9. HFT-nin erqonomik əsasları HFT – yaxın elmlərin məlumatlarına əsaslanan kompleks fəndir. Bunlardan biri erqonomikadır. «Erqonomika» termini 1875-ci ildə Polşa alimi Yastşembevski «Erqonomika xüsusiyyətlərin», yəni əmək haqqında elm əsərində təklif edib. Erqonomika insan fəaliyyətinin effektiv və rahat olması üçün onun fəaliyyət prosesində olan funksional imkanlarını öyrənir. Erqonomika həlledici vasitə kimi HFT-nin müəyyən məsələlərini həll etməyə imkan verir. Başqa sözlə erqonomika texniki vasitələri insanın əmək fəaliyyətinə uyğun etməyə çalışır, insan və mühitin uyğunlaşan cəhətlərini araşdırır və bununla əlaqədər müəyyən problemlərə baxır. Mütəxəssislər sistemi müvəffəqiyyətlə və funksiyasını yerinə yetirməyə zəmanət verən beş növ uyğunluqlar göstərilir: informasiya, biofiziki, enerji, fəza-antrometrik və texniki-estetik.
10.Ekoloji amillər
Ekoloji amillər. Ekoloji amil elə bir mühit şəraitidir ki, orqanizm həmin mühitə uyğunlaşma reaksiyası verir. Ekoloji amillər abiotik (cansız) və biotik (canlı) olurlar.
Abiotik amillər – hava (işıq, hərarət, nəmlik, havanın hərəkəti, təzyiq); edafik (mexaniki tərkib, sıxlıq, rütübət tutumu, torpağın havakeçiriciliyi); oroqrafik (relyef, dəniz səviyyəsindən yüksəklik); kimyəvi (havanın qaz tərkibi, suyun duzluluq tərkibi, torpağın turşuluğu).
Biotik amillərə - fitogen (bitkinin təsiri); zoogen (heyvanat aləminin təsiri); mikrobiogen; antropogen (insanın fəaliyyəti) daxildir. Canlı orqanizm bu amillərin müəyyən qiymətlərində yaşaya bilər.
11. Biosfera “Biosfera” termini ilk dəfə olaraq XIX əsrdə Avstriya alimi E.Zyussun əsərlərində göstərilmişdir.
Termin iki sözdən ibarətdir:
“bios” – həyat,
“sfera” – kürə deməkdir.
Biosferin öyrənilməsində Vernadskinin böyük rolu olmuşdur.
Onun fikrincə canlı orqanizm biosferdə sərbəst enerji daşıyıcısıdır. Onun təliminə görə biosfer yerin xarici örtüyüdür.
Yer isə həyatın yayılma sahəsidir.
Biosfera canlı orqanizmi və təbiətin canlı olmayan elementlərini özündə birləşdirir. Biosferin qalınlığı 40-50 km-dir və atmosferin aşağı hissəsi (25-30 km hündürlüyədək, ozon qatına qədər) praktik olaraq bütün hidrosfer (çaylar, dənizlər və okeanlar) və yer qabığının üst hissəsi (3 km dərinliyədək) daxildir.
Biosferanın tərkibinə canlı orqanizmlərdən başqa
(bitki, heyvan, mikroorqanizm)
həyat fəaliyyəti olan canlı orqanizmlərin məhsulları, bu məhsulların parçalanma qalığı, su və radioaktiv maddələr daxildir.
İnsan cəmiyyəti – yerdə həyatın ardıcıl inkişaf dövrlərindən biridir, yəni biogeosenozdur.
O, ətraf mühitə güclü təsir edir.
Məlumdur ki, sosial və elmi texniki tərəqqini dayandırmaq mümkün deyil. Ona görə də biosfera ilə insan arasında ağıllı, balanslaşdırılmış qarşılıqlı əlaqə lazımdır.
Həyatın həmin təkamül dövrü, ağlın inkişaf dövrü – neogenezlə əlaqədərdir.
Uyğun olaraq biosfera tədricən noosferaya keçir