Hft fənninin vəzifələri və bölmələri. Təhlükəsizlik – həyat fəaliy­yətinin məqsədini təşkil edir və buna nail olmaq üçün «həyat fəaliyyətinin təhlükəsizliyi»



Yüklə 238,34 Kb.
səhifə12/15
tarix15.04.2023
ölçüsü238,34 Kb.
#98324
1   ...   7   8   9   10   11   12   13   14   15
cvb

18. Təlimatların növləri
təlimatların növləri aşağıdakılardır:
- Giriş təlimatı;
- İş yerinə görə (peşə üzrə) təlimat:
- Təkrar təlimat;
- Növbədənkənar təlimat;
- Məqsədli təlimat.

20. Bədbəxt hadisələrin təhlili
bədbəxt hadisələrin qarşısını almaq məqsədilə aşağıdakı tədbirlərin
görülməsi və həyata keçirilməsi lazımdır:
- İşçilərin müvafiq qaydada təlimatlandırılması
- Görüləcək işin xüsusiyyətlərinə görə işçilərə təhlükəsiz iş
üsullarının öyrədilməsi.
- Maşınlar üzərində yazıların və təhlükəli iş yerlərinin
hasarlanmasının təşkili.
- İş yerlərində fırlanan hissələrin olması ilə əlaqədar yerlərdə
mühafizə örtüklərinin və çəpərləmənin qoyulması
- Təhlükənin xəbərdarlığı məqsədi ilə əyani təbliğat
vasitələrindən (plakatlardan, yazılardan) istifadə etmək.
- Fərdi mühafizə vasitələrindən və qoruyucu ləvazimatlardan
istifadə etmək.
- Avtomatik açma qurğularından, siqnal sistemindən və
uzaqdan işarə vasitələrindən istifadə etmək.
Əmək mühafizəsi
- Elektirik avadanlıqlarının gövdəsinin yerlə birləşdirilmə
konturu və sıfırlama sistemini tələbata uyğun təmin etmək.
Qüvvədə olan əmək mühafizəsi təhlükəsizlik texnikası,
istehsalat sanitariyası və yanğın təhlükəsizliyi tələblərini
müntəzəm olaraq təbliğ etmək.
- İşçi yerlərini və istehsalat proseslərini elmi əsaslara uyğun
təşkil etmək və s.
21. Bədbəxt hadisələrin səbəbləri
İstehsalat prosesi ilə əlaqədar olaraq insan orqanizmində qəf¬lə¬tən gedən dəyişikliklər istehsalat zədələnmələri yaxud bədbəxt hadisə adlanır.
Məsələn, sınıq, çıxıq, yanma, əzilmə, kimyəvi və istilik yanıq¬ları, elektrik zədəsi, donma və s.
İstehsalatda baş verən bədbəxt hadisələri 3 səbəb ətrafında ümumiləş¬dirmək olar:
1. Texniki səbəblər:
a) elektrik və daşıma qurğuları və sistemində konstruktiv çatışmazlığı;
b) istehsalat avadanlıqlarının texniki nasazlığı;
c) qoruyucu, mühafizəedici, bloklayıcı qurğuların olmaması;
ç) texnoloji proseslərin müasir tələblərə cavab verməməsi.

2. Təşkilati səbəblər:


a) texnoloji prosesdə qüsurlar;
b) iş rejiminin düzgün təşkil edilməməsi;
c) iş yerlərinin və avadanlıqların düzgün yerləşdirilməməsi;
ç) istehsala uyğun gəlməyən qurğu, alətlərdən istifadə olunması;
d) istehsal üzərində nəzarətin olmaması, ixtisası uyğun gəlməyən işçilərin cəlb edilməsi, icrası təhlükəli olan işçilərin icrası, işçilərin təhlükəsizlik qaydaların mənimsənilməsinə hazırlığın olmaması;
e) mühafizə vasitələrinin olmaması yaxud kifayət dərəcədə olmaması.
3. Sanitar-gigiyenik səbəblər:
a) meteroloji şəraitin qeyri-normallığı;
b) iş yerlərinin havasında zərərli toz, buxar və qaz ayrılma¬larının omlası;
d) səs və küyün səviyyəsinin yüksək olması;
ç) zərərli şüalanmalar – elektromaqnit, radioaktiv və istilik şüalanmaları;
d) istehsalat otaqlarının darısqallığı;
e) antisanitariya və gigiyena cəhətdən istehsal sahəsinin qeyri-qənaətbəxş olması;
j) tibbi nəzarətin olmaması və ya qeyri-qənaətbəxş olması.

Yüklə 238,34 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin