kimi tanımışam və əminəm ki, onun miras qoyduğu standartlar Azərbayca- nın gələcək nəsilləri üçün istifadə ediləcəkdir”. 2004cü il avqustun 6da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti
Məhəmməd Xatəmi Heydər Əliyev Fondunun binasında olmuşlar.
İran Prezidenti Məhəmməd Xatəmi Fondla tanışlıqdan sonra fəxri qonaq-
lar kitabına ürək sözlərini yazmışdır:
“Mən Azərbaycanda, Bakı şəhərində avqustun 5-dən 7-dək olacağım müddətdə Heydər Əliyev Fondunu ziyarət etməyi arzu edirdim. İndi bu Fondu ziyarət etmək mənə çoxlu xatirələri yada salır və cənab Heydər Əliyevin Azərbaycanın müstəqil olması, inkişaf etməsi, ölkədə sabitlik və təhlükəsizlik şəraiti yaratması mənim bu xa ti- rələrimi və onunla keçirdiyim görüşləri dirildir. Hamımız bilirik ki, iki