail olunması istiqamətindəki 
fəaliy yətinə dair tədqiqatlar aparıldığını qeyd etmiş və qadınların müxtəlif döv-
lət vəzifələrində çalışmalarının mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Almaniyalı qrafinya Anna Beatriça Şlik demişdir ki, bu forum beynəlxalq 
aləmdə Azərbaycanın imicinin daha da yüksəlməsinə təsir göstərəcəkdir. Meh-
riban  xanım  Əliyeva Azərbaycan  mədəniyyətinin  inkişafına  xüsusi  diqqət  və 
qayğı göstərir və biz hamımız onunla qürur duyuruq. 
Beynəlxalq forumun yekun sənədi – Bakı Bəyannaməsi qəbul olunmuşdur. 
Bəyannamədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qadınların 
sivilizasiyalararası  dialoqa  töhfəsinə  həsr  olunan  forumu  keçirmək  təşəbbüsü 
alqışlanır. Bildirilir ki, Bakı forumu İnsan Hüquqları üzrə Dünya Bəyannamə-
sinin 60­cı ildönümünə təsadüf edir. Bu da insan hüquqları, mədəniyyət müxtə-
lifliyi, mədəniyyətlərarası dialoq və gender bərabərliyi arasında əlaqə yaratmaq 
haqda  düşünməyə  imkan  verir.  Bəyannamədə  dünya  dövlətləri  münaqişələrin 
həllində və sülhməramlı proseslərdə qərarların qəbulunda qadınların iştirakının 
artırılmasına çağırılır.  
İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu çıxışında bil-
dirmişdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, 
UNESCO­nun və İSESCO­nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəb-
büsü  ilə  “Mədəniyyətlərarası  dialoqda  qadınların  rolunun  genişləndirilməsi” 
mövzusunda  keçirilən  bu  forum  qloballaşan  dünyada  sivilizasiyalararası  dia-
loqa təkan verəcəkdir. 
Sonda Ekmələddin İhsanoğlu Azərbaycanın birinci xanımı, Heydər Əliyev 
Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İKT­nin humanitar məsələlər 
üzrə xüsusi elçisi” statusuna dair diplomu təqdim etmişdir.
2009­cu  il  martın  18­də  AMEA­nın  Milli  Azərbaycan  Tarixi  Muzeyində 
“Muğam  aləmi”  Beynəlxalq  festivalı  çərçivəsində  beynəlxalq  elmi  simpoziu-
mun açılışı olmuşdur.
Beynəlxalq  festivalın  prezidenti,  Azərbaycanın  birinci  xanımı,  Heydər 
Əliyev Fondunun prezidenti, UNESCO­nun və İSESCO­nun xoşməramlı səfiri 
Mehriban Əliyeva simpoziumu açaraq demişdir: “UNESCO­nu təmsil edən, o 
cümlədən Beynəlxalq Musiqi Şurasının muğam bölməsində fəaliyyət göstərən 
qonaqlarımızı  xüsusi  salamlayıram.  Muğamın  təhlili,  təbliği  ilə  məşğul  olan 
məşhur alimləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarını, muğam 
ustadlarımızı,  bütün  muğamsevərləri  bu  gün  bu  möhtəşəm  tədbirdə  görməyə 
çox  şadam.  Ümidvaram  ki,  muğamla  bağlı  möhtəşəm  tədbirin  keçirilməsi 
muğam sənətinin tarixində yeni bir mərhələnin başlanğıcına çevriləcəkdir. Eyni 
zamanda  muğam  sənətinə  həsr  olunmuş  və  belə  yüksək  səviyyədə  keçirilən 
beynəlxalq simpozium muğamın təkcə Azərbaycanın mədəniyyəti və elmi üçün 
yox, bütün dünya musiqi ictimaiyyəti üçün nə qədər dəyərli, nə qədər maraqlı 

62
olduğunun göstəricisidir. Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma 
muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiy-
yət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək yolu üstündə yerləşən Azərbay-
can sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini for-
malaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, 
dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət 
kimi qoruyub saxlamışdır. 
Azərbaycanın  zəngin  mədəniyyətinin  və  tarixinin  ən  gözəl  incilərindən 
biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan 
xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlı-
lıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, 
emosional zənginlik – bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur 
ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir – səhv etmərəm. Bildiyi-
niz kimi, 2003­cü ildə UNESCO tərəfindən Azərbaycan muğamı bəşəriyyətin 
qeyri­maddi irsinin inciləri siyahısına salınıbdır. Bizim üçün muğam sənətinin 
tarixinin hər bir səhifəsi, hər bir anı çox əzizdir, çox doğmadır. Əsrlər boyu for-
malaşan  bu  sənət  XX  əsrin  əvvəllərində  xalq  şənliklərindən,  toylardan,  bay-
ramlardan ayrılmayaraq, konsert salonlarında səslənməyə başladı. Həmin döv-
rdə mərhum Üzeyir Hacıbəyli ənənəvi muğamla müasir Azərbaycan musiqisi 
arasında  körpü  yaratdı.  Məhz  muğamın  dərin  bilicisi  olan  bu  dahi  bəstəkar 
Şərqin ilk operası olan və keçən il təntənəli şəkildə UNESCO çərçivəsində 100 
illiyi qeyd olunan “Leyli və Məcnun” operasını yaratdı. Bununla da, muğam 
opera  teatrı  səhnəsinə  qədəm  qoydu.  Eyni  zamanda  Üzeyir  Hacıbəyli  Azər-
baycan xalq musiqisinin əsaslarına həsr olunmuş nadir bir əsər yazdı və bu da 
muğamın qarşısında yeni imkanlar açdı. Muğam prinsiplərinin əsasında musiqi 
bəstələmək  qaydaları  aşkar  olundu  və  bununla  da  muğamın  zəngin  xəzinəsi 
Azərbaycan bəstəkarlarının ilham mənbəyinə çevrildi. Bütövlükdə, demək olar 
ki, muğam Azərbaycanın musiqi mədəniyyətinin bütün janrlarına təsir göstərdi. 
Bütün bunlar Fikrət Əmirovun, Niyazinin simfonik muğamlarına, Qara Qara-
yevin simfonizminə yol açdı və biz XX əsrdə bu uğurları müşahidə etdik. 
Bu  gün  biz  tarixə  nəzər  salsaq  görərik  ki,  Azərbaycanın  musiqi  mədə-
niyyətində  elə  bir  janr  yoxdur  ki,  orada  muğamın  təsirini  görməyək.  Balet, 
opera, estrada janrı, mahnı janrı, caz – hamısında biz muğamla sintezi, muğa-
mın təsirini hiss edə bilirik. 
Eyni  zamanda,  muğam  özlüyündə  yalnız  tarixdə  yaşayan  bir  sənət  deyil, 
muğam özü də inkişaf edir, zənginləşir. Son illər ölkəmizdə muğamın inkişa-
fına, təbliğinə, genişlənməsinə, yayılmasına və qorunmasına dair bir çox işlər 
həyata keçirilibdir. Mən bu gün çox böyük fəxr hissi ilə demək istəyirəm ki, 
həm  Heydər  Əliyev  Fondu,  həm Azərbaycan  Mədəniyyətinin  Dostları  Fondu 
bu sahədə öz layiqli töhfəsini vermişdir. Bildiyiniz kimi, son illər biz bir sıra 

63
irimiqyaslı layihələr həyata keçirmişik: muğam müsabiqələri, “Qarabağ xanən-
dələri” musiqi albomunun buraxılması, “Muğam” jurnalının nəşri və sair. Bu 
sırada  “Muğam  ensiklopediyası”nın  nəşri  xüsusi  yer  tutur.  Mən  inanıram  ki, 
Azərbaycan muğamına həsr olunmuş bu nəşrin gələcək buraxılışı daha da zən-
gin, daha da maraqlı olacaqdır”. 
Simpoziumun  açılış  mərasimində  çıxış  edən  UNESCO­nun  nümayəndəsi, 
Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq Bakıda belə 
bir  beynəlxalq  festivalın  keçirilməsini  yüksək  qiymətləndirmişdir.  O  demiş-
dir ki, Fransa muğamla ilk tanışlıqdan bu musiqiyə valeh olmuşdur. Ənənəvi 
Musiqi  üzrə  Beynəlxalq  Şuranın  vitse­prezidenti  Vim  Van  Zanten  muğamın 
incəliklərindən, bu sahədə aparılan tədqiqatlardan danışmışdır. Qonaq demişdir 
ki, musiqi festivalının və simpoziumun keçirilməsinin səbəbi odur ki, Azərbay-
canın ən böyük dəyərlərindən biri olan muğam bəşəriyyətin qeyri­maddi irsinin 
inciləri  siyahısına  düşmüşdür.  İnanırıq  ki,  Azərbaycan  musiqisi,  mədəniyyəti 
bundan sonra digər xalqlar tərəfindən daha da yaxından öyrənilərək seviləcəkdir. 
AMEA­nın  prezidenti,  akademik  Mahmud  Kərimov  vurğulamışdır  ki, 
Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyevanın  muğamın  təbliği 
sahəsində başladığı işlər bəşəri mədəniyyət proqramına çevrilmişdir. 
Sonra simpoziumun geniş iclası olmuşdur. İclasda Azərbaycan, Almaniya, 
Çin,  Özbəkistan,  Kanada  və  Tacikistandan  olan  tanınmış  alimlərin  muğamla 
bağlı müxtəlif mövzularda məruzələri dinlənilmişdir. 
2009­cu il oktyabr ayının 22­də Bakıda, “Gülüstan” sarayında Azərbaycanda 
Uşaq ilinə və BMT­nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr 
olunmuş “Azərbaycanda uşaqların müdafiəsi islahatı” üzrə milli konfrans keçiril-
mişdir. Azərbaycan hökuməti, Heydər Əliyev Fondu və BMT­nin Uşaq Fondunun 
(UNİCEF) və “Azercell” şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbay-
canın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir. 
Dövlət qurumlarının, beynəlxalq təşkilatların, Milli Məclisin deputatlarının 
qatıldığı konfransı Baş nazirin müavini Elçin Əfəndiyev açaraq bildirmişdir ki, 
son illər ərzində ölkənin iqtisadi­sosial vəziyyətində böyük və əsaslı dəyişik-
liklər baş vermişdir. Azərbaycan dayanıqlı iqtisadi inkişafa qədəm qoymuş və 
bununla  da  insanların  layiqli  həyatı  üçün  münbit  zəmin  yaradılmışdır.  Bütün 
bunlar  ilk  növbədə  ölkədə  uşaq  hüquqlarının  həyata  keçirilməsi,  xüsusən  də 
uşaqların müdafiəsi sahəsində konkret addımların və ümumilikdə uşaqların və­
ziyyətinin yaxşılaşdırılmasına zəmin yaratmışdır. 
Ötən dövrdə uşaqların müdafiəsi mexanizminin müəyyən edilməsi və yeni 
alternativ  qayğı  formalarının  yaradılması  sahəsində  yaxşı  irəliləyişlər  əldə 
edilmişdir.  Bu  baxımdan Azərbaycan  Prezidentinin  2006­cı  il  29  mart  tarixli 
Sərəncamı  ilə  təsdiqlənmiş  “Azərbaycan  Respublikasında  dövlət  uşaq  müəs-
sisələrindən  uşaqların  ailələrə  verilməsi  (deinstitusionalizasiya)  və  alternativ 

64
qayğı Dövlət Proqramı”nın (2006­2015­ci illər) qəbul edilməsi böyük əhəmiy-
yətə malikdir. Bu proqramdan irəli gələn vəzifələrin icrası istiqamətində atılan 
mühüm addımlar xüsusi yer tutur. Prosesin uğurla həyata keçirilməsinə Azər-
baycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti,  UNESCO­nun 
və İSESCO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva 
hərtərəfli dəstək verir. 
Elçin Əfəndiyev diqqətə çatdırmışdır ki, ikigünlük milli konfrans zamanı 
Azərbaycanda uşaqların müdafiəsi sistemində islahatlara cavabdeh olan əsas 
dövlət  qurumlarının  ­ Təhsil  Nazirliyinin,  Əmək  və  Əhalinin  Sosial  Müda-
fiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, 
digər qurumların, o cümlədən İnsan Hüquqları üzrə Müvəkkilin, UNİCEF­in 
regional ofisinin, beynəlxalq və yerli qeyri­hökumət təşkilatlarının, ekspert-
lərin  məruzələri  dinləniləcəkdir.  Bundan  başqa,  uşaqların  müdafiəsi  sistemi 
sahəsində mühüm mövzuların işçi qruplarda müzakirə olunması və konfrans 
bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulmuşdur. 
UNİCEF­in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard uşaq 
problemlərinin  həlli  üçün  ölkədə  fəaliyyət  göstərən  bütün  əlaqədar  qurumla-
rın  səylərinin  birləşdirilməsinin  vacibliyini  vurğulamışdır.  O,  Azərbaycanda 
uşaq məsələləri ilə bağlı inkişafın müşahidə olunduğunu, bunun qanunverici-
likdə əksini tapdığını qeyd etmişdir. Bildirmişdir ki, bir sıra vətəndaş cəmiyyəti 
təşkilatları və beynəlxalq təşkilatlar aztəminatlı qruplardan olan uşaqları yeni 
alternativ qayğı xidmətləri ilə təmin edir. Bu xidmətlər Azərbaycanın müxtəlif 
yerlərində ehtiyac içərisində yaşayan uşaqları həyati əhəmiyyət kəsb edən yar-
dım ilə təmin etməklə yanaşı, ölkədə alternativ qayğı sistemlərinin daha geniş 
miqyasda inkişaf etdirilməsinə töhfələr verir. 
UNİCEF­in Heydər Əliyev Fondu və Azərbaycan hökuməti ilə sıx fəaliyyət 
göstərdiyini söyləyən BMT­nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi 
alternativ qayğı sistemləri barədə ətraflı məlumat vermişdir. 
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Res-
publikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (deins-
titusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın (2006­2015­ci illər) 
əhəmiyyətini xüsusi vurğulayan UNİCEF­in nümayəndəsi bildirmişdir ki, prob-
lemin həlli istiqamətində dövlət, qeyri­hökumət və vətəndaş cəmiyyəti qurum-
larının birgə fəaliyyəti təmin olunmalıdır. Burada dövlətin əsas funksiyası ha zır-
lanacaq layihələrə dəstəyin təmin edilməsindən ibarətdir. 
Konfransın qarşısında duran vəzifələrə toxunan Mark Herevard müzakirələr 
nəticəsində  uşaqların  hüquqlarının  müdafiəsinin  təşkili  ilə  bağlı  strategiyanın 
müəyyən olunmasının vacibliyini qeyd etmişdir. 
BMT­nin  Uşaq  Fondunun  Azərbaycandakı  nümayəndəsi  Mark  Herevard 
Azər baycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Mehriban 

65
xanım Əliyevaya UNİCEF­in xüsusi mükafatını təqdim edərək demişdir: “Hör-
mətli Mehriban xanım, mən çox böyük şərəf hissi ilə konfrans iştirakçılarının 
təklifi ilə çox kiçik bir çıxış edəcəyəm. İcazə verin, Sizə uğurlu fəaliyyətinizə 
görə  təşəkkürlərimizi  bildirim,  uşaqların  müdafiəsi  sahəsində  işinizi  davam 
etdirməyinizi arzulayım. Sizə bir daha təşəkkürlərimizi bildirəm”.
2010­cu  il  mayın  24­də  Bakının  “Gülüstan”  sarayında  Avropa  Şurasının 
qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin “Gender 
bərabərliyi: de­yure və de­fakto gender bərabərliyinin təmin olunması” mövzu-
sunda VII konfrans keçirilmişdir. 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNES-
CO­nun və İSESCO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban 
Əliyeva açılış mərasimində çıxış etmişdir.
Konfransda çıxış edən Avropa Şurasının baş katibinin müavini xanım Mod 
de Bur Bukikkio vurğulamışdır ki, real həyatda ən çox kişilər rəhbər vəzifələri 
tuturlar. Qadınlar isə ikinci dərəcəli rol oynayırlar. Çox hallarda qadınlar əhali-
nin zəif kateqoriyası kimi qiymətləndirilirlər. 
Qadınlar  və  kişilər  arasında  bərabərliyin  əslində  insan  hüquqlarının  və  de­
mokratiyanın ən vacib şərtlərindən biri olduğunu diqqətə çatdıran Avropa Şurası-
nın baş katibinin müavini bildirmişdir ki, gender bərabərliyi qadın və kişilər ara-
sında imkanların bütün sahələrdə bərabər tətbiq olunmasından ibarətdir. 
Son illər ən böyük bərabərsizliklərin aradan qaldırıldığını deyən Avropa 
Şurasının rəsmisi bildirmişdir ki, qadınlar çox vaxt öz hüquqlarından lazımi 
səviyyədə istifadə edə bilmirlər. Bir sıra bərabərsizliklər əlbəttə ki, qadınla-
rın insan hüquqlarının müdafiə olunmasında öz əlamətlərini göstərir. Bəzən 
qadınlar müxtəlif proseslərdə qurbana çevrilirlər. Onlar həm ictimai, həm də 
siyasi proseslərdə işsizlik və ya digər çətinliklərlə üzləşirlər. Onlara kişilərlə 
müqayisədə eyni dəyərli iş üçün daha az məvacib ödənilir. Məhz buna görə 
də Avropa Şurası bu məsələləri təhlil etməklə bərabərliyi təmin etmək üçün 
bir  sıra  tədbirlər  görür.  Qadın  və  kişi  arasında  gender  bərabərliyini  təmin 
etmək  üçün  layihələrin  həyata  keçirilməsi  çox  vacibdir.  Bu,  strategiyanın 
əsasını təşkil edir. 
Mod de Bur Bukikkio vurğulamışdır ki, qadınlara və kişilərə fərqli müna-
sibət  bəsləyərkən  biz,  həmçinin  genderlə  bağlı  struktur  stereotiplərin  aradan 
qaldırılmasına  nail  olacağıq.  Konkret  tədbirlər  görülməlidir  ki,  həm  təhsildə, 
həm KİV­lərdə bu cür dəyişikliklərin həyata keçirilməsi, gender bərabərliyinin 
təmin edilməsi mümkün olsun. 
Gender  stereotiplərinə  qarşı  mübarizədə  təhsilin  rolundan  danışan Avropa 
Şurasının  baş  katibinin  müavini  vurğulamışdır  ki,  cəmiyyətin  hər  bir  üzvü 
bərabər təhsil imkanları, peşəkar fəaliyyət və həyat tərzi ilə təmin olunmalıdır. 

66
Bakıda  keçirilən  konfransda  iştirak  etməkdən  məmnun  olduğunu  bildirən 
BMT  baş  katibinin  müavini  xanım Aşa  Rouz  Migiro  belə  bir  aktual  mövzu-
nun  müzakirəsi  üçün  yaradılmış  şəraitə  və  qonaqpərvərliyə  görə Azərbaycan 
hökumətinə minnətdarlıq etmişdir. 
Bakının  həm  qədim,  həm  də  müasir  şəhər  olduğunu  qeyd  edən  BMT  baş 
katibinin  müavini  demişdir  ki,  Azərbaycan  çox  müsbət  və  çox  perspektivli 
gələcəyi olan bir ölkədir. Bu, ölkənin bütün vətəndaşları üçün böyük imkanlar 
yaradacaqdır. 
Qadınların həyatda, cəmiyyətdə çox vacib roluna toxunan xanım Aşa Rouz 
Migiro  təmsil  etdiyi  təşkilatın  gender  bərabərliyi  istiqamətindəki  fəaliyyətin-
dən söz açaraq demişdir ki, BMT bu prosesin həyata keçirilməsi üçün bir sıra 
layihələr icra edir. 
Qadınların sülhün və inkişafın təmin olunmasında oynadığı rolu qeyd edən 
BMT  baş  katibinin  müavini  demişdir  ki,  bu  konfrans  problemləri  müzakirə 
etmək və onların həlli yollarını axtarmaq baxımından bizə geniş imkan yarat-
mışdır. Bəzi ölkələr ayrı­seçkilik yaradan qaydaları və qanunları dəyişmişdir. 
Biz bunu müsbət əlamət kimi qiymətləndiririk. 
Xanım Aşa Rouz Migiro bir sıra ölkələrdə təhsil sahəsində aparılan müs-
bət dəyişikliklərin qadınların imkanlarını daha da genişləndirdiyini vurğulamış, 
ana  ölümünün  səviyyəsinin  aşağı  salınmasının  vacibliyini  söyləmişdir.  Bəzi 
istiqamətlərdə  nailiyyətlər  əldə  olunsa  da,  görüləsi  işlər  hələ  çoxdur.  Bizim 
üçün çox vacib məsələ ondan ibarətdir ki, gender stereotipləri, həmçinin qadın-
lara və qızlara qarşı ayrı­seçkilik aradan qaldırılsın. Qərarların qəbul edilməsi 
prosesində qadınların iştirakını genişləndirməliyik. 
Avropa  Şurası  Parlament  Assambleyasının  (AŞPA)  nümayəndəsi  Xose 
Mendes Bota çıxış edərək Azərbaycanda olmağından böyük şərəf duyduğunu, 
konfransın  yüksək  səviyyədə  təşkilinə  və  qonaqpərvərliyə  görə  Azərbaycan 
hökumətinə təşəkkürünü bildirmişdir. O, təmsil etdiyi qurumda gender bərabər-
liyinin təmini sahəsində bir çox işlərin görüldüyünü demişdir. 
Xose Mendes Bota qeyd etmişdir ki, bu yaxınlarda AŞPA­da qəbul edilən 
qərar  qadınlarla  kişilərin  eyni  hüquqa  malik  olması  ilə  bağlı  boşluğu  ara-
dan qaldırmağa yönəlmişdir. AŞPA­da yaradılmış şəbəkənin isə əsas məqsədi 
qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılmasıdır. 
Avropa  Şurası  Konqresinin Yerli  və  Regional  Hakimiyyətlər  Konqresinin 
sədri Yan Mikkalef bildirmişdir ki, bu konfrans gender bərabərliyi məsələsində 
dialoq və qlobal təcrübə mübadiləsinə imkan yaradır. Müasir Avropa cəmiyyə-
tində qadın bütün ictimai sahələrdə, siyasətdə və biznesdə iştirak edir. Lakin bu 
müsbət dəyişikliklərə baxmayaraq, hələ də gender bərabərliyi məsələsində boş-
luqlar vardır. Hələ bir sıra tövsiyə və qətnamələr yerinə yetirilməmişdir. Ona 
görə də gender bərabərliyi problemləri bir tərəfdən müasir cəmiyyət üçün çox 

67
vacib məsələdir, digər tərəfdən isə əldə olunmuş nailiyyətlərin daha da inkişaf 
etdirilməsinə ehtiyac vardır. Demokratik ölkədə gender bərabərliyi fundamen-
tal tələbdir. Bunu təmin etmək üçün stereotiplər aradan götürülməlidir. 
Avropa  Şurasının  QHT­lər  Konfransının  nümayəndəsi  Karin  Nordmeyer 
müzakirə olunan mövzu ilə bağlı təmsil etdiyi qurumda görülən işlərdən danış-
mışdır. Qonaq vurğulamışdır ki, dünyada elə bir şərait yaradılmalıdır ki, qadın-
lar öz potensialından tam istifadə edə bilsinlər. 
K.Nordmeyerin  sözlərinə  görə,  bir  çox  ölkələrdə  ayrı­seçkilik  qanunverici­
liklə qadağan olunmuşdur. Lakin qəbul edilən qərarların praktikada tam reallaşdı-
rılması üçün birgə səyləri artırmaq vacibdir. Avropa Şurası ictimai həyatın bütün 
sahələrində qadın və kişilərin iştirakını balanslaşdırmaq üçün ayrı­seçkiliklə müba-
rizə aparmağa çalışır. Bugünkü konfransın əsas məqsədi də de­yure və de­fakto 
gender bərabərliyinin təmin olunması məsələlərini müzakirə etməkdir. 
Konfrans işini “De­fakto gender bərabərliyinə nail olmaq üçün müsbət təd­
birlərin  həyata  keçirilməsi  və  gender  amilinin  daxil  edilməsi”  mövzusunun 
müzakirəsi ilə davam etdirmişdir. Çıxış edənlər Avropanın bir hissəsi kimi Azər-
baycanın gender məsələlərinə xüsusi diqqət ayırmasını yüksək qiymətləndirmiş-
lər. Vurğulanmışdır ki, bu gün Azərbaycanda təhsil, məşğulluq və ailə sahəsində 
gender bərabərliyi geniş təbliğ edilir. 
İrlandiyanın  təhsil  və  elm  departamentinin  baş  inspektoru  Maurin  Bohan 
gender  stereotiplərinə  qarşı  mübarizədə  təhsilin  böyük  rolunu  vurğulamışdır. 
Bir sıra ölkələrin təcrübəsini misal gətirən M.Bohan bu sahədə təhsilə lazımi 
diqqətin ayrılmaması nəticəsində yaranan problemlərdən danışmışdır. Hollan-
diyanı təmsil edən xanım Cok Hermes isə stereotiplərlə mübarizədə medianın 
rolu mövzusunda çıxış etmişdir. O, medianın bu məsələyə təsirinin çox güclü 
olduğunu  söyləyərək  mətbuatın  həmin  sahədə  lazımi  tədbirlərin  həyata  ke çi-
rilməsinin vacibliyini qeyd etmişdir. KİV­lər ailə və qadın prob lemlərinin həl-
lində də yaxından iştirak edən mühüm vasitələrdir. Televiziya və radio kanal-
larının, mətbuat orqanlarının monitorinqi gös tərir ki, tamaşaçıların, oxucuların 
diqqətinə aktual problemlərin həllinə, o cümlədən gender stereotiplərinin ara-
dan qaldırılmasına həsr olunmuş materiallar, reportajlar, verilişlər təqdim edilir. 
Bu baxımdan gender stereotiplərinə qarşı mübarizədə medianın rolu danılmazdır. 
Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  rəhbəri  Leyla  xanım 
Əliyevanın təşəbbüsü ilə 2010­cu il iyunun 29­da Bakıda “Qloballaşma şərai-
tində mədəniyyətlərin dialoqu” mövzusunda forum işə başlamışdır.
Çoxsaylı alim və ziyalıların iştirak etdikləri Bakı forumunu açan Azərbay­
can  Milli  Elmlər  Akademiyasının  prezidenti,  akademik  Mahmud  Kərimov 
Rusiyadan  gəlmiş  qonaqları  salamlayaraq,  tədbirin  ənənəvi  xarakter  aldığını 
söyləmişdir. O, forumun əhəmiyyətini qeyd edərək xatırlatmışdır ki, ulu öndər 
Heydər Əliyev müstəqilliyimizin ilk illərindən qloballaşmaya doğru istiqamət 

68
götürərək,  elmin  inkişafına  xüsusi  diqqətlə  yanaşmışdır.  Ümummilli  Liderin 
siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev “Azərbaycan Res-
publikasında  2009­2015­ci  illərdə  elmin  inkişafı  üzrə  Milli  Strategiya”nın  və 
“Azərbaycan  Respublikasında  2009­2015­ci  illərdə  elmin  inkişafı  üzrə  Milli 
Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi 
haqqında” Sərəncam imzalamışdır.
Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, akademik Əb­
dülsəlim Hüseynov forumun təşkilinə görə ölkəsinin alimləri adından minnət-
darlığını  bildirərək,  “Qloballaşma  şəraitində  mədəniyyətlərin  dialoqu”  möv-
zusu  ilə  bağlı  fikirlərini  söyləmişdir.  O  demişdir  ki,  biz  mədəniyyətlərimizin 
rəngarəngliyini  dəyərləndiririk  və  qloballaşma  şəraitində  onu  qoruyub  saxla-
mağa çalışmalıyıq. Forum bu məsələləri müzakirə edib, həll yollarını tapmaq 
üçün yaxşı fürsətdir.
O, postsovet məkanında Azərbaycan və Rusiya alimləri arasında əlaqələrin 
daha açıq şəkildə inkişafından məmnunluğunu bildirmişdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, 
professor  Nərgiz  Paşayeva  XXI  əsrdə  mədəniyyətlərarası  dialoq  mövzusu-
nun  aktuallığını  vurğulamışdır.  O  demişdir  ki,  XXI  əsrdə  humanitar,  sosial, 
əxlaqi­mədəni  və  iqtisadi  problemlərin  həllində  ümumi  yanaşmalar  tələb 
olunduğundan belə konfransların keçirilməsi çox aktualdır. Bu cür tədbirlərdə 
alimlər bir araya gələrək, cəmiyyətin inkişafına aid məsələlərlə bağlı konkret 
qərarlar axtarıb tapa bilərlər.
Professor Nərgiz Paşayeva vurğulamışdır ki, belə konfranslar əməkdaş-
lıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün çox vacibdir. Çünki dia-
loq yalnız insanların və xalqların biri­birinə etimadı olduğu halda mümkün-
dür. İnsanın cəmiyyətdə yeri, dəyəri və fəlsəfənin bu kimi klassik suallarını 
cavablan dırmaq  hələ  də  aktualdır.  Biz  bəşəriyyəti  təhsil,  zəngin  mənəvi 
potensial  va si
 
təsilə  anlayırıq.  Hər  bir  savadlı  insan  fəlsəfəyə  meyllidir, 
özünü və ətrafdakıları dərk etməyə çalışır. Ona görə də biz dünyanın daha 
yaxşı olması üçün əlimizdən gələni etməliyik.
Forumda  çıxış  edən  tanınmış  rusiyalı  alim,  professor Yuri  Pompeyev  təd-
birə dəvət olunduğuna görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirmişdir. 
Ölkəmizə  bundan  əvvəlki  səfərlərini  xatırladan  qonaq  Naxçıvanda,  Gəncədə 
ol duğunu söyləyərək, Azərbaycan alimləri və ziyalıları ilə əlaqələrindən danış-
mışdır. Alim ölkəmizdə milli mədəniyyətimizə və ailəyə olan münasibəti xüsusi 
qeyd etmişdir. Bildirmişdir ki, elm insanların birləşməsinə töhfə verməlidir.
Rusiyalı alim demişdir ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 
17 il əvvəl Prezident seçilərkən ziyarət etdiyi ilk təşkilat Elmlər Akademiyası 
olmuşdur. Bu böyük şəxsiyyət alimləri bir araya gətirdi. Çünki yalnız görkəmli 
siyasi xadimlər elmin cəmiyyətdəki mühüm əhəmiyyətini anlayırlar.

69
Rusiya  Hökuməti  yanında  Maliyyə Akademiyası  fəlsəfə  kafedrasının  mü­
diri, professor Aleksandr Çumakov Rusiya­Azərbaycan münasibətlərini başqa 
ölkələrə nümunə kimi dəyərləndirmişdir. Bildirmişdir ki, forum ünsiyyət üçün 
çox  gözəl  imkanlar  yaradır.  O,  qloballaşmanın  mədəniyyətə  təsirindən  danış-
mışdır.
2010­cu il noyabrın 22­də “Gülüstan” sarayında Heydər Əliyev Fondunun 
dəstəyi, Təhsil Nazirliyi, UNESCO, “Mikrosoft” korporasiyası və “İntel” şirkə-
tinin təşkilatçılığı ilə “Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” mövzu-
sunda beynəlxalq konfrans keçirilmişdir. 
Konfrans çərçivəsində Azərbaycan Dillər Universiteti, 132­134 nömrəli 
təhsil kompleksi və Elitar gimnaziyada mövzu ilə bağlı seminarlar da təşkil 
edilmişdir. 
Macarıstan,  Norveç,  Böyük  Britaniya  və  digər  ölkələrdən  olan  nümayən-
dələrin  iştirak  etdiyi  konfransın  açılışında  çıxış  edən  təhsil  naziri  Misir  Mər-
danov demişdir ki, Prezident İlham Əliyevin, bilavasitə rəhbərliyi ilə Azərbay-
canda  təhsil  sahəsində  informasiya­kommunikasiya  texnologiyalarının  tətbiqi 
üzrə  geniş  tədbirlər  həyata  keçirilmişdir.  Respublikada  ümumtəhsil  məktəb-
lərinin  informasiya  və  kommunikasiya  texnologiyaları  ilə  təminatı  proqramı 
(2005­2007­ci illər) çərçivəsində 3 min 693 məktəbdə iş aparılmışdır. Bu müd-
dətdə məktəblərə 30 mindən çox kompüter verilmiş, 1722 təhsil ocağında kom-
püter sinfi yaradılmışdır. Bakı, Sumqayıt və Gəncədə 7 min 500­dən çox mək-
təb müəllimi treninqlərə cəlb olunmuşdur. 
“2008­2012­ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin infor-
masiyalaşdırılması üzrə Dövlət Proqramı” isə təhsil sistemində İKT infrastruk-
turunun  inkişafı,  təhsildə  elektron  idarəetmə  məsələsinin  həlli,  müəllimlərin 
İKT bacarıqlarının artırılması, normativ hüquqi bazanın daha da təkmilləşdiril-
məsi və s. məsələləri özündə ehtiva etmişdir.
Dövlət  proqramı  çərçivəsində  30  tədris  müəssisəsində  “elektron  məktəb” 
pilot  layihəsi  həyata  keçirilməyə  başlamışdır.  2010­cu  ilə  qədər  55  min  680 
müəllim İKT vərdişlərinə yiyələnmişdir. Proqramın sonunadək bu rəqəmin 114 
min nəfərə çatdırılması planlaşdırılmışdır. 
UNESCO­nun  İKT  üzrə  məsləhətçisi  Marius  Lukosiunas  “Müəllimlərin 
savadlılığı üzrə UNESCO proqramı” barədə danışmışdır. O, təşkilat tərəfindən 
bütün  dünyada  İKT  üzrə  yaradılan  700­dən  çox  mərkəzdə  1  milyondan  çox 
adamın təlim keçdiyini söyləmişdir. 
1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə