Riskin təyin olunmasının üsulları
Mühəndis üsulu. Bu üsul statiki məlumata əsaslanır, tezliklərin hesabatına, təhlükəsizliyin ehtimal təhlilinə, təhlükə sahələrinin (ağacının) qurulmasına əsaslanır.
Model üsulu. Bu üsul zərərli faktorların təklikdə adama, sosial və peşə qruplarına və digərlərinə təsir modelinin qurulmasına əsaslanır.
Ekspert üsulu. Bu üsul müxtəlif hadisələrin ehtimalını təyin etmək üçün təcrübəli mütəxəssislərlə aparılan sorğuya əsaslanır
Sosioloji üsul. Bu üsul əhali arasında aparılan sorğuya əsaslanır
6.Təhlükələrin ardıcıllıqla öyrənilməsi
I mərhələ – təhlükələrin ilkin təhlili
1–addım – təhlükənin mənbələrini aşkar olunması
2–addım – sistemin təhlükəni yarada bilən hissəsinin müəyyən olunması
3–addım – öyrənilməyən təhlükələrin təhlildən çıxarılması
II mərhələ –təhlükəli vəziyyətlərin ardıcıllıqla müəyyən olunması.
Hadisələr və təhlükələr ağacının qurulması.
III mərhələ – nəticələrin təhlili
Təhlükələrin sistemli təhlili
Təhlükəsizliyin sistemli təhlili mürəkkəb problemlərin həllini əsaslandırmaq üçün istifadə olunan metodoloji vasitələrdən ibarətdir. Sistem müəyyən nəticəyə nail olmaq üçün qarşılıqlı əlaqəli komponentlərin toplusudur. Bu komponentlər maddi obyekt olmaqla yanaşı həm də münasib və əlaqələr kimi nəzərdə tutulur. Hər hansı saz maşın texniki sistemə misal ola bilər.
Bir elementi insan olan sistem erqatik sistem adlanır. Erqatik sistemə «insan–maşın–ətraf mühit» misal ola bilər.
Təhlükəsizliyin sistemli təhlilində məqsəd xoşagəlməz hadisələrin (qəza, yanğın, fəlakət və s.) baş verməsinin səbəblərini aşkar etmək və onların qarşısını almaq, yaxud baş vermə ehtimalını azaltmaq üçün tədbirlər hazırlamaqdan ibarətdir.
8. Təhlükəsizlik sisteminin təhlilində məntiqi əməliyyatlar:
Məntiqi əməliyyatların müəyyən işarələrlə göstərilməsi qəbul olunub.
Ən çox «Və» və «Yaxud» əməliyyatları tətbiq edilir.
«Və» əməliyyatı göstərir ki, çıxışda tələb olunan nəticəni almaq üçün girişdə bütün şərtlərin yerinə yetirilməsi vacibdir.
«Yaxud» əməliyyatı göstərir ki, çıxışda lazım olan nəticəni almaq üçün girişdə olan şərtlərdən heç olmasa biri yerinə yetirilməlidir.
Dostları ilə paylaş: |