Hft fənninin vəzifələri və bölmələri. Təhlükəsizlik – həyat fəaliy­yətinin məqsədini təşkil edir və buna nail olmaq üçün «həyat fəaliyyətinin təhlükəsizliyi»


Hava axininin hərəkət sürətinin təyini



Yüklə 238,34 Kb.
səhifə7/15
tarix15.04.2023
ölçüsü238,34 Kb.
#98324
1   2   3   4   5   6   7   8   9   10   ...   15
cvb

29. Hava axininin hərəkət sürətinin təyini
İŞİN MƏQSƏDİ: İş yerlərində və ya müəssisə daxilində havanın hərəkət sürətini təyin etməkdən və onun zərərli təsirindən işçi qüvvəsinin mühafizə edilməsi metoduna yiyələnmək dən ibarətdir.
NƏZƏRİ HİSSƏ: Meteoroloji şərait dedikdə iş yerlərində hava axınının hərəkət sürəti, temperaturu, nisbi nəmlik və istilik şüalanmasının intensivliyi nəzərdə tutulur.
Bu göstəricilər normal həddə uyğun olmadıqda işçilərin səhhətinə təsir göstərir və müxtəlif peşə xəstəliklərinin baş verməsinə səbəb olur. Meteoroloji şəraitin normallaşdırılması CH 245-71 üzrə aparılır ki, burada ilin fəsli, istehsalat binasının xarakteri və yerinə yetirilən işin ağırlıq dərəcəsi nəzərə alınır, (Cədvəl 1).
Hava axınının hərəkət sürətini təyin etmək üçün anemometr adlanan cihazdan istifade edilir. Anemometrlər fincanlı, qanadlı və diferensial olmaqla 3 cürdür, Fincanlı anemometrdən (şək 1.) 1÷20 m/san sürətində hava axınını ölçməkdə istifadə olunur.
Şəkil 1. Fincanlı anemometr
Bu cür anomometr hava axını öz fincanvari (yarımkürələri) vasitəsilə qəbul edir və yarımkürələr öz oxu ətrafında fırlanır. Bu hərəkət isə dişli çarxlar vasitəsilə siferblat üzərindəki əqrəblərə verilir. Əqrəblər 10, 100, 1000-lik üzrə bölgülərə ayrılmışdır.
H
ava axınının hərəkət sürətini təyin etmək üçün aşağıdakı düsturdan istifadə edilir:

Burada: a, b, c,.....n – hər bir təcrübədəki ilkin və son göstərişlərin fərqi, t1, t 2, t3, .....t n – uyğun olaraq hər bir təcrübəyə sərf olunan vaxtdır.


İŞİN GEDİŞİ: Fincanlı anemometrlə hava axınının hərəkət sürəti aşağıdakı kimi təyin edilir.
İşə başlamazdan əvvəl hər üç əqrəbin siferblat üzərindəki göstərişləri qeyd edilir, sonra anemometrin oxu havanın hərəkət sürəti ölçüləcək yerdə onun istiqamətinə perpendikulyar vəziyyətdə yerləşdirilir.
Cihazın oxunun perpendikulyar vəziyyətdən 15 ÷ 20° bucaq qədər meyl etməsi alınan nəticənin 1 ÷ 15% fərq verməsinə səbəb olur. Ona görə də ölcmə zamanı cihazın düzgün yerləşdirilməsinə ciddi fikir vermək lazımdır. Ölçmənin dəqiqliyi eyni zamanda cihaz və saniyə ölçmənin bir vaxtda işə salınmasından da asılıdır. Cihazın əqrəblərini foncanlar qərarlaşmış hərəkətə başladıqdan sonra onun yan tərəfində yerləşən rıçaq vasitəsilə işə salmaq lazımdır. Fincanlı anemometrlə ölçmə müddəti 2 ÷ 4 dəq. götürülür. Hər bir ölçmədən sonra anemometrin göstərişi qeyd edilir. Sonra hər bir təcrübədəki göstərişlər fərqi tapılır (yəni son göstərişdən başlanğıc göstəriş çıxılır).
Təcrübə ventilyatordan müxtəlif məsafələrdən bir neçə dəfə təkrar olunur. Məsafələr bir-birindən eyni uzaqlıqda olmalıdır.
Ayrı-ayrı təcrübələrdən alınmış göstərişlərin fərqi uyğun təcrübə vaxtlarına bölünərək nəzəri hissədə göstərilən düsturlar vasitəsilə hava axınının hərəkət sürəti (bölgü/ saniyə ilə) tapılır.
H
ava axınının həqiqi sürəti isə aşağıdakı kimi tapılır:

Burada:
k-düzəliş əmsalıdır, qiyməti cədvəl 2-dən götürülür.



Yüklə 238,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin