24. İşiq texnikasinin əsas kəmiyyətləri
İşıq dedikdə optik şüalanmanın görünən, ultrabənövşəyi və infraqırmızı sahələrini nəzərdə tuturlar. İşıq texnikası elmi və onun praktikası hər üç sahədən istehsalat işıqlandırılması məqsədləri üçün istifadə edir.
İstehsalat işıqlandırılsması kəmiyyət və keyfiyyət göstəriciləri ilə xarakterizə edilir. Kəmiyyət göstəricilərinə şüa seli, işıq şiddəti, parlaqlıq, işıqlanma dərəcəsi, əks etmə əmsalı daxildir.
Şüa seli – optik diapazondakı dalğa uzunluğunda elektromaqnit şüalanmasının ümumi gücüdür. Şüa selinin vahidi (Vt) vattdır. Şüa seli gözə düşdükdə insanın görmə hissiyyatı yalnız şüalanmanın gücündən yox, həmçinin dalğa uzunluğundan asılıdır. Müxtəlif dalğa uzunluğundakı şüalanmalar rənginə və intensivliyinə görə müxtəlif işıq hissiyyatı yaradırlar. İşıq seli (F) – şüa selinin insan gözündə işıq hissiyyatı əmələ gətirən hissəsidir. Bu göstərici lyumenlə (lm) ölçülür və işıq şüalanmasının gücünü xarakterizə edir (şəkil 5).
İşıq şiddəti (J) – işıq selinin fəza sıxlığıdır və yayılan işıq selinin bərabər paylandığı hüdudları müəyyən edən fəza bucağına nisbəti kimi hesablanır (şəkil 6):
, kd
d – fəza bucağıdır.
İşıq şiddətinin ölçü vahidi kandeladir (Kd). Bu, əsas işıq vahididir və onun dövlət etalonu vardır.
İşıqlanma dərəcəsi (E) – işıqlandırılan səthdə işıq selinin sıxlığıdır.
, lk
dS – səthin sahəsidir.
İşıqlanma dərəcəsinin vahidi lyuks (lk) qəbul edilmişdhir.
Səth parlaqlığı (L) – dS səthindən həmin səthə perpendikulyarla bucağı əmələ gətirən istiqamətdə yayılan işığın şiddətinin, həmin səthin istiqamətinə perpendikulyar müstəvidəki proyeksiyasına nisbətildir
.
Əksetmə əmsalı () – səthin, onun üzərinə düşən işıq selini əks etdirmə qabiliyyətini xarakterizə edir.
.
İşıqlandırmanın keyfiyyət göstəricilərinə fonun xarakteristikası, obyektlə fon arasında təzad, görünmə, qamaşdırma göstəricisi və işıqlanma dərəcəsinin pulsasiyası (döyünməsi) daxildir.
Dostları ilə paylaş: |