HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 66.91 Kb.

səhifə2/15
tarix23.12.2016
ölçüsü66.91 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   15

İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 10 mart 2004-cü il.

17
Heydər Əliyev Fondunun yaradılma səbəbi Azərbaycan xalqının öz Ümum-
milli Lideri Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyi, 
Heydər  Əliyev  siyasi  məfkurəsinin  həmişəyaşar  səciyyəsini  əks  etdirmək  zə­
rurəti, qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azər-
baycan  üçün  əhəmiyyətini  vurğulamaq  niyyəti  və  Heydər  Əliyevin  yaratdığı 
milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi kimi şərtlən-
dirilmişdir. Fondun strukturu isə aşağıdakılardan ibarətdir:
1. Fondun strukturu özündə kollegial və vahid hakimiyyətli rəhbərlik üsul-
larını birləşdirir. 
2.  Fondun  icraçı  orqanı  Prezidentdir.  Fondun  prezidenti  onun  səlahiy-
yətli qanuni nümayəndəsidir. Prezident proqramların təsdiqlənməsi və onların 
həyata keçirilməsi üzrə ümumi rəhbərlik, fondun fəaliyyətinin məqsədli priori-
tetlərinin, strukturunun və kadr tərkibinin müəyyən olunması və nizamnamə ilə 
müəyyən olunmuş digər məsələləri həll edir. 
3. Fondun işinə bilavasitə rəhbərlik etmək üçün İcraçı direktor vəzifəsi təs-
diq olunmuşdur ki, o da Prezident tərəfindən onun vəzifələri sırasına daxil edil-
miş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. İcraçı direktor Fondun proqram 
və tədbirlərinə cari nəzarəti həyata keçirir. O, həmçinin onun səlahiyyətləri sıra-
sına daxil edilmiş məsələlər çərçivəsində Fondun səlahiyyətli nümayəndəsidir. 
4. Fondun nəzdində Ekspert Şurası fəaliyyət göstərir ki, onun da əsas məq­
sədi qəbul olunan qərarların böyük səmərəliliyini və effektliliyini təmin etmək-
dən ibarətdir. Ekspert Şurası müxtəlif ixtisaslı ekspertlərdən ibarətdir. Ekspert-
lərin vəzifəsi müvafiq rəyləri, hesabatları və məruzələri hazırlayıb Prezidentə 
təqdim etməkdən ibarətdir. Şura konsultativ strukturdur.
Konkret  ixtisaslaşdırılmış  funksiyaların  və  tapşırıqların  yerinə  yetirilməsi 
üçün Fondun strukturunda aşağıdakı qurumlar yaradılmışdır:
•  Nümayəndəliklər;
•  Hüquq şöbəsi;
•  Mühasibatlıq şöbəsi;
•  Humanitar proqramlar departamenti: 
Mədəniyyət və turizm şöbəsi;
Sosial siyasət şöbəsi;
Təhsil, gənclər və idman şöbəsi.
•  Beynəlxalq əlaqələr departamenti:
Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsi;
MDB ölkələri ilə əlaqələr şöbəsi;
Xarici ölkələr ilə əlaqələr şöbəsi.

18
•  İctimaiyyətlə əlaqələr departamenti:
Hüquqi və fiziki şəxslər ilə əlaqələr şöbəsi;
KİV ilə əlaqələr şöbəsi.
•  İşlər Departamenti:
İnsan resursları şöbəsi;
Ümumi şöbə;
Təsərrüfat şöbəsi;
Protokol şöbəsi;
Analitik-informasiya şöbəsi;
Təbliğat və tədqiqat şöbəsi;
Mühafizə şöbəsi.
Heydər  Əliyev  Fondunun  yaradılması  məqsədini  şərtləndirən  amillər  isə 
aşağıdakılardan ibarətdir: 
– Azərbaycan  xalqının  Ümummilli  Lideri,  görkəmli  siyasi  xadim  Heydər 
Əliyevin ölkənin sosial­iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteq-
rasiyası,  xalqın  maddi  rifahının  yaxşılaşması  naminə  müəyyən  etdiyi,  işləyib 
hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilmə-
sinə dəstək vermək; 
–  Azərbaycanın  tərəqqisi  və  xalqımızın  rifahı  naminə  Ümummilli  Lider 
Heydər  Əliyevin  zəngin  irsindən  bəhrələnərək  bu  işə  xidmət  edən  genişmiq-
yaslı proqram və layihələrın reallaşmasına kömək etmək; 
– elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və 
layihələr hazırlayıb həyata keçirmək
–  respublikanın  və  xarici  ölkələrin  fondları,  qeyri  hökumət  təşkiltaları, 
ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr hə­
yata keçirmək; 
– yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qay-
ğıya ehtiyacı olan insanlara kömək göstərmək
– insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılma-
sına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək; 
– Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qo­
runması ilə bağlı aparılan işlərə kömək etmək
–  uşaq  və  gənclərin  hərtərəfli  biliklərə  malik  vətəndaş  kimi  yetişdirilməsi 
işi nə xidmət etmək; 
– Azərbaycan  Respublikasının  beynəlxalq  nüfuzunun  artırılması  ilə  bağlı 
tədbirlərin həyata keçirilməsinə yardım göstərmək; 
– Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq; 
– respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək; 

19
– elmi tədqiqatların aparılmasına yardım göstərmək; 
– xarici ölkələrin tanınmış elmi­tədqiqat mərkəzləri ilə alimlərin mübadilə-
sini  təşkil  etmək,  ölkənin  yaradıcı  və  elmi  potensialının  artırılmasına  kömək 
etmək; 
– uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək; 
– səhiyyə və tibbi təsisatları inkişaf etdirmək; 
– ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tər-
zini təbliğ etmək
– Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair 
konfrans və seminarlar təşkil etmək; 
– uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək
–  dini  tolerantlığın  bərqərar  olmasına,  vətəndaş  cəmiyyəti  quruculuğuna, 
qlo ballaşan  dünyaya  inteqrasiya  prosesində  milli­mənəvi  dəyərlərin  qorunub 
saxlanılmasına dəstək vermək.
Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın 
beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız 
haqqında  obyektiv  ictimai  rəyin  formalaşmasına  kömək  etməkdir.  Bu  sahədə 
optimal yol xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliy-
yətin genişlənməsidir. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost döv-
lətlərdə  nümayəndəliklər  yaratmağı,  eləcə  də  bu  ölkələrdə  fəaliyyət  göstərən 
analoji  qeyri­hökumət  qurumları  ilə  əməkdaşlıq  əlaqələri  qurmağı  məqsəd-
yönlü sayır. Artıq Fondun Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və 
ABŞ­da nümayəndəlikləri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun nü ma­
yəndəliklərinin məqsədləri aşağıdakılardan ibarətdir:
– Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq; 
– Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qo­
runması ilə bağlı aparılan işlərə kömək etmək; 
– Xarici ölkələrin fondları, QHT­ləri, ictimai təşkilatları ilə əməkdaşlığı ge­
nişləndirmək, onlarla birgə layihələr həyata keçirmək; 
– Xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək; 
– Yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qay-
ğıya ehtiyacı olan insanlara kömək göstərmək
– Xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək; 
– Uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil 
etmək.

20
HEYDƏR ƏLİYEV 
FONDUNUN LOQOSU
2004­cü  ilin  iyununda  “Heydər  Əliyev  Fondunun  loqosu”  müsabiqəsi 
keçirilmişdir.  Müsabiqəyə  2500­ə  yaxın  loqo  təqdim  edilmişdir.  Seçilmiş  2 
loqonun  müxtəlif  cizgiləri  birləşdirilərək  Heydər  Əliyev  Fondunun  loqosu 
qəbul edilmişdir. Əliyev Faiq Becan oğlu və “Deadline” şirkəti 2004­cü ilin 
sonunda qalib elan olunmuşdurlar.
Heydər  Əliyev  Fondunun  loqosu  səkkizguşəli  ulduzun  içərisində  Heydər 
Əliyev  inisiallarının  “H.Ə”.  əmələ  gətirdiyi  səkkizguşəli  ulduzdan  ibarətdir. 
Səkkizguşəli  ulduz  şumerdən  gəlmədir.  Zərdüştlükdə  onun  fəlsəfəsi  açılır: 
səma, yer, su, hava, bitki, heyvanat, insan, ad. Bu həm də sadədən aliyə doğru 
inkişafı gös tərir. İnisialları əhatə edən səkkizguşəli ulduz Azərbaycan xalqının 
öz dahi oğlu Heydər Əliyevin ideyaları ətrafında birləşməsini gös tərir. 
Loqoda  iki  rəng  qəbul  edilmişdir:  göy  və  qızılı.  Göy  rəng  səmanı, 
demokratiyanı, düzlüyü, təmizliyi, günahsızlığı, dincliyi, etibarlılığı, səmi-
miliyi, əminliyi, milliliyi göstərir. Qızılı rəng isə günəş, sülh, inkişaf, işıqlı 
gələcək simvoludur. 
Hər iki rəng Ümummilli Lider Heydər Əliyevin istək və arzularını, ideya-
larını əks etdirir.

21
HEYDƏR ƏLİYEV FONDUNUN 
FƏXRİ QONAQLARI
2004­cü  il  mayın  10­da,  müstəqil Azərbaycan  dövlətinin  qurucusu,  xalqı-
mızın  Ümummilli  Lideri  Heydər  Əliyevin  doğum  günündə  Bakının Azərneft 
meydanı  yaxınlığında  –  Niyazi  küçəsində  milli  memarlıq  üslubunda  tikilmiş 
yeni  binada  “Heydər  Əliyev  Fondu”nun  təntənəli  açılış  mərasimi  olmuşdur. 
Azərbaycan  Prezidenti  İlham  Əliyev  mə rasimdə  iştirak  etmişdir. Azərbaycan 
Prezidenti  İlham  Əliyev  Fondun  fəxri  qonaqlar  kitabına  ürək  sözlərini  yaz-
mışdır:  “Bu  gün  Azərbaycanın  Ümummilli  Lideri  Heydər  Əliyevin  doğum 
günüdür. Bu bayram günündə onun adını daşıyan Fondun təqdimat mərasimi 
keçirilmişdir.  “Heydər  Əliyev  Fondu”  xalqımızın  Ümummilli  Lideri,  müasir 
Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi irsini öyrənəcək, təhlil, tədqiq 
və təbliğ edəcəkdir. 
“Heydər  Əliyev  Fondu”  ictimai  təşkilatlar  və Azərbaycanın  ictimai  həya-
tında  mühüm  rol  oynayacaqdır.  Heydər  Əliyevin  ideyaları,  fikirləri  yaşayır. 
Heydər Əliyev siyasəti, fəlsəfəsi, ideologiyası yaşayır və bundan sonra da əbə
di yaşayacaqdır. Heydər Əliyevin əsəri olan müasir Azərbaycan onun yolu ilə 
irəliyə, yeni qələbələrə doğru inamla gedəcəkdir”.
2004­cü il iyunun 21­də Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə 
rəsmi  səfərdə  olan Yunanıstan  Prezidenti  Konstantinos  Stefanopulos  “Heydər 
Əliyev Fondu”nda olmuşlar.
Ali qonağa məlumat verilmişdir ki, Azərbaycan xalqının Ümummilli Lide-
rinin  xatirəsinə  ehtiramın  ifadəsi  kimi  yaradılmış  Fondun  məqsədi  Prezident 
Heydər Əliyevin zəngin irsinin öyrənilməsinə, ölkəmizin tərəqqisi və Azərbay-
can xalqının rifahı naminə ondan istifadə olunmasına xidmət edən genişmiq-
yaslı  proqramların  həyata  keçirilməsini  dəstəkləmək,  milli­mənəvi  dəyərlərin 
qorunması, azərbaycançılıq məfkurəsinin və Azərbaycan mədəniyyətinin geniş 
təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, müstəqil Azərbay-
canın  iqtisadi  qüdrətinin  artırılmasına  xidmət  edən  layihələrin  gerçəkləşdiril-
məsində iştirak etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif 
proqram  və  tədbirləri,  elm,  təhsil,  mədəniyyət,  səhiyyə  və  idmanın  inkişafını 
təmin  edən  layihələri  dəstəkləmək,  uşaq  və  gənclərin  sağlam,  milli­mənəvi 
dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xid-
mət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin 
reallaşdırılmasına yardım göstərməkdən ibarətdir. 
Yunanıstan  Prezidenti  Konstantinos  Stefanopulos  Fondun  fəxri  qonaqlar 
kitabına ürək sözlərini yazmışdır: 

22
“Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev kimi tarixi bir 
şəxsiyyətin  adını  daşıyan  Fondda  olmağımdan  çox  şadam.  Mən  Prezident 
Heydər  Əliyevlə  ilk  görüşlərimi  böyük  məmnuniyyətlə  xatırlayıram.  Bu  gün 
isə Fonda gələrək, bu unudulmaz şəxsiyyəti bir daha yada salır, ona Allahdan 
rəhmət diləyirəm”. Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezi-
denti Konstantinos Stefanopulos xatirə şəkli çəkdirmişlər. 
2004­cü il iyulun 5­də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
və ölkəmizdə səfərdə olan Moskvanın meri Yuri Lujkov Heydər Əliyev Fon-
dunda qonaq olmuşlar.
Moskvanın meri Fondun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır: 
“Azərbaycan  xalqının  böyük  oğlu  Heydər  Əliyeviç  Əliyevin  xatirəsi  keçmiş 
Sovet İttifaqının bütün xalqlarının və xüsusən onunla birlikdə olmuş insanların 
qəlbində əbədi yaşayacaqdır”. 
2004­cü il iyulun 9­da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
və  ölkəmizdə  səfərdə  olan  Pakistan  İslam  Respublikasının  Prezidenti  Pərviz 
Müşərrəf və hər iki ölkənin dövlət başçılarının xanımları Heydər Əliyev Fon-
dunda olmuşlar.
Pakistan  Prezidenti  Pərviz  Müşərrəf  Fondun  fəxri  qonaqlar  kitabına  ürək 
sözlərini yazmışdır:
“Mərhum Heydər Əliyev elə bir nadir rəhbərlər qrupuna daxil idi ki, 
o, öz ölkəsinin tarixinin ən həlledici məqamında meydana gəlmiş və xalqını 
firavanlıq,  tərəqqi  yolu  ilə  aparmışdır”.  Dövlət  başçıları  və  qonaqlar  Fon-
dun eyvanına çıxaraq, Bakının mənzərəsini seyr etdilər. Prezident İlham Əliyev 
şəhərdə  görülən  işlərdən  danışdı.  Pakistan  Prezidenti  Bakıda  geniş  miqyasda 
tikinti işlərinin aparılmasını yüksək qiymətləndirdi.
“Şəxsən mən Heydər Əliyevi çox müdrik və uzaqgörən bir dövlət xadimi 
kimi tanımışam və əminəm ki, onun miras qoyduğu standartlar Azərbayca-
nın gələcək nəsilləri üçün istifadə ediləcəkdir”. 
2004­cü  il  avqustun  6­da  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti 
Məhəmməd Xatəmi Heydər Əliyev Fondunun binasında olmuşlar.
İran  Prezidenti  Məhəmməd  Xatəmi  Fondla  tanışlıqdan  sonra  fəxri  qonaq-
lar  kitabına  ürək  sözlərini  yazmışdır: 
“Mən Azərbaycanda,  Bakı  şəhərində 
avqustun 5-dən 7-dək olacağım müddətdə Heydər Əliyev Fondunu ziyarət 
etməyi arzu edirdim. İndi bu Fondu ziyarət etmək mənə çoxlu xatirələri 
yada salır və cənab Heydər Əliyevin Azərbaycanın müstəqil olması, inkişaf 
etməsi,  ölkədə  sabitlik  və  təhlükəsizlik  şəraiti  yaratması  mənim  bu  xa ti-
rələrimi  və  onunla  keçirdiyim  görüşləri  dirildir.  Hamımız  bilirik  ki,  iki 
qonşu və müsəlman ölkə – İran və Azərbaycan arasında yaranan əlaqələr 
mərhum Heydər Əliyevin rolunu göstərir və bu rol həmişəyaşardır.

23
Mənim bu səfərim bir daha fürsət yaratdı ki, İran İslam Respublika-
sının Prezidenti kimi, eləcə də İranın mədəniyyətsevən və uzun tarixi olan 
milləti  adından  cənab  Heydər  Əliyevin  xidmətlərinə  və  fəaliyyətinə  görə 
ona öz minnətdarlığımı bildirirəm”. 
“Əsrin  müqaviləsi”nin  10  illiyinə  həsr  olunmuş  bayram  tədbirlərinin  işti-
rakçıları,  o  cümlədən  ölkəmizə  gəlmiş  müxtəlif  beynəlxalq  neft  şirkətlərinin 
nümayəndələri 2004­cü il sentyabrın 20­də Heydər Əliyev Fondunda olmuşlar.
Ümummilli  Liderimiz  Heydər  Əliyevin  həyat  və  fəaliyyətini  əks  etdirən 
eksponatlarla  tanışlıqdan  sonra  onlar  ulu  öndərin  əsasını  qoyduğu  neft  stra-
tegiyasının  həyata  keçirilməsini  əks  etdirən  xüsusi  guşəyə  baxmışlar.  Heydər 
Əliyev Fondunda yaradılan guşədə Ümummilli Liderimizin neft strategiyasının 
həyata keçirilməsi sahəsində gördüyü möhtəşəm işləri əks etdirən eksponatlar 
nümayiş etdirilmişdir. 
“bp­Azərbaycan” şirkətinin prezidenti Devid Vudvord “Əsrin müqaviləsi” 
imzalandıqdan  sonra  Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkəti  tərəfindən 
həyata  keçirilmiş  irimiqyaslı  layihələr  barədə  məlumat  vermiş,  bütün  bu 
möhtəşəm  işlərin  Heydər  Əliyevin  gərgin  əməyi,  iradəsi  və  əzmi  sayəsində 
görüldüyünü  vurğulamışdır.  O,  “bp­Azərbaycan”  şirkəti,  onun  Bakı­Tbilisi­ 
Ceyhan, Cənubi Qafqaz boru xətləri və “Şahdəniz” layihəsi üzrə tərəfdaşları 
adından  Heydər  Əliyev  Fonduna  neft  strategiyasının  simvolu  olan  hədiyyə 
təqdim etmişdir. 
2004­cü il sentyabrın 20­də Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyev və “Əsrin müqaviləsi”nin 10­cu ildönümü münasibətilə keçirilən təd-
birlərdə  iştirak  etmək  üçün  ölkəmizə  səfərə  gəlmiş  Gürcüstanın  Baş  naziri 
Zurab Jvaniya Heydər Əliyev Fondunda olmuş və fəxri qonaqlar kitabına ürək 
sözlərini yazmışdır: 
“Azərbaycan xalqının dahi lideri Heydər Əliyevin xa-
tirəsi  önündə  baş  əyirəm.  Biz  Heydər  Əliyevə,  onun  iradəsinə,  apardığı 
mübarizəyə görə minnətdarıq. Məhz onun səyləri nəticəsində Gürcüstan 
işıqlı  gələcəyə  olan  inamını  qoruyub  saxlayır  və Azərbaycanla  birgə  sa-
baha doğru addımlayırıq”. 
2004­cü  il  oktyabrın  8­də Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyev  və  xanımı  Mehriban  Əliyeva,  Bolqarıstan  Respublikasının  Prezi-
denti Georgi Pırvanov və xanımı Zorka Pırvanova Heydər Əliyev Fondunda 
olmuş  və  fəxri  qonaqlar  kitabına  ürək  sözlərini  yazmışlar: 
“Azərbaycanın 
Ümummilli Lideri Heydər Əliyevin işıqlı xatirəsi önündə baş əyirəm. Biz 
öz  ölkəsinin  inkişafı,  regionda  sabitliyin  və  təhlükəsizliyin  təmin  olun-
ması, Avropaya inteqrasiya istiqamətində çoxlu enerji və qüvvə sərf etmiş 
bu  siyasətçini  və  dövlət  xadimini  həmişə  minnətdarlıqla  xatırlayaca-
ğıq.  İna nıram  ki,  Heydər  Əliyevin  dost Azərbaycan  xalqının  işıqlı  gələ-
cəyi naminə gördüyü işlər və onun ideyaları bundan sonra da layiqincə 
davam etdiriləcəkdir”

24
2004­cü  il  oktyabrın  27­də Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyev və Moldova Respublikasının Prezidenti Vladimir Voronin Heydər Əli-
yev Fondunda olmuş və fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır: 
“Çox 
şadam ki, Azərbaycan xalqının tarixində belə bir lider olmuşdur və indi də 
vardır. Mənə 1974-cü ilin oktyabr ayından Heydər Əlirza oğlunu tanımaq 
xoşbəxtliyi nəsib olmuşdur. Mən ondan çox şeyləri əxz etmişəm. Azərbay-
canlıların Heydər Əlirza oğluna, öz Prezidentinə və ölkənin suverenliyinin 
və müstəqilliyinin müdafiəçisinə dərin ehtiram hisslərini bu gün də qoru-
yub  saxlaması  böyük  rəğbət  doğurur.  İnanıram  ki, Azərbaycanın  indiki 
rəhbərliyi  Prezident  Heydər  Əliyevin  işini  layiqincə  və  etibarlı  şəkildə 
davam etdirəcəkdir”.
2004­cü il noyabrın 5­də Belarus Respublikasının Baş naziri Sergey Sidor-
ski Heydər Əliyev Fondunda olmuş və fəxri qonaqlar kitabına ürək sözlərini 
yazmışdır:
  “Azərbaycan  Respublikasının  Ümummilli  Lideri  Heydər  Əli-
yevin  doğma  ölkəsinin  dövlətçiliyinin  təşəkkülünə  misilsiz  töhfəsindən 
söhbət açan Fondun zəngin ekspozisiyası ilə maraqla tanış oldum. Əmi-
nəm  ki,  Fondun  fəaliyyəti  Azərbaycan  cəmiyyətinin  gələcək  inkişafına 
kömək edəcəkdir”.
2004­cü  il  noyabrın  27­də Türkiyənin  Radio  və Televiziya  Qu rumunun  – 
TRT­nin sədri Şenol Dəmiröz Heydər Əliyev Fondunda olmuş və fəxri qonaq-
lar  kitabına  ürək  sözlərini  yazmışdır: 
“Azərbaycanı  köklü  təməl  üzərində 
quran, ona təkrar həyat verən böyük siyasətçi, böyük türk Heydər Əliyev 
önündə sayğılarımı bildirirəm. Allah rəhmət eləsin!”
2005­ci il yanvarın 22­də Azərbaycanda İTAR­TASS günlərinin iştirakçıları 
Heydər  Əliyev  Fondunda  olmuşlar.  Fondla  tanışlıqdan  sonra  İTAR­TASS­ın 
Baş  direktoru Vitali  İqnatenko  Fondun  fəxri  qonaqlar  kitabına  ürək  sözlərini 
yazmışdır:
  “Bizim  hamımız  üçün,  Azərbaycanda  İTAR-TASS  günlərinin 
iştirakçıları üçün belə bir görkəmli yerdə – Heydər Əliyeviç Əliyev Fon-
dunda olmaq böyük şərəfdir. Bu, öz həyatını xalqına xidmətə həsr etmiş 
dahi bir insanla daha bir görüş idi. Prezident Heydər Əliyevin xatirəsini 
əziz tutanların hamısına müvəffəqiyyət arzulayırıq”.
2005­ci il fevralın 7­də Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınç 
və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunda 
olmuşlar. Türkiyə Böyük Millət Məclisinin sədri Fondla tanışlıqdan sonra fəx
ri  qonaqlar  kitabına  ürək  sözlərini  yazmışdır
:  “Dost  və  qardaş Azərbayca-
nın  qəhrəman  övladı,  böyük  dövlət  adamı  Heydər  Əliyev  vakfını  ziyarət 
etməkdən şərəf duyuram. Mərhuma Allahdan rəhmət, Azərbaycan xalqına 
əbədi mutluluq və başarılar diləyirəm”.
2005­ci il aprelin 7­də Rusiyanın birinci Рrezidenti Boris Yeltsin və xanımı 
Heydər Əliyev Fondunda olmuş və fəxri qonaqlar kitabına ürək sözlərini yaz-

25
mışlar: 
“Mən  Heydər  Əliyev  Fondu  ilə  aşkar  heyranlıqla  tanış  oldum. 
Mən  Heydər  Əliyeviçi  yaxşı  tanıyırdım,  onunla  müxtəlif  şəraitlərdə  tez-
tez görüşürdüm. Ona çox-çox hörmət edirdim. Fondun binası, onun eks-
ponatları və məzmunu ölkə sakinlərinin bütün nəsilləri üçün böyük İnsan 
haqqında əbədi xatirənin kiçicik, lakin çox mühüm bir hissəsidir. Fondun 
gözəl binasına görə əhsən və sağ olun. Sağ olun, Mehriban xanım”. 
2005­ci  il  aprelin  29­da  İhsan  Doğramacı  və  onu  müşayiət  edən  şəxslər 
Heydər Əliyev Fondunda olmuşlar. 
Heydər Əliyev Fondunun prezidenti, UNESCO­nun xoşməramlı səfiri Meh-
riban  xanım  Əliyeva  qonaqlara  Ümummilli  Liderimizin  xatirəsinə  ehtiram 
əlaməti olaraq yaradılan Fond və onun məqsədləri barədə məlumat vermişdir. 
İhsan  Doğramacı  və  onunla  birlikdə  gələn  şəxslər  Ümummilli  Liderimi-
zin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı­ayrı dövrlərinə aid 
eksponatlarla,  o  cümlədən  Heydər  Əliyevin  həyatının  müxtəlif  anlarını  can-
landıran, Azərbaycan tarixinin bütöv bir dövrü haqqında geniş təsəvvür yara-
dan çoxsaylı fotoşəkillərlə, xalqımızın görkəmli oğluna həsr edilmiş kitablarla 
tanış oldular. Nadir fotoşəkillər bir daha təsdiqləyir ki, bu dahi insan zəngin və 
mənalı həyat yolu keçmişdir. Onun şəxsi istifadəsində olmuş əşyalar qonaqlar-
dan hər birinin diqqətini nadir və qiymətli eksponat kimi cəlb etmişdir. 
Heydər Əliyev Fondunun prezidenti, UNESCO­nun xoşməramlı səfiri Meh-
riban xanım Əliyeva ilə Türk dünyasının böyük oğlu İhsan Doğramacı arasında 
görüş  oldu.  Mehriban  xanım  Əliyeva  dedi  ki,  kimsəsiz,  valideyn  himayəsin-
dən məhrum, müxtəlif xəstəliklərə düçar olmuş uşaqlara, onların təlim­tərbiyə 
aldıqları, müalicə olunduqları internatlara, uşaq evlərinə hamilik etmək, xüsusi 
proqramlar hazırlayıb həyata keçirmək Fondun fəaliyyətində mühüm yer tutur. 
Fondun  yaradıldığı  vaxtdan  ötən  bir  ildə  xeyli  uşaq  evi  və  internat  məktəbi 
təmir edilmişdir. 
İhsan Doğramacı belə fəaliyyətə görə Mehriban xanım Əliyevaya təşəkkür 
etdi, xalqımızın Ümummilli Lideri ilə böyük dostluğunu xatırlayaraq dedi ki, 
vaxtilə  Heydər  Əliyev  ona  yubileyinin Azərbaycanda  qeyd  olunmasını  təklif 
etmişdi. Bu il də mənə 90 illiyimi müxtəlif ölkələrdə qeyd etmək təklif olun-
muş, hətta Yaponiyadan xüsusi təyyarə göndərilmişdi. Lakin mən Azərbaycan-
dayam və yubileyimi burada qeyd edəcəyəm. Bu gün Heydər Əliyev aramızda 
olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır. 
Xalqımızın  böyük  xeyirxahı  İhsan  Doğramacı  bildirdi  ki,  sədaqətli  dostu, 
türk  dünyasının  dahi  oğlu  Heydər  Əliyevin  arzularının  həyata  keçirilməsində 
Fonda yardımçı olmaq, Mehriban xanımın təşəbbüsü ilə görülən işləri dəstək-
ləmək  məqsədi  ilə  10  il  ərzində  öz  şəxsi  vəsaitindən  Fondun  hesabına  hər  il 
100 min dollar köçürülməsini qərara almışdır. 
2005­ci il iyunun 7­də Ümumgürcüstan Katolikos­Patriarxı II İlia Heydər 
Əliyev Fondunda olmuşdur.

26
Hörmətli  qonaq  və  onu  müşayiət  edən  şəxslər  əvvəlcə  Ümummilli  Lider 
Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan 
ta rixinin  bütöv  bir  dövrü  barədə  geniş  təsəvvür  yaradan  çoxlu  fotoşəkillərlə, 
dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndəri-
miz haqqında kitablarla tanış oldular, dahi şəxsiyyətin Avropa, Asiya ölkələri-
nin liderləri ilə çəkdirdiyi fotoşəkillərə böyük maraqla baxdılar.  
Heydər Əliyev Fondunun prezidenti, UNESCO­nun xoşməramlı səfiri Meh-
riban  Əliyeva  ilə  Ümumgürcüstan  Katolikos­Patriarxı  II  İlianın  görüşü  oldu. 
Mehriban  xanım  hörmətli  qonağı Azərbaycan  xalqının  Ümummilli  Liderinin 
adını  daşıyan  Fondda  salamlamaqdan  məmnunluq  duyduğunu,  vaxt  tapıb  bu 
görüşə gəldiyinə görə təşəkkürünü bildirdi. O dedi ki, 2004­cü il mayın 10­da 
fəaliyyətə  başlamış  Fondun  əsas  məqsədi  müstəqil  dövlətimizin  memarı  və 
qurucusu Heydər Əliyevin zəngin irsini öyrənmək, gələcək nəsillərə çatdırmaq, 
onun Azərbaycanın sosial­iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı 
fəaliyyəti  barədə  bir  daha  əyani  təsəvvür  yaratmaq,  dahi  şəxsiyyətin  müəllifi 
olduğu  beynəlxalq  layihələrin  həyata  keçirilməsini  dəstəkləmək,  Azərbaycan 
mədəniyyətinin və ölkəmizin tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə 
kömək  etməkdən  ibarətdir.  Bununla  bərabər,  Fondun  təşəbbüsü,  vəsaiti  hesa-
bına qısa müddətdə bir sıra layihələr həyata keçirilmiş, valideyn himayəsindən 
məhrum olmuş uşaqların təlim­tərbiyə aldıqları 12 uşaq evi və internat mək-
təbində  əsaslı  təmir,  yenidənqurma  işləri  aparılmış,  bu  çətin  və  şərəfli  sahə 
himayəyə götürülmüşdür. Talassemiyalı xəstələrin müalicəsinin təşkili məqsədi 
ilə kompleks tədbirlər hazırlanmış, yeni dərs ilinin başlanmasına qədər respub-
likanın bütün regionlarını əhatə edən 132 kənddə təzə məktəblərin tikintisinə 
başlanması üçün genişmiqyaslı fəaliyyətə başlanmışdır. 
Ümumgürcüstan Katolikos­Patriarxı səmimi görüşdən razılığını bildirərək 
dedi ki, görkəmli siyasi xadim Heydər Əliyevin iki dost, qonşu millətin bir­
biri ilə daha da yaxınlaşmasında, öz xalqının firavanlığının təmin edilməsində 
misilsiz  xidmətləri  olmuşdur.  Böyük  liderin  ideyaları  Azərbaycanın  indiki 
rəhbəri Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət-
lərimizin başçıları arasında mehriban münasibətlərin olmasını görmək mənim 
üçün çox xoşdur.  
II  İlia  Fondun prezidenti Mehriban xanımın çox dəyərli ictimai fəaliyyəti 
barədə  məlumatı  olduğunu  vurğuladı,  özünün  də  “Gürcü  Patriarxı”  Fondunu 
yaratdığını,  əsas  məqsədinin  gürcü  xalqının  qədim  tarixi  və  mədəniyyətinin 
öyrənilməsinə, təbliğinə kömək göstərməkdən ibarət olduğunu bildirdi. Heydər 
Əliyev Fondunun təcrübəsinin faydalı olduğunu söyləyən qonaq iki qurum ara-
sında əlaqə yaradılması barədə arzusunu da bildirdi, Mehriban xanımı Gürcüs-
tana səfərə dəvət etdi.
1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə